Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5259/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə İddiaçı2 arasında qanunsuz bağlanmış xx.xx.2010-cu il tarixli, A94 nömrəli kredit, xx.xx.2011-ci il tarixli, 344 nömrəli kredit müqaviləsi, xx.xx.2012-ci il tarixli, 890 nömrəli kredit müqaviləsi, İddiaçı1 xx.xx.2011-ci il tarixli 646 nömrəli kredit müqaviləsinin etibarsız sayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmünü icra edərək, kredit borc öhdəliklərinə xitam verilməsi barədə qətnamə və adına olan etibarsız məlumatların Mərkəzi Kredit Reyestrinin sistemindən silinməsi və çıxarılmasının təmin edilməsi, həmçinin ödənilmiş 200 manat dövlət rüsumunun hər bir şəxsə 100 olmaqla “Zaminbank" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı2 və İddiaçı1 geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 nümayəndəsi A.M.Məmmədov ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini qeyd etmiş, eyni zamanda iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, həmçinin ödənilmiş dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə hazırlıq iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, qeyd edilən ərizələri nəzərə alaraq hazırki işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən iddia ərizəsinin qaytarılmasına dair müraciət edildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi İddiaçı2 tərəfindən ödənilmiş 100 (bir yüz) manat (qəbz nömrəsi: **********, tarix: xx.xx.2025, saat: 10:42), İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat (qəbz nömrəsi: **********, tarix: xx.xx.2025, saat: 10:48) məbləğində pul onlara geri qaytarılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5259/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5259/2025
09.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver