Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-579/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentinə və Cavabdeh2 qarşı «vəzifəli şəxsin qanunsuz hərəkəti nəticəsində vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Cavabdeh2 qarşı «vəzifəli şəxsin qanunsuz hərəkəti nəticəsində vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 24.035 manat ziyan, 6.000 manat əldən çıxmış gəlir, vurulmuş mənəvi ziyana görə 10.000 manat olmaqla, cəmi 40.035 manat ziyanın cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyindən və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçının və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümaynədəsinin vəsatətlərinə əsasən, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi əsl cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamenti ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Füzuli rayonundan məcburi köçkündür. 2019-cu ilin may ayından Bakı şəhəri Nərimanov rayonu 2095-2096-cı məhəllədə yerləşən, Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentinə məxsus «Taxta bazarı» adlanan sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 22 avqust 2019-cu il tarixdə evdə olarkən yaxın tanışları ona zəng vuraraq «Taxta bazarı»nda yanğın baş verdiyini bildirmişdir. Dərhal hadisə yerinə getdikdə görmüşdür ki, Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentindən icarəyə götürdüyü 100 kvadratmetr sahə içindəki avadanlıq və xammalla birlikdə yanaraq kül olmuşdur. Baş vermiş yanğın nəticəsində ona 24.035 manat ziyan vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən istintaq aparılmış, şahidlər, zərər çəkmiş şəxslər dindirilmiş, ekspertizalar keçirilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, yanğının mənbəyi «taxta bazarı»nın birinci bazar hissəsində «xxxx» MMCnin direktoru Cavabdeh2 istifadəsində olan ticarət obyektinin arxasında taxta yonqarlarının yığılması üçün nəzərdə tutulmuş «bunker» adlanan tikintinin olduğu sahədə yerləşmişdir. Yanğın Cavabdeh2 istifadəsində olan ticarət obyektinin arxasında taxta emalı sexi kimi fəaliyyət göstərən sahədəki taxta yonqarlarının yığılması üçün nəzərdə tutulmuş «bunker» adlanan tikintinin qarşısında yerə tökülmüş taxta yonqarlarının və tozun üzərinə avtokarın mühərrikində yanacağın yanma prosesində əmələ gələn tam yanmamış qızmış yanacaq hissəciklərinin düşməsi nəticəsində baş vermişdir. İstintaqla müəyyən olunmuşdur ki, «xxxx» MMC-nin direktoru Cavabdeh2 «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın 1.9, 2.4, 3.1-ci bəndlərinin, «Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları»nın 1.2, 1.3, 1.6, 1.7-ci bəndlərinin, «Ağac emalı sənayesində təhlükəsizlik texnikası və istehsalat sanitariya qaydaları»nın 48-ci bəndini və «Sənaye müəssisələri üçün nümunəvi yanğın təhlükəsizliyi qaydaları»nın 2.1.1, 3.5.19-cu bəndlərinin tələbləri pozulmuşdur. Aparılmış istintaqla müəyyən olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentinin Yeraltı keçidlər üzrə Ticarət Birliyinin direktoru X18 «taxta bazarı»nda istifadəyə verilmiş ticarət obyektlərində (Cavabdeh2 verilmiş obyektdə) yalnız inşaat materiallarının satış fəaliyyəti ilə məşğul olması nəzərdə tutulduğu halda müqavilədən kənara çıxaraq taxta emalına icazə vermiş, yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin etməmiş, bununla da «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın 1.5, 1.9, 2.4-cü bəndlərinin və «Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları»nın 1.6, 1.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Aparılmış istintaqla müəyyən olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentinin Yeraltı keçidlər üzrə Ticarət Birliyinin rəisi X11 nəzarət etdiyi «taxta bazarı»nda istifadəyə verilmiş ticarət obyektlərində tərəflər arasında bağlanmış müqaviləyə əsasən yalnız tikinti və inşaat materiallarının satışı ilə məşğul olmaq əvəzinə müqavilənin şərtlərini qəsdən, şəxsi maraqlarına görə pozaraq ticarət obyektlərində sahibkarlar tərəfindən taxta emalı istehsalı ilə məşğul olmağa icazə vermiş, yanğından təhlükəsizlik qaydalarına nəzarət edilməsinə əməl etməmiş, bununla da «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın 1.9-cu bəndinin və «Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları»nın 1.6, 1.7-ci bəndlərinin tələblərini pozmuşdur. Vəzifəli şəxslərin qanunları kobud surətdə pozması nəticəsində ona 24.035 manat və digər sahibkarlara külli miqdarda ziyan vurulmuşdur. Müstəntiq qərarın 16-cı səhifəsində 2-ci abzasda göstərmişdir ki, «Yoxlama materiallarından göründüyü kimi, baş vermiş yanğın nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, yanğın ölümə səbəb olmamış, X5, X14, X2, İddiaçı, «xxxx» MMC-yə və «xxxx» MMC-yə dəymiş ziyan ağır nəticə kimi qiymətləndirilmir. Odur ki, baş vermiş yanğın hadisəsi ilə əlaqədar «xxxx» MMC-nin direktoru Cavabdeh2, Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentinin Yeraltı keçidlər üzrə Ticarət Birliyinin Tikinti şöbəsinin rəisi X9 və Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentinin Yeraltı keçidlər üzrə Ticarət Birliyinin direktoru X12 əməlində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibi başlanması rədd olunmalıdır». İstintaqla müəyyən olunmuşdur ki, «xxxx» MMC-yə 194.224 manat, X6 291.670 manat, X14 105.877 manat, X2 199.520 manat, «xxxx» MMC-yə 186.160 manat, ona 24.035 manat ziyan dəymişdir. Müəyyən olunduğu kimi, adları sadalanan vəzifəli şəxslərin qəsdən, sair maraqlara görə yol verdiyi qanun pozuntuları ağır nəticələrə səbəb olmuş, sahibkarlara külli miqdarda ziyan vurulmuşdur. Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin baş müstəntiqi Cəmaləddin İbişovun 25 fevral 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarından Azərbaycan Respublikasının Baş X15 şikayət vermişdir. İş Azərbaycan Respublikası Baş Prokurorluğuna məruzə olunub və qərarın əsaslı olduğu qənaətinə gəlinib. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən ona ünvanlanmış 12.06.2020-ci il tarixli 37/A-01060 saylı məktubla qərarın qüvvədə olduğu təsdiqlənməklə ona vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qərardan müəyyən olunmuşdur ki, digər şəxslərə vurulmuş ziyan ödənilmiş, o, məcburi köçkün olduğu, köməksiz və arxasız olduğu üçün aldadılmış, ziyan ödənilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, yanğın nəticəsində yanmış avadanlıq və materiallarının məhv olması nəticəsində qazanacağı gəlir də əldən çıxmışdır. Həmin materiallardan istifadə edəcəyi təqdirdə əlavə olaraq 6.000 manat qazanc əldə etmək imkanı var idi. Beləliklə, cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentinin Yeraltı keçidlər üzrə Ticarət Birliyinin Tikinti şöbəsinin rəisi X9 və Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentinin Yeraltı keçidlər üzrə Ticarət Birliyinin direktoru X12 qanunsuz hərəkətləri nəticəsində ona 24.035 manat mal-material qismində ziyan və 6.000 manat əldən çıxmış gəlir qismində, ümumilikdə 30.035 manat ziyan vurulmuşdur. Bundan başqa, əmlakının yanması nəticəsində əsəb sarsıntısı keçirmişdir, dəfələrlə adları qeyd edilən şəxslərlə görüşərək ziyanın ödənilməsini tələb etsə də, aşağılayıcı ifadələrə məruz qalmışdır. Əmlak ziyanı vurulmuş digər şəxslərə ziyanın ödənilməsi, ona isə rədd cavabı verilməsindən mənəvi əzab çəkmiş, stress keçirmişdir. Ona vurulmuş mənəvi ziyanı 10.000 manat həcmində dəyərləndirir. Beləliklə, ona vurulmuş ziyan cəmi 40.035 manat təşkil edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X10 məhkəmə iclasında iddiaçının sözlərini təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamenti tərəfindən məhkəməyə ərizə ünvanlanaraq bildirilmişdir ki, departamentin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin Tikinti X1 sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərlə tərəflərin hüquq və vəzifələri tam göstərilməklə torpaqdan istifadə müqavilələri bağlanır. Belə ki, müqavilələrdə Birliyin istifadəçilərin mövcud qanunvericiliyin tələblərinə əməl etməsinə, dövlət orqanlarının tələblərini yerinə yetirməsinə, həmçinin onlar və digər hüquqi-fiziki şəxslər qarşısında olan öhdəliklərinə və qarşılıqlı münasibətlərinə heç bir cavabdehlik daşımadığı birmənalı olaraq göstərilir. Eyni zamanda, iddiaçının göstərdiyi hallarda dəymiş zərər bağlanmış müqavilələr üzrə sığorta orqanları tərəfindən ödənilməlidir. Birlik tərəfindən belə hallarla əlaqədar hal-hazıradək heç bir halda, heç bir şəxsə zərər ödənilməmişdir. Göstərilənlərin nəzərə alınaraq, məhkəmədən iddianın Departamentə aid hissəsinin baxılmadan geri qaytarılmasına qətnamə çıxarılmasını xahiş edilmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası FHN Əməliyyat İstintaq İdarəsinin baş müstəntiqi, mayor X3 25 fevral 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, 22 avqust 2019-cu il tarixdə saat 15 radələrində Bakı şəhəri Nərimanov rayonu 2095-2096-cı məhəllədə yerləşən, Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinə məxsus «taxta bazarı»nda yanğın baş vermiş, nəticədə 1100 m2 sahədə yığılmış taxta materiallar yanğının təsirinə məruz qalmış, əmlaka maddi ziyan dəymişdir. İddiaçı vurulmuş maddi ziyan 24.035 manat təşkil edir. Araşdırma zamanı müəyyən edilmişdir ki, yanğın çıxmasına və İddiaçı maddi ziyan vurulmasına cavabdehlik daşıyan şəxslər Cavabdeh2 və Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentidir. Yuxarıda adı çəkilən qərarda kimlər tərəfindən yanğına səbəb olmuş qanun pozuntularına yol verildiyi, hansı qanunların pozulduğu müfəssəl şəkildə göstərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin 01 mart 2021-ci il tarixli məktubundan görünür ki, 16 fevral 2021-ci il tarixli 2(006)-579/2021 saylı məktuba cavab olaraq bildirilmişdir ki, 22 avqust 2019-cu il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinə məxsus “Taxta bazarı” adlanan sahədə baş vermiş yanğın hadisəsi ilə əlaqədar tərəfindən araşdırma aparılmış, araşdırma zamanı hadisə yerinə Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə baxış keçirilmiş, məhkəmə yanğın-texniki, məhkəmə əmtəəşünaslıq, məhkəmə fiziki-kimyəvi və məhkəmə tibb ekspertizaları təyin edilmiş, hadisənin ilkin şahidlərinin və zərər çəkmiş sahibkarların izahatları alınmış, sorğular verilmiş, sənədlər götürülmüş və digər zəruri istintaq hərəkətləri aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 22 avqust 2019-cu il tarixdə saat 15 radələrində Bakı şəhəri Nərimanov rayonu 2095-2096-cı məhəllədə yerləşən, Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinə məxsus “taxta bazarı”nda “xxxx” MMCnin direktoru Cavabdeh2 istifadəsində olan ticarət obyektinin arxasında taxta emalı sexi kimi fəaliyyət göstərən sahədəki taxta yonqarların yığılması üçün nəzərdə tutulmuş “bunker” adlanan tikilinin qarşısında yerə tökülmüş taxta yonqarların və tozun üzərinə avtokarın mühərrikində yanacağın yanma prosesində əmələ gələn tam yanmamış qızmış yanacaq hissəciklərinin düşməsi, həmin taxta yonqar və tozu qızmış hissəciklərin təsirindən alışması, közərmə ilə müşahidə edilən yanma prosesinin açıq alovla yanmaya keçməklə alovun yaxınlığında yerləşən, içərisində taxta yonqarları yığılmış “bunker” adlanan tikilinin içərisinə keçməsindən yanğın baş vermiş, nəticədə yanğın yüksələn xətt üzrə inkişaf edərək digər sahələrə yayılmış, 1100 kvadrat metr sahədə yığılmış taxta materiallar yanğının təsirinə məruz qalmış, X5 291.670 manat, X14 105.877 manat, X2 199.520 manat, İddiaçı 24.035 manat, “xxxx” MMC-yə 186.160 manat və “xxxx” MMC-yə 194.224 manat ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar “xxxx” MMC-nin direktoru Cavabdeh2 tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.9, 2.4, 3.1-ci bəndlərinin; “Ticarət və İctimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.3, 1.6, 1.7-ci bəndlərinin; “Ağacemalı sənayesində təhlükəsizlik texnikası və istehsalat sanitariya qaydaları”nın 48-ci bəndinin və “Sənaye müəssisələri üçün nümunəvi yanğın təhlükəsizliyi qaydaları”nın 2.1.1, 3.5.19-cu bəndlərinin, Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidməti Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin direktoru X18 tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.5, 1.9, 2.4-cü bəndlərinin və “Ticarət və İctimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.6, 1.7-ci bəndlərinin, Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidməti Departamentin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin Tikinti şöbəsinin rəisi X11 tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.9cu bəndinin və “Ticarət və İctimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.6, 1.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Aparılmış araşdırma zamanı Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinə məxsus “Taxta bazarı” adlanan sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan X19 və “xxxx” MMC ərizə ilə müraciət edərək dəymiş ziyanın Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin Yeraltı X23 tərəfindən, X7 ərizə ilə müraciət edərək ona dəymiş ziyanın Cavabdeh2 tərəfindən onlara tam ödənildiyini bildirmişlər. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçıdan başqa, digər zərər çəkən şəxslərə vurulmuş maddi ziyan ödənilmişdir. Yuxarıda qeyd olunan - Azərbaycan Respublikası FHN Əməliyyat İstintaq İdarəsinin baş müstəntiqi, mayor X3 25 fevral 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından da göründüyü kimi, hadisə üzrə cinayət işi başlanması rədd edilsə də, kimlər tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması, yanğının harada başlaması, kimlərə və nə qədər zərər vurulması, həmçinin vurulmuş ziyan məbləğlərinin kimlər tərəfindən zərər çəkən fiziki və hüquqi şəxslərə ödənilməsi təsbit edilmişdir. Cavabdehlər tərəfindən iddiaçıya vurulmuş 24.035 manat maddi ziyan ödənilməmişdir. Halbuki, iddiaçı cavabdehlərə müraciət edərək ona vurulmuş maddi ziyanın ödənilməsini tələb etmişdir. Cavabdehlər tərəfindən törədilən delikt nəticəsində iddiaçıya 24.035 manat maddi ziyan vurulması aşkardır, mötəbər sübutlarla təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, 24.035 manat maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia təmin edilməli, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş 24.035 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentindən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. İş materiallarından göründüyü kimi, iddiaçı ona 24.035 manat maddi zərərdən daha artıq məbləğdə real zərər vurulmasına, həmçinin əldən çıxmış faydaya dair sübutlar təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş 24.035 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət departamentindən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-579/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-579/2021
04.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver