Məhkəmə qərarları › İş №2(006)-5154/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5154/2021

15.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5154/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3 və X11 qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.1988-ci il təvəllüdlü X11 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi; "xxxx" ASC-nin Səbail filialı arasında 29.05.2019-cu il tarixli SBLMB-4712 saylı, 02.08.2019-cu il tarixli SBLMB-5062 saylı saxlanc girovu haqqında müqaviləyə əsasən banka girov qoyulmuş, X3na məxsus olmuş miras əmlakı kimi qızıl-zinət əşyaları olan 916 əyarlı bir ədəd sepkulon, 916 əyarlı bir ədəd komplekt, 750 əyarlı iki ədəd qolbaq, 750 əyarlı bir ədəd komplekt, 750 əyarlı bir ədəd üzük, 750 əyarlı yeddi ədəd üzük, 750 əyarlı iki ədəd sepkulon, 750 əyarlı bir ədəd qolbaq və 585 əyarlı bir ədəd sep-kulonun miras əmlakı olaraq tam pay əsasında ona verilməsi üçün Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı məhkəməyə ərizə təqdim edərək, Cavabdeh2, Cavabdeh3 və X10 mülki iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçının vəsatəti təmin edilərək, Cavabdeh2, Cavabdeh3 və X15 cavabdeh qismində mülki işə cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 14 saylı Notariat Ofisinin 28 avqust 2020-ci il tarixli məktubuna əsasən X5 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət daxil olduğu göstərilmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş 03 mart 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 17.07.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi: ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı və o, miras əmlakdan 1/4 hissədə pay almalıdır. Mülki Məcəllənin 1243.2, 1246, «Notariat haqqında» Qanunun 57, 59-cu maddələrinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, göründüyü kimi, 17.07.2020-ci il tarixdə vəfat etmiş X7 qanun üzrə vərəsələri olan xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.1988-ci il təvəllüdlü X15 qanunvericiliklə mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddəti üzürsüz səbəbdən keçmişdir. Belə ki, həmin vərəsələr X7 vəfatı barədə məlumatları olmuş və altı ay keçməsinə baxmayaraq mirasın qəbulu ilə bağlı heç bir hərəkət edilməmişdir. Yuxarıda qeyd olunan hal ilə əlaqədar olaraq onun tərəfindən Bakı şəhəri 14 saylı Notariat Ofisinə "xxxx" ASC-nin Səbail filialı arasında 29.05.2019-cu il tarixli SBLMB-4712 saylı, 02.08.2019-cu il tarixli SBLMB-5062 saylı saxlanc girovu haqqında müqaviləyə əsasən banka girov qoyulmuş, X3na məxsus olmuş miras əmlakı kimi qızıl-zinət əşyaları olan 916 əyarlı bir ədəd sep-kulon, 916 əyarlı bir ədəd komplekt, 750 əyarlı iki ədəd qolbaq, 750 əyarlı bir ədəd komplekt, 750 əyarlı bir ədəd üzük, 750 əyarlı yeddi ədəd üzük, 750 əyarlı iki ədəd sep-kulon, 750 əyarlı bir ədəd qolbaq və 585 əyarlı bir ədəd sep-kulonun miras əmlakı olaraq tam pay əsasında ona verilməsi üçün müvafiq tədbir görülməsi üçün müraciət edilmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisinin 07 iyun 2021-ci il tarixli məktubuna əsasən müraciətin təmin edilməsindən imtina edilmiş və digər vərəsələr olan xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.1988-ci il təvəllüdlü X11 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi bildirilmişdir. Göründüyü kimi, Bakı şəhəri 14 saylı Notariat Ofisi qanunvericiliyin tələblərini pozaraq ərizəsini təmin etməmiş və vərəsə olaraq miras əmlakı qəbul etmək üçün nəzərdə tutulmuş müddəti ötürmüş digər vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisinin 07 iyun 2021-ci il tarixli məktubunda vərəsələrin mirası faktiki qəbul etdiyini bildirmişdir. Lakin bu həqiqəti əks etdirmir. Belə ki, X7 vəfat etdiyi 17.07.2020-ci il tarixdən digər vərəsələrə məlumat verilmiş, lakin həmin vərəsələr miras əmlakın qəbulu və ya vərəsə kimi tanınmaq üçün müraciət etməmişlər. X3 2005-ci ildən vəfat etdiyi tarixə kimi Abşeron rayonu Digah kəndi H.Aslanov küçəsində qeydiyyatsız yaşamışdır. Sonda «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə istinad edən iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddia ərizəsində sadalanan qızıl-zinət əşyaları əslində iddiaçının özünə məxsusdur. Özünə məxsus qızılzinət əşyalarını anasının adından banka girov qoyaraq, kredit götürmək məcburiyyətində qalmışdır. Çünki, anası xəstə olmuş, müalicəyə çoxlu vəsait tələb edilmişdir. X4 17 iyul 2020-ci il tarixdə vəfat etmişdir. Anası vəfat edəndən sonra, banka olan borcu bağlayıb, qızıl-zinət əşyalarını girovluqdan çıxarmaq istəmişdir. Qızıl-zinət əşyaları anasının adına banka girov qoyulduğundan, bank ondan vərəsəlik hüququ ilə bağlı sənədlərin təqdim edilməsini, bunun üçün notariat orqanına müraciət etmək lazım olduğu bildirilmişdir. Bankdan ona edilən tövsiyəyə uyğun olaraq 2020-ci ilin avqust ayında Bakı şəhəri 14 saylı Notariat Ofisinə müraciət edərək, ona miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri 14 saylı notariat ofisi ona banka təqdim etmək üçün 28 avqust 2020-ci il tarixli 1802 saylı məktub (arayış) vermişdir. Həmin məktubda (arayışda) qeyd olunmuşdur ki, o, miras qoyanın vərəsəsidir. Notariat orqanında ona qanunla müəyyən olunmuş müddətin gözlənilməli olması, sonra ona vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim ediləcəyi bildirilmişdir. O, müddəti gözləməyə başlamış və sonda məcbur qalaraq 03.03.2021-ci ildə Notariat Ofisinə müraciət edərək, cavabdehlərin müraciət etməmələrini qeyd edərək, ona tam pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etsə də, notarius tərəfindən yenə də, onun bu müraciəti qəbul edilməmiş və ona yalnız ¼ pay nisbətində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra o, xarici ölkəyə gedəsi olmuşdur. Belə ki, o, həmin ölkədə nikaha daxil olmaqla orada ailə həyatı qurmuşdur. Bir neçə ay keçəndən sonra o, yenidən notariat ofisinə müraciət etdikdə, ona bildirilmişdir ki, notariat ofisi tərəfindən mirasın qəbulu müddətini ötürmüş və həmin müddəti bərpa etdirməmiş digər qardaş və bacılarının hər birinin adına 26 may 2021-ci il tarixdə 1/4 pay nisbətində vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. O, notariusa bildirmişdir ki, qızıl-zinət əşyaları özünündür, anasının olsa idi belə, cavabdehlər həmin miras əmlakı faktiki olaraq qəbul etməmişlər, anaları ilə birgə yaşamamışlar, həmin miras əmlakı faktiki olaraq qəbul etmələri qeyrimümkündür, banka olan, anasının müalicəsi ilə bağlı alınmış krediti özü ödəyir, cavabdehlərin ona və anasına quru qohumluq bağlarından başqa, heç bir aidiyyətləri yoxdur. Həmçinin cavabdehlərin həmin qızıl-zinət əşyalarına da aidiyyətləri yoxdur. Bu səbəbdən, ona tam pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir, 1/4 pay nisbətində yox, həmçinin cavabdehlərə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr əsassız olduğundan ləğv edilməlidir. Lakin onun haqlı tələbi təmin edilməmiş, notariat orqanı 03 mart 2021-ci il tarixdə onun adına verilmiş, miras əmlakın 1/4 hissəsinə pay almaq hüququ verilmiş, 3/4 hissəsinin açıq saxlanıldığı göstərilmiş şəhadətnaməni, həmçinin cavabdehlərin adlarına verilmiş şəhadətnamələri olduğu kimi saxlamışdır. Bununla da, onun hüquqları və qanunun tələbləri pozulmuşdur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 iddianı qəbul etməmiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Cavabdeh3 və X11 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Notariat Ofisinin nümayəndəsi, digər cavabdehlər Cavabdeh3 və Elnarə Əliyeva məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin nümayəndəsinin, digər cavabdehlər Cavabdeh3 və X10 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri, eləcə də 14 saylı Notariat Ofisindən təqdim edilmiş 17.07.2020-ci ildə vəfat etmiş X5 miras qalmış əmlaklara dair notariat icraatındakı sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxxxx 1980-ci il təvəllüdlü X17, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.1988-ci il təvəllüdlü X10 X2, anaları X9r. - ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X2 26 noyabr 2019-cu il tarixdə, anaları X13 17 iyul 2020-ci il tarixdə vəfat etmişlər. - Digah qəsəbə İƏD Nümayndəliyinin 16.06.2021-ci il tarixli 476 saylı arayışından görünür ki, X13 vəfat edən günədək Abşeron rayonu Digah qəsəbəsi H.Aslanov küçəsində qeydiyyatsız yaşamışdır. - Digah qəsəbə İƏD Nümayndəliyinin 12.10.2021-ci il tarixli 764 saylı arayışından görünür ki, İddiaçı qonşuların verdiyi akta əsasən Digah qəsəbəsində dayısı X6 məxsus fərdi yaşayış evində H.Aslanov küçəsində ev 4 ünvanında 2005-2019-cu illərdə qeydiyyatsız yaşamışdır. - 40 saylı MKİS-nin notariat icraatında olan 25.08.2020-ci il tarixli 163/1 saylı arayışının surətindən görünür ki, X13 8-ci keçid, O.Zülfüarov küçəsi 13 №li ünvanda 1979cu ildən ölən günədək, yəni 17.07.2020-ci ilədək qeydiyyatda olmuşdur. - 40 saylı MKİS-nin notariat icraatında olan 24.08.2020-ci il tarixli 163 saylı arayışının surətindən görünür ki, əvvəllər Əliyeva, sonra Əlili, hazırda Safi soyadlı Gülnarə Vəli qızı 8-ci keçid, O.Zülfüarov küçəsi 13 №li ünvanda ev kitabına əsasən anadan olmuşdur və valideynləri ilə birlikdə ailə həyatı quranadək yaşamışdır və vəsiqəsində göstərilən ünvan əvvəllər onların sahəsində olmuş və sökülmüşdür. - 14 saylı Notariat Ofisinin iddiaçıya ünvanladığı 07.06.2021-ci il tarixli 1717 saylı cavab məktubunda ona bildirilmişdir ki, müraciəti araşdırılarkən mərhum X.Əliyevaının digər vərəsələri Cavabdeh3, X10 və Cavabdeh2 miras qoyanla eyni ünvanda daimi qeydiyyatda olmaları müəyyən edilmişdir. Bu hal da miras əmlakın vərəsələr tərəfindən faktiki qəbul edilməsi kimi qiymətləndirilmişdir. Bu səbəbdən də miras əmlaka dair qeyd olunan vərəsələrin hər birinə 1\4 paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X.Əliyevadan miras almış qızıl zinyət əşyalarına dair iddiaçının adına tam vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkanları xaricindədir. - Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən İddiaçı verilmiş 03 mart 2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, o, 17.07.2020-ci il tarixdə vəfat etmiş X7 qanun üzrə vərəsəsidir və o, miras əmlakdan 1\4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Səbail filialı arasında 29.05.2019-cu il tarixli SBLMB-4712 saylı saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsinə dair akta əsasən girov qoyulmuş dəyəri 3228,75 (bazar dəyəri-4305) manat, çəkisi 59,7 qram olan 6 ədəd qızıl-zinyət əşyalarından və 02.08.2019-cu il tarixli SBLMB- 5062 saylı saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsinə dair akta əsasən girov qoyulmuş dəyəri 2212,8 (bazar dəyəri-2950,4) manat, çəkisi 41,6 qram olan 11 ədəd qızıl-zinyət əşyalarından ibarətdir. - Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2, Cavabdeh3 və X11 verilmiş 26.05.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, onlar 17.07.2020-ci il tarixdə vəfat etmiş X7 qanun üzrə vərəsələridir və onlar hər biri miras əmlakdan 1\4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASCnin Səbail filialı arasında 29.05.2019-cu il tarixli SBLMB-4712 saylı saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsinə dair akta əsasən girov qoyulmuş dəyəri 3228,75 (bazar dəyəri-4305) manat, çəkisi 59,7 qram olan 6 ədəd qızıl-zinyət əşyalarından və 02.08.2019-cu il tarixli SBLMB-5062 saylı saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsinə dair akta əsasən girov qoyulmuş dəyəri 2212,8 (bazar dəyəri-2950,4) manat, çəkisi 41,6 qram olan 11 ədəd qızıl-zinyət əşyalarından ibarətdir. - ünvan 2 ünvanlanmış 28 avqust 2020-ci il tarixli 1802 saylı məktubun məzmunundan görünür ki, X5 miras qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı notariat ofisinə müraciət daxil olmuşdur. X7 17.07.2020-ci il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmaına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat»ın 7-ci bəndinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat məktubu təqdim edilir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, xx xxxxxx 1980-ci il təvəllüdlü Safi (Əlili) Gülnarə Vəli qızı, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.1988-ci il təvəllüdlü X15 doğma bacı qardaşdırlar. İzahatlarına əsasən valideynlərinin nikahları pozulmuş, onlar uşaq olarkən iddiaçı anasının, cavabdehlər isə atalarının yanında saxlanılmışlar. X2 26 noyabr 2019-cu il tarixdə, anaları X13 17 iyul 2020-ci il tarixdə vəfat etmişlər. Həmçinin müəyyən edilmişdir ki, X1 onunla "xxxx" ASC-nin Səbail filialı arasında 29.05.2019-cu il tarixli SBLMB-4712 saylı saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsinə dair akta əsasən girov qoyulmuş dəyəri 3228,75 (bazar dəyəri- 4305) manat, çəkisi 59,7 qram olan 6 ədəd qızıl-zinyət əşyalarından və 02.08.2019-cu il tarixli SBLMB-5062 saylı saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsinə dair akta əsasən girov qoyulmuş dəyəri 2212,8 (bazar dəyəri-2950,4) manat, çəkisi 41,6 qram olan 11 ədəd qızıl-zinyət əşyaları qeyd edilən müqaviləyə əsasən banka girov qoyulmuşdur. Aktlara əsasən X3na məxsus olmuş miras əmlakı kimi qızıl-zinət əşyaları olan 916 əyarlı bir ədəd sep-kulon, 916 əyarlı bir ədəd komplekt, 750 əyarlı iki ədəd qolbaq, 750 əyarlı bir ədəd komplekt, 750 əyarlı bir ədəd üzük, 750 əyarlı yeddi ədəd üzük, 750 əyarlı iki ədəd sep-kulon, 750 əyarlı bir ədəd qolbaq və 585 əyarlı bir ədəd sepkulondur. İddiaçı digər vərəsələrin X7 vəfatı barədə məlumatları olduqları halda, altı ay keçməsinə baxmayaraq mirasın qəbulu ilə bağlı heç bir hərəkət etməmələrini, bununla da mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddəti üzürsüz səbəbdən keçirmələrini göstərərək onların adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin ləğv edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş notariat icraatından görünür ki, İddiaçı anası vəfat edəndən sonra 7 ay 03.03.2021-ci ildə, cavabdehlər isə analarının ölümündən 10 ay sonra notariusa müraciət etmiş, hər biri ərizələrində özündən başqa digər vərəsələrin mövcudluğunu da qeyd etmişlər. Eyni zamanda notariat icraatında X5 miras qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı notariat ofisinə müraciət daxil olması, mərhumənin X7 17.07.2020-ci il tarixdə vəfat etməsi və vərəsələrin dairəsinin müəyyən edilməklə, İddiaçı miras qoyanın vərəsəsi olması barədə 14 saylı Notariat Ofisi tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 28 avqust 2020-ci il tarixli 1802 saylı məktubu da mövcuddur. Müəyyən edilmişdir ki, notarius mərhumə X.Əliyevanın digər vərəsələri Cavabdeh3, X10 və Cavabdeh2 miras qoyanla eyni ünvanda, yəni, 8-ci keçid O.Zülfüqarov küçəsi 13 ünvanında daimi qeydiyyatda olmalarını miras əmlakın vərəsələr tərəfindən faktiki qəbul edilməsi kimi qiymətləndirilərək cavabdehlərə miras əmlaka dair müvafiq şəhadətnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun: - 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. - 59-cu maddəsinin İ hissəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Məhkəmə hesab edir ki, notariat orqanı cavabdehlərin miras əmlakı faktiki olaraq qəbul edib-etməmələrini kifayət qədər araşdırmamış, mərhumənin ölən günədək faktiki olaraq hansı ünvanda yaşamasını aydınlaşdırmamış, yalnız onun ölən günədək hansı ünvanda qeydiyyatda olmasına dair verilən arayışla kifayətlənmişdir. Halbuki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, mərhumə X13 2005-ci ildən vəfat etdiyi günədək İddiaçı ilə Abşeron rayonu Digah qəsəbəsi H.Aslanov küçəsində qeydiyyatsız yaşamışlar, cavabdehlər həmin ünvanda nə qeydiyyatda deyillər, nə də yaşamamışlar. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlər valideynləri boşanandan sonra ataları ilə qalmışlar. Miras əmlakın X8 və ya İddiaçı məxsus olması halında da, cavabdehlərin həmin qızıl-zinət əşyalarına münasibətdə hüquq, vəzifə və öhdəliklərinin yaranmaması və olmaması müəyyən edilmişdir. Belə ki, cavabdehlər miras əmlakın mövcudluğu və onların saxlanca verilməsi barədə məlumatlı olmalarına dair sübutlar təqdim etməmiş və hətta məhkəmə baxışı zamanı verilən suala cavab olaraq analarının ölümündən xalaları vasitəsilə 2020-ci ilin sentyabr ayında məlumatlı olmalarını göstərmişlər. Habelə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı atası X14 vəfat etdikdən sonra ondan miras qalan əmlakdan miras pay almaq üçün müvafiq notariat orqanına da müraciət etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər qanunla müəyyən edilmiş müddəti ötürdükdən sonra notariat orqanına müraciət etmişlər və notariat orqanı buna baxmayaraq, cavabdehlərin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bununla da, qanunun yuxarıda göstərilən tələbləri pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, notariat orqanı tərəflərin hər birinə bərabər pay hüququ barədə şəhadətnamə verərkən İddiaçı miras qoyanın vərəsəsi olması barədə 14 saylı Notariat Ofisi tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 28 avqust 2020-ci il tarixli 1802 saylı məktubunun məzmununa da diqqət yetirməmişdir. Bu məktub iddiaçının anasının ölümündən 1 ay sonra notariata müraciət etməsinin birbaşa sübutudur. Məhkəmə hesab edir ki, qeyd edilən məktubun mövcudluğu həmçinin iddiaçının anasının ölümündən 1 ay sonra notariat ofisinə müraciət etdikdən sonra onun təkrarən 03.03.2021-ci ildə yenidən ərizə ilə notariat ofisinə müraciət etməsi onun mirası qanunvericiliklə müəyyən edilmiş müddətdən sonra qəbulu kimi də qiymətləndirilə bilməz. Əksinə məhkəmə hesab edir ki, Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən mirasın açıldığı yeri şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını araşdırmadan cavabdehlərin mərhumə ilə eyni ünvanda qeydiyyatda olmalarını onların miras əmlakı faktiki qəbulu kimi qiymətləndirilməsi düzgün olmamış, Cavabdeh2, Cavabdeh3 və X11 müddətin ötürülməsi ilə bağlı imtina verməli olduğu halda qanunsuz olaraq 26.05.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir ki, bu da iddiaçının vərəsə kimi huquqlarının pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, verilmiş 26.05.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələr qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyi üçün iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2, Cavabdeh3 və X11 verilmiş 26.05.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli; "xxxx" ASC-nin Səbail filialı arasında 29.05.2019-cu il tarixli SBLMB-4712 saylı, 02.08.2019-cu il tarixli SBLMB-5062 saylı saxlanc girovu haqqında müqaviləyə əsasən banka girov qoyulmuş, mərhumə X8 məxsus olmuş miras əmlakı kimi qızıl-zinət əşyaları olan 916 əyarlı bir ədəd sep-kulon, 916 əyarlı bir ədəd komplekt, 750 əyarlı iki ədəd qolbaq, 750 əyarlı bir ədəd komplekt, 750 əyarlı bir ədəd üzük, 750 əyarlı yeddi ədəd üzük, 750 əyarlı iki ədəd sep-kulon, 750 əyarlı bir ədəd qolbaq və 585 əyarlı bir ədəd sep-kulonun miras əmlakı olaraq tam pay şəklində İddiaçı verilməsi üçün Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamə verilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2, Cavabdeh3 və X11 verilmiş 26.05.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilsin. "xxxx" ASC-nin Səbail filialı arasında 29.05.2019-cu il tarixli SBLMB-4712 saylı, 02.08.2019-cu il tarixli SBLMB-5062 saylı saxlanc girovu haqqında müqaviləyə əsasən banka girov qoyulmuş, mərhumə X8 məxsus olmuş miras əmlakı kimi qızıl-zinət əşyaları olan 916 əyarlı bir ədəd sep-kulon, 916 əyarlı bir ədəd komplekt, 750 əyarlı iki ədəd qolbaq, 750 əyarlı bir ədəd komplekt, 750 əyarlı bir ədəd üzük, 750 əyarlı yeddi ədəd üzük, 750 əyarlı iki ədəd sep-kulon, 750 əyarlı bir ədəd qolbaq və 585 əyarlı bir ədəd sepkulonun miras əmlakı olaraq tam pay şəklində İddiaçı verilməsi üçün Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamə verilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar