Məhkəmə qərarları › İş №2(006)-5112/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5112/2021

04.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5112/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi X5, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 təhqiqat və istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində uzun müddət istintaqa cəlb olunması, həbsdə saxlanması nəticəsində vurulmuş maddi zərərə görə 50.000 manatın, vurulmuş mənəvi zərərə görə 10.000 manatın, cəmi 60.000 manat məbləğində pulun dövlət büdcəsindən tutularaq ona, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, oğlu X1 Rayon Polis İdarəsi 32-ci polis bölməsinin əməkdaşlan tərəfindən 23 fevral 2018-ci il tarixdə qanunsuz olaraq həbs edilmişdir. Suraxanı Rayon Polis İdarəsi İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və 26 fevral 2018-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 -ci maddəsi ilə təqsirləndirildiyi iş üzrə ona bəraət verilmiş, məhkəmə iclas zalından dərhal azadlığa buraxılmışdır. Suraxanı Rayon Polis İdarəsi 32-ci polis bölməsinin əməkdaşlarının və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının qanunsuz əməlləri nəticəsində oğlu X12 9 ay 18 gün qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, fiziki məhrumiyyətlərə və mənəvi iztirablara məruz qalmışdır. Bu müddətdə o da xeyli maddi zərərə və mənəvi istirablara məruz qalmışdır. X3 bəraət verilməyi barədə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı X9 tərəfindən apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2019- cu il tarixli Qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2019-cu il tarixli Qərarından dövlət ittihamçısı Abbas Abbaslı tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli Qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2019-cu il tarixli Qərarı dəyişdirilmədən saxlanmışdır. Təhqiqat və istintaq orqanlarının X3 qarşı qmnsuz hərəkətləri nəticəsində mənə xeyli maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, oğlu qanunsuz olaraq tutulduğu gündən o, onun hüquqlarının qorunması üçün lazımi addımlar atmış, müxtəlif instansiyalara məktublar və teleqramlar göndərmişdir. İş məhkəməyə verildiyi vaxtdan oğlunun keyfiyyətli hüquqi yardımla təmin edilməsi üçün vəkillə müqavilə bağlamışdır. Oğlu həbsdə olduğu müddətdə dəfələrlə xəstələnmiş, onun dərmanlar və digər tibbi ləvazimatlarla o, təmin etmişdir. Bu müddət ərzində oğlunu geyim, yemək və digər müxtəlif ləvazimatlarla təmin etmişdir. X2 qanunsuz olaraq həbs olunması ona və digər ailə üzvlərinə xeyli maddi zərər vurmaqla bərabər, onların mənəvi sarsıntılara və iztirablara məruz qalmasına səbəb olmuşdur. X2 Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” iddiası üzrə Bakı Apellyasiya məhkəməsinin 19.08.2020-ci il tarixli, 2(103)-5249/2020 saylı qətnaməsində göstərilir: “Məhkəmə apellyasiya şikayətinin dəlillərinə, iddiaçınm nümayəndəsinin izahatma əsaslanaraq hesab edir ki, maddi ziyan tələb etməyə iddiaçının subyektiv hüququ yoxdur, həmin hüquq iddiaçının anasına məxsusdur. Çünki iddiaçı və onun nümayəndəsi (anası) maddi ziyan vurulması ilə bağlı iddia tələbini onunla əsaslandırırlar ki, həmin xərc iddiaçı həbsdə saxlanıldığı müddətdə xəstəlik və digər ehtiyaclarının ödənilməsi məqsədi ilə çəkilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, həmin xərclər birbaşa iddiaçının vəsaiti hesabına deyil, onun anasının vəsaiti hesabına ödənilmişdir.” Bakı Apellyasiya məhkəməsinin 19.08.2020-ci il tarixli, 2(103)- 5249/2020 saylı qətnaməsi artıq qüvvəyə minmiş və icra edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X13 və İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5249/2020 saylı, 19.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 mart 2020-ci il tarixli qətnamədən iddiaçının və cavabdeh Nazirliyin ayrıayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmişdir. Həmin qətnamədən göründüyü kimi işə baxmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 05.03.2020-ci il tarixli qətnaməsi ilə R.Bayramlının iddiası qismən təmin edilmiş, ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 3000 manat, maddi ziyanın əvəzinin ödənilməsi məqsədil ilə 500 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq ona ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Suraxanı rayon, Qaraçuxur qəsəbə nümayəndəliyi tərəfindən 11.11.2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 363718 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 16.10.1993-cü il tarixdə anadan olmuş, ata qrafasında X10, ana qrafasında İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikasının və digər dövlətlərin ərazilərindən ünvanlanmış teleqramların çatdırılma bildirişlərindən görünür ki, İddiaçı oğlu X4 cinayət işi ilə əlaqədar müxtəlif dövlət təşkilatlarına müraciət etmişdir. Baqajın identefikasiya qəbzlərindən görünür ki, İddiaçı müxtəlif tarixlərdə Naxçıvan Muxtar Respublikasına uçmuş və geri dönmüşdür. GJN seriyalı 450376 nömrəli 06.12.2019-cu il tarixli və GJN seriyalı 524178 nömrəli 09.01.2020-ci il tarixli girov biletlərindən görünür ki, İddiaçı tərəfindən qızıl-zinət əşyaları girov olaraq cəmi 2500 manat müqabilində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X7 təhvil verilmişdir. Bakı şəhəri 6 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X13 tərəfindən tərtib edilmiş 24.12.2018-ci il tarixli, GİG/3 seriyalı, 016523 saylı və 24.12.2018-ci il tarixli, GİG/3 seriyalı, 016523 saylı mədaxil qəbzlərdən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətin göstərlməsi üçün müvafiq olaraq 100 manat və 100 manat, cəmi 200 manat məbləğində ödəniş edilmişdir. İşin mübahisələndirilməyən hallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13.12.2018-ci il tarixli hökmünə əsasən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmişdir. Hökmdən verilmiş apelyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyası 30.05.2019-cu il tarixli qərarı ilə apellyasiya protesti, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyası isə 15.10.2019-cu il tarixli qərarına əsasən isə kassasiya protestinin təmin edilməməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05.03.2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilməmiş saxlanılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.12.2018-ci il tarixli qətnaməsinə əsaən X6 iddiası qismən təmin edilmiş, ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 3000 manat, maddi ziyanın əvəzinin ödənilməsi məqsədil ilə 500 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq ona ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05.03.2020-ci il tarixli qətnaməsi ilə həmçinin maddi ziyanı tələb etməyə iddiaçının (X6) subyektiv hüququnun olmadığı (hüquqi yardıma görə ödənilmiş vəsait çıxılmaqla), həmin hüququn iddiaçının anasına məxsus olduğu, X6 həbsdə saxlanıldığı müddətdə xəstəlik və digər ehtiyaclarının ödənilməsi iddiaçının vəsaiti hesbına deyil, anasının (hazırki işdə iddiaçının) vəsaiti hesabına həyata keçirildiyi göstərilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə - 50.000 manat pulun və mənəvi ziyana görə - 10.000 manat məbləğində pulun cavabdeh vasitəsilə dövlət büdcəsindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, iddiaçının oğlunun tərəf olduğu mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş halların indiki məhkəmə üçün preyudisial əhəmiyyət daşımadığından, bu işi düzgün həll etmək üçün əhəmiyyəti olan hallar məhkəmə baxışı zamanı sübuta yetirilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İlkin iddia üzrə iddiaçının istinad etdiyi hallara əsasən iddia tələblərinin qanuni əsasını, tərəflər arasında müqavilə münasibətləri yaranmadığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21,1096 və 1097-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bildiyindən və təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödənilə bildiyindən məhkəmə hesab edir ki, zərərin mövcud olması hazırki iş üzrə müəyyən edilməli olan haldır. İddiaçının dəlillərinə dair məhkəmə qeyd edir ki, həqiqətən də, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində müvafiq maliyyə itkilərinə məruz qalmışdır. Lakin iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə ona maddi zərər vurulduğunu, yəni nəticə etibarılə bəraət almış övladının işinə düzgün baxılması məqsədilə Bakı şəhərindən, həmçinin Türkiyə Respublikası və Rusiya Federasiyasının ərazisindən teleqram göndərdiyi, bunun üçün Naxçıvan Muxtar Respublikasına təyyarə vasitəsilə uçduğunu, bundan başqa övladının həbsdə olduğu zaman müəyyən tələbatlarını ödəmək üçün qızıl-zinət əşyalarını lombarda qirov qoyaraq müvafiq faiz dərəcəsi ilə borca pul götürdüyünü bildirmişdir. Məhkəmə xarici ölkənin ərazisindən göndərilmiş teleqramlara görə iddiaçının çəkdiyi xərcləri qəbul etməyərək qeyd etməyi zəruri sayır ki, Respublikanın ərazisindən teleqram göndərmək imkanına malik olduğu halda İddiaçı Türkiyə Respublikası və Rusiya Federasiyasının ərazisindən bunu etməsi ağlabatan və məntiqi hərəkət kimi qəbul edilə bilməz. Məhkəmə eyni qənaətə İddiaçı Naxçıvan Muxtar Respublikasına təyyarə vasitəsilə uçması ilə əlaqədar gəlmişdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçıya dəymiş digər maddi ziyanla bağlı (övladının həbsdə olduğu zaman müəyyən tələbatlarını ödəmək üçün çəkdiyi xərclər) onun tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı onun qızıl-zinət əşyalarını lombarda qirov qoyaraq müvafiq faiz dərəcəsi ilə borca pul məhz iddia ərizəsində göstərilən məqsədlər üçün götürməsi halı müəyyən edilməmiş, bununla da, o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə məhkəmə iddiaçıya dəymiş maddi zərəri (Azərbaycan Respublikasının ərazisindən teleqramların göndərilməsi ilə bağlı 90,37 manat və oğlunun təqsirləndirilən şəxs qismində cəlb edildiyi cinayət işi üzrə aparılmış cinayət mühakimə icraatı zamanı hüquqlarının müdafiəsi üçün ödədiyi 200 manat) 290,37 manat məbləğində qiymətləndirərək hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən 290,37 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. İddiaçının mənəvi ziyana görə 10.000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrıayrılıqda təzminat almaq hüququna malikdirlər. Qeyd edilənlərə əsasən məhkəmə təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının vəzifəli şəxslərinin hüquqa zidd hərəkətləri nəticəsində X6 təqsirləndirilən şəxs qismində saxlandığı zaman işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qaldığı, ona fiziki təzyiq göstərildiyi, yəni sağlamlığına zərərin dəydiyi halı barəsində çıxarılmış bəraət hökmündə müəyyən edilmədiyi üçün hesab edir ki, İddiaçı iddiası bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 290,37 manat pul cavabdehdən alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 290,37 (iki yüz doxsan manat otuz yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar