Məhkəmə qərarları › İş №2(006)-5394/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5394/2022

24.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5394/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər Fövqəladə Hallar Nazirliyi X1 Agentliyi Cavabdeh2 MMC-yə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “icra vərəqəsinin vaxtında və tam icra olunmaması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Fövqəladə Hallar Nazirliyi X1 Agentliyi Cavabdeh2 MMC-yə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “icra vərəqəsinin vaxtında və tam icra olunmaması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki mühakimə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsindən görünür ki, iddia ərizəsində irəli sürülən məsələlər məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası ilə bağlı məsələlərə aiddir. Belə ki, iddiaçı məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsində qeyd etmişdir ki, tərəflər arasında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Cavabdeh Fövqəladə Hallar Nazirliyi X1 Agentliyi Cavabdeh2 MMC iddiaçını əvvəlki vəzifəsinə bərpa etsə də, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği (məcburi işburaxma müddəti üçün əmək haqqını) qeyd edilən qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan bu günədək ödəməmiş və onun ödənilməmiş borcu yaranmışdır. Belə olan halda isə iddiaçının hazırki məsələ ilə bağlı müvafiq icra qurumuna müraciət etmək hüquqları yaranmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. - 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. - 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. - 29.1-ci maddəsinə əsasən, icra mərhələsində tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə qeyd edir ki, Qanunun yuxarıda qeyd edilən normalarından göründüyü kimi, məhkəmə qərarları Azərbaycan Respublikasının adından çıxarılır və həmin qərarların icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri, fiziki şəxslər üçün məcburidir və onların icrasına mane olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatı çərçivəsində baxıla biləcək işlərin dairəsini müəyyən etmiş və həmin işlərə baxılma qaydasını müfəssəl şəkildə izah etmişdir. Lakin qanunvericiliyin tələblərinə əsasən hazırki işin (iddia tələbinin) mülki məhkəmə icraatı qaydasında baxılmasının yolverilməzliyi onun məhkəmə tərəfindən icraata qəbul edilməsini də birmənalı olaraq yolverilməz edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, hazırki məsələ ilə bağlı müvafiq icra şöbəsinə yaxud icra məmurunun hərəkət və ya hərəkətsizliyindən bu icra sənədinin icrasına nəzarət edən icra qurumunun rəhbərinə yaxud qərarı çıxarmış məhkəməyə (sədrlik edən hakimə) müvafiq ərizə ilə müraciət müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Fövqəladə Hallar Nazirliyi X1 Agentliyi Cavabdeh2 MMC-yə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “icra vərəqəsinin vaxtında və tam icra olunmaması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçıya hazırki məsələ ilə bağlı müvafiq icra şöbəsinə yaxud icra məmurunun hərəkət və ya hərəkətsizliyindən bu icra sənədinin icrasına nəzarət edən icra qurumunun rəhbərinə yaxud qərarı çıxarmış məhkəməyə (sədrlik edən hakimə) müvafiq ərizə ilə müraciət müraciət etmək hüququ izah edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar