Məhkəmə qərarları › İş №2(006)-5107/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5107/2025

06.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5107/2025 06.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, Ərizəçi İddiaçı2, vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, Ərizəçi İddiaçı2 “itirilmiş məhkəmə icraatının bərpasına dair” ərizəsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi İddiaçı2 “itirilmiş məhkəmə icraatının bərpasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Xalq Məhkəməsinin 2-750-96 saylı, 29 iyul 1996-cı il tarixli qətnaməsinin bərpa edilməsi və aktın məzmununun təqdim edilmiş sənədlərə uyğun olaraq müəyyən olunmuş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasında ərizəçi İddiaçı2 və vəkili-nümayəndəsi Vəkil ərizəni müdafiə edib, təmin edilməsini xahiş etdilər.

3. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, ərizəni, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmadan kargüzarlıq xidmətinə geri qaytarılmalıdır.

Əsaslandırıcı hissə:

4. Belə ki, ərizəçi İddiaçı2 “itirilmiş məhkəmə icraatının bərpasına dair” ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin dəftərxanası tərəfindən “2” indeksi ilə qeydiyyata alınmışdır.

5. Halbuki, Məhkəmə-Hüquq Şurasının 2025-ci il 24 iyun tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın Aparılmasına dair” Təlimatın 33-cü bəndində qeyd edilmişdir ki, icraat növlərinin bir-birindən fərqləndirilməsi üçün onların birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, həmçinin Ali Məhkəmənin Plenumunda qeydiyyatı məqsədilə indekslər müəyyən edilir. İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsinə dair icraat “25” indeksi ilə müəyyən edilir.

6. Göründüyü kimi, ərizəçi İddiaçı2 “itirilmiş məhkəmə icraatının bərpasına dair” ərizəsi “25” indeksi ilə qeydiyyata alınmalı olduğu halda, mülki işlər üzrə icraatı müəyyən edən “2” indeksi ilə qeydiyyata alınmışdır.

7. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi İddiaçı2 “itirilmiş məhkəmə icraatının bərpasına dair” ərizəsi aid olduğu işin nömrəsi ilə qeydiyyata alınması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin dəftərxanasına (kargüzarlıq xidmətinə) geri qaytarılmalı, ərizənin yeni nömrə (25 indeksi) ilə qeydiyyata alınması məhkəmənin dəftərxanasına (kargüzarlıq xidmətinə) həvalə edilməlidir.

Nəticə:

8. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Ərizəçi İddiaçı2 “itirilmiş məhkəmə icraatının bərpasına dair” ərizəsi yeni nömrə (25 indeksi) ilə qeydiyyata alınması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin dəftərxanasına (kargüzarlıq xidmətinə) geri qaytarılsın, ərizənin yeni nömrə (25 indeksi) ilə qeydiyyata alınması məhkəmənin dəftərxanasına (kargüzarlıq xidmətinə) həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar