Məhkəmə qərarları › İş №2(006)-5321/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5321/2024

29.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5321/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.

Əsaslandırıcı hissə: a) Məhkəmənin mövqeyi:

3. Belə ki, iddia ərizəsinin ilkin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliklə müəyyən olunmuş formaya və məzmuna riayət edilmədən tərtib edilmiş, belə ki, iddia tələbi aydın göstərilməmiş, yəni iddiaçının cavabdehdən nəyi tələb etməsini dəqiq müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı, iddia ərizəsi elektron qaydada verilmədiyi halda, cavabdehin sayına uyğun iddia ərizəsinin surəti məhkəməyə təqdim edilməmiş, habelə qoşma hissəsində “5. D/rüsumu” yazılsa da, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin dəftərxana işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 17 nömrəli aktdan da görünür ki, poçt vasitəsilə daxil olan iddia ərizəsinin qoşmasında qeyd olunan dövlət rüsumu aşkar edilməmişdir.

b) Tətbiq edilən hüquq və gəlinən nəticə:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 149.2.3. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: - cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); - dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və s. Maddə 151.1. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.1, 152.1.5. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

5. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan (dəqiq tələb irəli sürərək, həmin tələbə uyğun qanuna müvafiq rüsum ödəyərək və cavabdehin sayına uyğun iddia ərizəsinin surəti əlavə edilərək (elektron qaydada verilməzsə)) sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

Nəticə:

6. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149- 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar