Məhkəmə qərarları › İş №2(006)-5470/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5470/2021

03.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5470/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 2560 (iki min beş yüz altmış) manat borc və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi və izahatında göstərdi ki, İddiaçı Laçın Ticarət Mərkəzində gözəllik salonu icarəyə götürüb işlədir. Cavabeh Cavabdeh isə təxminən 10 ildir ki, tanıyır. Belə ki, Mehriban onun salonunda dırnaq ustası kimi işləmişdir. İşlədiyi dövrdə kimlərəsə borcu olmuş və həmin şəxslər onun iş yerinə gələrək ondan borcunu tələb etmişlər. İşlədiyi dövrdə yay aylarında iddiaçının istifadəsində olan mobil nömrəyə “Unibank”-dan bildiriş mesajı gəlmiş, o yaxşı müştəri olduğu üçün ona bankdan kredit götürməyi təklif edilmişdir. Həmin mesajı oxuyarkən Mehriban da onun yanında olmuş və ondan həmin krediti götürüb ona verməyi xahiş etmişdir. Belə ki , ona həmin krediti götürüb ona verməyimi xahiş etmişdir. Belə ki, iddiaçı həmin krediti götürüb Mehribana verdikdən sonra bankın kreditini Mehribanın özü ödəməsi barədə öz aralarında razılığa gəlmişlər. O, Mehribanın borcları olduğu üçün ona kömək etmək istəmiş və özünə məxsus Unibank plastik kartını kredit çıxartması üçün Mehribana vermişdir. Mehriban onun salonunda xadimə işləyən qadınla gedib 2000 manat krediti çıxartmış, bu barədə onun telefonuna bildiriş mesajı da gəlmişdir. Mehribanın onun kartından çıxardığı 2000 manat pulu üzərinə gələn faizi ilə birlikdə o banka hissə-hissə ödəmişdir. Bundan əlavə o, iki dəfəyə olmaqla 560 manat da Mehribana borc pul vermişdir. Lakin, arada xeyli müddət keçməsinə baxmayaraq, Mehriban ümumilikdə iddiaçıdan aldığı 2560 manat pulu geri qaytarmamışdır. Bundan sonra o dəfələrlə borcunu istəməyə başladı. Bu səbəbdən o, Nizami Rayon Polis İdarəsinə müraciət etdi. Lakin, həmin şikayətlə bağlı cinayət işinin rədd edilməsi barədə qərar qəbul edildi. Qərar onunla əsaslandırılmışdır ki, tərəflər arasında yaranan borc - pul mübahisəsi mülki münasibətlərdən əmələ gəldiyindən ümumi məhkəməyə müraciət edilməlidir. Cavabdeh Nizami RPİ-nin 24-cü PŞ-də verdiyi izahat da onun izahatlarında göstərdiyi xüsusatları təsdiq etmiş, ondan borc pul aldığı etiraf etmiş, maddi vəziyyəti yaxşı olmadığına görə bu illər ərzində borcunu qaytara bilmədiyini bildirmişdir. Nizami RPİ 24-cı polis Şöbəsinin təhqiqatçısı Pərvanə Əzizovanın 09.06.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Hazırda cavabdehin həmin borcu qaytarmaqdan imtina etdiyi üçün məhkəmə qaydasında həmin pulun alınması xahişi ilə məhkəməyə müraciət etmək zərurəti yaranıb. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 09.06.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə X1 müraciəti əsasında toplanmış HK-1499 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin Qərardan görünür ki, araşdırma zamanı izahatı almış Cavabdeh Gülnarın izahatında göstərdiyi xüsusatları təsdiq etmiş, maddi vəziyyəti yaxşı olmadığına görə bu illər ərzində ona olan borcunu qaytara bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM)14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları həmçinin başqa şəxsə zərər vurulması və əsassız varlanmadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 739-cu maddəsinə əsasən «borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 740-cı maddəsilə borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, «borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər». Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 448.1 -ci maddəsinə uyğun olaraq “borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır”. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə «öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nın 21.1 -ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 2560 (iki min beş yüz altmış) manat borcun tutulması barədə tələbi əsaslıdır və təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən vəAzərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddiaçı iddiası təmin edilsin. Cavabdehndan 2560 (iki min beş yüz altmış) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar