Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5225/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının icrası məqsədi ilə onun adına olan borcun silinməsi və girov qoyulmuş avtomobilin girovdan azad edilməsi vəzifəsinin ləğv prosessində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ona qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 245 F4 saylı xx.xx.2012ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ondan əsas borc üzrə 33.888,86 ABŞ dolları, faiz borcu üzrə 32.869,45 ABŞ dolları, cərimə borcu üzrə 23.731,82 ABŞ dolları, cərmi 90489,73 ABŞ dolları borcun, iddia ərizəsi üzün ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat bank xidməti haqqının tutularaq iddiaçı ləğv proesesində oaln “xxxx” ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan ** EM *** dövlət qeydiyyat nişanlı 2008-ci il buraxılışlı, Ban N WVGGE 77L48D052797, rəngi qara, tib universal, Volksvagen TOUAREQ markalı avtomobilə yönəldiməsi, açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-3059/2017 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2362/2018 nömrəli iş üzrə 07.02. 2018-ci il tarixli qətnaməsi ilə Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(102)-5153/2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya məhkəməsi MK-nın 2(103)- 2363/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının icrası məqsədi ilə onun adına olan borcun silinməsi və girov qoyulmuş avtomobilin girovdan azad edilməsi vəzifəsinin ləğv prosessində olan “xxxx” ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondunun rəhbərliyinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı əsl olmayan cavabdehin əvəz edilməsinə dair ərizə ilə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO “Cavabdeh" ASC ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İddiaçı tərəfindən vəzifəsinin ləğv prosessində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(102)-5153/2018-ci il tarixli qərarını nəzərə alıb onun adına olan borcun silinməsinə və girov qoyulmuş avtomobilin girovdan azad edilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Ləğv prosessində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, onunla Cavabdeh ASC arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən 35000 (otuz beş min) ABŞ Dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus “Volkswagen Tourareq” minik markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü edilmişdir. Bildirirlər ki, sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Xəzər rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(003)-3059/2017 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-2362/2018 saylı qərarı ilə Xəzər rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(003)-3059/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülkü Kollegiyasının qərarı isə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-2362/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda bildirirlər ki, sözügedən məhkəmə qərarlarına əsasən Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-3059/2017 saylı qətnaməsinə əsasən iddia müddətinin keçməsi əsası ilə iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yənəldiməsi” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-5153/2018 saylı qərarına əsasən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-3059/2017 saylı qətnaməsini qüvvədə saxladığı Bakı Apellyasiya Məhkəməsinin (103)-2362/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti kassasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. “xxxx” MMC-dən xx.xx.2020-ci il tarixli, SF-13776 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı LPO Cavabdeh ASC-yə xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən kredit hesabı üzrə kreditin qalıq məbləği üzrə 33.888,86 USD, faiz məbləği üzrə 69.565,73 USD məbləğində borcu vardır. Beləliklə araşdırılmış iş materiallarından göründüyü ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-3059/2017 saylı qətnaməsinə əsasən ləğv prosesində olan “xxxx” ASC-nin İddiaçı qarşı kredit məbləğinin və ona hesablanmış faiz borcunun qaytarılmasına dair iddiası iddia müddətinin keçməsi səbəbi ilə rədd edilmişdir. Qeyd edilən məhkəmə aktı qanuni qüvvəsini almışdır. Borcun qaytarılmasını tələb etmək qeyrimümkün olmasına buna baxmayaraq cavabdeh tərəfindən "xxxx" MMC-yə iddiaçının borcunun olmaması barədə məlumat verilməmiş, “xxxx” MMC tərəfindən iddiaçının adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli, SF-13776 saylı çıxarışa əsasən İddiaçı LPO Cavabdeh ASC-yə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə, hazırki iş üzrə cavabdehin hazırki iş üzrə iddiaçıya qarşı, kreditin qalıq məbləği üzrə 33.888,86 USD, faiz məbləği üzrə 69.565,73 USD məbləğində borclu olduğu müəyyən edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. “xxxx”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. İş materiallarından göründüyü kimi, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Cavabdeh tərəf kredit müqaviləsi üzrə iddiaçının banka borclu olmasına baxmayaraq kredit məbləğinin qaytarılması üçün mülki prosessual qanunvericiliyə uyğun olaraq vaxtında müvafiq hərəkətləri yerinə yetirmədiyindən iddia müddətini ötürmüşdür. Lakin cavabdeh müvafiq məlumatı “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalara uyğun olaraq "xxxx" MMC-yə verməmiş, halbuki banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olan banklar tərəfindən fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borcalanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti, kredit müqaviləsi üzrə öhdəliyin olmaması haqqında MKR-ə məlumat verməlidir. Beləliklə bank "xxxx" MMC-yə müvafiq məlumatı verməməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da İddiaçı müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmuşdur. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, LPO Cavabdeh ASC "xxxx" MMC-yə iddiaçının borcunun olmaması barədə məlumatı verməməklə iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Bu Məcəllənin 294.1.1-ci maddəsinə əsasən girova girovla təmin edilmiş öhdəliyə xitam verildikdə xitam verilir. Beləliklə sadalanan maddələrin məzmunundan göründüyü kimi, girov hüququnun xitamına səbəb olan fakt kimi girovla təmin edilən öhdəliyin xitam edilməsi nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, mübahisə predmeti olan avtomobilin əldə edilməsi ilə bağlı İddiaçı Bank qarşısında xitam verilməmiş öhdəliyi mövcud deyildir. Məhkəmə “Volkswagen Touareg” markalı, ** EM *** dövlət nişanlı avtomobilə dair ödənilməmiş öhdəliyin olmamasını nəzərə alaraq hesab edir ki, həmin öhdəliyin təminatı kimi əmlakın üzərinə qoyulmuş yüklülüyün qalması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə araşdırmaya əsas olan iddia tələblərinin müvafiq məlumatların verilməsi vəzifəsinin bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 44.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Həmin Məcəllənin 60.2 və 60.3-cü maddələrinə uyğun olaraq, ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, LPO Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli (“xxxx” MMC-dən xx.xx.2020-ci il tarixli, SF-13776 saylı Çıxarışda kreditin verilmə tarixi xx.xx.2012-ci il tarixi kimi göstərilmiş) kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi və “Volkswagen Touareg” markalı, ** EM *** dövlət nişanlı avtomobilin girovdan azad edilməsi vəzifəsi ləğv prosesində olan bankın nümayəndəsi və ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna yox, məlumat təchizatçısı olan LPO Cavabdeh ASC-yə həvalə edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı LPO Cavabdeh ASC-yə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi və “Volkswagen Touareg” markalı, ** EM *** dövlət nişanlı avtomobilin girovdan azad edilməsi vəzifəsi LPO Cavabdeh ASC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5225/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5225/2020
26.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver