Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-510/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı "paylı mülkiyyətə xitam verilməsi, miras əmlakın naturada bölgüsü və s" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı "paylı mülkiyyətə xitam verilməsi, miras əmlakın naturada bölgüsü və s" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 X2 ilə xx.xx.1970-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan üç övladlar vardır və onlar hazırkı iş üzrə digər iddiaçılar və cavabdehdir. Mərhum həyat yoldaşı xx.xx.2021-ci il tarixdə dünyasını dəyişmişdir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin surətindən görünür ki, mərhum həyat yoldaşının vəfatından sonra onlar mərhumun vərəsəsi kimi tanınmışlar. Həmin miras əmlaklar aşağıdakılardan ibarətdir: Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 166 (Yeni qaydalarla: AZ 1007, ünvan 4, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə küçəsi, ev 9, 11, 13, 15, 17, 19, 21, 23, 25, 27, zirzəmi mərtəbəsi, qaraj 34, ünvan 1. Bildirilir ki, miras əmlakda iki mənzil mərhum həyat yoldaşı ilə birgə nikah dövründə əldə edildiyindən həmin əmlakların ½ hissəsi İddiaçı1 mülkiyyətində olmuş, mərhumun vəfatından sonra isə həmin əmlakların digər ½ hissə isə vərəsələr arasında 1/8 pay olmaqla bölünmüşdür. İddiaçı1 ünvan 1 ünvanında yerləşən mənzildəki 5/8 paylıq hissəsini bağışlama müqaviləsinə əsasən qızı-İddiaçı2 hədiyyə etmişdir. Hazırda həmin mənzil 6/8 hissədə İddiaçı2 paylı mülkiyyətində, 1/8 və 1/8 hissədə isə Kəmalə və Emilin paylı mülkiyyətindədir. Bundan başqa, digər miras əmlak olan - Bakı şəhəri, Nəsimi rayonu, Ak. Feyzulla Qasımzadə küçəsi, ev 9,11,13,15,17,19,21,23,25,27, zirzəmi mərtəbəsi, qaraj 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsi isə vərəsələr arasında ümumi birgə paylı mülkiyyətdədir və iddiaçı öz adına çıxarış əldə etmişdir. Hazırda hesab edilir ki, paylı mülkiyyətdə olan miras əmlakların naturada bölünməsi zəruridir. Belə ki, övladları hər biri evlidir və ayrı evləri vardır. Miras əmlakların paylı mülkiyyətdə qalması iddiaçılara müvafiq addımlar atarkən maneçilik yaradır. Bu səbəblə, cavabdehin razılığı olacağı təqdirdə qanunvericilikdə nəzərdə tutulan qaydada onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ödənilməklə də məsələ həll oluna bilər. Cavabdeh konpensasiya məsələsinə razı gəlmədiyi və heç bir razılıq əldə olunmadığı təqdirdə miras əmlaklar naturada bölünməli, açıq hərracdan satılaraq əldə olunan məbləğ müvafiq paylara uyğun olaraq bölünməlidir. Cavabdehə şifahi qaydada məhkəmədən əvvəl dəfələrlə müraciət edilsə də, cavabdeh heç bir razılığa gəlmək istəmir. Göründüyü kimi mübahisənin həlli məhkəmə qaydasında mümkündür. Beləliklə, hesab edilir ki, iddia tələbi tam qanuni və əsaslı olması səbəbilə təmin olunmalıdır. X1 miras qalmış - Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 166 (Yeni qaydalarla: AZ 1007, 3 şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 100, M10, m3), Bakı şəhəri, Nəsimi rayonu, Ak. Feyzulla Qasımzadə küçəsi, ev 9, 11, 13, 15, 17, 19, 21, 23, 25, 27, zirzəmi mərtəbəsi, qaraj 34, ünvan 1 ünvanında yerləşən əmlaklarda cavabdeh Əlizadə Eldar oğlunun 1/8 payının əmlakların bina evi və naturada ayrılmasının məqsədəuyğun olmadığını nəzərə alaraq payın dəyərinin kompensasiya cavabdehə ödənilməklə paylı mülkiyyətə xitam verilməsi, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan əmlakların bütün vərəsələr arasında naturada bölünməsi, əmlakİann açıq hərracdan satılaraq onların satışından əldə olunan vəsaitin paylara mütənasib bölünməsi zəruridir. Mübahisənin məhkəmədən kənar həlli yoxdur və cavabdehlə məsələ ilə bağlı heç bir şəkildə razılıq əldə edə bilmirlər. Göstərilənlərə əsasən X1 miras qalmış - Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 166 (Yeni qaydalarla: AZ 1007, ünvan 4, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə küçəsi, ev 9,11,13,15,17,19,21,23,25, 27, zirzəmi mərtəbəsi, qaraj 34, ünvan 2 ünvanında yerləşən miras əmlaklarda Cavabdeh payının digər payçılara nisbətən cüzi olmasını nəzərə alaraq, cavabdehin 1/8 payının dəyərinin konpensasiya ilə ödənilməklə paylı mülkiyyətə xitam verilməsinə dair, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan əmlakların tərəflər arasında naturada bölünməsinə, əmlakların açıq hərracdan satılaraq onların satışından əldə olunan vəsaitin paylara mütənasib bölünməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Əvvəlki məhkəmə iclasında iddiaçı X9 iddia tələbinə dair iki təklif irəli sürdüklərini, belə ki, təklifə əsasən birgə mülkiyyətlərində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 166 (Yeni qaydalarla: AZ1007, ünvan 4 üzərində 5/8 hissədə İddiaçı1, 1/8 hissədə onun və 1/8 hissədə İddiaçı3 payı olmaqla ümumilikdə 7/8 hissə üzərində pay hüquqlarının cavabdehə verilməsi və ünvan 1 üzərində cavabdehə məxsus 1/8 hissədə pay hüququnun ona verilməsi, həmçinin Bakı şəhəri, Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə küçəsi, ev 9, 11, 13, 15, 17, 19, 21, 23, 25, 27, zirzəmi mərtəbəsi, qaraj 34 üzərində ¼ hissədə İddiaçı1, ¼ hissədə İddiaçı3 və 2/4 hissədə isə onun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Əvvəlki məhkəmə iclasında Cavabdeh qarşı tərəfin barışıq təklifi ilə razı olduğunu, tələbin bu şəkildə təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. 5.Hazırki məhkəmə iclasında Cavabdeh keçən məhkəmə iclasında qeyd edilənlərə əsasən tələbin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. 6.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, ev 9,11,13,15,17,19,21,23,25,27, zirzəmi mərtəbəsi, qaraj 34 ümumi sahəsi 25.5 kv.metr olmaqla İddiaçı1 (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023), İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumi birgə mülkiyyətindədir. 9.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 166 (Yeni qaydalarla: AZ1007, ünvan 4 ümumi sahəsi 146.10 kv.metr olmaqla 1/8 hissədə Cavabdeh (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023), 5/8 hissədə İddiaçı1 (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023), 1/8 hissədə İddiaçı2 və 1/8 hissədə İddiaçı3 paylı mülkiyyətlərindədir. 10.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdan görünür ki, ünvan 1 ümumi sahəsi 126 kv.metr olmaqla 1/8 hissədə Cavabdeh (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023), 6/8 hissədə İddiaçı2 (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023) və 1/8 hissədə İddiaçı3 paylı mülkiyyətlərindədir. 11.Mülki işin materiallarında olan xx.xx.1023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, ev 9,11,13,15,17,19,21,23,25,27, m 3, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 126 kv.m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus 5/8 hissəni hədiyyə alan İddiaçı2 bağışlamışdır. 12.Mülki işin materiallarında olan 19 may 1970-ci il tarixdə verilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 və X8 arasında xx.xx.1970-ci il tarixdə nikah bağlanmışdır. 13.Mülki işin materiallarında olan 16 may 2021-ci il tarixdə verilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür. 14.Mülki işin materiallarında olan 03 may 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X6 vərəsələri qızı İddiaçı2, arvadı İddiaçı1, qızı İddiaçı3 olmaqla, miras əmlak ünvan 3 ünvanında yerləşən ½ hissə pay. 15.Mülki işin materiallarında olan 06 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X6 vərəsələri qızı İddiaçı2, arvadı İddiaçı1, qızı İddiaçı3 olmaqla, miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 166 (Yeni qaydalarla: AZ1007, ünvan 4 ünvanında yerləşən ½ hissə pay. 16.Mülki işin materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/8135 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində inşa edilmiş, 100 saylı evin 10-cu mərtəbəsində yerləşən 3 saylı və Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilmiş, 13 saylı evin, 4-cü mərtəbəsində yerləşən 3 saylı mənzillərin paylara uyğun naturada ayrılmasının “AzDTN 2.7-2” Yaşayış Binaları Layihələndirmə Normaları”nın 5.2,5.5,5.6,5.7 və 5.8 bəndlərinin və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Bakı şəhəri, Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə küçəsində inşa edilmiş, 9, 11, 13, 15, 17, 19, 21, 23, 23, 25 saylı evin, zirzəmi mərtəbəsində yerləşən 34 saylı qarajın naturada ayrılmasının Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 17.Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı1 X2 ilə birgə nikahda olmuş, birgə nikahdan İddiaçı2, İddiaçı3 və Cavabdeh doğulmuşdur. Əlizadə Eldar 2021-ci il tarixdə vəfat etmiş, 1) Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 166 (Yeni qaydalarla: AZ 1007, ünvan 4 və 2) ünvan 1 qanun üzrə vərəsəlik hüququ ilə vərəsələr arasında bölünmüşdür. 18.Hazırda Bakı şəhəri, Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə küçəsi, ev 9, 11, 13, 15, 17, 19, 21, 23, 25, 27, zirzəmi mərtəbəsi, qaraj 34 tərəflərin ümumi birgə mülkiyyətindədir. Digər iki mənzil üzərində isə, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 166 (Yeni qaydalarla: AZ 1007, ünvan 4 1/8 hissədə Cavabdeh, 1/8 hissədə İddiaçı2, 1/8 hissədə İddiaçı3 və 5/8 hissədə İddiaçı1, ünvan 1 üzrə isə 1/8 hissədə Cavabdeh, 1/8 hissədə İddiaçı3 və 6/8 hissədə İddiaçı2 pay hüquqları vardır. 19.İddiaçı tərəf tələbində sözügedən əmlaklar üzərində Cavabdeh 1/8 hissədə pay hüququna ona konpensasiya ödənilməklə xitam verilməsini, əmlakların naturada bölünməsi və açıq hərracdan satılaraq pulun paylara uyğun bölünməsini tələb etsələr də, sonradan iddiaçı tərəf qarşı tərəfə təklif irəli sürərək, birgə mülkiyyətlərində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 166 (Yeni qaydalarla: AZ1007, ünvan 4 üzərində 5/8 hissədə İddiaçı1, 1/8 hissədə İddiaçı2 və 1/8 hissədə İddiaçı3 payı olmaqla ümumilikdə 7/8 hissə üzərində pay hüquqlarının cavabdehə verilməsini və ünvan 1 üzərində cavabdehə məxsus 1/8 hissədə pay hüququnun İddiaçı2 verilməsi, həmçinin Bakı şəhəri, Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə küçəsi, ev 9, 11, 13, 15, 17, 19, 21, 23, 25, 27, zirzəmi mərtəbəsi, qaraj 34 üzərində ¼ hissədə İddiaçı1, ¼ hissədə İddiaçı3 və 2/4 hissədə isə İddiaçı2 mülkiyyət hüquqlarının tanınmasını təklif etmiş, Cavabdeh isə iddiaçı tərəfin təklifi ilə razılaşaraq, təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 20.Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 21.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 22.Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 6.21-ci bəndindəki hüquqi mövqeyə görə tərəflərin paylarının bölüşdürmə zamanı konkret predmetlərin kimə verilməsi ilə bağlı əvvəlcə tərəflərin öz aralarında razılıq olub-olmadığı aydınlaşdırılmalı, belə razılıq olduqda, paylaşdırma onların istəyinə uyğun aparılmalı, razılıq olmadıqda isə bölgü hər birinə eyni xarakterli predmetlər, bu da mümkün olmadıqda eyni dəyərdə müxtəlif predmetlər verilməklə həyata keçirilməsi vurğulanmışdır. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 24.Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçılar birgə mülkiyyətlərində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 166 (Yeni qaydalarla: AZ1007, ünvan 4 üzərində 5/8 hissədə İddiaçı1, 1/8 hissədə İddiaçı2 və 1/8 hissədə İddiaçı3 payı olmaqla ümumilikdə 7/8 hissə üzərində pay hüquqlarının cavabdehə verilməsini və ünvan 1 üzərində cavabdehə məxsus 1/8 hissədə pay hüququnun İddiaçı2 verilməsi, həmçinin Bakı şəhəri, Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə küçəsi, ev 9, 11, 13, 15, 17, 19, 21, 23, 25, 27, zirzəmi mərtəbəsi, qaraj 34 üzərində ¼ hissədə İddiaçı1, ¼ hissədə İddiaçı3 və 2/4 hissədə isə İddiaçı2 mülkiyyət hüquqlarının tanınmasını tələb edirlər və cavabdeh isə iddia tələbini etiraf edərək, tələbin təmin edilməsinə razı olduğunu bildirmişdir. Cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilir. 25.Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 166 (Yeni qaydalarla: AZ1007, ünvan 4 üzərində 5/8 hissədə İddiaçı1, 1/8 hissədə İddiaçı2 və 1/8 hissədə İddiaçı3 payı olmaqla ümumilikdə 7/8 hissə üzərində pay hüquqları itirilərək Cavabdeh verilməli və həmin əmlak üzərində Cavabdeh tam mülkiyyət hüququ tanınmalı, tərəflərin paylı mülkiyyətində olan ünvan 1 üzərində Cavabdeh məxsus 1/8 hissədə pay hüququ itirilərək İddiaçı2 verilməli və həmin əmlak üzərində İddiaçı2 7/8 hissədə mülkiyyət hüququ tanınmalı, tərəflərin ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə küçəsi, ev 9, 11, 13, 15, 17, 19, 21, 23, 25, 27, zirzəmi mərtəbəsi, qaraj 34 üzərində ¼ hissədə İddiaçı1, ¼ hissədə İddiaçı3 və 2/4 hissədə isə İddiaçı2 mülkiyyət hüquqları tanınmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 26.Bundan əlavə iddia tələbi qismən təmin edildiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 20 (iyirmi) manatı Cavabdeh, 30 (otuz) manatı isə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 166 (Yeni qaydalarla: AZ1007, ünvan 4 üzərində 5/8 hissədə İddiaçı1, 1/8 hissədə İddiaçı2 və 1/8 hissədə İddiaçı3 payı olmaqla ümumilikdə 7/8 hissə üzərində pay hüquqları itirilərək Cavabdeh verilsin və həmin əmlak üzərində Cavabdeh tam mülkiyyət hüququ tanınsın. Tərəflərin paylı mülkiyyətində olan ünvan 1 üzərində Cavabdeh məxsus 1/8 hissədə pay hüququ itirilərək İddiaçı2 verilsin və həmin əmlak üzərində İddiaçı2 7/8 hissədə mülkiyyət hüququ tanınsın. Tərəflərin ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə küçəsi, ev 9, 11, 13, 15, 17, 19, 21, 23, 25, 27, zirzəmi mərtəbəsi, qaraj 34 üzərində Cavabdeh ümumi birgə mülkiyyət hüququ itirilərək ¼ hissədə İddiaçı1, ¼ hissədə İddiaçı3 və 2/4 hissədə isə İddiaçı2 mülkiyyət hüquqları tanınsın. Hazırki qətnamə Cavabdeh, İddiaçı2, İddiaçı3 və İddiaçı1 Sahibovanın göstərilən daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün əsasdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 20 (iyirmi) manatı Cavabdeh, 30 (otuz) manatı isə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-510/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-510/2025
02.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver