Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5777/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş ziyanın tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 1900 manat və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 1900 manat və 30 manat dövlət rüsumu, 4642,50 manat miqdarında itirdiyi real gəlirin tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, 08 iyul 2021-ci il tarixdə ona məxsus bir baş inək səhər saat 06:00da yaşadığı Qusar rayonunun Yasab kəndi ərazisində cavabdeh "xxxx" ASC-nə məxsus olmaqla onun tərəfindən istismar edilən elektrik xətti naqilinin yerə düşməsi nəticəsində elektrik cərəyanı vurmuş və yerindəcə ölmüşdür. Onun inəyilə bərabər həmin vaxr həmkədlinin Cəlilova Bacıqızının da inəyi həmin səbəbdən ölmüşdür. İnəyi 6 yaşar idi, diri çəkisi təxminən 320 kg olardı. İnəklərin ölməsi ilə əlaqədar Qusar rayon Baytarlıq sahəsinin müdiri S.Eyvazovun iştirakı ilə 08.07.2021-ci il tarixində aktlar tərtib edilmişdir. Hesab edir ki, elektrik naqili tərəfindən yerə düşməmişdir. Kəndin ərazisində elektrik şəbəkəsinin elektrik xətləri və elektrik dayaqları çox yararsız vəziyyətdədir. Həmin hal Qusar rayon İHB-nin Yasab İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş № 267 olan 04.08.2021-ci il tarixli arayışla da təsdiq olunur. Hadisə baş verən gün, 08.07.2021-ci il tarixində Qusar rayonunun Yasab kəndi ərazisində hava sakit, küləksiz və yağıntısız idi. Ümumiyyətlə son aylar Qusar rayonu ərazisində normal vəziyyətdə olan elektrik xətt və dirəklərinə təsir edə biləcək təbiət hadisəsi baş verməmişdir. Məhz cavabdeh təşkilat tərəfindən yüksək təhlükə mənbəyi hesab edilən texniki cəhətdən təhlükəli vəziyyətdə olan elektrik xətlərindən istifadə edilməsi nəticəsində elektrik xəttinin naqili yerə düşmüşdür. Hesab edir ki, inəyinin diri çəkisinin 320 kg və onun 6 yaşar olduğunu əsas tutaraq onun qiyməti 1900.00 manat olmalıdır. İddiaçı həmçinin iddia ərizəsini əlavəni təqdim edərək bildirmişdir ki, cavabdehin təqsirindən baş vermiş hadisə nəticəsində o, inəyin ona verə biləcəyi faydasından (real gəlirdən) 3 il müddətinə məhrum olmuşdur. O, 3 il ərzində inəyin verdiyi süddən və hər ildə inəyin verdiyi buzovdan məhrum olmuşdur. Qusar rayonunda yerli cins inəyin süd üzrə məhsuldarlığı ildə 1200-1500 litrdir. Hal-hazırda 1litr südün orta bazar qiyməti 0,90-1,00 manatdır. 3 il ərzində inəyindən orta hesabla ildə 1350 litr olmaqla cəmi 4.050 litr süd sağılmalı idi. Süddə nisbətdə ona 3 il ərzində dəymiş zərər 3847 manat 50 qəpik təşkil edir. Hal-hazırda yerli cins körpə buzovun bazar qiyməti 250-280 manatdır. Buzova nisbətdə ona dəymiş zərərin miqdarı ildə bir buzovdan məhrum olmağı nəzərə almaqla 3 il ərzində 795 manat təşkil edir. Qeyd olunanlara əsasən, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 oğlu iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır. İddiaçı iddia tələbi ilə bağlı heç bir mötəbər sübut təqdim edə bilmir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar Rayon Polis X4 Bölməsinin 22.07.2021-ci il tarixli məktubundan görünür ki, 08.07.2021-ci il tarixində Qusar rayonu Yasab kəndində elektrik naqili qırılması nəticəsində sizə məxsus bir baş iribuynuzlu heyvan tələf olmuşdur və sizə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan 08.07.2021-ci il tarixli aktdan görünür ki, 08.07.2021-ci il tarixdə Renat Cəlilova məxsus yerli cins qırmızı olan 320 kq.d/çəkidə orta köklükdə olan 1 baş inək heyvanlar səhər saat 06:00 radələrində yüksək gərginlik olan elektrik xəttinin qırılması və yerə düşməsi nəticəsində həmin 1 baş ilbuynuz heyvan elektrik cərəyan vurmaqla tələf olmuşdur. Həmin 1 baş iribuynuzlu heyvan texnika vasitəsilə ilə dərin quyu qazaraq, həmin yeri dezinfiksiya olanda basdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Qusar rayon Baytarlıq İdarəsinin 27.07.2021-ci il tarixli rəyindən görünür ki, özlərinə məxsus iri buynuzlu heyvanlar elektrik cərəyanı zamanı müəyyən olmuşdur ki, həqiqətən yüksək gərginlik olan elektrik xətti qırılmış və 2 baş iri buynuzlu heyvanı cərəyanı vurmuşdur. Tələf olmuş iri buynuzlu heyvanlar texnika vasitəsilə ilə dərin quyu qazılaraq basdırılmış və dizenfeksiya olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi yanında X2 17.09.2021-ci il tarixli məktubundan görünür ki, məxsus 629939 identifikasiya nömrəli inəkdə 08.03.2021-ci il tarixində süni mayalanma aparılmış və bu barədə məlumatlar 16.03.2021-ci il tarixində Elektron kənd təsərrüfatı İnformasiya Sisteminə işlənilmişdir. Sizə məxsus 629939 identifikasiya nömrəli inək yerli cins inəklərə aid olduğu üçün orta köklük dərəcəsində olması kimi nəzərə alınır. Respublika üzrə ststistik məlumatlara əsasən yerli cins inəklərin orta illik süd məhsuldarlığı 1200-1500 litr təşkil edir. İş materiallarında olan “Riad” firmasının arayışından görünür ki, “Riad” firması tərəfindən ondan ötəri ki, diri çəkisi 320,00 kq. Olan 6 yaşar yerli cins inəyin bazar qiyməti 1850,00- 2000,00 manat, yerli cins körpə buzovun bazar qiyməti 250,00-280,00 manat, bir litr südün bazar qiyməti 0,90-1,00 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya məxsus inək elektrik transformatorundan keçmiş elektrik cərəyanının vurmasından ölmüşdür. Bununla əlaqədar olaraq Qusar rayonu İcra Hakimiyyəti Yasab İƏD üzrə nümayəndəliyi tərəfindən 04.08.2021-ci il tarixli 267 sayli arayış verilmişdi. Bununla əlaqədar olaraq, “Riad” firması tərəfindən arayış verilmişdir. “Riad” firmasının arayışına əsasən, diri çəkisi 320,00 kq. Olan 6 yaş yerli cins inəyin bazar qiyməti 1850,00- 2000,00 manat, yerli cins körpə buzovun bazar qiyməti 250,00-280,00 manat, bir litr südün bazar qiyməti 0,90-1,00 manatdır. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, 1 (bir) baş cins inəyin orta bazar satış qiyməti nəzərə alınmaqla iddia qismən təmin edilməli və dəymiş maddi ziyana görə 1.900 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 1990 manat dəymiş zərər və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 1990 manat dəymiş zərər və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5777/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5777/2021
18.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver