Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5500/2021 25.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi” tələbinə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6286,70 manat tutularaq, vəsaiti tutularaq, iddiaçı "xxxx" ASC-nin, "xxxx" ASC-dən tutularaq 6286,70 manat tutularaq, vəsaiti tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6286,70 manat, 30 manat dövlət rüsumu, bank xərci 0,40 manat pul vəsaiti tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan Məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirdi ki, 14.09.2020-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən 'Şahqaya” daş karxanası adlanan yerdə Cavabdeh3 mülkiyyətində olan Cavabdeh2 tərəfindən idarə edilən “Shacman” yük markalı, ** MN *** dövlət qeydiyyat nişanlı yük avtomobil arxaarxaya hərəkətdə olan zaman dərədə işləyən X4 idarə etdiyi “Hidromek HMK 370LC EİD” markalı, 1** FY *** dövlət qeydiyyat nişanlı ekskovatorun üzərinə aşmış və nəticədə "xxxx" ASC-də “avto kasko” qaydaları ilə sığortalanmış 'Hidromek HMK 370LC HD” markalı, 1** FY *** dövlət qeydiyyat nişanlı ekskavatora zərər dəymişdir. AR DİN Qaradağ RPİ-nin TŞnin“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışına, 20.11.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola və 27.10.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, “Shacman” yük markalı, ** MN *** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Hadisə zamanı Cavabdeh2 tərəfindən idarə edilən “Shacman” yük markalı, ** MN *** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda "xxxx" ASC tərəfindən sığortalanmışdır. Bu səbəbdən tərəfindən "xxxx" ASC-yə 11286,70 (on bir min iki yüz səksən altı manat, 70 qəpik məbləğində zərər məbləğinin 5000,00 hissəsinin "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına ödənilməsi barədə 12.01.2021ci il tarixli, BS-C-21/0054 saylı məktub verilmişdir. Lakin qeyd edilən məktubu cavabsız qalmış, "xxxx" ASC tərəfindən cəmiyyətə sığorta ödənişi daxil olmamış və həmin sığorta şirkəti qanunvericilikdə nəzərədə tutulmuş üzərinə düşən öhdəliyi icra etməmişdir. Məlum olduğu kimi “İcbari Sığotalar haqqında” Azərbaycan Respublikasının qanununa əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 (beş min manat) müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, AR DİN Qaradağ RPİ-nin TŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışından və AD №138590 saylı X2 şəhadətnaməsindən göründüyü kimi “Shacman” yük markalı, ** MN *** dövlət qeydiyyat nişanlı yük avtomobilin sahibi Cavabdeh3 Maarif oğludur. İddia ərizəsinə əlavə edilmiş, www.isb.az saytından çıxarışdan göründüyü kimi, Cavabdeh2 tərəfindən idarə edilən “Shacman” yük markalı, ** MN *** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası *Ata Sığorta” ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, “Hidromek HMK 370LC HD” markalı, 1** FY *** dövlət qeydiyyat nişanlı ekskavator CPM-0014/20 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, həmin nəqliyyat vasitəsi "Bakı Sığorta” ASC tərəfindən 26.08.2020-ci il tarixindən 26.08.2021-ci il tarixinədək 153.956,30 sığorta məbləği olmaqla “avto kasko” qaydaları ilə sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, 16.10.2020-ci il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Hidromek HMK 370LC HD” markalı, 1** FY *** dövlət qeydiyyat nişanlı ekskavatora dəymiş zərər 11286,70 məbləğində müəyyən edilmişdir, iddia ərizəsinə əlavə edilmiş, AR DİN Qaradağ RPİ-nin TŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışından göründüyü kimi “Shacman” yük markalı, ** MN *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Cavabdeh2 tərəfindən 14.09.2020-ci il tarixdə törədilmiş yol-nəqliyat hadisəsi nəticəsində “Hidromek HMK 370LC HD” markalı, 1** FY *** dövlət qeydiyyat nişanlı ekskavatora zərər dəymişdir. İddia ərizəsinə əlavə edilmiş, 22.10.2020-ci il tarixli, 138/20 saylı sığorta aktına və 27.10.2020-ci il tarixli, AZ0001054 saylı ödəniş tapşırığına əsasən əsasən “Hidromek HMK 370LC HD” markalı, 110 FY 375 dövlət qeydiyyat nişanlı ekskavatora dəymiş zərərlə bağlı 11286,70 məbləğində sığorta ödənişi həmin ekskavatorun təmiri üçün "xxxx" MMC-nin "xxxx" ASCdə olan AZ75TCZB******************** saylı hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş, AZ №000316 saylı X2 şəhadətnaməsindən göründüyü kimi “Hidromek HMK 370LC HD” markalı, 1** FY *** dövlət qeydiyyat nişanlı ekskavatorun sahibi "xxxx" MMCdir. İddia ərizəsinə əlavə edilmiş, 17.09.2020-ci il tarixli, BS-C-20/1363 saylı məktubundan görünür ki, iddiaçı cavabdehlərə müraciət edərək, hadisə nəticəsində əsasən “Hidromek HMK 370LC HD” markalı, FY 375 dövlət qeydiyyat nişanlı ekskavatora dəymiş zərər məbləğinin müəyyən edilməsi prosesində iştirak təklifini etmişdir. İddia ərizəsinə əlavə edilmiş 17.05.2021-ci il tarixli, BS-C-21/0954 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən aradan qaldırılması üçün ödənilmiş 6.286,70 (altı min iki yüz səksən altı manat, 70 qəpik) məbləğində ödənilmiş sığorta ödənişinin 5 gün müddətində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən geri ödənilməsi tələb edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22.10.2020-ci il tarixli sığorta aktından görünür ki, 14.09.2020-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən 'Şahqaya” daş karxanası adlanan yerdə Cavabdeh3 mülkiyyətində olan Cavabdeh2 tərəfindən idarə edilən “Shacman” yük markalı, ** MN *** dövlət qeydiyyat nişanlı yük avtomobil arxaarxaya hərəkətdə olan zaman dərədə işləyən X4 idarə etdiyi “Hidromek HMK 370LC EİD” markalı, 1** FY *** dövlət qeydiyyat nişanlı ekskovatorun üzərinə aşmış və nəticədə "xxxx" ASC-də “avto kasko” qaydaları ilə sığortalanmış 'Hidromek HMK 370LC HD” markalı, 1** FY *** dövlət qeydiyyat nişanlı ekskavatora zərər dəymişdir. İş materiallarında olan zərərin hesablanması aktdan görünür ki, 16.10.2020-ci il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Hidromek HMK 370LC HD” markalı, 1** FY *** dövlət qeydiyyat nişanlı ekskavatora dəymiş zərər 11286,70 məbləğində müəyyən edilmişdir, İş materiallarında olan AR DİN Qaradağ RPİ-nin TŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışından görünür ki, “Shacman” yük markalı, ** MN *** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan 20.11.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Shacman” yük markalı, ** MN *** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan 27.10.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, “Shacman” yük markalı, ** MN *** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Cavabdeh2 hərəkətlərində “yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğuna görə onun əməlində Azərbaycan Respublikasi İXM-nin 327.1-ci maddəsinin tərkib əlamətləri vardır. Ona görə də barəsində həmin maddə ilə inzibati qaydada ölçü götürülməsindən ötrü qəbul edilmiş qərarın surəti Qaradağ RPİ DYPŞ-yə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə” Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsin №663 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 oma və büzdüm sümüklərinin qəlpəli yerinidəyişən sınıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir. Qərarda göstərildiyi kimi 14.09.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər və dərəcələrinə görə sağlamlığın uzun müddəti pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Bundan başqa, MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Həmçinin MM-nin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Beləliklə, istinad olunan sübutlarla təsdiq olunur ki, iş materiallarında olan 22.10.2020-ci il tarixli sığorta aktından göründüyü kimi 14.09.2020-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən 'Şahqaya” daş karxanası adlanan yerdə Cavabdeh3 mülkiyyətində olan Cavabdeh2 tərəfindən idarə edilən “Shacman” yük markalı, ** MN *** dövlət qeydiyyat nişanlı yük avtomobil arxa-arxaya hərəkətdə olan zaman dərədə işləyən X4 idarə etdiyi “Hidromek HMK 370LC EİD” markalı, 1** FY *** dövlət qeydiyyat nişanlı ekskovatorun üzərinə aşmış və nəticədə "xxxx" ASC-də “avto kasko” qaydaları ilə sığortalanmış 'Hidromek HMK 370LC HD” markalı, 1** FY *** dövlət qeydiyyat nişanlı ekskavatora zərər dəymişdir. Zərərin hesablanması aktdan göründüyü kimi 16.10.2020-ci il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Hidromek HMK 370LC HD” markalı, 1** FY *** dövlət qeydiyyat nişanlı ekskavatora dəymiş zərər 11286,70 məbləğində müəyyən edilmişdir. Bu səbəbdən də istinad olunan hüquq normalarına əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, yəni hazırki halda iddiaçıya subroqasiya hüququ əsasında onun verdiyi sığorta ödənişi məbləğində keçmişdir. İş materiallarından göründüyü kimi, avtomobilə dəymiş zərərin həcmi 180 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 6286,70 manat, 30 manat dövlət rüsumu, bank xərci 0,40 manat pul vəsaiti tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Digər cavabdeh isə, Cavabdeh3 hissədə iddia təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 6286,70 manat, 30 manat dövlət rüsumu, bank xərci 0,40 manat pul vəsaiti tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5500/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5500/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver