Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-493/2024 20.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Xəzər» Gənclərin X3 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Xəzər» Gənclərin X3 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək haqqı ödənişlərini gecikdirdiyinə görə iddiaçıya Nəsimi Rayon Məhkəməsinin *3.*3.2*22-ci il tarixli 2(**6)-137/2*22 saylı qətnaməsinə əsasən əmək haqqı üzrə 73318,31 manat borcu olduğundan gecikdirilmiş günlər üzrə əlavə olaraq 1*51165,58 (bir milyon əlli bir min yüz altmış beş) manat gecikmə faizinə uyğun vergi, DSMF və digər hesablamaları nəzərə alaraq əvvəlki borcdan əlavə hesablanması və 1*51165,58 (bir milyon əlli bir min yüz altmış beş) manat ödənilməsi, iddia ərizəsi və mediasiya xidməti üçün ödənilmiş rüsumların Xəzər GETYM-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, *3.*1.2**5-ci il tarixdən 3*.*8.2*19-cu il tarixə qədər Xəzər GETYM-də maliyyə məsələləri üzrə məsləhətçi vəzifəsində işləmiş və uzun müddət əmək haqqının verilməməsi səbəbindən ərizə ilə müraciət edərək 3* avqust 2*19-cu il tarixli 215/k saylı əmrlə işdən çıxmışdır. O, həmin müəssisədə mühasibatlıqda hesabatların tərtib olunması və təqdim edilməsi kimi işlər görmüşdür. Xəzər GETYM-nin 3*.*8.2*19-cu il tarixə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *3.*3.2*22-ci il tarixli 2(**6)-137/2*22 saylı qətnaməsinə əsasən əmək haqqı üzrə borcu 73318,31 manatdır. Məhkəmə qərarları əsasında təsbit edilmiş borc bu günə qədər ödənilmədiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11.*4.2*23-cü il tarixli Plenumunun Qərarının 1-ci maddəsinə əsasən 11.*9.2*23-cü il tarixə qədər ödənilməmiş günlər üzrə İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *3.*3.2*22-ci il tarixli 2(**6)-137/2*22 saylı qətnaməsinə əsasən əmək haqqı üzrə borcu 73318,31 manat üzrə hesablanmış gecikdirilmiş günlər üzrə 1*51165,58 (bir milyon əlli bir min yüz altmış beş) manat gecikmə faizi vardır. Gecikmə günlərinə görə hesablanmış faiz üzrə tərtib edilmiş arayış əlavə olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada cavabdeh «Xəzər» Gənclərin X3 məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh «Xəzər» Gənclərin X2 nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *3.*3.2*22-ci il tarixli 2(**6)-137/2*22 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, əmək haqqı ödənişləri üzrə 4*.*85,57 manat, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya olaraq 22.767,77 manat, əmək haqqının gecikdirildiyi günlər üzrə hesablanmış əlavə ödənc kimi 7.695,49 manat və maddi zərər olaraq 2.769,48 manat, cəmi 73.318,31 manat məbləğində pulun "Xəzər" Gənclərin X1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Bakı 6 saylı Mediasiya Təşkilatının 11.1*.2*23-cü il tarixli, MŞB/6-*53* saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı tərəf ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh tərəf iştirak etməmişdir (mediator: M.Məmmədova). İddiaçı tərəfindən 6* manat məbləğində mediasiya xərci ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2*24-cü il tarixli 3-16-16/2-9/997/2*24 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı barəsində qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *3.*3.2*22-ci il tarixli, 2(**6)-137/2*22 saylı qətnaməsinə əsasən İddiaçı ümumilikdə ödənilməli olan, lakin ödənilməmiş 73.318,31 manat vəsaitin hər gecikdirilmiş günü üçün 1 faizi məbləğində hazırki dövrədək verilməli olan ödəniş məbləği 531.555,5* manat (73.318,31 x 1% = 733,18 manat; 733,18 manat x 725 gün = 531.555,5* manat) müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 1** manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *3.*3.2*22-ci il tarixli 2(**6)-137/2*22 saylı qətnaməsinə əsasən əmək haqqı üzrə 73318,31 manat borcu olduğundan gecikdirilmiş günlər üzrə əlavə olaraq 1*51165,58 (bir milyon əlli bir min yüz altmış beş) manat gecikmə faizinə uyğun vergi, DSMF və digər hesablamaları nəzərə alaraq əvvəlki borcdan əlavə hesablanması və 1*51165,58 (bir milyon əlli bir min yüz altmış beş) manat tutulmasını iddia etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə tərəfindən işə obyektiv, tam, hərtərəfli baxılması üçün mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspert qarşısında cavablandırılması zəruri olan, əhəmiyyət kəsb edən suallar qoyulmuşdur. Təqdim edilmiş ekspertiza rəyinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *3.*3.2*22-ci il tarixli, 2(**6)-137/2*22 saylı qətnaməsinə əsasən İddiaçı ümumilikdə ödənilməli olan, lakin ödənilməmiş 73.318,31 manat vəsaitin hər gecikdirilmiş günü üçün 1 faizi məbləğində hazırki dövrədək verilməli olan ödəniş məbləği 531.555,5* manat (73.318,31 x 1% = 733,18 manat; 733,18 manat x 725 gün = 531.555,5* manat) müəyyən edilmişdir. İddiaçının ekspert rəyi ilə razılaşmamasını nəzərə alaraq məhkəmə iclasında ekspertin iştirakı təmin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin eksperti X6 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 fevral 2*24-cü il tarixli, № 3-16-16/2- 9/997/2*24 saylı ekspert rəyini özü tərtib etmiş, ekspert qarşısında qoyulmuş sualları cavablandırmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesablamaya dair cədvəl ekspertiza sənədi deyil və onun həmin sənədə istinad etməyi qanuna uyğun deyildir. Ekspertin tədqiqat obyekti ciddi mühasibatlıq sənədləridir. Tərəflərin özləri tərəfindən tərtib edilmiş sənədlər onların tərəfindən ciddi mühasibatlıq sənədi hesab edilmir və onlara münasibət bildirilmir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, əgər iddiaçının dediyi formada hesablamalı olsaydılar, onda gərək onlara əmək haqqının düz verilib-verilməməsi, məzuniyyətdən istifadə edilib-edilməməsi və s. nəzərə alınmalı idi. Lakin bu düzgün olmazdı, belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. O, rəy verərkən məhkəmə qətnaməsinə istinad etmiş və rəyi düzgün tərtib etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 7-ci maddəsinin «a» yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. X9 «Əmək haqqının mühafizəsi haqqında» Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. - 154-cü maddəsinin 1-ci bəndinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 12-ci maddəsinin a) və b) bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. - 16.1-ci maddəsinə əsasən, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. - 83.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - 83.3-cü maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 83.4-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. - 154.2-ci maddəsinə əsasən, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. - 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. - 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. - 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. - 195-ci maddəsinin «d» bəndinə əsasən, işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. - 196-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2*23-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində verilməli olan ümumilikdə ödəniş məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2*24-cü il tarixli, № 3-16-16/2-9/997/2*24 saylı rəyinə uyğun müəyyən edilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 1*1.7 və 2*6.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2**5-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 1*3.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, eləcə də araşdırılmış halları və qeyd edilən prosessual normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2*24-cü il tarixli, № 3-16-16/2-9/997/2*24 saylı rəyi hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və rəy qeyri-müəyyən xarakter daşımır. Göründüyü kimi, iddiaçının ona ödənilməli olan əmək haqqının gecikdirildiyinə görə qanunvericiliyin tələbinə əsasən hər gecikdirilmiş günə görə bir faiz hesablanmasına dair iddia tələbi qismən əsaslıdır və məhkəmə 531.555,5* pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*8.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 1** manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2**6-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *3.*3.2*22-ci il tarixli, 2(**6)-137/2*22 saylı qətnaməsi ilə qət edilmiş və iddiaçıya ödənilməli olan, lakin ödənilməyən 73318,31 manat pul vəsaitinin hər gecikdirilmiş gün üçün 1 % həcmində hesablanmaqla, cəmi 531555,5* manat pul vəsaiti cavabdeh «Xəzər» Gənclərin X1 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə nəticəyə gəlməklə yanaşı iddiaçıya ödənilməli olan əmək haqqından və əmək haqqının hər gecikdirilmiş günü üçün 1 faizi məbləğində verilməli olan ödəniş məbləğindən vergi, DSMF və digər hesablamaların tutulması cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada ödəniş həyata keçirilərkən nəzərə alınmalı olmasını da qeyd edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 1** manat cavabdeh «Xəzər» Gənclərin X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 6* manat pul vəsaiti cavabdeh «Xəzər» Gənclərin X1 tutularaq İddiaçı ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 1** manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *3.*3.2*22-ci il tarixli, 2(**6)-137/2*22 saylı qətnaməsi ilə qət edilmiş və iddiaçıya ödənilməli olan, lakin ödənilməyən 73318,31 manat pul vəsaitinin hər gecikdirilmiş gün üçün 1 % həcmində hesablanmaqla, cəmi 531555,5* manat pul vəsaiti cavabdeh «Xəzər» Gənclərin X1 tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 1** manat cavabdeh «Xəzər» Gənclərin X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 6* manat pul vəsaiti cavabdeh «Xəzər» Gənclərin X1 tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 1** manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-493/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-493/2024
20.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver