Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4982/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı «borcun qaytarılması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, 2014-cü il tarixdə tərəfindən cavabdehlə aralarında olan razılığa əsasən cavabdeh ona məxsus ünvan 1 saylı ünvanda yerləşən 0,72 ha torpaq sahəsi cavabdeh tərəfindən təklif olunurdu və həmin torpaq sahəsinin üzərində yaşayış binasının inşa olunması isə onun tərəfindən icra olunmasına dair ilkin razılığa gəlinmişdir. Torpaq sahəsinin özəlləşdirilməsi və tikintinin başlanılması üçün müvafiq sənədləşmə işinin aparılması məqsədi ilə tərəfindən cavabdehə 75 000 ABŞ dolları məbləğində vəsait verilmişdir. Ondan pul vəsaitini aldıqdan sonra hər dəfə sənədləşmədə hansısa problemlərin olduğu bildirilməklə tikintinin başlanmasını ləngidirdi. Sonradan ona məlum oldu ki, cavabdeh ondan götürdüyü pul vəsaitini öz məqsədləri üçün istifadə edərək aralarında olan razılığa əməl etmək niyyətində deyil. Belə ki, təqribən 2017-ci ilin yay aylarında cavabdeh ona bildirmişdir ki, sənədləşmə işlərində problemlər yaranır ona görə də bina tikmək mümkün olmayacaq və qısa müddət ərzində pulunu qaytaracaqdır. Hər dəfə xahiş edirdi ki, ona möhlət versin, maddi imkanı pis olduğuna görə ödəyə bilmir. 2018-ci ilin yazında hər dəfə 10 000 manat olmaqla ümumilikdə 20 000 manat qaytarmışdır. Lakin sonradan yenədə imkanının olmadığını deyirdi. Bu səbəbdən də onun barəsində Xətai rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Xətai rayon Polis İdarəsində izahatında bildirmişdir ki, guya ondan 50 000 manat pul almışdır. Həmin məbləğində 20 000 manatını qaytarmışdır, yerdə qalan 30 000 manat borcu qalmışdır. Cavabdehin əməlində cinayət tərkibinin olmaması səbəbi ilə cinayət işinin başlanılmasının rədd edilməsi barədə Qərar qəbul edilmişdir. Cavabdeh ona borcunun olduğunu danmasa da borcunun cəmi 30 000 manat olduğunu etiraf edir. Həqiqətdə isə onun borcu ödədiyi 20 000 manatı çıxmaqla 105 000 manat qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh 105 000 manat əsas borc və 22050 manat isə əldən çıxmış fayda kimi, ümumilikdə 127050 manat pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərardan müəyyən olunur ki, izahatı alınmış Cavabdeh öz izahatında göstərmişdir ki, İddiaçı ilə 2014-cü ildə aralarında olmuş şifahi razılaşma əsasında Xətai rayonu, A.İsmayılov küçəsi 35 saylı ünvanda yerləşən 0,72 ha ərazini 300 000 AZN məbləğində ona satmaq üçün müqavilə bağlanmışdır. İddiaçı ilkin olaraq 50 000 AZN pul ödəsə də, aralarında olmuş danışıqdan irəli gələn öhdəlikləri yerinə yetirməyərək yerdə qalan məbləği ona ödəməmişdir. İddiaçı kifayət qədər vaxt yaratsa da sonuncu altı aydan sonra bildirmişdir ki, artıq bankrot olmuşdur nə həmin ərazidə tikiniti aparamağa nədə ki, razılaşma əsasında yerdə qalan qalıq məbləği ödəməyə heç bir məbləğdə pulu yoxdur. Belə olduğu halda o, İddiaçı pulundan 20 000 AZN məbləğində onun özünə qaytarmışdır. Artıq həmin məsələ ilə bağlı aralarında razılaşma olmadığı halda İddiaçı yalnız hər dəfə söyüb-təhqir etməklə küçədə qarşısını kəsməklə müxtəlif hədə-qorxular gəlmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında borc münasibətləri yaranmış, Musa X1 Vidadidən borc pul məbləği alsa da onu tam şəkildə qaytarmamışdır. Eyni zamanda tərələr arasında yaranmış həmin borc münasibətləri şifahi razılaşma yolu ilə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyinməzmunuilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddia tələbi «105 000 manat əsas borcun qaytarılması» hissəsində qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və tərəflər arasında borc münasibətlərinin mövcud olmasına dəlalət edən yeganə sübutdan görünür ki, cavabdeh tərəfindən İddiaçı ümumilikdə 50 000 manat borc pul alınmış və həmin borc puldan 20 000 manatı cavabdeh tərəfindən ödənilmişdir. 20 000 manatın ödənilməsini iddiaçı da təsdiq etmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, iddia tələbi məbləğin qalan hissəsi olan 30 000 manat əsas borcun ödənilməsi hissəsində təmin edilməli, digər hissədə isə mötəbər hər hansı bir sübut olmadığından təmin edilməməlidir. Məhkəmə iddianın «əldən çıxmış faydaya görə 22050 manat pulun tutulması» hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı həmin tələbin əsası kimi öz ərizəsində qeyd etmişdir ki, tərəflər bina tikintisi fəaliyyəti ilə məşğul olmalı idilər. Əgər cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilsə idi, o zaman onlar bina tikintisi fəaliyyətindən gəlir əldə etmiş olardılar. Lakin, cavabdehin təqsiri üzündən iddiaçı ümumilikdə 22 050 manat əldən çıxmış faydadan məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, iddia tələbinin əldən çıxmış faydanın tutulması hissəsinin təmin edilməsi üçün əsaslı və kifayət qədər mötəbər sübutlar mövcud deyildir. Buəsasdaniddiahəminhissədətəminedilməməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 30 000 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30 000 (otuz min) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4982/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4982/2020
05.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver