Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-546/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh LPO Cavabdeh3 ASC-nin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “mərkəzləşdirilmiş kredit reyestrində borcalanlar siyahısında gecikmədə olan borcalan siyahısından adının çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “mərkəzləşdirilmiş kredit reyestrində borcalanlar siyahısında gecikmədə olan borcalan siyahısından adının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı fiziki şəxsdir. Respublika üzrə adı Mərkəzləşdirilmiş Kredit Reyestrində borcalanlar siyahısında gecikmədə olan borcalan siyahısındadır. Buna səbəb kredit götürmədən, sadəcə olaraq bir qrup şəxslərin cinayət sövdələşməsinin nəticəsində onun adından istifadə olunaraq 2010-cu ildə kredit götürülməsi olmuşdur. Lakin, qanuni qüvvəsini almış məhkəmə aktına əsasən, yəni Yevlax Rayon Məhkəməsinin (hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi ilə) 20 sentyabr 2013-cü il tarixli, 2(039)-331/2013 cü il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nin iddiaçıya və qeyrilərinə qarşı irəli sürdükləri "kredit tələbinə dair" iddiaları rədd edilmişdir. Belə ki, "xxxx" ASC iddiaçıya, X6 və Qəhrəmanova ÜlviyyəTaleh qızına qarşı iddia tələbi irəli sürərək bildirmişdir ki, iddiaçı ilə onun arasında bağlanmış 12 oktyabr 2010-cu il tarixli, 251/s nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətində illik 60 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. Cavabdehlər X9 və X4 ilə iddiaçı təşkilat arasında zaminlik müqaviləsi bağlanılmış, cavabdeh İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, buna baxmayaraq cavabdeh müqavilənin şərtlərinə lazımınca əməl etmədiyindən onun iddiaçı təşkilata 2466 manat əsas borcu, 2091 manat kreditdən istifadəyə görə hesablanmış adi faiz borcu və 1046 manat cərimə borcu yaranmış, əlavə olaraq iddiaçı təşkilat tərəfindən iddiaya görə 31 manat dövlət rüsumu ödənilmişdir. "xxxx" ASC-nin iddiaçıya və qeyrilərinə qarşı yuxarıda qeyd edilən tələbləri rədd edilmişdir, ona görə ki, əslində cavabdeh tərəflə iddiaçı arasında heç bir hüquq münasibəti olmamış, yəni heç bir kredit müqaviləsi imzalanmamışdır. Lakin, yuxarıda qeyd etdiyi kimi onun adı respublika üzrə Mərkəzləşdirilmiş Kredit Reyestrində borcalanlar siyahısında gecikmədə olan borcalan siyahısındadır. Bu hal isə iddiaçının mənafeyinə toxunur. Hazırkı iddia tələbi üzrə onun hüquqi marağı ondan ibarətdir ki, iddiaçı kredit pul vəsaiti götürmək üçün hansı bir banka və ya qeyri-bank təşkilatına müraciət etdikdə ona kredit pul vəsaiti buraxılması qeyri-mümkün olur. “Zaminbank" ASC ilə iddiaçı arasında olan mülki mübahisəyə dair qəbul edilmiş Yevlax Rayon Məhkəməsinin hakimi (Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi ilə) 20 sentyabr 2013-cü il tarixli, 2(039)-331/2013 saylı qətnaməsi 24 oktyabr 2013-cü il tarixdə qanuni qüvvəsini almışdır. Odur ki, iddiaçının adı Mərkəzləşdirilmiş Kredit Reyestrində borcalanlar siyahısında gecikmədə borcalan siyahısından silinməlidir. Və iddiaçı bununla bağlı Ləğv prosesində "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu rəhbərliyinə müraciət etmişdir. Müraciəti cavablandırılaraq ona bildirilmişdir ki, Yevlax Rayon Məhkəməsinin (hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi ilə) 20 sentyabr 2013-cü il tarixli, 2(039)-331/2013 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC- nin cavabdehlər İddiaçı, X10 və X2 qarşı tələbi rədd edilmiş, lakin sözügedən məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. İddiaçı hazırkı iddia tələbini irəli sürməmişdən öncə analoji iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi ilə) xx.xx.2022-ci il tarixli, 2-1(116)-2655/2022 saylı Qərardadı ilə tələbi mümkün sayılmamışdır. Əsas olaraq göstərilmişdir ki, formalaşmış məhkəmə təcrübəsindən də göründüyü kimi hazırkı tələb əsasında olan iddialara mülki mühakimə icraatı qaydasında baxılmaqdadır. Oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli, 2(102)-2276 /2022 saylı Qərarı vardır (Şəki İnzibati Məhkəməsinin xx.xx.2022- ci il tarixli 2-l(116)- 2655/2022 saylı Qərardadının 4-cü səhifəsinin 5-ci abzası). Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-l(116)-2655/2022 saylı X8 Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-l(107)-144/2023 saylı qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göstərilənlərə əsasən, iddiaçının adının Mərkəzləşdirilmiş Kredit Reyestrində borcalanlar siyahısında gecikmədə olan borcalan siyahısından Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən və Mərkəzi Bank tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh3 ASC-nin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu iddia tələbinə etiraz etmədiyini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə digər cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə hazırki işə iddiaçı və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdeh LPO Cavabdeh3 ASC-nin nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli, 2(039)-331/2013 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər İddiaçı, X7 və X3 qarşı kredit tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Həmin qətnamə 24 oktyabr 2013-cü il tarixdə qanuni qüvvəsini almışdır. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanan xx.xx.2021-ci il tarixli Ərizədən görünür ki, o yazaraq bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin qərarına əsasən onun Zaminbanka olan borcu əsassız sayılaraq rədd edilmişdir. Bu səbəbdən də adına olan kredit borcunun silməsinə və MKRdə borcun sıfırlanmasına köməklik göstərilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan LPO Cavabdeh3 ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, onunla Cavabdeh3 ASC arasında bağlanmış 12 oktyabr 2010-cu il tarixli BİZ**********9220000 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 2500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi X10 və X5 ilə zaminlik müqaviləsi bağlanmışdır. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Yevlax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(039)-331/2013 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 ASC-nin cavabdehlər İddiaçı, X10 və X3 qarşı iddia tələbi rədd edilmişdir. Sözügedən məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, müraciətdə qeyd olunan məsələ ilə əlaqədar məhkəmə qərarı mövcud olduğundan tərəflərindən hər hansı münasibətin bildirilməsi mümkün olmamışdır. Eyni zamanda, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edilməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(116)-2655/2022 saylı qərardadına əsasən İddiaçı Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “adının Mərkəzləşdirilmiş Kredit Reyestrində borcalanlar siyahısında gecikmədə olan borcalan siyahısından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Mülki işin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-144/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 2-1(116)-2655/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən İddiaçı İsmayıl oğluna məxsus çıxarışdan görünür ki, iddiaçı M.Elşənin adına aktiv kredit qalığı mövcuddur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, LPO Cavabdeh3 ASC İddiaçı və digər cavabdehlərə qarşı “kredit borcunun qaytarılması” tələbi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 20 sentyabr 2013-cü il tarixli, 2(039)- 331/2013 saylı qətnaməsi ilə Bankın iddia tələbi İddiaçı həmin Bankla kredit müqaviləsinin bağlamadığı və tələb olunan kredit məbləğini almaması əsası ilə rədd edilmişdir. Belə ki, həmin iş üzrə xx.xx.2013-cü il tarixli, 9112 saylı ekspertiza rəyi əsasında müəyyən edilmişdir ki, Cavabdeh3 ASC-nin Biznes filialı ilə İddiaçı arasında olan İK-215/S saylı, 12 oktyabr 2010-cu il tarixli kredit müqaviləsində “Borc alan” qrafasında “İddiaçı” yazısı qrafasındakı imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda müəyyən edildi ki, sözügedən qətnamə 24 oktyabr 2013-cü il tarixdə qanuni qüvvəsini almışdır. Daha sonra iddiaçı hazırki iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iddiası mümkün sayılmamışdır. Hazırda iddiaçının adı Mərkəzləşdirilmiş Kredit Reyestrində borcalanlar siyahısında aktiv göründüyü üçün hazırki tələblə məhkəməyə müraciət edərək, adının borcalanlar siyahısından Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Mərkəzi Bank tərəfindən silinməsini tələb edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 16.1-ci bəndinə əsasən, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə, onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Məhkəmə qeyd edir ki, Yevlax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 sentyabr 2013-cü il tarixli, 2(039)-331/2013 saylı qətnaməsi əsasında hazırki iş üzrə İddiaçı ilə LPO Cavabdeh3 ASC arasında kredit müqaviləsinin bağlanmadığı və onun Banka borcunun olmaması öz təsdiqini tapmışdır. Bu səbəbdən də məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri sayır ki, "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsini təmin etməlidir. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri sayır ki, LPO Cavabdeh3 ASC ilə bağlanan xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin İddiaçı tərəfindən bağlanmadığı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında öz təsdiqini tapdığından, həmin kredit müqaviləsinin İddiaçı yerinə kim tərəfindən imzalanması, Yevlax Rayon Məhkəməsinə iddia verildiyi zaman zamin qismində göstərilən X10 və X1 həqiqətən zaminlik müqavilələrini bağlayıb-bağlamamaları və s. halların araşdırılması məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(006)-546/2024 saylı qərardadı ilə xüsusi qərardad çıxarılmış və məsələ ilə bağlı araşdırılma aparılması məqsədilə iş materiallarının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı LPO Cavabdeh3 ASC-yə xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-546/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-546/2024
16.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver