Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5312/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin DYPŞ-ə qarşı “Nəsimi RPİ DYPŞ-nin hərəkətsizliyinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin DYPŞ-ə qarşı “Nəsimi RPİ DYPŞ-nin hərəkətsizliyinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, naməlum markalı velosipedin sürücüsü müəyyən olunaraq AR İXM-nin 338.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərarın icra olunması üçün Nəsimi RPİ DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nəsimi RPİ-nin İddiaçı Bəhram oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 12:40 radələrində Nəsimi rayonu, R.Behbudov küçəsi ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində İddiaçı piyada olaraq yolu keçdiyi zaman naməlum şəxs idarə etdiyi velosipedin sürücüsü vuraraq hadisə yerindən yayınması barədə DİN-nin “102” xidmətizəng mərkəzinə verdiyi müraciəti Nəsimi RPİ-nin DYPŞ-də araşdırılmışdır. Yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən yayınan, naməlum velosipedin sürücüsünün axtarışı ilə əlaqədar Nəsimi RPİ-nin DYPŞ-nin şəxsi heyəti təlimatlandırılmış və Bakı şəhərinin Rayon Polis İdarələrinə səmtləşdirici məktublar göndərilmişdir. Tərəflərindən zəruri axtarış tədbirləri davam etdirilir. Yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən yayınmış velosipedin sürücüsü aşkar olunduğu halda onun iştirakı ilə barəsində qanunamüvafiq qaydada tədbir görüləcəkdir. Məhkəmə qeyd edir ki, işdə olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə yolu keçərkən qəflətən velosiped onu vurmuş və o, yerə yıxılmışdır. İddiaçı baş vermiş hadisə ilə bağlı Nəsimi RPİ-yə müraciət etmiş, sonuncunun müraciətinə əsasən Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qəbul edilmiş və toplanmış materiallar inzibati xətanı törətmiş naməlum şəxsin müəyyən olunmaqla inzibati məsuliyyətə cəlb olunması üçün Nəsimi RPİ DYPŞ-nə göndərilmişdir. Eyni zamanda, iddiaçının müraciətinə əsasən Bakı şəhəri Nəsimi RPİ-nin cavab məktubunda araşdırmaların davam etdirildiyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatı qaydasında baxılan mübahisələrə dair işlərin növlərini müəyyən etmişdir. Belə ki, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə, habelə Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə baxırlar. Lakin hazırki vəziyyətdə tələb məhz inzibati xətanın törədilməsi nəticəsində yarandığından və mahiyyət etibarı ilə həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməz olduğundan, iddianın qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlərə - rayon (şəhər) məhkəmələri; - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan); müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçıya müraciəti əsasında araşdırma aparan orqanın hərəkətlərin (hərəkətsizliyindən) aidiyyəti üzrə yuxarı orqana şikayət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki mühakimə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunan bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin DYPŞ-ə qarşı “Nəsimi RPİ DYPŞ-nin hərəkətsizliyinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-5312/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5312/2023
01.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver