Məhkəmə qərarları › İş №2(006)-5791/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5791/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5791/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı LPO "xxxx" SŞ ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" SŞ ASC Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş 4.059 manat zərərin əvəzi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.089 manat pul vəsaitinin iddiaçı LPO "xxxx" SŞ ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO "xxxx" SŞ ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 23.11.2017-ci il tarixdə saat 05:00 radələrində Bakı şəhəri Nizami küçəsi 3 ərazisində, Cavabdeh, hazırda LPO "xxxx" SŞ ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış, özünə məxsus «Dodge Caliber» minik markalı 054 D 003 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə "xxxx" MMC-yə məxsus olan, «Hyundai Sonata» minik markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, həmin avtomobilə maddi zərər vurmuşdur. Bakı şəhəri Səbail rayon DYPŞ-nin inzibati xəta haqqında protokoluna əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 342.4, 327.1 və 333.3-cü maddələri ilə təqsirli bilinmiş və onun barəsində 25.11.2017-ci il tarixdə TYP seriyalı 105501 saylı İnzibati tənbehvermə haqqında qərar qəbul olunmuşdur. Qiymətləndirmə aktından görünür ki, "xxxx" MMC-yə məxsus olan, «Hyundai Sonata» minik markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilə 4.059 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 30.01.2019-cu il tarixli 4275/17 saylı işə dair sığorta aktı tərtib edilməklə, sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra, "xxxx" SŞ ASC tərəfindən zərər çəkən "xxxx" MMC-yə həmin MMC-yə məxsus olan «Hyundai Sonata» minik markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4.059 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 4.059 manat məbləğində sığorta ödənişi LPO "xxxx" SŞ ASC tərəfindən zərər çəkənə ödənildiyindən, hazırda LPO "xxxx" SŞ ASC-nin «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına əsasən Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Hesab edirlər ki, zərər çəkənə ödənilmiş məbləğin əvəzi 4.059 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh LPO "xxxx" SŞ ASC-nin nəfinə tutulması barədə qətnamənin çıxarılması üçün məhkəməyə müraciət etməkdə haqlıdırlar və bu haqlı tələbləri məhkəmə tərəfindən təmin edilməlidir. İddiaçı LPO "xxxx" SŞ ASC məhkəməyə ərizə ilə müraciət edərək, iş həcminin çoxluğu və pandemiya ilə bağlı olaraq üzürlü səbəbdən nümayəndələrinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etməklə, məhkəmədən mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 30.11.2016-cı il tarixdə bağlanmış PST********** nömrəli sığorta müqaviləsinə əsasən Cavabdeh idarə etdiyi «Dodge Caliber» minik markalı 054 D 003 dövlət qeydiyyat nişanlı avtomobil «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmışdır. 23.11.2017-ci il tarixdə saat 05.00 radələrində Cavabdeh idarə etdiyi «Dodge Caliber» minik markalı 054 D 003 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə manevr qaydasını pozmuş, nəticədə yolun sağında dayanmış «Hyundai Sonata» minik markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, o da sağında dayanmış «QAZ-67» markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Hadisə ilə bağlı 25.11.2017-ci il tarixli TYP seriyalı 105501 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-in aidiyyatı maddəsinə (maddələrinə) əsasən inzibati tənbeh edilmişdir. 19.12.2017-ci il tarixli 0233/17 saylı dəymiş zərərin qiymətləndirilməsi hesabatına (qiymətləndirmə aktına) əsasən "xxxx" MMC-yə məxsus olan, «Hyundai Sonata» minik markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün (dəymiş ziyanın aradan qaldırılması üçün ehtiyat hissələrinin alınması və görüləcək işlər) 4.150 manat tələb olunur. 18.12.2017-ci il tarixli MV 0038/2017 saylı sığorta aktına əsasən "xxxx" ASC tərəfindən 100 manat azadolma məbləği çıxıldıqdan sonra, 4.059 manat məbləğində sığorta ödənişinin "xxxx" MMC-yə ödənilməsi qərara alınmış və ödəniş tapşırığına əsasən həmin məbləğdə sığorta ödənişi "xxxx" MMC-nin hesabına köçürülmüşdür. "xxxx" MMC tərəfindən "xxxx" SŞ ASC-yə sığorta ödənişi üzrə tələbnamə (18 dekabr 2017-ci il tarixli) ünvanlanmışdır (23.11.2017-ci il tarixdə "xxxx" SŞ ASC-də sığortalanmış «Dodge Caliber» minik markalı 054 D 003 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə (sığorta müqaviləsi PST1**********) "xxxx" ASC-də «Nəqliyyat vasitələrinin tam sığortası» (KASKO) barədə MV-C 00073_1-17 nömrəli müqavilə üzrə sığortalanmış «Hyundai Sonata» markalı ** PP *** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş maddi zərər üzrə "xxxx" SŞ ASC-yə qarşı yaranmış subroqasiya tələbi). 31.01.2019-cu il tarixli İC AA 4275/17 saylı sığorta aktına əsasən LPO "xxxx" SŞ ASC tərəfindən 4.059 manat məbləğində sığorta ödənişinin "xxxx" ASC-yə ödənilməsi qərara alınmış və ödəniş tapşırığına əsasən həmin məbləğdə sığorta ödənişi "xxxx" ASCnin hesabına köçürülmüşdür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Göründüyü kimi, Cavabdeh nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş, yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə hesab edir ki, vurulmuş zərər Cavabdeh tutulmalıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, subroqasiya qaydasında 4.059 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.089 manat Cavabdeh iddiaçı LPO "xxxx" SŞ ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Subroqasiya qaydasında 4.059 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.089 manat Cavabdeh iddiaçı LPO "xxxx" SŞ ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar