Məhkəmə qərarları › İş №2(006)-5087/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5087/2025

14.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5087/2025 14.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı "çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X2 qarşı "çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 adına Süleyman Rüstəm küçəsi ev 22 olan çıxarışın saxta və qanunsuz olması barədə qətnamə çıxarılmasını və bu işi, e-2(006)- 3800/2025 saylı işlə birləşdirilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küəsində yerləşən, hec kimin qeydiyyatda olmadığı, yaşayış üçün tam şəraitsiz, erməniyə məxsus olmuş, ev 22 mənzil 1, mənzili o, 1992-ci ildə pul ödəyərək almışdır. Öz vəsaiti hesabına söküb təzədən tikdirmiş, işıq, qaz, su xətlərini çəkdirib öz adına sayğaclar qoyub kodlaşdırıb 27 il ödənişlərini etmişdir. 27 il ərzində ödənişlərini etmişdir. 27 il ərzində Səadət Bağırova bir dəfə də olsun onların evinə gəlməyib və onlara qarşı iddia ərizəsi verməyib. O, bu evi onlardan asılı olmayan səbəblərə görə sənədləşdirə bilməmişdir. 2017-ci ildə ev pilot layihə düşəndə «Draft Construction MMC» şirkətinin rəhbəri onlara bildirmişdir ki, onların evinə Cavabdeh adına sənəd çıxarılıb. Çıxarışda evin sahəsi 44 m2 olmaqla iki otaqdan və ev olaraq 22 lakin mənzilin, nömrəsi göstərilməyib. Onun mənzili dörd otaqdan ibarət olmaqla 120 m2 olub və mənzilin nömrəsi №1 olub. Səadətxanım göstərdiyi çıxarışın arxiv kökü yoxdur, texniki pasportu yoxdur və çıxarışı xx.xx.1997-ci ildə alıb halbuki onlar bu mənzildə artıq 5-li olaraq yaşaya-yaşaya 1992-ci ildən onun valideyinləri bu mənzildə məcburi köçkün kimi qeydiyyatda olublar. 1992-1998-ci illər ərzində məcburi köçkünlər məskunlaşan mənzillərə çıxarış verilməsi qəti qadağan edilirdi. Səadətxanım Bağırova bu sənədi saxta yolla əldə etmişdir. Evi 1992-ci ildə o almış və ev ona məxsus olub 27 il ərzində Səadətxanım Bağırova bir gündə olsun bu mənzildə yaşamayıb, onun adına heç bir komunal olmayıbdır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmədən hazırkı mülki işin e-2(006)- 3800/2025 saylı işlə birləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakim Vüsalə Musayevanın icraatında olan e-2(006)-3800/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırda iddiaçı Cavabdehlər İddiaçı, X8, X3 və X4 qarşı "xxxx" MMC və Qaçqınların və X9 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə mənzildən çıxarılma tələbinə dair mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim: Vusalə Musayeva) icraatındadır. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırki iş üzrə iddiaçının işlərə birgə baxılması xahişini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı "çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş e- 2(006)-3800/2025 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh X2 qarşı "çıxarışın ləğv edilməsi” tələbinə dair hazırkı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Vüsalə Musayevanın icraatında olan iddiaçı Cavabdehlər X5, X8, X3 və X4 qarşı ("xxxx" MMC və Qaçqınların və X9 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair e-2(006)-3800/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar