Məhkəmə qərarları › İş №2(006)-5601/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5601/2025

22.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5601/2025 22.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuruna qarşı icra məmurunun hərəkətsizliyinə qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuruna qarşı icra məmurunun hərəkətsizliyinə qarşı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə icra işinin vaxtında icra olunması üçün məcburi tədbirlər görülməsini, borclunun ölkədən çıxışına məhdudiyyət qoyulmasını və həbsdə olan borclunun Ləhiş bağlarında yerləşən torpaq sahələrinin yenidən tələbkar İddiaçı Salayeviçə təklif edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçının bu qaydada təqdim etdiyi iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunmalıdır ki, hazırki iş üzrə iddiaçı məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun hərəkətlərindən müvafiq qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə əsasən ayrıca icraat qaydasında məhkəməyə müraciət edilməklə həll olunmalı olan məsələlərə aiddir. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuruna qarşı icra məmurunun hərəkətsizliyinə qarşı iddia ərizəsinin yolverilməzliyə görə icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya məhkəmə qərarlarının icrası qaydasında qərardaddan şikayət və ya icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlə müraciət etmək hüququ izah edilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar