Məhkəmə qərarları › İş №2(006)-5273/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5273/2025

01.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5273/2025 01.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclas katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüquqununun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 oktyabr 2025-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İddiaçı qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüquqununun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1021/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüquqununun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(009)-1021/2025 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə 2(006)-2763/2025 saylı mülki işlə birləşdirilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2763/2025 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı 2(006)-2763/2025 saylı mülki işdən iddaçı İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun itirilmiş hesab edilməsi” tələbinin ayrılaraq, ayrıca icraatda baxılması, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri verilməsinə baxmayaraq, iddiaçı göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı 2(006)-2763/2025 saylı mülki işdən, tələblər bir-biri ilə əlaqəli olmadığından iddaçı İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun itirilmiş hesab edilməsi” tələbi ayrılmış, iddaçı İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun itirilmiş hesab edilməsi” tələbinin ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Həmin mülki iş üzrə də Cavabdeh qeydiyyat ünvanı Nəsimi rayonunun ərazisinə aid olmadığından mülki iş aidiyyəti üzrə baxılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işin aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Belə ki, X1 əldə edilmiş məlumata əsasən də Cavabdeh qeydiyyat ünvanının Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, ev 15, mənzil 1 olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh qeydiyyat ünvanı Bakı şəhəri Səbail rayonunun inzibati ərazisinə aid olduğundan mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35 və 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüquqununun itirilmiş hesab edilməsi” tələbinə dair e-2(006)-5273/2025 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar