Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5323/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X3 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh-dən 833 manat əsas borc, Grundig-TV-32-VLE 5401 BG markalı televizor, mənəvi zərərə görə 5000 manat və 30 manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, 2015-ci il tarixdə Cavabdeh-dən 833 manat nağd şəkildə ödəniş etməklə Grundig-TV-32-VLE 5401 BG markalı televizor almışdır. Televizoru aldıqdan sonra qısa müddət ərzində zəmanət kartında göstərilən defektlər olduğu üçün təhvil-təslim aktına əsasən həmin televizoru Cavabdeh-yə AKT əsasında qaytarmışdır. Lakin müəyyən vaxt keçdikdən sonra onlar ondan akt əsasında qəbul etdikləri televizoru və ya onun dəyərinin qaytarılmasında imtina etdilər. O, bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nizami rayon Polis İdarəsinin 24-cü X7 şikayət etməli olmuşdur. Nizami rayon Polis İdarəsinin 24-cü X5 aparılmış araşdırılmadan sonra 25 iyun 2019-cu il tarixdə məktubla ona bildirilmşdir ki, müraciəti mülki xarakterli olduğu üçün aidiyyəti məhkəmə orqanlarına müraciət etməlidir. Bu səbəbdən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 11.12.2019-cu il tarixli, 2(006)- 6144/2019 saylı qətnaməsi ilə iddia tələbim qismən təmin olunmuşdur. Ona məxsus «LG» markalı televizor və dövlət rüsumuna görə ödənilmiş 30 manat Cavabdeh-dən alınaraq ona ödənilməsi qət edilmişdi. Cavabdeh həmin qətnamədən apellyasiya şikayət vermişdir. Apellyasiya şikayətində əməllərini etiraf etmişdilər. Lakin mənimsədikləri əmlakın «LG» markalı televizor yox Grımdig-TV-32-VLE 5401 BG markalı olduğu üçün qətnamənin ləğv olunmasını məhkəmədən xahiş etmişdirlər. Bunun adını ancaq süründürməçilik qoymaq olar. Bunlar 5 ildən artıq əmlakını ondan aldıqlarına baxmayaraq indi də texniki səhvlərdən istifadə edərək, əməllərini etiraf edərək apellyasiya şikayəti verirlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4313/2020 saylı, 10.08.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş tələbin predmetinin adını düzgün qeyd edilmədiyi səbəbindən qətnamə ləğv edilərək iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4313/2020 saylı, 10.08.2020-ci il tarixli qətnaməsində qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin polis sahə rəisi X4, Cavabdeh texniki servisin operatoru X1 iştirakı ilə tərtib edilmiş 25.06.2019-cu il tarixli protokoldan görünür ki, Cavabdeh texniki servisin qəbul şöbəsində quraşdırılmış kompüterə baxış keçirilmişdir, baxış zamanı kompüterin arxivində vətəndaş X2 649088 saylı qaimə əsasında Grundig-TV-32-VLE 5401 BG markalı televizoru təmir olunması üçün 27.11.2015-ci il tarixdə servisə təhvil verilməsi barədə sənəd aşkar olunmuşdur. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4313/2020 saylı, 10.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6144/2019 saylı iş üzrə qəbul etdiyi 11 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6144/2019 saylı, 11.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı məxsus “LG” markalı televizor Cavabdeh-dən alınaraq İddiaçı verilməsi, dövlət rüsumuna görə ödənilmiş 30 manat Cavabdeh-dən alınaraq İddiaçı verilməsi, iddia digər hissədə təmin edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır və iddia ərizəsində göstərilən 833 manat məbləğində vurulmuş maddi ziyan cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh-dən 833 manat əsas borc, Grundig-TV-32-VLE 5401 BG markalı televizor və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5323/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5323/2021
05.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver