Məhkəmə qərarları › İş №2(006)-5176/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5176/2025

23.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5176/2025 23.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X31 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçılar X4, X19, İddiaçı və X20 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - iddiaçı X1 əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanılmaqla, 79 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq 65.807 manat, aylıq kirayə pulu olaraq 20.737 manat, istifadə olunmamış məzuniyyətə görə 2.580 manat və illik maddi yardım üçün 2.220 manat, 13-cü maaşa görə 4.080 manat olmaqla cəmi, 95.424 manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə, 1 000 000 (bir milyon) manat kompensasiyanın; - İddiaçı əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanılmaqla, 78 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq 83.460 manat, aylıq kirayə pulu olaraq 20.475 manat, istifadə olunmamış məzuniyyətə görə 2.580 manat və illik maddi yardım üçün 2.220 manat, 13-cü maaşa görə 4.080 manat olmaqla, cəmi, 112.815 manat məbləğində kompensasiyanın, və mənəvi zərərə görə, 1 000 000 (bir milyon) manat kompensasiyanın; - iddiaçı X8 əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanılmaqla, 78 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq, 85.800 manat, aylıq kirayə pulu olaraq 20.475 manat, istifadə olunmamış məzuniyyətə görə 2.580 manat və illik maddi yardım üçün 2.220 manat, 13-cü maaşa görə 4.080 manat olmaqla, cəmi, 115.155 manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə, 1 000 000 (bir milyon) manat kompensasiyanın; - iddiaçı X9 əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanılmaqla, 79 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq 55.300 manat, aylıq kirayə pulu olaraq 20.737.50 manat, istifadə olunmamış məzuniyyətə görə 2.580 manat və illik maddi yardım üçün 2.220 manat, 13-cü maaş olaraq 4.080 manat cəmi, 84.917 manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə, 1 000 000 (bir milyon) manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı il aprel ayının əvvəllərində düşmən təxribatları nəticəsində döyüşlər başladı. Düşmənlə sərhəd boyunca qəhrəman əsgər və zabitlərimizin canı və qanı bahasına apardığı bu döyüşlər cəmi dörd gün davam etdi və “Aprel döyüşləri” kimi Azərbaycan tarixinə düşdü. Döyüşlər əsasən, Tərtər bölgəsində baş verdi və bəzi mövqelərimiz düşməndən azad olunmaqla, Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Bununla da cinayətkar erməni rəhbərlərinin “keçilməz erməni səngərləri” haqqında mifi alt-üst edildi və ordumuz nəyə qadir olduğunu real olaraq düşmənə göstərdi. Bu tarixi döyüşlərdən cəmi bir il sonra, yəni N-ci ilin may ayının 1-dən başlayaraq, Tərtər bölgəsində yerləşən hərbi hissələrdə xidmət göstərən və birbaşa “Aprel döyüşləri”nin iştirakçısı olan hərbi qulluqçular arasında, kütləvi şəkildə (yüzlərlə, bəlkə də minlərlə) olmaqla, “düşmənə hərtərəfli xidmət göstərən xəyanətkarlar” axtarılmağa başladı və bu barədə N-ci il may ayının 7-də Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yaydı. Həmin bəyanatda deyilirdi: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Bəyanatdan o da məlum olmuşdur ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə 3 may N-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və digər bir sıra maddələri ilə cinayət işi başlayıb. Bir müddət sonra isə, bu “cinayət işi” üzrə məhkəmələrin hökmü ilə 25 nəfər şəxsin təqsirləndirilərək 10 ildən, 20 ilədək müddətə azadlıqdan məhrum edildiyi, eyni zamanda, yüzlərlə əsgər və zabit (dəqiq sayı məlum deyil) bu “cinayət işinin istintaqı” zamanı amansız işgəncələrə məruz qaldığı və ən azı 11 nəfər hərbiçinin vəhşicəsinə, verilən işgəncələr nəticəsində həyatını itirdiyi barədə xəbərlər yayıldı. Bütün bu qanlı hadisələr Azərbaycan cəmiyyətində şərti olaraq "Tərtər işi" “Tərtər terroru”,“Tərtər qətliamı” kimi adlanır və demək olar ki, hər gün geniş ictimai müzakirələrə səbəb olur. Bir çox özəl televiziyalarda, kanallarda, bu hadisələr vaxtaşırı işıqlandırılır və ictimai istintaqı aparılır. Məhz həmin kanallarda zərərçəkmişlər qanunsuz sorğulamalarda nələrin baş verdiyini, başlarına gətirilən hadisələr, onlara verilən amansız və ağlasığmaz işgəncələr barədə canlı-canlı danışıb və ümumilikdə, “Tərtər işi” adlandırılan qorxulu sirrin açılması marağında olan Azərbaycan ictimaiyyətini işgəncə məkanları və orada verilən işgəncələr barədə imkan daxilində məlumatlandırıblar... X4, İddiaçı, X19 və X20 da, hərbi xidmətdə olarkən N-ci il may ayının ilk günlərindən qanunsuz olaraq saxlanılmış, sözügedən cinayət işi üzrə dəhşətli işgəncələrə, həbslərə və sorğulamalara məruz qalaraq bütün sağlamlıqlarını, bir insan, şəxsiyyət və bir kişi olaraq bir çox dəyərlərini, həmçinin, bir hərbiçi olaraq sevdikləri, uğrunda can qoydukları real işlərini itirmişlər. Onlar və ailə üzvləri həmin ərəfədə saysız - hesabsız psixi, fiziki və mənəvi olmaqla, ağır və dözülməz hallar yaşamış və bu gün də yaşamaqdadırlar. İddiaçıların qanunsuz azadlıqdan məhrum edilməsi və qanunsuz sorğulamalara cəlb edilərək günlərlə, hətta aylarla, ağır işgəncələrə məruz qalması, Tərtər Hərbi Məhkəməsinin 1 (098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli və 1(098)-9/2019 saylı, 13 mart 2019-cu tarixli hökmlərində, həmçinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə kapitanı Bayram İsmayılovun istintaq qrupunun üzvü olduğu ********* saylı cinayət işi üzrə və AR Baş Prokurorluğunun Xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi kiçik ədliyyə müşaviri Qasım Məmmədovun içraatında olan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması və yüzlərlə şahid ifadələri ilə öz təsdiqini tapmışdır. İddiçıların zərərçəkmiş şəxs qismində tanındığı cinayət işləri üzrə N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X27, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş gizir X17 və N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, kiçik gizir X11 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək, məhkum ediliblər. Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən: İ.Quliyev) 31 yanvar 2019-cu il tarixli hökmü ilə Fuad Ağayev 10 il, Qurban Cümşüdov və Cavid Ağadadaşov isə hər biri isə 6 ilmüddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. Həmçinin, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant X2, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X18, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X12, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X5 və N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X23 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək məhkum ediliblər. Tərtər Hərbi Məhkəməsinin 13 mart 2019-cu tarixli və29 yanvar 2020-ci tarixli hökmlərinə əsasən, X2 6 il, X18 6 il, X12 5 (beş) il 6 (altı) ay, X5 6 il, X23 isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, N nömrəli hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik X21 Azərbaycan Respublikası CM-nin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilərək, 1000 (bir min) manat cərimə cəzasına və 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. Böyük bir cinayətin icraçıları olan bu şəxslər, ordumuzun əsgər və zabitlərinə qarşı ağlagəlməz, dəhşətli işgəncə növlərini amansızlıqla tətbiq etməklərinin qarşılığında onlara verilən bu cüzi cəzalarla zərərçəkmişlər razılaşmadılar və onlara olunan müxtəlif təqib və təzyiqlərə rəğmən öz haqlarını tələb etməklə müxtəlif instansiyalara, eyni zamanda ölkə başçısına yazılı müraciətlər və açıq çağırışlar etdilər. Yüzlərlə zərərçəkmişə misli görünməmiş üsullarla işgəncələrin verildiyi bu cinayət işinə yenidən baxılmasını və iş üzrə istintaqın təzələnməsini tələb etdilər. Nəticədə, zərərçəkmişlərin ardıcıl surətdə göstərdikləri dirəniş və tələblər əsasında ölkə başçısı İlham Əliyev cənabları göstəriş verdi və AR Baş Prokurorluğunda sözügedən cinayət işinin istintaqı təzələndi. Yenidən başladılmış istintaqın nəticəsi olaraq AR Baş Prokuroru Kamran Əliyevin müraciəti əsasında sözügedən iş üzrə məhkəmələrin bütün hökm və qərarlarına yeni açılmış hallar üzrə AR Ali Məhkəməsinin Plenumunda yenidən baxıldı. “Dövlətə xəyanət” adı altında dəhşətli işgəncələr görmüş və 10-20 il müddətinə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş əsgər və zabitlərin barəsindəki bütün cinayət işlərinə bəraətverici əsaslarla xitam verildi. Bununla da, 5 il boyunca üzərlərində “Vətənə xəyanət”, “Dövlətə xəyanət” damğası gəzdirən, əslində isə, hər biri xidməti dövründə düşmənə qarşı qəhramancasına döyüşərək, şücaətlər göstərən oğulların haqqı qismən də olsa bərpa olundu və onlara riyakarcasına vurulan bu “damğa”, onların üzərlərindən götürüldü. Eyni zamanda, yenidən aparılmış istintaqın nəticəsində heç bir təqsiləndirilən və zərərçəkmiş şəxslərin təqsirli olduğu sübuta yetirilmədiyindən, onların tutulması, saxlanılması, qanunsuz sorğulamalara cəlb edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində, onlara vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası onlara izah edilmişdir. “Tərtər işi”ndə insan ağlına gəlməyən, faşistlərin belə etmədiyi, hətta düşmən erməninin də ağlına gəlmədiyi, dünya tarixinin heç bir dövründə, heç bir ölkədə tətbiq olunmayan işgəncə növlərinin hamısı Tərtərdə zərər görmüş əsgər və zabitlərimizə tətbiq olunub. Tamamilə çılpaq vəziyyətdə, gözləri, əlləri, ayaqları bağlı olmaqla, əl və ayaq zərbələri ilə, şlanqlarla, plasmas turbalarla, troslarla, birbirinə burularaq bərkidilmiş şunullarla və s. döyülmə, suda boğulma, bədəninin bütün nayihələrindən saysız-hesabsız toka vermələr, bu vasitə ilə ağızda lampa partladılması, dişlərinin kəlbətinlə çıxarılması və həmin yerdən toka qoşulma, üz nayihəsinə vurulan təpik zərbəsi ilə 5-6 dişin birdən çıxarılması, kəlbətinlə ətinin qoparılması, drell və “katalka” məftili vasitəsi ilə sümüklərinin deşilməsi, polietilen torbaların yandırılaraq açıq bədənlərinə tökülməsi, yanıq və yara yerlərinə araq və duz tökərək əsgər çəkmələri ilə tapdalanması və s. şəkildə dilə gətirilməsi mümkün olmayan, insan şəxsiyyətini sındıran, alçaldan onlarla işgəncə növləri... Bütün bu olanlarla bərabər onların şəxsiyyətinə damğa kimi vurulan: “erməniyə işləyən”, “vətənə xəyanət edən” adları və onların ailə üzvlərinə edilən çoxtərəfli və çoxsaylı işğəncələr... Ailələrin qohum-qonşu yanında “vətən xaininin, erməniyə xidmət göstərənin ailəsi kimi” dözülməz utanc hissi keçirmələri, bir gecənin içində evini, isti ocağını, qohum-əqrabasını qoyub kəndini tərk etməsi, dəhşətli qorxular keçirməsi, iztirablar yaşaması, aylarla övladından xəbər tuta bilməməsi və digər yazılmayan, dilə gətirilməsi çətin, mümkünsüz olan yaşantılar bu insanların hansı fiziki, mənəvi işgəncələrə və zərərlərə məruz qalmalarının sübutudur. Həm də, bu yazılanlar illərdir davam edir, bu gün də yaşanılır və yəqin ki, hələ uzun illər də yaşanılacaq və heç vaxt unudulmayacaq. N-ci il may ayının əvvəlindən iyun ayının sonuna qədər (bəziləri daha çox müddətə) bütün zərərçəkmişlər kütləvi şəkildə, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən, “xidmətə uyğunsuzluq” adı altında, heç bir kompensasiya ödənilmədən hərbi xidmətdən uzaqlaşdırılıblar. Həmin zərərçəkmişlər bu günə qədər də işsizdirlər və səhhətlərində yaranmış çox ciddi və çoxsaylı problemlər uçbatından heç yerdə işləyə bilməmişlər və yaxud da onları işə götürməmişlər. İşə götürülməməklərinin səbəbi həm də, onlara vurulmuş “vətəninə xəyanət edən, düşmənə işləyən” adı ilə damğalanmaqları və sağlamlıqlarında cox ciddi problemlər yaşamaqlarıdır. Bu səbəbdən işgəncəyə məruz qalmış bütün əsgər və zabitlərin maddi və sağlamlıq durumları acınacaqlı vəziyyətdədir. Bütün bu baş verən qanunsuzluqlara görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən qanunsuz olaraq uzaqlaşdırıldıqları işlərinə bərpa olunmaq, hər birinin işdən çıxarıldıqları tarixdən, işə bərpa ediləcək tarixədək olan dövr üçün əməkhaqlarının ödənilməsi və itirilmiş əmək illəri staja hesablanılmaqla, iradələrinin ziddinə, əsassız olaraq işdən çıxarılmaqları səbəbi ilə həmin müddəti onlar üçün məcburi işburaxma dövrü hesab edilməsi barədə tələb irəli sürmək zərərçəkmişlərin hər birinin qanuni haqqıdır. Həmin dövrdə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmaqlarına razı olmasalar da, N-ci ilin may-iyun aylarında, o cümlədən sonrakı tarixlərdə bu qanunsuzluqları törədənlər elə bir vəziyyət yaratmışdılar ki, heç bir işgəncə görüb, zərər cəkən şəxsin harasa, kiməsə müraciət edib haqqını tələb etmək imkanı yox idi. Qanunsuz olaraq saxlanıldıqları N və N saylı hərbi hissələrin köhnə kazarmalarından buraxılan zaman yüzlərlə ağır işgəncəyə məruz qalmış digər hərbi qulluqçular kimi onların da hər birinə, şikayət etməmələri, hətta müalicə almaq üçün həkimə getməmələri barədə hədə-qorxu gəlinmişdi, yazılı şəkildə iltizama imza atmaqla xəbərdarlıq olunmuşdu. Bütün bu qanunsuzluqları məhkəmə qaydasında mübahisələndirməzdən öncə N-ci ilin may-iyun aylarında çoxsaylı hərbi qulluqçulara, o cümlədən iddiaçılara qarşı törədilmiş cinayət əməllərinin araşdırılması, təqsirkar və zərərçəkmiş şəxslərin müəyyən edilməsi lazım idi. Nəhayət, zərərçəkmiş şəxslərin çoxsaylı müraciətlərindən sonra 17 dekabr 2021-ci ildə qeyd edilən cinayət əməllərinin yenidən araşdırılmasına başlanıldı və İstintaq Qrupu yaradıldı. X30 yaradıldıqdan sonra, işgəncəyə məruz qalıb, zərər görən hər bir şəxs özündə cəsarət tapıb o vaxt baş verən dəhşətlər, üzləşdikləri qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən kənarlaşdırılmaları ilə bağlı məlumat və izahatlarını verdilər və yüzlərlə işgəncələrə məruz qalmış hərbiçilər zərərçəkmiş qismində tanındılar və hal-hazırda da, Bakı Hərbi Məhkəməsində istintaqı gedən məhkəmə proseslərinə zərərçəkmiş kimi cəlb olunublar. Dörd iddiaçıdan yalnız birinin – X8 Tərtər Hərbi Məhkəməsinin 1-(098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli və 1-(098)-9/2019 saylı, 13 mart 2019-cu tarixli hökmlərində zərərçəkmiş kimi adı keçir və həmin hökmlər qanuni qüvvəsinialaraq bu gün də öz qüvvəsindədir. İddiaçı müvafiq kursu bitirdikdən sonra 2005-ci ilin mart ayından 130 saylı h/h-də taqım komandirinin müavini (gizir) olaraq hərbi qulluğa başlayıb. Daha sonra hərbi qulluğunu 157, 057, 005, N saylı hərbi hissələrdə davam etdirib. N-ci ilin may ayının 2-də “Tərtər hadisələri” ilə bağlı digər hərbiçilərlə birlikdə onu da qanunsuz olaraq saxlayıb, amansız işgəncələrə məruz qoyublar. Bu qanunsuzluqlar müxtəlif işğəncə məkanlarında, əsasən də, Mingəçevirdə baş tutub. Digər saxlananlar kimi onu da məcbur edirmişlər ki, ermənilərə işləməsini etiraf etsin və yaxud hansısa hərbçi yoldaşını erməniyə işləməsi səbəbi ilə şərləsin, üzünə dursun. Lakin, həddindən artıq ağır işgəncələrə məruz qalsa da İddiaçı nə özünə, nə də digər hərbiçilərə böhtan deməyib. İşgəncələr N-ci il iyun ayının 21-ə qədər davam edib və həmin tarixdən də, “xidmətə uyğunsuzluq” adı altında işdən azad edilib. İddiaçı ən agır işgəncə görənlərdən biri olmaqla, eyni zamanda N-ci il iyun ayının 21-də qanunsuz olaraq işdən çıxarılıb. Həmin vaxt onun orta aylıq əmək haqqı – 1070 (min yetmiş) manat olub. Öz iradəsi əleyhinə işdən azad olunması onu potensial qazancından da məhrum edib. İşdən çıxarıldığı vaxtdan bu günə qədər işburaxma müddəti 78 aydır. Bu halda İddiaçı qalan xidmət dövrü üçün hesablanmalı olan əməkhaqqısı 83.460 (səksən üç min dörd yüz altmış) manat edir (78 ay x 1070 = 83.460). Bundan başqa Rauf Allahverdiev işlədiyi müddətdə dövlətdən hər ay olmaqla, kirayə pulu 262.50 (iki yüz altmış iki manat əlli qəpik) manat (78 ay x 262.50 = 20.475) ildə bir dəfə olmaqla maddi yardım 370 (üç yüz yetmiş) manat, (6 il x 370 = 2.220) məzuniyyət pulu 430 (dörd yüz otuz ) manat (6 il x 430 = 2.580) və 13-cü maaş 680 (altı yüz səksən) manat (6 il x 680 = 4080) alıbdır. Cəmi: 29.355 (iyirmi altı min beş yüz altmış iki) manat. İddiaçının maddi zərərə görə tələb etdiyi yekun məbləğ 112. 815 (yüz on iki min səkkiz yüz on beş) manatdır. Ümumilikdə, iddiaçılar hərbi xidmət zamanı “Vətən xaini” adlandırılaraq ağır işgəncələr və qeyri-insani, alçaldıcı rəftar gördüklərindən, bu onlara ciddi və bərpa olunmaz mənəvi sarsıntı yaşatmış, iztirab çəkməklərinə səbəb olmuşdur. Həmçinin, onların “dövlətə xəyanət” adı altında işgəncə görmələri təkcə özlərinin deyil, həm də ailə üzvlərinin də mənəvi iztirablar yaşamalarına səbəb olmuşdur. Bununla da iddiaçılar, təqsirkar şəxslərin törətdiyi əməllər nəticəsində mənəvi zərər çəkmiş, peşəkar hərbi qulluqçu karyeralarından məhrum edilmiş, özləri və ailələri stres və ağır sarsıntı yaşamışlar. Odur ki, iddiaçılara vurulmuş mənəvi ziyanın əvəzi ödənilməlidir. İddiaçılar hər biri ayrı-ayrılıqda olmaqla, onlara vurulmuş mənəvi zərəri 1.000.000 (bir milyon) manat məbləğində qiymətləndirir. İddiaçılara maddi və mənəvi zərər vuran şəxslərdən bəziləri müəyyən edilərək, həbs edilsə də, onlara qarşı irəli sürülmüş ittihamlar üzrə cinayət işi hazırkı məhkəmənin icraatında olsa da, qalan əhəmiyyətli hissəsi bugünədək cinayət məsuliyyətinə cəlb edilməyib. Həmçinin, iddiaçıların zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə cəlb edilmiş təqsirləndirilən şəxslər iddiaçılara və digər şəxslərə işgəncə verən, bu prosesi təşkil edən zaman Azərbaycan dövlətini təmsil ediblər, yəni adi mülki vətəndaş kimi yox, hərbi hissənin Müdafiə Nazirliyi tərəfindən təyin edilmiş hərbi rütbəli vəzifəli şəxslər kimi çıxış ediblər, Müdafiə Nazirliyinin digər qurumlarla birlikdə 07 may N-ci il tarixli bəyənatından sonra dövlətə xəyanət və digər cinayət faktlarının araşdırılması üçün tabeçiliyində olan iddiaçı və çoxsaylı digər hərbi qulluqçuları xidmət yerlərindən (postlardan, döyüş mövqelərindən, bölüklərdən) həbi hissənin digər ərazilərində yerləşən bölük və hissələrinə aparmağa göstəriş vermiş, qara maskada olan digər hərbi hissələrdən olan hərbi qulluqçuların ixtiyarına vermişlər. Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı rəsmi məlumatlardan görünür ki, N-ci ilin may-iyun ayları ərzində Ağdam, Tərtər, Beyləqan və digər rayonlar ərazisində həm 1-ci, həm də 2-ci Ordu korpuslarının tərkibinə daxil olan müxtəlif hərbi hissələrdən N nəfər hərbi qulluqçu (zabit, gizir, müddətdən artıq və müddətli hərbi xidmət hərbi qulluqçuları) qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışlar ki, onlardan da 11 nəfəri bu qanunsuz proses zamanı həyatlarını itirmişdir. Başqa sözlə, cinayət əməlləri Müdafiə Nazirliyinin tabeçiliyində olan 1 Ordu korpusunda yüzlərlə hərbi qulluqçunu əhatə etmişdir, cinayət əməlləri qısa müddət ərzində deyil, ən azı 2 ay ərzində davamlı şəkildə həyata keçirilmişdir. Bu səbəblərdən də təqsirləndirilən şəxslərin belə böyük miqyasda və uzun müddət ərzində həyata keçirdiyi qanunazidd əməllər nəticəsində vurulmuş zərərin əvəzinin tutulması yuxarıda istinad edilən Mülki Məcəllənin 1100-cü maddəsinin tələbləri əsasında həyata keçirilməlidir. Həmin tələblərdən göründüyü kimi, dövlət orqanlarının və bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. Hazırkı iddia ilə dövlətdən pul tələb olunduğu üçün onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlətin səlahiyyətlərini həyata keçirmiş olur. Yuxarıda qeyd edilənlərdən, məhkəmə hökmlərindən və istintaq sənədlərindən məlum olur ki, yuxarıda adı keçən iddiaçılar ağlasığmaz formada ən ağır işgəncələrə məruz qalmış, nəticədə bərpaolunmaz şəkildə sağlamlıqlarını itirmiş, maddi gəlirlərindən, əldən çıxmış fayda olaraq digər gəlirlərindən məhrum olmuş və daimi iş yerlərini itirmişlər. Bundan başqa cəmiyyət içərisində utanc hissi ilə yaşamış, tənhalığa qapılmış, intihara meyllilik hisləri ilə yaşamış və illərlə cəmiyyətdən təcrid olunmuşlar. Bütün bu səbəblərdən, həmçinin, sağlamlıqlarını itirməkləri səbəbindən heç yerdə işləyə bilməmişlər. Adıkeçən iddiaçılar həm qanunsuz saxlanılıb ağır işgəncələrə məruz qaldıqlarına görə, həm də əsassız və qanunsuz olaraq işdən azad olub, “xidmətə uyğunsuz” kimi ehtiyata buraxıldıqlarına görə mənəvi iztirab və sarsıntı keçirmiş, onların şərəf və ləyaqətləri tapdalanmışdır. N-ci ilin may-iyun ayları ərzində qanunsuz saxlanılıb qeyri-insani rəftara məruz qalmış bütün hərbi qulluqçular öz hərbi rütbəsindən məhrum edilməklə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən, ehtiyata buraxılmışdırlar. N-ci ildə əsassız olaraq xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmaqları onların hər birinin iş fəaliyyətlərini məhdudlaşdırıb, xidmətə uyğunsuzluq qeydini görən digər işəgötürənlər də, hər yerdə onları işə götürməkdən imtina ediblər.

3. Məhkəmə icraatı zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar X1, X8, İddiaçı və X9 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsinin “iddiaçı X8 Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi”nin ayrılaraq, ayrıca icraatda baxılması, iddiaçı X8 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə işə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır.

5. İddiaçılar X4, İddiaçı və X20 (onların vəkili-nümayəndəsi Vəkil) “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək: - iddiaçı X3 vurulmuş maddi ziyanın əvəzi olaraq – 95.424 manat, əldən çıxmış fayda olaraq 150 000 manat, işgəncələr nəticəsində fiziki sağlamlığına vurulmuş ziyana görə 150 000 manat, cəmi 395.424 manat həcmində kompensasiyanın və mənəvi zərərə görə 1 000 000 (bir milyon) manat kompensasiyanın; - İddiaçı vurulmuş maddi ziyanın əvəzi olaraq – 112.815 manat, əldən çıxmış fayda olaraq 150.000 manat, işgəncələr nəticəsində fiziki sağlamlığına vurulmuş ziyana görə 150.000 manat, cəmi 412.815 manat həcmində kompensasiyanın və mənəvi zərərə görə 1 000 000 (bir milyon) manat kompensasiyanın; - iddiaçı X13 vurulmuş maddi ziyanın əvəzi olaraq – 84.917 manat, əldən çıxmış fayda olaraq 150 000 manat, işgəncələr nəticəsində fiziki sağlamlığına vurulmuş ziyana görə 150 000 manat kompensasiyanın və mənəvi zərərə görə 1 000 000 (bir milyon) manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar X1, İddiaçı və X9 Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsinin İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.”, iddiaçı X9 Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələblərinə dair hissələrinin ayrılaraq, hər birinə ayrıca icraatda baxılması və işlərin hər birinə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır.

7. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən məhkəməyə yazılı etiraz göndərilərək işə əsl cavabdeh şəxslərin cavabdeh qismində cəlb olunması və iddia tələbinə onlara münasibətdə baxılması barədə qərardad qəbul edilməsi və iddia tələbi Maliyyə Nazirliyinə aidiyyəti olmadığından həmin tələbin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya qarşı hər hansı hüquq pozuntusu və qanunazidd hərəkət törədilmədiyi halda, iddiaçı tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə qarşı irəli sürmüş, hüquq pozuntusu ilə əlaqəli şəxslərə qarşı konkret olaraq tələb irəli sürülməmişdir. Halbuki, iddia tələbi Mülki Prosessual Məcəllənin tələblərinə görə əsl cavabdehə yönəldilməlidir. Həmin iddia tələbi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı yönəldilməli olmadığından, habelə iddia tələbi üzrə Maliyyə Nazirliyi tərəfindən iddiaçıya münasibətdə hər hansı qanunsuz hərəkət və hərəkətsizliyə yol verilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda “müvafiq icra hakimiyyəti orqanı” kimi Maliyyə Nazirliyi müəyyən olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti şəxslər və ya cinayət prosesini həyata keçirən müvafiq orqanlar çıxış etməlidir. Sözügedən məhkəmə praktikasında bu tipli məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. İş materialları ilə sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz.

9. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddia tələbinə münasibət bildirmək üçün məhkəməyə göndərilən ərizədən görünür ki, iddiaçıların əvvəlki vəzifələrinə bərpa olunmaqla itirilmiş illərin əmək stajlarına hesablanması inzibati məhkəmə icraatının predmeti olduğundan hazırkı məhkəmə baxışı çərçivəsində baxıla bilməz. İddiaçılar əvvəlki vəzifələrinə bərpa olunmaqla itirilmiş illərin əmək stajlarına hesablanmasına dair ərizə ilə inzibati orqana müraciət etməli, müvafiq inzibati aktla razı olmadıqda inzibati məhkəməyə iddia ilə müraciət etməlidir. İddia tələbinin iddiaçılara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi hissəsinə dair bildirilir ki, “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan qanunvericiliyə müvafiq olaraq ödənilir. İddia tələbinin iddiaçılara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi hissəsində bilavasitə Maliyyə Nazirliyi cavabdeh olduğundan Azərbaycan Respublikası Müdafiə Nazirliyi hazırkı mülki iş üzrə cavabdeh olaraq məhkəmə icraatında iştirak edə bilməz. İddiaçı ehtiyata buraxılmasına dair əmr və ona əlavə edilmiş sənədləri məhkəməyə təqdim edərək mülki iş materiallarına əlavə edilməsi və qərar qəbul edərkən yuxarıda qeyd olunan xüsusatların nəzərə alınması məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə prosesi:

10. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

12. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

13. N nömrəli hərbi hissənin Tank əleyhinə bölüyün komandirinin həmin hərbi hissənin qərargah rəisi – hərbi hissə komandirinin müavininə ünvanladığı xx.xx.N-ci il tarixli raportdan görünür ki, tank əleyhinə bölüyün tank əleyhinə taqım komandirinin müavini gizir İddiaçı xidməti vəzifələrinə laqeyd yanaşdığına, tutduğu vəzifənin öhdəsindən gəlmədiyinə, təşkilatçılıq və qərar qəbul etmə bacarığının zəif olmasına və hərbi hissə komandanlığı tərəfindən dəfələrlə ona edilən iradlardan nəticə çıxarmadığına görə, gizirlərin şərəf məhkəməsində dinlənilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir.

14. N nömrəli hərbi hissə komandirinin müavininin həmin hərbi hissənin komandirinə ünvanladığı xx.xx.N-ci il tarixli raportdan görünür ki, Baş leytenant X10 raportuna əsasən vəsatət qaldırmışdır.

15. N nömrəli hərbi hissənin gizirlərinin şərəf məhkəməsinin 10 nömrəli, xx.xx.N-ci il tarixli qərarından çıxarışdan görünür ki, gizir İddiaçı xidməti vəzifələrinin icrasına laqeyd yanaşmasını, tabeçiliyində olan şəxsi heyətin mənəvi-psixoloji durumunun aşağı olmasını, onun spirtli içkiyə meyilli olmasını və özünün şəxsi keyfiyyətlərinin qənaətbəxş olmamasını nəzərə alaraq, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır.

16. İddiaçı ilə xx.xx.N-ci il tarixdə aparılmış 1-ci söhbət vərəqəsindən görünür ki, ona “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə məlumat verilmişdir. İddiaçı isə buraxdığı səhvlərə görə onu bağışlamalarını və ordu sıralarından təxris etməmələrini xahiş etmiş, müayinə üçün HHKna göndərilməyə ehtiyac olmadığını bildirmişdir.

17. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 6251 nömrəli, xx.xx.N-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.N-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Qısa anamnezi: şikayəti əsəbilikdən, həyəcandan, baş ağrısından, ümumi halsızlıqdandır. Deməsinə görə özünü bir ildir ki, xəstə hesab edir. N nömrəli hərbi hissənin komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir. Diaqnoz və xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Vegetativ damar distoniyası, ikincili hissəvi adentiya. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Hərbi xidmətə yararlıdır.

18. İddiaçı ilə xx.xx.N-ci il tarixdə aparılmış 2-ci söhbət vərəqəsindən görünür ki, iddiaçı ordu sıralarında qalmağını komandanlıqdan xahiş etmiş, müayinə üçün HHK-na göndərilməyə ehtiyac olmadığını bildirmişdir.

19. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli təqdimatında qeyd edilmişdir ki, gizir İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü bacarıqsız və savadsız bir gizir kimi göstərir. Vəzifəsinə aid olan rəhbər sənədləri zəif bilir və bilik səviyyəsini artırmaq üçün çalışmır. Taqımın əsgər və çavuşlarına təlim, tərbiyə etməkdə və taqım komandirinin göstərişi ilə onlarla şəxsən məşğələlər aparmaqda çətinlik çəkir. Tabeliyində olanların hər birinin ad və soyadını, təvəllüdünü, şəxsi keyfiyyətlərini, hərbi xidmətəqədərki məşğuliyyət növünü, ailə vəziyyətini, döyüş və ictimai-siyasi hazırlığındakı müvəffəqiyyət və çatışmazlıqları zəif bilir. Taqımın manqa komandirlərinin və bütün şəxsi heyətinin hərbi intizama riayət etmələrinə və xidməti düzgün yerinə yetirmələrinə zəif diqqət yetirir. Binanın təmizliyinə qayğı göstərmir. Tabeliyində olanlardan yataq ləvazimatını, geyimi və ayaqqabılarını yaxşı və səliqəli saxlamalarını tələb etmir. Taqımın şəxsi heyətinin əşya əmlakının kiçik təmirini vaxtında aparmasına zəif diqqət yetirir. Taqımın şəxsi heyətinin səhər baxışını keçirmir. Tabeliyində olanların bütün xahişləri, həvəsləndirmə, eləcə də onlara verilmiş cəzalar və onların nalayiq hərəkətləri barədə taqım komandirinə məluat vermir. Tabeliyində olanlara zəif qayğı göstərir, onların ehtiyaclarını dərindən öyrənməkdə çətinlik çəkir. Yuxarıda göstərilən mənfi xüsusiyyətlərini, eləcə də öz xidməti vəzifəsinə laqeyd yanaşmasını və gizirlərin şərəf məhkəməsinin vəsatətini nəzərə alaraq gizir İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını məqsədəuyğun hesab edirəm. Ehtiyatda olarkən hərbi geyim formasını daşımaq hüququ yoxdur. Özünü sağlam hiss edir, hərbi həkim komissiyasına göndərilməsinə ehtiyac duyulmur. Ehtiyata buraxıldıqdan sonra qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsinə göndəriləcək. Xidmət etdiyi müddət ərzində xidməti mənzillə və yaşayış sahəsi ilə təmin olunmamışdır. Fiziki cəhətdən sağlamdır. Çəkisi – 69 kq, boyu – 168 sm. Nəticə: Tutduğu vəzifəyə uyğun deyil. Xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün vəsatət qaldırılır.

20. Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0345gm nömrəli, xx.xx.N-ci il tarixli əmrindən çıxarışdan görünür ki, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq (xidməti uyğunsuzluğa) müvafiq olaraq, 703-cü Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) Tank əleyhinə bölüyün tank əleyhinə taqımı komandirinin müavini-qumbaraatan manqasının komandiri gizir İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr edilmişdir.

21. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Qasım Məmmədovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır.

22. “Məhkəmə Tibbi Ekspertiza və X15” PHŞ-nin xx.xx.2022-ci il tarixli 70 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “1985-ci il təvəllüdlü İddiaçı məhkəmə tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: İddiaçı sol baldırın aşağı 1/3-nin ön səthində; orta 1/3-nin bayır səthində çapıq toxumalar aşkar edildi. Qeyd edilən xəsarətlərlə əlaqədar tibbi sənəd olmadığından onların dəqiq yetirilmə müddəti haqqında fikir söyləmək mümkün deyildir. Lakin şəxsin özünün göstərdiyi vaxtda və şəraitdə əmələ gəlmələri də inkar edilmir. Sağlamlığa zərər vurmayan xəsarətlərə olduqları üçün dərəcələri təyin edilmir. İddiaçı arxa keçəcəkdə cinsi əlaqədə olmanı göstərən əlamət və dəyişiklik, eləcə də xəsarət və ya xəsarət izi aşkar edilmədi”.

23. Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)-7/2024 nömrəli hökmündən görünür ki, X2 xx.xx.2016-ci il tarixdən etibarən Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tərkibində olan Tərtər rayonunun ərazisində yerləşən N nömrəli əlahiddə kəşfiyyat taborunun xüsusi təyinatlı kəşfiyyat bölüyünün kəşfiyyat qrupunun komandiri vəzifəsində leytenant hərbi rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi vəzifəli şəxs olaraq İ Ordu Birləşməsinin tabeliyində olmuş hərbi hissələrdə düşmənlə əməkdaşlıq etmələrinə şübhə olan hərbi qulluqçuların müəyyənləşdirilərək əvvəlcədən müəyyən edilmiş yerlərdə onlara müxtəlif işgəncələr verməklə, eləcə də həmin şəxslərə qarşı qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər edib həqiqətə uyğun olmayan etirafedici ifadələr almaq yolu ilə gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etməklə özlərini yuxarı komandanlıq qarşısında qarşıya qoyulan tapşırıqları bacarıqla yerinə yetirən və vəzifələrinin öhdəsindən layiqincə gələ bilən zabit və vəzifəli şəxs kimi göstərmək, həmçinin cinayət törətmiş şəxsləri ifşa etmək və etirafa gətirmək bacarığına malik olmaqla, dövlətin təhlükəsizliyi əleyhinə törədilmiş ağır və xüsusilə ağır cinayət hadisələrinin açılmasında, yəni cinayət törətmiş şəxslərin müəyyən edilməsində xüsusi xidmətlərinin olması görüntüsünü yaratmaq və buna görə nüfuz qazanmaq, gələcəkdə vəzifədə irəli çəkilmək və mükafatlandırılmağa nail olmaq məqsədi ilə yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq N saylı hərbi hissənin əlbəyaxa döyüş üzrə təlimatçısı, gizir X18, kəşfiyyat müşahidə bölüyünün vizual müşahidə tağım komandirinin müavini, gizir X5, taborun kəşfiyyat bölüyünün baş çavuşu, gizir X24 və qeyriləri ilə mütəşəkkil dəstədə birləşib xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək olan müddət ərzində mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə və əvvəlcədən əldə olunan razılaşmaya əsasən, dəstə tərkibindəki ona həvaləolunmuş funksional vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tabeliyində olan müxtəlif hərbi hissələrin düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının cinayət məsuliyyətinə cəlb edilmələri üçün özü və daxil olduğu dəstənin digər üzvləri tərəfindən N saylı hərbi hissənin Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən inzibati binalarında, N saylı hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən köhnə inzibati binalarında, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının hauptvaxtlarında, həmçinin Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsində (hospital) və ünvan 1 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında həyata keçirilən qanunsuz sorğu-sual və saxlanılma proseslərinə mütəşəkkil dəstəyə rəhbərlik edən şəxs tərəfindən cəlb edilərək Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən Cinayət Prosessual Məcəlləsinin, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları”nın, xx.xx.2014-cü il tarixli, 72 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat”ın və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı ona həvalə olunmuş prosessual şəxs kimi Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqatçı olaraq təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və pisixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşmış, düşmən hərbi qulluqçuları ilə əlaqələrinin olmasını etiraf etdirmək, eləcə də şübhəli bilindiyi əmələ görə cəzalandırmaq məqsədilə Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tabeliyində olan müxtəlif hərbi hissələrin bir qrup hərbi qulluqçularının xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək mütəşəkkil dəstə tərəfindən əvvəlcədən planlaşdırılmış qaydada Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrinin qeyd edilən ərazilərdə yerləşən inzibati binalarındakı otaqlarda, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının hauptvaxtlarında, həmçinin Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsində (hospital) və ünvan 1 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında onların mütəşəkkil dəstə tərkibində törədilməklə həyatı və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edərək silah və silah qismində istifadə edilən əşyalardan istifadə edib həmin müddət ərzində normal yaşamaları üçün tələb olunan qidadan və digər zəruri şəraitdən məhrum etməklə qanunsuz saxlayaraq, eyni zamanda iradələrini qıraraq onlara müxtəlif bədən xəsarətləri yetirməklə, zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının cəmiyyətdə mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla, “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə”, bu ada görə onların uzun müddət cəmiyyətdən təcrid, həmçinin qanunsuz və əsassız vəzifələrindən azad olunmalarına, əsassız cinayət məsuliyyətinə cəlb edilmələrinə, eyni zamanda sağlamlıqlarında uzun müddət davam edən fərdi psixi pozuntuların yaranmasına və bu kimi digər ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmiş, mütəşəkkil dəstə tərkibində törədilməklə yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı ona həvalə olunmuş faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin təhriki və göstərişi ilə qanunsuz sorğu sual prosesinə cəlb edilmiş hərbi qulluqçulara bədənlərinin müxtəlif nahiyyələrinə xüsusi əşya və ya vasitələrdən istifadə edib qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qoymaqla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib sağlamlığa az ağır və ağır zərər vuran xəsarətlər yetirib təkrarən işgəncə vermiş, mütəşəkkil dəstə tərkibində qəsdən şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan zərər vurmaqla ağır xəsarət yetirməsi ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. - O, həmin vəzifədə xidmət edərkən qeyd edilən məqsədlə yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq digərləri ilə mütəşəkkil dəstədə birləşib dövlətə xəyanət faktları üzrə təhqiqat apararaq təşkilati sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla əvvəlcədən hazırlanmış plana və vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin Tərtər rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin hərbi qulluqçularının qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün mütəşəkkil dəstənin rəhbəri tərəfindən aparılmış vəzifə bölgüsü əsasında verilmiş tapşırığa əsasən və əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq 7 may N-ci il tarixdə axşam saatlarında dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasına gətirilərək 2-ci mərtəbədə otaqlardan birinə yerləşdirilmiş, həmin hərbi hissənin 3-cü motoatıcı taborun 7-ci bölüyünün 3-cü tağımın komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olan İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin verdiyi tapşırıqlara uyğun olaraq digər dəstə üzvləri xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək N nömrəli hərbi hissənin Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən inzibati binasında İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif saatlarında, müəyyən fasilələr verilməklə, davamlı şəkildə, qeyd edilən yerdə, əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb lentlə bağlamaqla sərbəst hərəkət etməsini məhdudlaşdıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq, sillə və təpiklə dəstə üzvləri çoxsaylı zərbələr vurmuş, digər ağır formada fiziki və psixi zor tətbiq etməklə işgəncə vermiş, əvvəlcədən müəyyən olunmuş cinayətkar məqsədə nail ola bilmədikdə, qanunsuz əməllərini davam etdirərək dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşaraq qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırıb ac, susuz saxlayıb, habelə gündüz saatlarında günün qızmar vaxtında günəş şüaları altında sıra meydanında əsassız olaraq sıra hazırlığı keçib fiziki hərəkətlər etməsini tələb edib, yemək saatlarında qəsdən vaxtı məhdudlaşdıraraq psixi təzyiq göstərməklə, o cümlədən mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə, ümumilikdə 07 may N-ci il tarixdən 21 iyun N-ci il tarixədək, cəmi 45 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız təxris olunmasından irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(103)-38/2024 nömrəli qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)-7/2024 nömrəli hökmündən verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, cəza hissəsində hökm dəyişdirilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1-1(102)-43/2025 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1-1(103)-38/2024 nömrəli qərarı verilmiş kassasiya protesti və şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

26. İş materiallarına iddiaçının AO ******* nömrəli hərbi bileti, xidməti xasiyyətnaməsi, xidmət vərəqəsi, cəzaları barədə məlumat və əmək haqqı kartının hesabından çıxarış da əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

27. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı N nömrəli hərbi hissənin 3-cü motoatıcı taborun 7-ci bölüyünün 3-cü tağımın komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olmuşdur. İddiaçı xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxsi tərəfindən ağır pisixi və fiziki işgəncələrə məruz qalmışdır. Bu fakt nazirliyin vəzifəli şəxsləri barəsində aparılmış cinayət işi üzrə qəbul edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1- 1(093)-7/2024 nömrəli hökmü, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(103)- 38/2024 nömrəli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1- 1(102)-43/2025 nömrəli qərarı ilə öz təsdiqini tapmışdır. Qeyd olunan faktlar Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(093)-14/2024 nömrəli hökmü, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1-1(103)-19/2025 nömrəli qərarı ilə də öz təsdiqini tapmışdır.

28. Beləliklə, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqatçı olaraq təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən İddiaçı ağır pisixi və fiziki işgəncələrə məruz qalmasının qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilməsi hazırkı iş üçün məcburi əhəmiyyət daşıyan (preyudisial), iddiaçının sübut etməkdən azad olduğu, mübahisəsiz haldır.

29. Hazırda iddiaçı ona vurulmuş maddi ziyanın əvəzi olaraq 112.815 manat, əldən çıxmış fayda olaraq 150.000 manat, işgəncələr nəticəsində fiziki sağlamlığına vurulmuş ziyana görə 150.000 manat, cəmi 412.815 manat həcmində kompensasiyanın və mənəvi zərərə görə 1 000 000 (bir milyon) manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddiaçıya onun təqsiri ucbatından ziyan dəyməsinin sübuta yetirilməməsi və əsl cavabdeh olmaması səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş edir.

c) Məhkəmənin mövqeyi:

30. Məhkəmə Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən iddiaçının işgəncələrə məruz qalması nəticəsində ona dəymiş mənəvi zərərə görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına belə hüquqi qiymət verir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

31. Məhkəmə iddiaçı tərəfin izahatlarını, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin münasibətini və cavabdehin etirazını mülki işin materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, iddia tələbi “1.000.000 manat mənəvi zərərin ödənilməsi” hissəsində qismən təmin edilməli, “412.815 manat maddi ziyanın ödənilməsi” hissəsində təmin edilməməlidir.

32. İddia tələbinin “1.000.000 manat məbləğində mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalmışdır. İddiaçının Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000.000 manat məbləğində kompensasiya tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, Mənəvi zərərin ödənilməsi iqtisadi rifahın artırılması, zərərçəkmiş şəxsin maddi cəhətdən zənginləşdirilməsi üçün bir vasitə kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən, təyin olunacaq kompensasiya məbləği ədalət, məntiq və cəmiyyətin qəbul etdiyi mənəvi dəyərlər çərçivəsində mütənasib olmalıdır. Təcrübədə bu cür zərərlərin qiymətləndirilməsi zamanı məhkəmə bir sıra halları, o cümlədən zərərçəkmişə dəyən mənəvi sarsıntının dərəcəsini, hadisənin xarakterini, nəticələrini, tərəflərin sosial-iqtisadi vəziyyətini və hüquqazidd əməlin davametmə müddətini nəzərə alır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 22.500 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi ”mənəvi zərərin ödənilməsi” hissəsində qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 22.500 manat məbləğində pul İddiaçı oğlunun xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

33. İddia tələbinin “412.815 manat maddi ziyanın ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı tələbin bu hissəsini əmək haqqı, ona əlavələr, kirayə pulu, məzuniyyət pulu, əmək münasibətləri ilə əlaqədar əldən çıxmış fayda və sağlamlığına ziyan vurulması ilə əsaslandırılır.

34. İddiaçının məhrum olduğu əmək haqqı, ona əlavələr, kirayə pulu, məzuniyyət pulu, əmək münasibətləri ilə əlaqədar əldən çıxmış fayda ilə əlaqədar qeyd edilməlidir ki, iş materiallarında olan sənədlər əsasında iddiaçının məhz “xidməti uyğunsuzluğa görə” (müvafiq Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən) ehtiyata buraxılması barədə əmr verilmişdir. Həmin əmrin qüvvəsini itirməsi, qanunsuz olması barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Ehtiyata buraxılmazdan 2 ay əvvəl onunla söhbətlər aparılmışdır. Söhbət vərəqəsi ilə tanış olmasını öz imzası ilə təsdiq etmişdir. İddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair təqdimatda vəzifəsinə aid olan rəhbər sənədləri zəif bilməsi və bilik səviyyəsini artırmaq üçün çalışmaması, taqımın əsgər və çavuşlarına təlim, tərbiyə etməkdə və taqım komandirinin göstərişi ilə onlarla şəxsən məşğələlər aparmaqda çətinlik çəkməsi, tabeliyində olanların hər birinin ad və soyadını, təvəllüdünü, şəxsi keyfiyyətlərini, hərbi xidmətəqədərki məşğuliyyət növünü, ailə vəziyyətini, döyüş və ictimai-siyasi hazırlığındakı müvəffəqiyyət və çatışmazlıqları zəif bilməsi, taqımın manqa komandirlərinin və bütün şəxsi heyətinin hərbi intizama riayət etmələrinə və xidməti düzgün yerinə yetirmələrinə zəif diqqət yetirməsi və s. kimi əsaslara görə vəzifəsinə uyğun olmaması nəticəsinə gəlinmişdir. Hazırda iddiaçının ehtiyata buraxılmasına dair əmrin mübahisələndirilmədiyini (mübahisə predmetini təşkil etmədiyini), həmin əmrin mübahisələndirilməsi məsələsinə baxılmasının inzibati məhkəmələrin yurisdiksiyasına aid olduğunu və əmrin qüvvədə olmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının məhrum olduğu əmək haqqı, əlavələr, kirayə pulu, məzuniyyət pulu, əmək münasibətləri ilə əlaqədar əldən çıxmış faydaya görə kompensasiya tələbi əsaslı hesab edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin əmri mübahisələndirərək müsbət nəticə əldə etsəydi, onun məhrum olduğu əmək haqqı və əlavələrin iddiaçıya ödənilməsi məsələsi də müvafiq olaraq öz həllini tapacaqdı.

35. Məhkəmə onu da qeyd edir ki, işçinin ehtiyata buraxılması barədə əmrin mübahisələndirilməsi işəgötürən ilə işçinin arasındakı əmək mübahisəsi olduğu üçün həmin mübahisəyə görə Maliyyə Nazirliyi əsl cavabdeh ola bilməz. Qeyd olunan mübahisə üzrə əsl cavabdeh Maliyyə Nazirliyi deyil, iddiaçının işəgötürəni qismində çıxış edən müvafiq dövlət orqanıdır. Həmin tələbin cavabdeh Maliyyə Nazirliyinə qarşı təmin edilməsi həm də ona görə əsaslı hesab edilə bilməz ki, iddiaçı əmri mübahisələndirərək müsbət nəticə əldə etsə, dövlət büdcəsindən eyni məsələyə görə iki dəfə tutulma olacaq, bu isə yolverilməzdir. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin bu hissəsinin təmin edilməsi üçün əsas yoxdur.

36. İddiaçının sağlamlığına dəymiş ziyana görə maddi ziyanın ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin maddi ziyanı sübut edən heç bir sübut məhkəməyə təqdim etməmişdir.

37. Məhkəmə hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilməməsi məhkəmələrin iddianı maddi zərər hissəsində rədd etməsi üçün əsasdır. Belə ki, sübutetmə əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

38. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir.

39. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırkı cavabdehə qarşı mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi zərər görə kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir.

40. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyektin isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

41. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

42. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»: Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.

43. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

44. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

45. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

46. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası: Maddə 41. Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.

47. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

48. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X6rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

50. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: 13-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 22.500 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Nəticə:

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 22.500 (iyirmi iki min beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar