Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5041/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Heydərova Əfsanə Elbrus qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı «məlumatın təqdim edilməsi barədə məlumatın bankın üzərinə qoyulması» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «məlumatın təqdim edilməsi barədə məlumatın bankın üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini araşdıraraq hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia tələbi Cavabdeh ASC-yə qarşı yönəldilmiş və iddiaçı cavabdeh tərəfindən 4169 7388 6236 3300 nömrəli kart hesabının sahibinin şəxsiyyətini eyniləşdirən məlumatların (şəxsin adı, soyadı, ata adı, FİN nömrəsi və qeydiyyatda olduğu yer haqqında) ona təqdim edilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması tələb edilmişdir. Məhkəmə qeyd edir ki, bu tələb məhkəmə icraatının ayrıca predmeti ola bilməz. Belə ki, iddiaçı yalnız gələcəkdə Banka qarşı iddia tələbi ilə bağlı müraciət etdiyini təqdirdə hazirki tələb ilə iş üzrə sübutların təmin edilməsi üçün məhkəməyə vəsatət verərək, təmin edilməsini xahiş edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2-153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə iddiaçıların nəzərinə çatdırır ki, “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, İddiaçı Cavabdeh ASC-yə qarşı «məlumatın təqdim edilməsi barədə məlumatın bankın üzərinə qoyulması» tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1 və 114.1.2-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «məlumatın təqdim edilməsi barədə məlumatın bankın üzərinə qoyulması» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-5041/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5041/2024
10.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver