Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5745/2024 29.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “şəxsə məxsus olan bank məlumatlarının verilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “şəxsə məxsus olan bank məlumatlarının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus **********80799 nömrəli kart hesabından səhvən 1679 manat 40 qəpik köçürdüyü **********715117 kart nömrəli sahibinin kimliyi barədə bank məlumatlarının verilməsi vəzifəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalı və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin mahiyyətindən göründüyü kimi iddiaçı özünə məxsus kart hesabından səhvən başqa şəxsə məxsus kart hesabına 1679.40 manat məbləğində pul vəsaiti köçürmüş, hazırki tələblə də iddiaçı pul vəsaitini səhvən köçürdüyü kart hesabının kimə məxsus olması barədə məlumatların verilməsi vəzifəsinin cavabdeh Bankın üzərinə qoyulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının bu tələbinə ayrıca iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, hazırki tələb ayrıca məhkəmə icraatının predmeti ola bilməz. İddiaçının diqqətinə çatdırılır ki, hazırki ərizədə mübahisələndirdiyi məsələlərlə əlaqədar iddiaçı ilk növbədə məhkəmədə Banka qarşı pul tələbinə dair iddia qaldırmalı, bundan sonra məhkəmə icraatının gedişində hazırki tələbinə dair məhkəmə qarşısında vəsatət qaldıra və məhkəmənin müvafiq qərardadı əsasında Bankdan iddiaçının pul vəsaitinin səhvən köçürüldüyü kart hesabının kimə məxsus olması məsələsi araşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “şəxsə məxsus olan bank məlumatlarının verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “şəxsə məxsus olan bank məlumatlarının verilməsi” tələbinə dair iddiasının yolverilməzliyinə görə qəbulundan imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-5745/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5745/2024
29.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver