Məhkəmə qərarları › İş №2(006)-5093/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5093/2022

28.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5093/2022 28.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Tağıyeva Natavan Tağı qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X5, X3, X4, X7 və X2 qarşı verilən iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X5, X3, X4, X7 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər şəxslər X6, X5, X3, X4, X7 və X1 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi, ev 199,6 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, hazırki iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir. İddiaçı qeyd olunan məsələ ilə bağlı ərazi üzrə müvafiq inzibati-iqtisadi məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir; 2.2-ci, 2.2.5-ci maddələrinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X5, X3, X4, X7 və X2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 153.2.1 və 153.3- 153.6-cı maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X5, X3, X4, X7 və X2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar