Məhkəmə qərarları › İş №2(006)-5356/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5356/2025

23.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5356/2025 23.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Firudin qızının Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər Cavabdeh və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 42.929,25 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan yaşayış sahəsini satıb "xxxx" QSC-nə 35.000 manat məbləğində pulu ********** saylı müştəri kodu ilə xx.xx.2021-ci il tarixdə əmanət kimi qoymuşdur. Həmin əmanətdən ildə 10,50% gəlir əldə etməli idi. Cavabdehlər ana və bala olmaqla onun tanışları idilər və onlar iddiaçının mənzilini sataraq 35.000 manatı banka yatırım kimi qoyduğunu bilirdilər. xx.xx.2024-cü ildə X2 yaşadığı yerə gəlib ona notariat qaydada borc müqaviləsi tərtib etməklə xx.xx.2024-cü il tarixədək 20.000 manat borc verməyi acizanə formada xahiş etdi və qarşısında duran problemi həll edən kimi ən geci 2024-cü ilin sentyabr ayının əvvəllərinədək borc götürdüyü 20.000 manatı ona qaytaracağına söz verdi və bu barədə borc müqaviləsi imzaladılar, o da həmin məbləği ona verdi. Elə həmin ərəfədə yenə də, 2-ci cavabdeh kimi cəlb etdiyi Cavabdeh Müslüm qızı xx.xx.2024-cü ilə qədər qaytarmaq şərtilə ondan 15.000 manat pulu borc götürdü və həmin məbləği nəzərdə tutulan müddətə qədər qaytaracağına söz verdi. Aradan xeyli müddət ötməsinə baxmayaraq, cavabdehlər əvvəllər onun zənglərinə cavab verərək borcu tezliklə qaytaracaqlarına söz versələr də, son vaxtlar ümumiyyətlə zənglərinə cavab vermirlər və iddiaçı artıq güman edir ki, onlar öz xoşları ilə iddiaçıdan borc götürdükləri ümumilikdə 35.000 manat pulu qaytarmaq istəmirlər. Beləliklə, cavabdehlərin onun qanunla nəzərdə tutulmuş formaya uyğun olaraq onlara borc verdiyi 35.000 manat pulu söz verdikləri zaman keçməsinə baxmayaraq, qaytarmamaları onun əmlak hüququnun pozulması kimi qiymətləndirilməlidir və o da pozulmuş hüququnun bərpası üçün məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Bundan başqa bildirmək istəyir ki, o, "xxxx" QSC-yə 35.000 manat depozitə qoyduğuna görə birinci il üçün həmin məbləğ 3.675 manat, 2-ci il 11%-lə depozitə əlavə hesablanmaqla 4.254,25 manat təşkil edir ki, toplam 42.929,25 manat olmalı idi. Deməli, cavabdehlər borc müqaviləsi ilə ondan götürdükləri 35.000 manat pulu ondan götürməklə və vaxtında qaytarmamaqla iddiaçıya 42.929-35.000=7.929 manat zərər vurmuşlar ki, həmin zərər də əldən çıxmış fayda kimi cavabdehlərdən alınacaq məbləğə əlavə olunmaqla ümumilikdə, 42.929,25 manat qaytarmalıdırlar. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh və X1rşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı e-2(006)-4605/2025 saylı mülki işdən İddiaçı Cavabdeh qarşı “pul” tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Sonradan iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərdiyi kimi onun mənzilinin satılması müqabilində əlində olan 35000 manat məbləğində pulu "xxxx" QSC-yə birinci il üçün 10.5 faizlə, 2-ci il üçün 11%-lə əmanətə qoymuşdur. 1-ci il üçün 15000 manat əmanət 10.5 faizlə 1575 manat, 2-ci il üçün isə həmin əmanətin 11%-i olaraq 1823.251 manat və sonuncu 3 ay üçün isə 528.95 manat faizləri üzərinə gəlməli idi. Ona görə də toplam olaraq cavabdehdən 18927.20 AZN alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərdiyi kimi iddiaçının mənzilinin satılması müqabilində əlində olan 35.000 manat məbləğində pulu "xxxx" QSC-yə birinci il üçün 10,5 faizlə, 2-ci il üçün 11%-lə əmanətə qoymuşdur. 1-ci il üçün 15.000 manat əmanət 10,5 faizlə 1575 manat, 2-ci il üçün isə həmin əmanətin 11%-i olaraq 1823.251 manat və sonuncu 3 ay üçün isə 528.95 manat faizləri üzərinə gəlməli idi. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh Müslüm qızı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" QSC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmanət hesabı müqaviləsinin və köçürmə orderinin (əmanətə yatırımın) surətindən görünür ki, İddiaçı 35.000 manat məbləğində pul vəsaitini 12 ay müddətinə faiz dərəcəsi 10,5% olmaqla "xxxx" QSC-də müvafiq əmanət hesabına qoymuşdur. "xxxx" QSC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmanət hesabı müqaviləsinin surətindən görünür ki, İddiaçı 20.000 manat məbləğində pul vəsaitini 12 ay müddətinə faiz dərəcəsi 9,5% olmaqla "xxxx" QSC-də müvafiq əmanət hesabına qoymuşdur. "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli məxaric qəbzinin surətindən görünür ki, TT2412216L68 nömrəli əməliyyatla 15.207 manat məbləğində pul vəsaiti "xxxx" QSC-də İddiaçı adına olan müvafiq hesabdan məxaric edilmişdir. "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli məxaric qəbzinin surətindən görünür ki, TT241353D603 nömrəli əməliyyatla 20.000 manat məbləğində pul vəsaiti "xxxx" QSC-də İddiaçı adına olan müvafiq hesabdan məxaric edilmişdir. 2 saylı Bakı «Asan xidmət» mərkəzinin notariat ofisində İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı borc alan Cavabdeh xx.xx.2024-cü il tarixədək qaytarmaq şərtilə 15000 manat borc vermişdir. İddiaçı X3 ünvanladığı xx.xx.2024-ci il tarixli pretenziyaya əsasən borcunun ödənilməsini tələb etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün iddiaçı 220 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (əvvəlki redaksiya) Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə İddiaçı borc almış, verilmiş borc məbləğinin razılaşdırılmış müddətdə qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri müəyyən edilmiş müddətdə və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək, həmin pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iddiaçı 35000 manat məbləğində pul vəsaitini əvvəlcə "xxxx" QSC-də olan bank hesabında əmanət qismində saxlamışdır. Sonradan isə iddiaçı həmin vəsaitdən 15000 manatı cavabdehə borc vermişdir. Məhkəmə cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verməsinə baxmayaraq, cavabdeh iclaslarda iştirak etməmiş və öz etirazlarını bildirməmişdir. Beləliklə məhkəmə təqdim edilmiş sənədlərdə iddia tələbinin əsas borc hissəsində təmin edilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydanın tutulması hissəsini araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən, öhdəliyin icrasını gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərərin, o cümlədən əldən çıxmış faydanın əvəzini ödəməlidir. Əldən çıxmış fayda dedikdə, kreditorun hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlir başa düşülür. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya məxsus 35.000 manat məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixdə 12 ay müddətinə, illik 10,5% faiz dərəcəsi ilə əmanət kimi yerləşdirilmişdir. Həmin vəsaitin bir hissəsi olan 15.207 manat xx.xx.2024-cü il tarixdə məxaric edilərək, 15000 manatı cavabdehə borc verilmiş və bununla da həmin məbləğ üzrə əmanət müqaviləsindən irəli gələn faiz gəlirinin əldə olunması imkanı aradan qalxmışdır. Məhkəmə nəzərə alır ki, əldən çıxmış fayda yalnız faktiki olaraq əldə olunması mümkün olan dövr üçün hesablanmalıdır. Belə ki, 15.000 manat məbləğində vəsait xx.xx.2024-cü il tarixdən əmanət müddətinin sonunadək, yəni xx.xx.2024-cü il tarixədək bankda saxlanılmadığından, bu müddət ərzində əldə edilə biləcək faiz gəliri itirilmişdir. Bu müddət təxminən 5 ay təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbi qismən əsaslıdır və cavabdehdən iddiaçının xeyrinə 656,25 manat (10,5%÷12=0,875%, 15.000×0,00875×5=656,25 manat) məbləğində pul vəsaiti tutulmalıdır. İddiaçının 1 ildən artıq müddətə faiz hesablanmasına dair dəlilləri isə iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 15.000 manat borc və 656,25 manat əldən çıxmış faydaya görə görə pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı icraat ayrılmazdan əvvəl ümumilikdə 42929.25 manat pul tələbinə görə 220 manat dövlət rüsumu ödəmişdir. Qeyd edilməlidir ki, hazırkı ayrılmış iş üzrə iddianın qiymətinin 18927 manat olması nəzərə alındıqda ödənilməli dövlət rüsumunun məbləği 146,78 manat təşkil edir. Belə olan halda ümumilikdə ödənilmiş 220 manat dövlət rüsumunun 146.78 manat hissəsinin hazırkı işə aid edilməsi məqsədəmüvafiqdir. Odur ki, məhkəmə, ümumilikdə ödənilmiş 220 manat dövlət rüsumunun hazırkı işə aidiyyəti olan 146 manat hissəsindən 121 manatın (iddia qismən təmin edildiyindən) cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Qalan 25 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15.000 (on beş min) manat borc, 656,25 (altı yüz əlli altı manat, 25 qəpik) manat əldən çıxmış faydaya görə görə pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 121 (yüz iyirmi bir) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar