Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5455/2023 07.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı, İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı “obyektin tez bir zamanda bərpası” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı “obyektin tez bir zamanda bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin tez bir zamanda Nəsimi rayon MKTB-nin təqdim etdiyi sxem-eskiz üzrə onun vəsaiti hesabına obyektinin bərpasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə iddiaçının nümayəndəsi X2 tərəfindən imzalansa da, onun bu hüququnu təsdiq edən sənəd işə əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçının nümayəndəsinin iddiaçı ilə yaxın qohumluq münasibətini və ya vəkil olduğunu təsdiq edən sənədlərin əsli (order) və ya qanunla müəyyənləşdirilmiş qaydada təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, X1 iddiaçının nümayəndəsi olması iddia ərizəsinə əlavə edilən xx.xx.2014-cü il tarixli, ƏN-İ seriyalı, 449283 nömrəli etibarnamə ilə öz təsdiqini tapsa da, həmin etibarnamə hazırda qüvvədə deyildir. Belə ki, həmin etibarnamə 10 il müddətinə verilmiş və xx.xx.2024-cü il tarixdə qüvvədən düşmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən, ümumi qaydada müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1, 152.1.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı “obyektin tez bir zamanda bərpası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5455/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5455/2023
07.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver