Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5494/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, iəhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 680.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, tərəflər arasında 24 sentyabr 2021-ci il tarixli barışıq sazişi bağlandığını bildirdi, həmin barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, həqiqətən iddiaçı ilə aralarında barışıq sazişi bağlanmışdır. Göstərilənlərə əsasən, məhkəmədən barışıq sazişinin qeyd olunan şərtlərlə təsdiq edilməsi və iş üzrə icraata göstərilən əsaslarla xitam verilməsini xahiş etdi. Məhkəməyə təqdim olunmuş 24 sentyabr 2021-ci il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir:
1. Ümumi müddəalar. 1.1. İddiaçı Cavabdeh 2018-ci ilin may ayından 2019-cu ilin aprel ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda, hissə-hissə ümumi olaraq 680.000 manat həcmində nağd pul vəsaitini 2020-ci ilin dekabr ayınadək olan müddət ərzində qaytarmaq şərti ilə borc vermişdi. İddiaçı ilə Cavabdeh arasında 20 fevral 2020-ci il tarixdə yaranmış borcun etirafı haqqında saziş bağlanmışdır. Qeyd olunan sazişə əsasən, 680.000 manat borc məbləğini cavabdeh tərəfindən iddiaçıya 01 dekabr 2020-ci il tarixədək tam həcmdə ödəmədiyi halda, iddiaçıya borc məbləğinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ qeyd olunmuşdur. Cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir və iddiaçı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. 1.2. Hazırkı sazişlə tərəflər, 20 fevral 2020-ci il tarixli «yaranmış borcun etirafı haqqında» sazişdən irəli gələn öhdəliyin cavabdeh tərəfindən icra edilməsi ilə bağlı aşağıdakı şərtlərlə qarşılıqlı olaraq razılaşdılar.
2. Barışıq sazişinin şərtləri. 2.1. Hazırkı barışıq sazişinə əsasən, tərəflər razılaşırlar ki, cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan aşağıda sadalanan əmlakın 1/2 hissəsinin üzərində mülkiyyət hüququ Cavabdeh İddiaçı qarşısında yaranmış 680.000 manat məbləğində borcu əvəzinə İddiaçı keçirəcək: a) Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı binada 1.500 m2 ümumi, 1.500 m2 əsas, - m2 köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi (çıxarış seriya MH № 0135951, verildiyi tarix 20.11.2008); b) Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı binanın zirzəmisində 257 m2 ümumi, 257 m2 əsas sahədən ibarət olan qeyri-yaşayış sahəsi (çıxarış seriya MH № 0137153, verildiyi tarix 18.11.2008); c) Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı binanın zirzəmisində 534,6 m2 ümumi, 534,6 m2 əsas sahədən ibarət olan qeyri-yaşayış sahəsi (çıxarış seriya MH № 0136970, verildiyi tarix 18.11.2008); d) Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı binanın zirzəmisində 52,4 m2 ümumi, 52,4 m2 əsas sahədən ibarət olan qeyri-yaşayış sahəsi (çıxarış seriya MH № 0136922, verildiyi tarix 20.11.2008). 2.2. Cavabdeh yuxarıda göstərilən əmlakın 1/2 hissəsi üzərində mülkiyyət hüququnun iddiaçıya olan borcu əvəzinə iddiaçıya keçməsi ilə bağlı gələcəkdə hər-hansı tələb və ya iddia irəli sürməmək öhdəliyini şərtsiz olaraq qəbul edir. 2.3. Bu barışıq sazişinin 2.1-ci bəndində göstərilən əmlakın 1/2 hissəsində mülkiyyət hüququnun İddiaçı keçməsi şərti ilə, iddiaçı onun Cavabdeh qarşı olan 680.000 manat məbləğində borc və həmin borcla əlaqəli olan bütün digər tələblərindən imtina edir və gələcəkdə həmin tələblərlə bağlı cavabdehə qarşı hər-hansı iddialar qaldırmamaq öhdəliyini öz üzərinə götürür. 2.4. Hazırkı barışıq sazişinə əsasən İddiaçı aşağıdakıları icra etməyi öhdəsinə götürür: 2.4.1. İddiaçı Cavabdeh arasında bağlanmış 20 fevral 2020-ci il tarixli «yaranmış borcun etirafı haqqında» saziş üzrə yaranan 680.000 manat məbləğində yaranmış borcdan Cavabdeh xeyrinə imtina etmək; 2.4.2. Barışıq sazişinin 2.4.1-ci bəndində göstərilən borcun əvəzinə Cavabdeh xüsusi mülkiyyətində olan: a) Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı binada 1.500 m2 ümumi, 1.500 m2 əsas, - m2 köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi; b) Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı binanın zirzəmisində 257 m2 ümumi, 257 m2 əsas sahədən ibarət olan qeyri-yaşayış sahəsi; c) Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı binanın zirzəmisində 534,6 m2 ümumi, 534,6 m2 əsas sahədən ibarət olan qeyri-yaşayış sahəsi; d) Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı binanın zirzəmisində 52,4 m2 ümumi, 52,4 m2 əsas sahədən ibarət olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu qəbul etmək. 2.5. Tərəflərin hər biri bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verməmək öhdəliyini qəbul edir. Barışıq sazişinin 3-cü bəndi tərəflərin məsuliyyətini müəyyən edir, 4-cü bəndi yekun qaydaları təsbit edir. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə tərəflər – İddiaçı və Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:
1. Ümumi müddəalar. 1.1. İddiaçı Cavabdeh 2018-ci ilin may ayından 2019-cu ilin aprel ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda, hissə-hissə ümumi olaraq 680.000 manat həcmində nağd pul vəsaitini 2020-ci ilin dekabr ayınadək olan müddət ərzində qaytarmaq şərti ilə borc vermişdi. İddiaçı ilə Cavabdeh arasında 20 fevral 2020-ci il tarixdə yaranmış borcun etirafı haqqında saziş bağlanmışdır. Qeyd olunan sazişə əsasən, 680.000 manat borc məbləğini cavabdeh tərəfindən iddiaçıya 01 dekabr 2020-ci il tarixədək tam həcmdə ödəmədiyi halda, iddiaçıya borc məbləğinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ qeyd olunmuşdur. Cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir və iddiaçı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. 1.2. Hazırkı sazişlə tərəflər, 20 fevral 2020-ci il tarixli «yaranmış borcun etirafı haqqında» sazişdən irəli gələn öhdəliyin cavabdeh tərəfindən icra edilməsi ilə bağlı aşağıdakı şərtlərlə qarşılıqlı olaraq razılaşdılar.
2. Barışıq sazişinin şərtləri. 2.1. Hazırkı barışıq sazişinə əsasən, tərəflər razılaşırlar ki, cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan aşağıda sadalanan əmlakın 1/2 hissəsinin üzərində mülkiyyət hüququ Cavabdeh İddiaçı qarşısında yaranmış 680.000 manat məbləğində borcu əvəzinə İddiaçı keçirəcək: a) Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı binada 1.500 m2 ümumi, 1.500 m2 əsas, - m2 köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi (çıxarış seriya MH № 0135951, verildiyi tarix 20.11.2008); b) Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı binanın zirzəmisində 257 m2 ümumi, 257 m2 əsas sahədən ibarət olan qeyri-yaşayış sahəsi (çıxarış seriya MH № 0137153, verildiyi tarix 18.11.2008); c) Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı binanın zirzəmisində 534,6 m2 ümumi, 534,6 m2 əsas sahədən ibarət olan qeyri-yaşayış sahəsi (çıxarış seriya MH № 0136970, verildiyi tarix 18.11.2008); d) Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı binanın zirzəmisində 52,4 m2 ümumi, 52,4 m2 əsas sahədən ibarət olan qeyri-yaşayış sahəsi (çıxarış seriya MH № 0136922, verildiyi tarix 20.11.2008). 2.2. Cavabdeh yuxarıda göstərilən əmlakın 1/2 hissəsi üzərində mülkiyyət hüququnun iddiaçıya olan borcu əvəzinə iddiaçıya keçməsi ilə bağlı gələcəkdə hər-hansı tələb və ya iddia irəli sürməmək öhdəliyini şərtsiz olaraq qəbul edir. 2.3. Bu barışıq sazişinin 2.1-ci bəndində göstərilən əmlakın 1/2 hissəsində mülkiyyət hüququnun İddiaçı keçməsi şərti ilə, iddiaçı onun Cavabdeh qarşı olan 680.000 manat məbləğində borc və həmin borcla əlaqəli olan bütün digər tələblərindən imtina edir və gələcəkdə həmin tələblərlə bağlı cavabdehə qarşı hər-hansı iddialar qaldırmamaq öhdəliyini öz üzərinə götürür. 2.4. Hazırkı barışıq sazişinə əsasən İddiaçı aşağıdakıları icra etməyi öhdəsinə götürür: 2.4.1. İddiaçı Cavabdeh arasında bağlanmış 20 fevral 2020-ci il tarixli «yaranmış borcun etirafı haqqında» saziş üzrə yaranan 680.000 manat məbləğində yaranmış borcdan Cavabdeh xeyrinə imtina etmək; 2.4.2. Barışıq sazişinin 2.4.1-ci bəndində göstərilən borcun əvəzinə Cavabdeh xüsusi mülkiyyətində olan: a) Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı binada 1.500 m2 ümumi, 1.500 m2 əsas, - m2 köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi; b) Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı binanın zirzəmisində 257 m2 ümumi, 257 m2 əsas sahədən ibarət olan qeyri-yaşayış sahəsi; c) Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı binanın zirzəmisində 534,6 m2 ümumi, 534,6 m2 əsas sahədən ibarət olan qeyri-yaşayış sahəsi; d) Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı binanın zirzəmisində 52,4 m2 ümumi, 52,4 m2 əsas sahədən ibarət olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu qəbul etmək. 2.5. Tərəflərin hər biri bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verməmək öhdəliyini qəbul edir. Barışıq sazişinin 3-cü bəndi tərəflərin məsuliyyətini müəyyən edir, 4-cü bəndi yekun qaydaları təsbit edir. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Səməd Cəfərov