Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4852/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, özünü ona firma direktoru kimi təqdim edən Cavabdeh ona Abşeron rayonu Hökməli qəsəbəsi Atyalı adlanan ərazidə (Sonalı sahəsi) massivində (0,03 ha) torpaq sahəsi verəcəyini bildirərək, ondan müqavilədə nəzərdə tutulan işləri adı ilə 12.000 manat miqdarında pul almışdır. Pulu verməsi barədə onda 20 yanvar 2014-cü il tarixli qəbz mövcuddur. Bir neçə vaxtdan sonra ona Ağır Cinayətlər Məhkəməsindən cavabdehə törətdiyi əmələ görə məhkəmə təhqiqatı aparılır və o, məhkəmə prosesinin vaxtını öyrənərək məhkəməyə getmişdir. Orada öyrənmişdir ki, Cavabdeh onun kimi bir neçə vətəndaşı aldatmışdır. Cavabdeh törətdiyi əmələ görə barəsində məhkəmə hökm çıxarmışdır. Hal-hazırda cavabdeh cəzasını çəkmiş və azadlıqdadır. Ərizədə qeyd olunan ünvanda qeydiyyatdadır. Cavabdehin bütün hərəkətləri ilə ona külli miqdarda ziyan vurmuşdur və o, həmin zərərin ödənilməsini məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı və cavabdeh arasında 20.01.2014-cü il tarixli müqaviləyə əsasən Abşeron rayonu Hökməli qəsəbəsi Atyalı adlanan ərazidə (Sonalı sahəsi) massivində (0,03 ha) torpaq sahəsinin ayrılmaısı məqsədilə “Sifarişçi (İddiaçı)” tərəfindən “İcraçıya (Cavabdeh)” 12.000 manat ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 12.000 manat ödənilmişdir. İş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli 1(101)-60/2017 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 162-1.1, 378.3.2, 192.2.2, 213.2.2, 08.2. 312.2 və 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 162-1.1-cı maddəsi ilə (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 178.3.2-ci maddəsi ilə 8(səkkiz) il müddətə azadlıqdan ləhrumetmə cəzasına, CM-nin 192.2.2-ci maddəsi ilə 3(üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 213.2.2-ci addəsi ilə 2(iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etməklə 5(beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2(iki) il müddətə dövlət və yerli riinüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6(altı) il müddətə azadlıqdan :əhrumetmə cəzasına, CM-nin 312.2-ci maddəsi ilə 6(altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4cü maddələrinə əsasən təyin olunan əsas cəzalan əsas cəza ilə əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Cavabdeh qəti olaraq 3(üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı həmin iş üzrə zərər çəkmiş şəxs kimi tanınmış, ona dəymiş ziyan təsbit olunmuşdur. İddiaçı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 12.000 manat məbləğində pul qanunvericiliyə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 12.000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 12.000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4852/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4852/2021
03.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver