Məhkəmə qərarları › İş №2(006)-5705/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5705/2020

26.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5705/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətini işə cəlb etməklə cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «sərəncam və onun verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi və s» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətini işə cəlb etməklə cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «sərəncam və onun verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi və s» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, digər iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi kimi göstərilmiş X3 və vəkili X2 iddia ərizəsini imzalamaq səlahiyyətləri olmamışdır. Bildiririk ki, Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. (Kərimov Rüfətin iddiaçının yaxın qohumu olmasını və ya vəkili olmasını təsdiq edən iddia ərizəsinə əlavə edilmiş sənədlərdə aşkar edilməmişdir) Həmçinin Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. (nümayəndəsi olsaydı belə iddia ərizəsini imzalamaq səlahiyyəti xüsusi göstərilməmişdir. Əlavə olaraq məhkəmə bildiri ki, iddiaçılar tərəfindən cavabdehlərə qarşı olan müxtəlif tələblər (Sərəncamın və s sənədlərin etibarsız hesab edilməsi və maddi, mənəvi ziyanın ödənilməsi) bir iddia ərizəsində birləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsi bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Məhkəmə yuxarıda qeyd olunan halları əsas götürərək hesab edir ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi məhkəməyə ( maddi və mənəvi ziyanla bağlı ), sərəncamın və s sənədlərin etibarsız hesab edilməsi ilə bağlı isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətini işə cəlb etməklə cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «sərəncam və onun verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi və s» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi məhkəməyə ( maddi və mənəvi ziyanla bağlı ), sərəncamın və s sənədlərin etibarsız hesab edilməsi ilə bağlı isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar