Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-555/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh3 iştirakları ilə İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, «xxxx» ASC-yə qarşı «ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1, «xxxx» ASC-yə qarşı «ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 25.09.2014-cü il tarixdə saat 20.00 radələrində ünvan 1 ünvanında Cavabdeh3 mülkiyyətində olan «VAZ-21104» markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə «xxxx» ASC-də sığortalanmış «Mazda 6» markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İddia ərizəsinə əlavə edilmiş Masallı RPŞ DYPB-nin 03.10.2014-cü il tarixli, ***-**** saylı arayışına və 27.09.2014-cü il tarixli, CYP 539636 saylı inzibati xəta haqqında protokola və inzibati xəta haqqında iş üzrə qərara əsasən «VAZ-21104» markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hadisənin baş verməsində təqsirli bilinərək AR İXM-nin 151.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Masallı RPŞ-i tərəfindən təqdim edilmiş, elektron sistemdən çıxarışa əsasən Cavabdeh1 36 manat cəriməni ödəyərək inzibati tənbehi icra etmişdir. «Mazda 6» markalı, 99 GC199 dövlət qeydiyyat nişanlı atomobilin MİB-2257/13 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, həmin avtonəqliyyat vasitəsi «xxxx» ASC tərəfindən 15.11.2013-cü il tarixdən 13.11.2014-cü il tarixədək 29.900,00 manat sığorta məbləği və sığorta dəyəri olmaqla «avto kasko» qaydaları ilə tam sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsi ilə hər bir sığorta hadisəsi üzrə şərtsiz azadolma məbləği tərəflər arasında 350 manat məbləğində razılaşdırılmışdır. 29.01.2015ci il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində «Mazda 6» markalı 99GC199 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 7412,26 manat məbləğində müəyyən edilmişdir. 29.01.2015-ci il tarixli, 111/15 saylı sığorta aktına və 000195 saylı kassa məxaric orderinə əsasən zərər məbləğindən 350 manat məbləğində azadolma məbləği çıxılmaqla 7026,26 manat məbləğində sığorta ödənişi «Mazda 6» markalı, 99GC199 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və MİB-2257/13 saylı sığorta şəhadətnaməsi üzrə sığortalı X4 ödənilmişdir. www.isb.az saytından çıxarışa əsasən hadisə anına Cavabdeh1 idarə etdiyi «VAZ-21104» markalı, 10UT981 dövlət qeydiyyat nişanlı avtomobil «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə «xxxx» ASC tərəfindən sığortalanmışdır. «xxxx» ASC-nin 07.11.2014-cü il tarixli, BS-C-14/0911 saylı məktubundan göründüyü kimi, iddiaçı «xxxx» ASC-yə müraciət edilərək zərər məbləğinin razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir. İddiaçı sığorta ödənişini etdikdən sonra «xxxx» ASC-yə sonuncunun öhdəlik həddi olan 5000 manat məbləğinin geri ödənilməsi barədə müraciət etsə də, tələb icra edilməmişdir. Bu səbəbdən iddiaçı 27.03.2019-cu il tarixli, BS-C- 19/0521 saylı və 08.05.2019-cu il tarixli,BS-C-19/0776 saylı tələb məktubları ilə təkrarən «xxxx» ASC-yə müraciət etmiş və yalnız bundan sonra, 15.01.2020-ci il tarixdə «xxxx» ASC tələbi icra etməyə başlamış və 28.01.2020-ci il tarixədək 4500 manat məbləğini iddiaçının hesabına geri ödəmişdir. Lakin «xxxx» ASC öhdəliklərini tam həcmdə icra etməmiş və 500 manat məbləği hələ də iddiaçıya ödənilməmişdir. «VAZ-21104» markalı, 10UT981 dövlət qeydiyyat nişanlı avtomobilin AB№ 126398 seriya nömrəli qeydiyyat şəhadətnaməsindən göründüyü kimi həmin nəqliyyat vasitəsi Cavabdeh3 mülkiyyətində olmuşdur. 24.06.2020-ci il tarixli BS-C-20/0834 saylı geriyə tələb (pretenziya) məktubundan göründüyü kimi, 2062,26 manat məbləğinin («xxxx» ASC tərəfindən ödənilməli olan məbləğ çıxılmaqla) geri ödənilməsi tələbi iddiaçı tərəfindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ünvanlarına göndərilmişdir. Lakin, cavabdehlər bu günə kimi iddiaçının hesabına heç bir ödəniş etməmişdir. Qeyd olunanlara əsasən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı onun tərəfindən ödənilən sığorta ödənişinin 2562,26 manat məbləğinin («xxxx» ASC tərəfindən ödənilmiş 4500 manat çıxılmaqla) müvafiq hissələrdə cavabdehlərdən tələb etmək hüququna sahib olmuşdur. İcra müddətini hətta təkrar məktubun tarixindən (27.03.2019+7 iş günü) hesablandıqda (08.04.2019-cu il tarixdən hesablanmaqla) 457 gün təşkil edir və 457 gün üçün dəbbə pulu (5000/100x0,1x457=2285) 2285 manat təşkil edir. Bundan başqa, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu da cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin «xxxx» ASC tərəfindən geri ödənilməli olan 5000 manat məbləğinin ödənilməmiş hissəsi olan 500 manat və ödənilməli olan məbləğin «xxxx» ASC tərəfindən gecikdirilmiş 457 gün üçün 2285 manat məbləğində dəbbə pulu, cəmi 2785 manat pul vəsaitinin cavabdeh «xxxx» ASC-dən tutularaq iddiaçı «xxxx» ASC-nin hesabına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin 2062,26 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı «xxxx» ASC-nin hesabına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində iddia rüsumu və 0,40 manat xərci, cəmi 30,40 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq «xxxx» ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, o qeyd olunan hadisəni törətməmiş, hadisə Cavabdeh1 tərəfindən törədilmişdir. Buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və «xxxx» ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin cavabdeh «xxxx» ASC-nin nümayəndəsi iddia tələbinə etiraz göndərərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 19.05.2020-ci il tarixli qərarına əsasən «xxxx» ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmiş lisenziya ləğv olunmuş və şirkətin müflis elan olunması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli, e-2-2(113)-1575/2020 saylı qətnaməsinə əsasən ASC «xxxx» Sığorta Şirkəti müflis elan olunmuşdur. Bu səbəbdən mülki işin cavabdeh ASC «xxxx» Sığorta Şirkətinə tələb hissəsində icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Nəsimi rayon Məhkəməsinin 2(006)-555/2021 saylı, 22.04.2021-ci il tarixli qərardadı ilə iddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, «xxxx» ASC-yə qarşı «ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi» iddia tələbinin cavabdeh «xxxx» ASC-yə aid olan hissəsində tələbə Azərbaycan Respublikası MPM-nin 261.0.8-ci maddəsinə əsasən icraatına xitam verilmişdir. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş AB seriyalı 126398 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «VAZ-21104» minik markalı ** UT *** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh3 Telmn oğlunun adına qeydiyyata alınmışdır. İş materiallarında olan fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" ASC ilə X7 arasında 15.11.2013-cü il tarixdə sığorta müqaviləsi bağlanmış və həmin avtonəqliyyat vasitəsi «xxxx» ASC tərəfindən 15.11.2013-cü il tarixdən 13.11.2014-cü il tarixədək 29.900,00 manat sığorta məbləği və sığorta dəyəri olmaqla «avto kasko» qaydaları ilə tam sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsi ilə hər bir sığorta hadisəsi üzrə şərtsiz azadolma məbləği tərəflər arasında 350 manat məbləğində razılaşdırılmışdır. İş materiallarında olan «xxxx» ASC tərəfindən verilmiş 29.01.2015-ci il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində «Mazda 6» markalı 99GC199 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 7412,26 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan «xxxx» ASC tərəfindən verilmiş 29.01.2015-ci il tarixli, 111/15 saylı sığorta aktına və 000195 saylı kassa məxaric orderinə əsasən zərər məbləğindən 350 manat məbləğində azadolma məbləği çıxılmaqla 7026,26 manat məbləğində sığorta ödənişi «Mazda 6» markalı, 99GC199 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və MİB-2257/13 saylı sığorta şəhadətnaməsi üzrə sığortalı X4 ödənilmişdir. www.isb.az saytından çıxarışa əsasən hadisə anına Cavabdeh1 idarə etdiyi «VAZ-21104» markalı, 10UT981 dövlət qeydiyyat nişanlı avtomobil «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə «xxxx» ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan Masallı RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş 27.09.2014-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Cavabdeh1 25.09.2014-cü il tarixdə saat 20.00 radələrində ünvan 1ndə körpünün ustündə ara məsafəni düzgün saxlamadığı üçün əvvəl hadisədən sonra dayanmış «VAZ-2107» markalı **-UC-*** d.q.n. avtomobil və «Mazda 6» markalı **-GC-*** d.q.n. avtomobillə arxadan toqquşmuşdur. Xəta nəticəsində Cavabdeh1 AR İXM-nın 151.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş materiallarında olan «xxxx» ASC tərəfindən «xxxx» ASC-yə ünvanlanmış 07.11.2014-cü il tarixli məktubun kserosurətindən görünür ki, 25.09.2014-cü il tarixdə ünvan 1 ünvanında «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə «xxxx» ASC-də sığortalanmış «VAZ-21104» markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermişdir. Nəticədə, «xxxx» ASC-də «avtokasko» risklərindən sığortalanmış «Mazda-6» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 931-ci maddəsinin (icbari sığorta ödənişinin üstünlüyü) tələbləri nəzərə alınmaqla, müvafiq sığorta hadisəsinin tənzimlənməsi ilə əlaqədar olaraq, yol nəqliyyat hadisəsi nəticəsində, «xxxx» ASC-də sığortalanmış avtomobilə dəymiş zərərin qiymətləndirmə prosesində «xxxx» ASC-nin nümayəndəsinin iştirakını təyin etməsini və sığorta hadisəsinin tənzimlənməsi ilə əlaqədar təkliflərini 3 iş günü müddətində Cəmiyyətə təqdim etməsini xahiş edilmişdir. İş materiallarında olan «xxxx» ASC tərəfindən «xxxx» ASC-yə ünvanlanmış 27.03.2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, 25.09.2014-cü il tarixdə ünvan 1 ünvanında «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi» ilə şirkətində sığortalanmış «VAZ-21104» markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə «xxxx» ASC-də kasko sığorta növü üzrə sığortalanmış «Mazda 6» markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Həmin sığorta hadisəsi ilə bağlı «Mazda 6» markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar «xxxx» ASC tərəfindən 7062,26 manat sığorta ödənişi həyata keçirilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və AR Mülki Məcəlləsinin 936-cı maddəsinin tələblərinə əsaslanaraq 5000 manat sığorta ödənişi məbləğinin qanunvericiliklə müəyyən edilmiş müddətdə «xxxx» ASC-nin hesaba köçürülməsinin təmin edilməsini «xxxx» ASCdən xahiş etməsinə baxmayaraq həmin məbləğ bu günə kimi «xxxx» ASC-yə ödənilməyib. İş materiallarında olan «xxxx» ASC tərəfindən «xxxx» ASC-yə ünvanlanmış 08.05.2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, 25.09.2014-cü il tarixdə ünvan 1 ünvanında «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi» ilə şirkətində sığortalanmış «VAZ-21104» markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə «xxxx» ASC-də kasko sığorta növü üzrə sığortalanmış «Mazda 6» markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Həmin sığorta hadisəsi ilə bağlı «Mazda 6» markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar «xxxx» ASC tərəfindən 7062,26 manat sığorta ödənişi həyata keçirilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və AR Mülki Məcəlləsinin 936-cı maddəsinin tələblərinə əsaslanaraq 5000 manat sığorta ödənişi məbləğinin qanunvericiliklə müəyyən edilmiş müddətdə «xxxx» ASC-nin hesaba köçürülməsinin təmin edilməsini «xxxx» ASCdən xahiş etməsinə baxmayaraq həmin məbləğ bu günə kimi «xxxx» ASC-yə ödənilməyib. İş materiallarında olan «xxxx» ASC tərəfindən Cavabdeh3 və Cavabdeh1 ünvanlanmış 24.06.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, 25.09.2014-cü il tarixdə, saat 20.00 radələrində ünvan 1 ünvanında Cavabdeh3 mülkiyyətində olan «VAZ-21104» markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə «xxxx» ASC-də sığortalanmış hadisə zamanı X7 tərəfindən idarə edilmiş «Mazda 6» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Hadisə Masallı RPŞ DYPB tərəfindən qeydə alınmış və 03.10.2014-cü il tarixli, ***-**** saylı arayışa və 27.09.2014-cü il tarixli, CYP 539636 saylı inzibati xəta haqqında protokola və inzibati xəta haqqında iş üzrə qərara əsasən «VAZ-21104» markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hadisənin baş verməsində təqsirli bilinərək AR İXM-nin 151.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Zərərin aradan qaldırılması üçün «xxxx» ASC tərəfindən 7062,26 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə zamanında «VAZ-21104» markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti «xxxx» ASC tərəfindən sığortalanmışdır. Beləliklə, «xxxx» ASC tərəfindən qeyd edilən hadisə ilə bağlı ödənilmiş sığorta ödənişinin məbləği zərər vuran «VAZ-21104» markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığorta etmiş «xxxx» ASC-nin bir hadisə üzrə qanunla müəyyən edilmiş 5000 manat məbləğində məsuliyyət həddi aşdığı üçün həmin aşan hissəni zərər vuran şəxsdən və nəqliyyat vasitəsinin mülkiyyətçisindən tələb etmək hüququna yiyələnmişdir. «xxxx» ASC sözügedən zərərin aradan qaldırılması üçün 7062,26 manat sığorta ödənişinin 5000 manat məbləği çıxılmaqla 2062,26 manat məbləğini Cavabdeh3 və Cavabdeh1 tələb etmək hüququna sahib olmuşdur. Odur ki, 5 gün müddətində göstərilən məbləği «xxxx» ASC-yə ödəməsini xahiş olunur, əks təqdirdə «xxxx» ASC tərəfindən Cavabdeh3 və Cavabdeh1 haqqında məhkəmə orqanına 2062,26 manatın ödənilməsi tələbi ilə müraciət olunaraq və iddianın təmin olunduğu təqdirdə bu məbləğlə yanaşı məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyi Cavabdeh3 və Cavabdeh1 üzərinə düşəcəkdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 saylı, 29.07.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Açıq Səhmdar Cəmiyyəti «xxxx» Sığorta Şirkəti müftiş elan edilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2021-ci il tarixli, 9/6044 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablaşma yolu ilə «xxxx» ASC tərəfindən təqdim edilmiş 29.01.2015ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı «Mazda 6» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5837 manat müəyyəq edilmişdir. Aparılmış ekspert tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh3 mülkiyyətində olan və digər Cavabdeh1 idarə etdiyi və ASC «xxxx» Sığorta Şirkətində sığortalanmış «VAZ-21104» markalı, **- UT-*** dövlət nömrə nişanlı avtomobili 25.09.2014-cü il tarixdə idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, X4 məxsus olan, «xxxx» ASC-də sığortalanmış «Mazda 6» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sığortalı avtomobilin sahibinə maddi ziyan vurulmuşdur, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən X4 dəymiş zərər ödənilərək 7062,26 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, ASC «xxxx» Sığorta Şirkəti 5000 manat məbləğindən 4500 manat «xxxx» ASC-yə geri qaytarılmış, hazırda isə sığorta şirkəti sığortalı avtomobilə görə ödədiyi 2062 manat məbləğində pulu cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, yol nəqliyyat hadisəsi vaxtı Cavabdeh1 yüksək təhlükə mənbəyi olan «VAZ-21104» markalı, **-UT-*** dövlət nömrə nişanlı avtomobili vaxtı keçmiş etibarnamə əsasında idarə etmişdir. Cavabdeh1 etibarnaməsi bitsə də, o, avtomobili mülkiyyətçinin iradəsinə zidd idarə etməmişdir. (bunu məhkəmə iclasında iştirak edən X6 etiraf etmişdir) Nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı ilə idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il tarixli 4 nömrəli bülletendən görünür ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. …Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (MM-nin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üsüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmçsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti 23 Ali Məhkəmənin bülleteni 2020 iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur və ümumiyyətlə “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. … Nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Məhkəmə qeyd edir ki, 25.09.2014-cü il tarixdə yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh1 «VAZ-21104» markalı **-UT-*** dövlət qeydiyyat nömrəsi avtomobilin mülkiyyətçisi Cavabdeh3 razılığı və iradəsinə uyğun olaraq istifadə etmişdir. Məhkəmə vurulmuş ziyanın hər iki cavabdehdən tutulması ilə bağlı tələb üzrə qeyd edir ki, yol-nəqliyyat hadisəsində inzibati xəta haqqında qərara əsasən Cavabdeh1 təqsirli hesab olunduğundan və nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən qanuni əsaslarla idarə olunduğundan, zərərin əvəzini ödənilməsi öhdəliyi mülkiyyətçinin üzərinə qoyula bilməz. Yəni məhkəmə hesab edir ki, iddiaçı tərəfindən zərərin əvəzini ödənilməsi ilə bağlı irəli sürülmüş tələb hər iki cavabdehə (avtomaşının mülkiyyətçisi və idarə edən şəxs/etibanamə ilə) qarşı yönəldilsə də, ziyanın əvəzinin ödənilməsi vəzifəsi AR Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən yüksək tühlükə mənbəyini qanuni əsaslarla idarə etmək hüququna dair etibarnamə ilə idarə edən və yol-nəqliyyat hadisəsinin törətməkdə təqsirli hesab olunan cavabdeh – Cavabdeh1 üzərinə qoyulmalıdır. Məhkəmə iddia tələbinin 2062,26 manat sığorta ödənişi məbləğinin tutulması ilə bağlı qeyd edir ki, həmin tələb qismən təmin edilməlidir. Belə ki, iş üzrə təyin edilmiş ekspert rəyinə əsasən “Mazda-6» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci 5837 manat təşkil etmişdir. Odur ki, 837 (5837-5000=837) manat məbləğində pul Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri Cavabdeh1 aid edilməlidir. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh1 sahibliyində və istifadəsində olduğundan, həmçinin, onun Masallı RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə Cavabdeh1 məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 837 (səkkiz otuz yeddi) manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xərcinin əvəzi olmaqla, cəmi 867,40 (səkkiz yüz altmış yeddi manat, qırx qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul Cavabdeh1 alınaraq Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 qarşı «ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 837 (səkkiz otuz yeddi) manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xərcinin əvəzi olmaqla, cəmi 867,40 (səkkiz yüz altmış yeddi manat, qırx qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi Cavabdeh3 münasibətdə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul Cavabdeh1 alınaraq Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-555/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-555/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver