Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-566/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanılan 31.01.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmış və həmin müqaviləyə uyğun olaraq bankla cavabdeh arasında tərtib edilən 07.02.2014-cü il tarixli, 29.10.2014-cü il tarixli, 16.01.2015-ci il tarixli razılaşmalara əsasən ona ümumilikdə 348000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı olaraq iddiaçı ilə "xxxx" və digər cavabdeh X3 arasında 31.01.2014-cü il tarixli və 23.10.2014-cü il tarixli zaminlik müqavilələri bağlanılmışdır. Bundan əlavə, götürülmüş kreditin qaytarılmasının təminatı olaraq iddiaçı ilə həmin bank arasında 03.02.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanılmış və müqaviləyə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı, Bülbülə qəsəbəsi, Deputat küçəsi,10 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki obyekt (əmlak kompleksi) ipoteka ilə yüklü edilmişdir. İddiaçı cavabdehlərə inanaraq bu müqaviləni imzalamışdır. Çünki iddiaçı ilə cavabdehlər tanış və həmyerlidirlər və cavabdehlər iddiaçıdan xahiş edərək onu ipoteka və zaminlik müqavilələrinə imza etməyə razı salmışlar. Cavabdehlər Nizami Şahmirzə oğlu və Cavabdeh2 ər-arvaddırlar və bankdan pul götürərək faydalanan şəxslər də onlardır. Lakin buna baxmayaraq cavabdehlər götürülmüş kreditin qaytarılmasını təmin etməmişlər və bununla da iddiaçıya məxsus ipoteka ilə yüklü edilmiş əmlakın məhkəmə qaydasında hərrac yolu ilə satılması təhlükəsi yaranmışdır. Belə ki, "xxxx" QSC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 kredit müqaviləsinə əsasən kredit borcunun və ona hesablanan faizlərin tutulmasını, tələbin ipoteka predmeti olan və digər cavabdeh İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması, satışdan əldə olunan pul vəsaiti hesabına həmin borcun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 31.07.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmiş, cavabdehlər Cavabdeh1, İddiaçı və Cavabdeh2 müştərək qaydada bir neçə kredit müqaviləsi üzrə cəmi 193.488,68 ABŞ dolları və 123 manat pul tutulması qət edilmiş, tutma digər ipoteka predmetləri ilə yanaşı İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilmişdir. İddiaçı ona məxsus əmlakın açıq hərracdan satılması barədə bank tərəfindən iddia qaldırılandan sonra dəfələrlə cavabdehlərə müraciət etmiş, kreditin qaytarılması və beləliklə də ona məxsus obyektin hərracda satılmasının qarşısının alınması üçün tədbirlər görməsini tələb etmişdir. Lakin cavabdehlər krediti qaytarmaq üçün tədbir görməmişlər. Artıq tələbin ipoteka predmetinə yönəldiləcəyini görən iddiaçı banka müraciət edərək ona məxsus əmlakın hərrac vasitəsilə satılmamasını, tələbin ilk növbədə cavabdehlərə məxsus əmlak hesabına ödənilməsini xahiş etmişdir. Bankdan iddiaçıya bildirmişlər ki, yalnız borcun ödənişi həyata keçirildiyi halda sözügedən əmlak ipoteka yüklülüyündən azad oluna bilər. Bundan sonra iddiaçı 08.12.2020-ci il tarixdə cavabdehlərin əvəzinə zamin olaraq bankın hesabına 50.000 ABŞ dolları məbləğində rul köçürmüş və özünə məxsus əmlakın ipoteka yüklülüyündən azad edilməsini xahiş etmişdir. İddiaçı həmin ödənişi həyata keçirdikdən sonra bank tərəfindən iddiaçıya qəbz və 08.12.2020-ci il tarixli məktub verilmişdir. Məktubda göstərilmişdir ki, «30.06.2021-ci il tarixədək Cavabdeh1 "xxxx" QSC qarşısında olan kredit borcundan 50000 ABŞ dolları ödəyəcəyiniz təqdirdə Sizə məxsus olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Bank qarşısında ipoteka yüklülüyündən azad olunacaq, həmçinin mövcud qalıq borcun Sizdən tələb olunmaması barədə müvafiq icra və probasiya şöbəsinə məktub veriləcəkdir». Bankla razılaşmaya əsasən iddiaçı tərəfindən zamin olaraq banka 100000 ABŞ dolları ödənilməlidir və iddiaçı həmin məbləğin yarısını, yəni 50000 ABŞ dollarını 08.12.2020-ci il tarixdə banka ödəmişdir. Qalan 50000 ABŞ dollarını isə iddiaçı 2021-ci ilin may ayından oktyabr ayına qədər olan dövr ərzində cavabdehlərin əvəzinə banka ödəmişdir. Belə ki, 21.05.2021-ci il tarixdə iddiaçı tərəfindən "xxxx"ın Sumqayıt filialına 20000 ABŞ dolları, 30.06.2021-ci il tarixdə 5000 ABŞ dolları, 27.09.2021-ci il tarixdə 10000ABŞ dolları, 06.10.2021-ci il tarixdə isə 15000 ABŞ dolları ödənilmişdir. Odur ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən birgə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50.000 ABŞ dolları əsas borc və 5000 ABŞ dolları məbləğində faiz borcu, cəmi 55000 ABŞ dollarının alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 iddia tələbini qəbul etməyərək öz izahatında götərmişdir ki, əslində götürülən məbləğlər ona aid deyildir. Ödəmə ikmanın olmamasını nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Belə ki, iş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 31.01.2014-cü il tarixli, 02L000011461 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.
9. İş materiallarında olan "xxxx" QSC ilə İddiaçı və Cavabdeh2 arasında bağlanmış 31.01.2014-cü il və 23.10.2014-cü il tarixli zaminlik müqavilələrinin surətlərindən görünür ki, zaminlər İddiaçı və Cavabdeh2 Cavabdeh1 bank qarşısında kredit müqavilələri üzrə vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərinə öhdəliklər götürmüşlər.
10. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2(006)-175/2019 saylı, 31.07.2019-cu il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, İddiaçı, Cavabdeh2 müştərək qaydada 07.02.2014-cü il tarixli, 02R000031346 saylı kredit razılaşması üzrə 101,022,88 ABŞ dolları əsas borc,10.144,88 ABŞ dolları faiz borcu, 10.000 ABŞ dolları cərimə borcu, cəmi 121.167,76 ABŞ dolları məbləğində pulun, 29.10.2014-cü il tarixli 002R********** saylı kredit razılaşması üzrə 53.980,08 ABŞ dolları əsas borcu, 10.527,54 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə borcu, cəmi 69.507,62 ABŞ dolları, 16.01.2015-ci il tarixli 02KK**********01 saylı kredit razılaşması üzrə 2327,5 ABŞ dolları əsas borcu, 285,8 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu, cəmi 2813,3 ABŞ dolları, habelə 30 manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının əvəzi olmaqla, cəmi 193.488,68 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 123 manat məbləğində pulun alınaraq ilkin iddia üzrə iddiaçı "xxxx" QSC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 16 saylı sahənin bir hissəsində 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 33.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,01 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında 0,19865 ha torpaq sahəsi və onun üzərində olan 727,2 kv.m. ümumi sahədən ibarət olan digər təyinatlı əmlakı kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 228.666 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışlardan əldə olunmuş vəsait hesabına ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, İddiaçı və Cavabdeh2 ilkin iddia üzrə iddiaçı "xxxx" QSC-yə olan kredit borcların ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaitinin müvafiq olaraq ilkin iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qaytarılması, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, İddiaçı və Cavabdeh2 müştərək qaydada tutulması, ipoteka predmetlərinin satıldıqdan sonra bir ay sonra boşaldılması, ilkin iddianın qalan hissələ təmin edilməməsi, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 və "xxxx" QSC-yə qarşı əqdin etibarsızlığı tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, İddiaçı və Cavabdeh2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
11. İş üzrə "xxxx" QSC-nin Sumqayıt filialı tərəfindən verilmiş mədaxil orderlərindən görünür ki, İddiaçı 21.05.2021-ci il tarixdə - 20.000 ABŞ dolları, 30.05.2021-ci il tarixdə - 5000 ABŞ dolları, 27.09.2021-ci il tarixdə – 10.000 ABŞ dolları, 06.10.2021-ci il tarixdə – 15.000 ABŞ dolları, cəmi 50.000 ABŞ dolları məbləğində pul vəsaiti banka ödəmişdir.
12. İş üzrə "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 07.10.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" QSC Cavabdeh1 arasında 31.01.2014-cü il tarixdə bağlanmış 02L000011461 saylı kredit xətti müqaviləsi üzrə borclu öz öhdəliklərini icra edərək təminatlı kredit borcunu tam ödəmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq 03.02.2014-cü il tarixli 02M000001700 saylı ipoteka müqaviləsi əsasında İddiaçı "xxxx" QSC qarşısında ipoteka ilə yüklü etdiyi ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,19865 ha torpaq sahəsi və bu torpaq sahəsində yerləşən 727,2 kv.m. ümumi sahədən ibarət Əmlak kompleksi kimi müəssisəsinin («Evlərdə Zəhmət» birliyinin 2 saylı sahəsi) (Reyestr nömrəsi: **********70-12301) ipotekaya qoyulduğu barədə aparılmış müvafiq qeydiyyatı ləğv etməsini, yuxarıda göstərilən daşınmaz əmlakı girovdan azad etməsini və onun özgəninkiləşdirilməsinə icazə verməsini xahiş etmişlər.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanılmış 31.01.2014-cü il tarixdə kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmış və həmin müqaviləyə uyğun olaraq bankla Cavabdeh1 arasında tərtib edilmiş 07.02.2014-cü il tarixli, 29.10.2014-cü il tarixli və 16.01.2015-ci il tarixli razılaşmalara əsasən ona ümumilikdə 348.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı olaraq bank ilə İddiaçı və digər Cavabdeh2 arasında 31.01.2014-cü il tarixli və 23.10.2014-cü il tarixli zaminlik müqavilələri bağlanılmışdır. Bundan əlavə, götürülmüş kreditin qaytarılmasının təminatı olaraq iddiaçı ilə bank arasında 03.02.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanılmış və müqaviləyə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi,10 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki obyekt (əmlak kompleksi) ipoteka ilə yüklü edilmişdir. Nəsimi rayon Məhkəməsinin 31.07.2019-cu il tarixli qətnaməsi ilə borcalan Cavabdeh1, eyni zamanda zaminlər İddiaçı və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə kredit razılaşmaları üzrə cəmi ödənilməmiş 193.488,68 ABŞ dolları əsas məbləğində pul tutulmuş, tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi,10 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki obyektinə (əmlak kompleksi) və digər Cavabdeh2 mülkiyyətində olan Xəzər rayonu, Şüvələr qəsəbəsində yerləşən torpaq sahələrinə yönəldilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 31.07.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və kredit xətti müqaviləsi üzrə zamin İddiaçı "xxxx" QSC-yə 50000 ABŞ dolları ödəmişdir. Hazırda iddiaçı birgə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50.000 ABŞ dolları məbləğində əsas borc və 5000 ABŞ dolları məbləğində faiz borcu, cəmi 55.000 ABŞ dollarının alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
14. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
15. Eyni Məcəllənin 474.1 və 474.2-ci maddələrinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur.
16. Göstərilən Məcəllənin 475.1 və 475.2-ci maddələrinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.
18. Həmin Məcəllənin 477-ci maddəsinə əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
19. Məhkəmə qeyd edir ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh2 zamin qismində çıxış etdiyindən və cavabdeh X1 öhdəliklərinin yerinə yetirilməsinə zamin kimi öhdəlik götürdüyündən, iddiaçı tərəfindən "xxxx" QSC-yə ödənilmiş pul isə Cavabdeh1 öhdəliyi üzrə yaranan borc olduğundan, reqress qaydada ödənilmiş pulun Cavabdeh2 tələb edilməsi əsaslı hesab edilə bilməz.
20. Məhkəmə həmçinin onuda qeyd etməyi zəruri hesab edir ki, öhdəliyi yerinə yetirmiş zamin digər zamindən yerinə yetirilmiş öhdəlik üzrə reqress qaydada tələb irəli sürməsi əsaslı hesab edilə bilməz. Çünki zamin yalnız borcluya münasibətdə zamin durmuş digər zaminə münasibətdə isə üzərinə heç bir öhdəlik götürməmişdir. (hər iki zamin arasında bağlanmış müqavilə mövcud deyildir) Digər hal isə odur ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsinin tələbinə əsasən zaminliklə təmin edilmiş öhdəliyə İddiaçı tərəfindən ödəniş edildiyinə görə artıq xitam verildiyindən digər zaminliyədə yəni Cavabdeh2 münasibətdə avtomatik olaraq qanunun tələbinə əsasən xitam verilmişdir.
21. Bu halda məhkəmə hesab edir ki, kredit xətti müqaviləsi üzrə borclu Cavabdeh1 olduğundan və kredit xətti müqaviləsi üzrə öhdəliklər onun tərəfindən pozulduğundan, iddiaçı tərəfindən həmin kredit müqaviləsi üzrə "xxxx" ASC-yə ödənilmiş 50000 (əlli min) ABŞ dolları pul yalnız Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.
22. Məhkəmə iddia tələbinin 5000 ABŞ dolları məbləğində faiz borcun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə (zərərin əvəzinin ödənilməsi) əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun.
24. Həmin Məcəllənin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
25. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsüliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.
26. Qeyd edilən Məcələlnin 1114.1-ci maddəsinə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır (maddə 1114.2).
27. AR Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
28. Məhkəmə hesab edir ki, iddiaçı iddianın 5000 ABŞ dolları faiz məbləğinin nədən ibarət olması barədə, həmçinin ziyanın həqiqətəndə baş verməsinə aid heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və yalnız iddiaçı iddia ərizəsində 5000 ABŞ dollarının tələb edilməsi ilə kifayətlənmişdir.
29. Odur ki, iddia 5000 ABŞ dolları faiz məbləğinin ödənilməsi hissəsində əsaslı hesab edilməməlidir.
30. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə maddi ziyanın (kredit müqaviləsi üzrə yerinə yetirilmiş öhdəliyin) əvəzi kimi 50.000 (əlli min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) əsas borc məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə maddi ziyanın (kredit müqaviləsi üzrə yerinə yetirilmiş öhdəliyin) əvəzi kimi 50.000 (əlli min) ABŞ dolları əsas borc, 5000 (beş min) ABŞ dolları faiz borcu, cəmi 55000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov