Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4856/2023 27.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və LPO "xxxx" ASC-dən 2016-cı il tarixli müqavilə üzrə 4100 ABŞ dolları məbləğinin günün məzənnəsinə uyğun olaraq və ödənilmiş dövlət rüsumunun əvəzi olan 49 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilsə də, həmin qəbzdən məlum olur ki, rüsum qanunla müəyyən edilmiş məbləğdə ödənilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8-ci (məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri) maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Belə ki, məhkəmə iddia tələbində göstərilən 4100 ABŞ dollarının manatla ekvivalentini Azərbaycan Respublikası Mərkəzi Bankının AZN məzənnələri üzrə müəyyən etmiş və hesablanmış 6970 manat məbləğinə münasibətdə ödənilməli dövlət rüsumunun isə “Elektron məhkəmə” informasiya sisteminin dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən 89 manat 70 qəpik etməsini müəyyən etmişdir. Həmçinin “Dövlət rüsumu haqqında” qanunun yuxarıda qeyd edilən dövlət rüsumu dərəcəsinin müvafiq düsturla həlli zamanı da eyni nəticəni əldə emtək mümkündür.(6970- 1000=5970; 5970%1=59,70; 30+59,70=89,70) Göründüyü kimi iddia ərizəsinə 48 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilsə də, bu məbləğ 4100 ABŞ dolları üçün ödənilməli olan 89 manat 70 qəpik məbləğdən azdır. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən iddiaçının ərizəsində qeyd etdiyi telefon nömrəsi (***-***-**-**) ilə əlaqə saxlanılaraq ona dövlət rüsumunu müəyyən edilmiş məbləğdən az ödəməsi və qalığı tamamlamalı olduğu bildirilmişdir. İddiaçı bu təklifə etiraz etməsə də, ona prosessual müddətlər daxilində verilən vaxt ərzində qalıq rüsumu ödəniş etməsi ilə bağlı məhkəməyə qəbz təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hesab edirəm ki, iddia ərizəsinin verilməsi zamanı MPM-in ödənilməli dövlət rüsumuna dair tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 48 manat məbləğində pul ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4856/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4856/2023
27.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver