Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-560/2024 12.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qıznın katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Vəlı̇ yev Elçı̇ n Aslan oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Gəncə filialına qarşı "cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Vəlı̇ yev Elçı̇ n Aslan oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Gəncə filialına qarşı "cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,iddiaçı məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ilə barışıq sazişi imzalanmış və cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim ediləcəkdir. Həhmçinin məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 tərəflər arasında barışıq sazişinin bağlandığını bildirərək təsdiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən cavabdeh “Kapital Bank" ASC qəbul edir ki, iddiaçı 50 (əlli) manat məbləğində və ona hesablanmış 17,43 (on yeddi manat, qırx üç qəpik) və 20 (iyirmi) manat borcun olmamasına dair arayışın alınmasına cavabdehə pul ödəmişdir. Cavabdeh “Kapital Bank’ ASC bu barışıq sazişi qanuni qüvvəsini aldıqdan sonra 10 (on) iş günü müddətində İddiaçı adına Mərkəzləşmiş Kredit Reyestirindən müvafiq düzəlişlərin edilərək həmin kredit (avans xidməti) barədə məlumatların (gecikmə günləri də daxil olmaqla) silinməsinin təmin edilməsini öz öhdəsinə götürür. Bundan sonra iddiaçı öz üzərinə götürür ki, cavabdehə qarşı hər hansı bir tələb irəli sürməyəcəkdir. Tərəflər razılaşırlar ki, AR Mülki Prossessual Məcəlləsinin 262.4.-cü maddəsinə uyğun olaraq işin icraatına xitam verildikdən sonra, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmçinin, tərəflər razılığa gəlirlər ki, bu barışıq sazişi üzrə cavabdeh: iddiaçının adına Mərkəzləşmiş Kredit Reyestirindən müvafiq düzəlişlərin edilərək həmin kredit barədə məlumatların silinməsinin təmin edilməsini öz öhdəsinə götürdüyü öhdəliyi hansı səbəbdən yetirməzsə, iddiaçının eyni mahiyyət üzrə məhkəməyə yenidən müraciət etməsi haqlıdır. Tərəflər razılaşırlar ki, AR MPM-nin 15.2-ci maddəsi üzrə nəzərdə tutulmuş hüquqi normativ tələb hər iki tərəf üçün məcburi xarakter daşıyır. Yəni, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra, hüquqi qüvvəsini alır və tərəflər üçün məcburi icra qüvvəsinə malikdir. Barışıq sazişi eyni hüquqi qüvvəyə malik olmaqla 3 (üç) nüsxədə tərtib edilir və bir nüsxəsi məhkəmədə, digər iki nüsxəsi isə tərəflərdə saxlanılır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, barışıq sazişinin 3, 4, 7-ci hissələri məhkəməyə müraciət etməyin qarşısının alınması və qanunun tələblərinin hüquqi nəticələri ilə bağlı olduğundan barışıq sazişi bu hissələrdə təsdiq edilə bilməz. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Vəlı̇ yev Elçı̇ n Aslan oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Gəncə filialına qarşı "cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s." tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Cavabdeh “Kapital Bank" ASC qəbul edir ki, iddiaçı 50 (əlli) manat məbləğində və ona hesablanmış 17,43 (on yeddi manat, qırx üç qəpik) və 20 (iyirmi) manat borcun olmamasına dair arayışın alınmasına cavabdehə pul ödəmişdir.
2. Cavabdeh “Kapital Bank’ ASC bu barışıq sazişi qanuni qüvvəsini aldıqdan sonra 10 (on) iş günü müddətində İddiaçı adına Mərkəzləşmiş Kredit Reyestirindən müvafiq düzəlişlərin edilərək həmin kredit (avans xidməti) barədə məlumatların (gecikmə günləri də daxil olmaqla) silinməsinin təmin edilməsini öz öhdəsinə götürür.
3. Həmçinin tərəflər razılığa gəlirlər ki, bu barışıq sazişi üzrə cavabdeh: iddiaçının adına Mərkəzləşmiş Kredit Reyestirindən müvafiq düzəlişlərin edilərək həmin kredit barədə məlumatların silinməsinin təmin edilməsini öz öhdəsinə götürdüyü öhdəliyi hansı səbəbdən yetirməzsə, iddiaçının eyni mahiyyət üzrə məhkəməyə yenidən müraciət etməsi haqlıdır.
4. Tərəflər razılaşırlar ki, AR MPM-nin 15.2-ci maddəsi üzrə nəzərdə tutulmuş hüquqi normativ tələb hər iki tərəf üçün məcburi xarakter daşıyır. Yəni, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra, hüquqi qüvvəsini alır və tərəflər üçün məcburi icra qüvvəsinə malikdir. İddiaçı Vəlı̇ yev Elçı̇ n Aslan oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Gəncə filialına qarşı "cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər.