Məhkəmə qərarları › İş №2(006)-5377/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5377/2021

14.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5377/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səməd Cəfərov Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “vəzifədən azad edilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “vəzifədən azad edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəsmi olaraq Cavabdeh MTK-nın sədr vəzifəsindən azad edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 23 yanvar 2004-cü ildən təsdiq olunmuş nizamnamyə əsasən fəaliyyət göstərən "xxxx"MTK-nın ümumi nizamnamə payının 2 faizi onun payında olmuşdur və 21 sentyabr 2013-cü ildə notarial qaydada X3 ilə alqı -satqı etməklə CavabdehMTK-nin ümumi nizamnamə payında olan ona məxsus 20 faiz onun payını X1. Həmin alqı- satqı müqaviləsindən sonra X5 "xxxx"MTK-ya rəsmi və faktiki olaraq sədrlik etmiş və bir çox mənzil və qarajlara dair 14 avqust 2014, 14 oktyabr 2014, 19 oktyabr 2014-cü tarixlərdə və digər tarixlərdə vətəndaşlarla müqavilələr bağlamış və müvafiq vəsaitlər almışdır. İddiaçı "xxxx" MTK-dan 2010-cu ildən başlamaqla müvafiq maaş almamışdır və faktiki olaraq MTK-ya sədrlik fəaliyyətini həyata keçirməmişdir. Ona məxsus payını satmağına və faktiki olaraq NTK-ya sədrlik etmədiyi ilə əlaqədar olaraq dəfələrlə MTK-nın təsisçilərinə müraciət etmişdir ki, müvafiq iclas çağırmaqla onun rəsmi olaraq MTK-nın sədrliyindən azad olunmağı barədə müvafiq qərar qəbul edilsin, lakin bu günə qədər təsisçilər tərəfindən hər hansı iclas keçirilmir. Bildirir ki, 23 yanvar 2004-cü ildən təsdiq olunmuş Cavabdeh MTK-nin nizamnaməsinin 7.1.1 -ci maddəsinə əsasən növbədənkənar Kooperativin üzvlərinin ümumi yığıncağı çağırıla bilər. Cavabdeh MTK-nin ümumi yığıncağının növbədənkənar iclasının 15 gün müddətində keçirilməsi üçün bütün ümumi yığıncaq üzvlərinə yazılı müraciət etmişdir, lakin bu günə qədər hər hansı bir iclas keçirmək marağında olmamışlar. Məcbur olub məhkəmə qaydasında hüquqlarımın müdafiəsini həyata keçirmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır. Məhkəmə qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Ali Məhkəmənin 18 sentyabr 2020-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər), mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq, kommersiya məhkəmələri baxır. Qeyd edilən qərara əsasən, mübahisə idarə etmə orqanının iştirakçısı və hüquqi şəxs arasında yarandığından məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı «Şəlalə” Mənzil Tikinti Kooperativinə qarşı “vəzifədən azad edilmə” tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 26, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “vəzifədən azad edilmə” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar