Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-515/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndə və vəkilləri Nümayəndə və Vəkil2 iştirakları ilə, iddiaçı Qulı̇ yev Oqtay Arı̇ fovı̇ çin cavabdeh Bakı Şəhərı̇ 6 Saylı Medı̇ ası̇ ya Təşkilatına qarşı (X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın qanunsuz və etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qulı̇ yev Oqtay Arı̇ fovı̇ ç cavabdeh Bakı Şəhərı̇ 6 Saylı Medı̇ ası̇ ya Təşkilatına qarşı (X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın qanunsuz və etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri, 6 saylı Mediasiya İdarəsinin mediatoru X14 tərəfindən “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 21.1*.2*22-ci il tarixli arayışın qanunsuz və etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri. 6 saylı Mediasiya İdarəsinin mediatoru X2 vətəndaşı X3 nümayəndəsi Vəkil2 tərəfindən edilmiş müraciət əsasında 21.1*.2*22-ci il tarixdə, nahar Fasiləsi zamanı, yəni 13.3* radələrində keçirilmiş mediasiya sesiyyasında ona barışıq üçün kifayət qədər şərait yaratmamış, onun tərəflə barışmaq niyyəti olduğunu, bunu dəfələrlə söylədiyini, azyaşlı övladı ilə və onun anası ilə barışaraq, birgə yaşamaq istədiyini, bunun üçün hər şeyə hazır olduğunu nəzərə almamışdır. Mediasiya sesiyyasında dəfələrlə uşağının anası X4 uşağın yanına getməyi təklif etsə də, sonuncu buna nədənsə razı olmamış və mediator F.İmanov bu dediklərinə də diqqət yetirməmişdir. Mediatordan o və vəkili barışıq məqsədilə mediasiya sesiyasının təxirə salınmasını xahiş etsələr də, sonuncu bunu da etməyərək, öz vəzifələrini layiqincə yerinə yetirməmişdir. Qeyd etmək istəyir ki, yuxarıda göstərilənləri təsdiq edən kifayət qədər sübutlar mövcuddur və onlar məhkəmə araşdırması zamanı təqdim ediləcəkdir. Bundan sonra, mediator tərəfindən təqdim olunmuş "İlkin mediasiya sessiyasından sonra prosesin davanı etdirilə bilməməsi barədə" arayışın məzmunu ilə tanış oldıqda mediator X12 mediasiya prosesini davam etdirməyə razılıq verməyən tərəf kimi onun adını arayışda qeyd etdiyini görüb, gözlərinə inanmadı. O, inanmadı ki, mediator F.İmanov həqiqətə uyğun olmayan məlumatları arayışa yaza bilər və bununla da qanunu pozmaqdan çəkinməz. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Nümayəndəsi və vəkili Nümayəndə təqdim etdiyi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçının hazırkı tələbinə hazırkı məhkəmədə baxıla bilməz və iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsinin mətnindən də göründüyü kimi, iddiaçı özünün də iştirak etdiyi ilkin mediasiya sessiyasının yekununa dair verilmiş arayışın qanunsuz və etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Həmin mediasiya sessiyasında iddiaçı ilə yanaşı, digər tərəf X11 da iştirak etmişdir. Tərəflər arasında barışıq əldə edilmədiyindən, Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatı tərəfindən “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 21.1*.2*22-ci il tarixli, MŞB6/-6516 saylı arayış verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatında X7 İddiaçı qarşı “uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddiası üzrə e-2(*11)- 7*65/2*22 saylı mülki işə baxılır. Bir halda ki, ailə mübahisəsi üzrə tərəflər məhkəməyə müraciət etməzdən əvvəl mediasiyadan keçməlidirlər, bu halda mediasiya arayışının qanuniliyi məsələsinə də elə əsas iddianın verildiyi Xətai Rayon Məhkəməsində baxılıb hüquqi qiymət verilməlidir. Cavabdeh İddiaçı nümayəndəsi və vəkili X15 26.12.2*22-ci il tarixdə məhkəməyə ərizə verərək, mediasiya arayışının etibarsız hesab edilməsi tələbinə dair Nəsimi Rayon Məhkəməsində işə baxılmasını əsas gətirərək, iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, hakim isə ərizəni təmin etməmiş, icraatı dayandırmaq üçün mediasiya arayışının qanunsuz və etibarsız hesab edilməsinə dair iddia qaldırılmasını iş üzrə icraatın dayandırılması üçün əsas hesab etməmişdir. İddiaçı niyyəti həqiqətən də X8 barışmaqdırsa, tərəflər razı olacağı təqdirdə bu barışıq məhkəmə prosesinin istənilən mərhələsində mümkün ola bilər. İddiaçı mediasiya arayışının etibarsız və qanunsuz hesab edilməsinə əsas kimi “mediasiya arayışında mediasiya prosesini davam etdirməyə razılıq verməyən tərəf kimi öz adının qeyd edilməsi”ni göstərir. Halbuki bu, heç bir halda həmin arayışın qanunsuz və etibarsız olmasına əsas ola bilməz. Mediasiyadan əlavə, Xətai Rayon Məhkəməsinin hazırlıq iclasında da hakimin, eləcə də vəkil X1 cavab olaraq X11 İddiaçılə barışığın mümkün olmadığını bildirmişdir. Mediasiyanın həyata keçirilməsinin əsasında dayanan prinsiplərdən biri də könüllülük prinsipidir, bu halda barışıq üçün hər iki tərəfin könüllü razılığı olmalıdır. Nəzərə alınmalıdır ki, mediasiya mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı olan prosesdir. Qeyd edilməlidir ki, mediasiya mübahisə tərəfləri arasında barışıq əldə edilməsinə yönəlmiş prosesdir, lakin tərəflər arasında barışıq əldə edilə bilmirsə, bu halda mediator tərəfindən mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış tərtib edilir. Göründüyü kimi, iddiaçı Xətai Rayon Məhkəməsində ona qarşı iddia qaldırıldığını bilə-bilə sonradan mediasiya arayışının qanunsuz və etibarsız hesab edilməsi tələbi ilə Nəsimi Rayon Məhkəməsində iddia qaldırmış, həmin məhkəməyə isə ona qarşı olan iddia tələbi üzrə digər məhkəmə mübahisəsinin olması ilə bağlı məlumat verməmiş və hazırkı məhkəmə isə iddianı səhvən icraata qəbul etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən 22.12.2*22-ci il tarixdə məhkəməyə vəsatət verilərək, ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi kimi iştirak etmiş X13 şahid qismində dindirilməsini və həmin mediasiya sessiyasının səs yazısının əks olunduğu CD diskin mülki iş materiallarına əlavə edilərək məhkəmə baxışı zamanı tədqiq edilməsini xahiş etmişdir. Həmin səs yazıları hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı və ya nümayəndəsi tərəfindən mediasiya sessiyasının gedişində səs yazısının qeydə alınması ilə bağlı hər hansı məlumat verilməmiş, səs yazısının qeydə alınmasından X9 ümumiyyətlə məlumatı olmamışdır. Məlumdur ki, ailə mübahisəsi üzrə keçirilmiş mediasiya sessiyasında müzakirə edilmiş məsələlər birbaşa şəxsi ailə həyatı ilə bağlıdır. Bu səbəbdən hesab edirik ki, X9 razılığı olmadan qeydə alınmış, tərəflərin şəxsi ailə həyatına dair məlumatları əks etdirən, iddiaçı tərəfin mötəbər sübut kimi istinad etdiyi və məhkəmə tərəfindən tədqiq edilməsi xahiş edilən həmin səs yazısı qanunu pozmaqla əldə edilmişdir. Həmçinin qeyd edilməlidir ki, mediasiya prosesi həyata keçirilən zaman rəhbər tutulmalı prinsiplərdən biri də konfidensiallıq prinsipidir. İlkin mediasiya sessiyasında iddiaçının nümayəndəsi kimi iştirak etmiş X15 hazırkı iş üzrə şahid kimi dindirilə bilməz. Belə ki, mediasiyada iştirak etmiş tərəflərin və digər şəxslərin mediasiya zamanı onlara məlum olan məlumatları məhkəmə proseslərində, və digər hallarda açıqlamaq, həmin məlumatlara istinad etmək hüququ yoxdur və həmin şəxslər belə məlumatlarla bağlı şahid qismində iştirak edə bilməzlər. Bir halda ki, iddiaçının niyyəti X8 barışmaqdır, bu halda sual olunur, X1* uşağı ilə həftədə 3 dəfə sərbəst şəkildə görüş hüququnu müəyyən etmiş məhkəmə qərardadlarını niyə qəsdən icra etməmişdir? Göründüyü kimi, mediasiya arayışını mübahisələndirmək cəhdi altında iddiaçı əslində digər məhkəmə işini dayandırmaq niyyəti güdmüşdür və bu cəhd də baş tutmamışdır. Qeyd edilənlər məhkəmənin nəzərinə çatdırılmaqla, İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatına qarşı “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın qanunsuz və etibarsız hesab edilməs/” tələbinə dair 2(**6)-532*/2*22 saylı mülki işin icraatına xitam verilməsini xahiş edilir. Cavabdeh Bakı Şəhərı̇ 6 Saylı Medı̇ ası̇ ya Təşkilatına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, göstərilən tələbə ayrıca mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 259.*.13-cu maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi qanunvericilikdə ilkin mediasiya sessiyasının keçirilməsi tələb olunan kateqoriyadan olan işlər üzrə (ailə, əmək və kommersiya mübahisələri) işə baxan hakim tərəfindən iş icraata qəbul edilərkən, habelə icraata qəbul edildikdən sonra da mediasiya haqqında qanunvericiliyin tələbləri yoxlanılmalıdır. Qeyd olunanlara əsasən, habelə prosessual qənaət prinsipini nəzərə alaraq məhkəmə hesab edir ki, işə baxan hakim tərəfindən mediasiya prosesində iştirakı təsdiq edən sənədə hüquqi qiymət verilərək iş icraata götürülmüşdürsə və sonradan baxılmamış saxlanılmamışdırsa həmin sənədin ayrıca məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yolverilməzdir. Əgər həmin sənəd mediasiya qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməmişdirsə məhz işə baxan hakim tərəfindən həmin sənədin qanuni olub-olmamasına hüquqi qiymət verilir. Mediasiya sessiyasında iştirakı təsdiq edən sənədin etibarsızılığı ilə bağlı isə qanunvericilikdə hər hansı müddəa nəzərdə tutulmamışdır. Mülki Prosessual Məcəllənin 261.*.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçı və cavabdeh arasında yaranan münasibətlərə ayrıca məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından, iddiaçı Qulı̇ yev Oqtay Arı̇ fovı̇ çin cavabdeh Bakı Şəhərı̇ 6 Saylı Medı̇ ası̇ ya Təşkilatına qarşı (üçüncü şəxs qismində X5 cəlb edilməklə) “ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın qanunsuz və etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçıya “ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın qanunsuz hesab edilməsi” barədə işə baxan məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2, 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Qulı̇ yev Oqtay Arı̇ fovı̇ çin cavabdeh Bakı Şəhərı̇ 6 Saylı Medı̇ ası̇ ya Təşkilatına qarşı (üçüncü şəxs qismində X5 cəlb edilməklə) “ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın qanunsuz və etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 1* (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-515/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-515/2023
17.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver