Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-582/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclas katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Bakı şəhəri 29 Saylı Dövlət Notariat Kontoruna (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi yanında 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı barışıq sazişin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras payların müəyyən edilməsi, şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Bakı şəhəri 29 Saylı Dövlət Notariat Kontoruna (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi yanında 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddiaçıların Bakı şəhəri, Mirəli Qaşqay küçəsi, 34 saylı evdə yerləşən 57 nömrəli mənzil ilə bağlı vərəsəlik hüquqlarının tanınması və 1/4 hissədə miras paylarının müəyyən edilməsi, həmin mənzillə bağlı cavabdehlərə verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların tam silinməsi və verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Miras qoyan şəxs birgə iddiaçıların ata xətti ilə babaları X15r. Miras əmlak, yəni birmərtəbəli mənzil və bir də həmin mənzilə əlavə olunmuş 12 kv.m-lik yaşayış təsərrüfatı məqsədli tikilidir. Mənzil və ona edilmiş əlavə Bakı şəhəri, Mirəli Qaşqay küç, ev 34, mənzil 57-dir. Mənzil iddiaçıların babasının adına 1997-ci ildə rəsmiləşdirilmiş və qeydiyyat vəsiqəsi verilmişdir. 12 kv.m-lik mənzilə əlavə isə qeyri-yaşayış sahəsi ilə bağlı Nəsimi Rayon İcra başçısının babasına verilməsi ilə bağlı xx.xx.1996-cı il tarixli 2391 nömrəli sərəncamı vardır. İddiaçılar miras əmlak olan mənzildə anadan olmuş və indiyə kimi orda qeydiyyatdadırlar və faktiki də orada yaşayırlar. Həmin ünvanda iddiaçıların babası X21, nənələri X7, iddiaçının atası və 2 əmisi (Yasin və Natiq Qafarovlar) öz ailəsi ilə birlikdə yaşayıb. İlk vaxtlar yaşayış yeri darısqal olduğu üçün birtəhər yaşayıblar. Daha sonra, yəni 1990-cı ildən etibarən iddiaçıların atası və özləri həmin mənzilə əlavə olaraq tikilmiş 29 kv.m-lik sahədə yaşamağa başlayıblar və hazırda da orda yaşayırlar. Mənzilin digər hissəsində babasının digər ailə üzvləri yaşayıb. 2003-cü ildən Rusiyadan qayıdan digər əmiləri Cavabdeh2 də orada yaşamağa başlayıb. Birgə iddiaçıların X4 xx.xx.2008-ci ildə infarktdan dünyasını dəyişmişdir. Ölüm faktı xx.xx.2008-ci ildə qeydiyyata alınmışdır. Atalarının ölümündən sonra da iddiaçılar həmin ünvanda yaşamağa davam etmişdir. Miras qoyan X21 xx.xx.2013-cü il tarixində vəfat etmişdir. X2 isə xx.xx.2003-cü ildə vəfat etmişdir. Nəsimi Rayon Məhkəməsinin 30.12. 2021 -ci il tarixli qətnaməsi ilə Cavabdeh3, Cavabdeh4 X11 miras payına münasibətdə vərəsə kimi qəbul edilmələri müəyyən edilmişdir. İddiaçılar faktiki olaraq mənzilə edilmiş 12kv.m-lik hissəsini faktiki olaraq qəbul etmişlər. Nəsimi rayon məhkəməsinin qətnaməsi qüvvəyə mindikdən sonra iddiaçıların mərhum əmiləri X11 ailə üzvlərinin müraciəti əsasında vərəsəlik açılmış və onların miras payları ilə bağlı vərəsəlik hüququna dair şəhadətnamə verilmiş və bunun əsasında dövlət reyestrindən çıxarışlar alınmışdır. Ancaq çıxarış alınan zaman məlum olmuşdur ki, iddiaçıların atalarının miras payı qeyd edilməmişdir. Çünki notariat orqanlarında vərəsələrin dairəsi düzgün və tam müəyyən edilməmişdir. İddiaçılar ata babalarının vərəsəsi olduğu halda onlar vərəsə kimi tanınmamışdır. İddiaçılar öz paylarından imtina etməmişdir və etmək niyyətləri də olmayıb. Notariat ofisinə vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün müraciət etmiş, ancaq imtina edilmişdir. İddiaçılar Nəsimi Rayon Məhkəməsinə müraciət edərək pozulmuş hüquqlarının bərpasına çalışmışlar. Məhkəmə zamanı mülki işin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağladıqlarını bildirmişlər. Bunun əsasında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi 2(006)-4508/2023 xx.xx.2023-cü il qərardadı ilə barışıq sazişini təsdiq etmişdir. Barışıq sazişində qeyd edilib: “Cavabdehlər, ünvan 1 ünvanında yerləşən mənzil tikilisinə əlavə olunmuş, Nəsimi RİH başçısının "Qeyri- yaşayış sahəsinin təsərrüfat ehtiyacları üçün istifadə edilməsi barədə xx.xx.1996-cı il tarixli, 2391 nömrəli sərəncamı sənədləşdirilmiş 12 kv.m-lik yaşayış təsərrüfatı məqsədli tikilinin (sənədlə qeyri-yaşayış sahəsi, faktiki olaraq yaşayış sahəsi) və bu tikiliyə bitişik olan iddiaçılara məxsus olub onların valideynləri tərəfindən qaçaqmalçılıq həyat şəraiti zərurətindən yaşayış üçün inşa edilmiş digər tikililərin iddiaçıların adlarına sənədləşdirilməsinə və rəsmiləşdirilməsinə razıdırlar, buna etiraz etmirlər, bundan sonra da heç vaxt etməyəcəklər. Cavabdehlər, İddiaçı1 və İddiaçı2 irsi transmissiya üzrə ataları mərhum X12 varisləri kimi tanınmalarına etiraz etmirlər. Cavabdehlər, mərhum X12 miras qoyan X13 vərəsəsi (dörd vərəsəsindən biri) olmasını qəbul edir və tanıyırlar. X12, X5nun ölümü ilə bağlı Bakı şəhəri 20 saylı Notariat Ofisində açılmış vərəsəlik işi üzrə vərəsə kimi, eləcə də, hazırkı işdə iddiaçılar olan İddiaçı1 və İddiaçı2, ataları mərhum X12 irsi transmissiya üzrə vərəsələri kimi tanınmalarını qəbul edirlər, bununla bağlı həmin notariat orqanında müvafiq sənədləşmə və rəsmiləşmə işlərinin aparılmasına, İddiaçı1 və İddiaçı2 1/4 hissəyə miras ortaqları kimi vərəsəlik hüquqlarının tanınmasına, onlara müvafiq şəhadətnamə verilməsinə etiraz etmirlər. Bu şərtlə ki, hazırda cavadehlərin X9 miras qalmış yaşayış sahəsindən müəyyən olunmuş vərəsəlik paylarının (vərəsəlik hüququ haqqında şəhadətnamələrinin və reyestrdən adlarına verilmiş mülkiyyət sənədinin - çıxarışın) mövcudluğunu qəbul etsinlər, həmin payların barəsində heç zaman heç bir halda nə notariat orqanlarına, nə də məhkəməyə müraciət etməyəcəklərini öhdələrinə götürsünlər, yəni hazırda yaşadıqları mərhum ataları tərəfindən inşa edilmiş 12 kv.m-lik yaşayış təsərrüfatı məqsədli tikilini və buna bitişik olan yaşadıqları digər tikililəri (bölgü sxemində göstəriləcək) mirasdan onlara döşən pay kimi qəbul edib həmin tikililkərlə kifayətlənsinlər. Cavabdehlər notariat orqanında müvafiq rəsmiləşmə aparılmasından sonra mübahisəli əmlak üzərində İddiaçı1 və İddiaçı2 vərəsəlik hüququnun daşınmaz əmlakın kadastrı və reyestri orqanlarında qeydiyyata alınmasına, həmin mübahisəli əmlakla bağlı bölgü aparılmasına, bölgü sənədinin tərtib və təsdiqlənməsinə, daşınmaz əmlakın dövlət reyestrində adlarına rəsmiləşdirilməsinə, bu əmlakı istədikləri şəkildə və istədikləri şəxsin xeyrinə özgəninkiləşdirmələrinə (salmasına, bağışlamasına və s.), bu əmlaka görə əvəz, kompensasiya almasına etiraz etməyəcəyinə söz verirlər. Eləcə də, iddiaçılar cavabdehlərə məxsus tikili hissələrinin öz adlarına qeydiyyata alınmasına, əmlakla bağlı bölgü aparılmasına, bölgü sənədinin tərtib və təsdiqlənməsinə, daşınmaz əmlakın dövlət reyestrində öz adlarına rəsmiləşdirilməsinə, öz əmlaklarını (əmlak payı hissələrini) istədikləri şəkildə və istədikləri şəxsin xeyrinə özgəninkiləşdirmələrinə (satmasına, bağışlamasına və s.), bu əmlaka görə əvəz, kompensasiya almasına etiraz etməyəcəyinə söz verirlər. Cavabdehlər üzərilərinə götürürlər ki, İddiaçı1 və İddiaçı2 ¼ hissədə ortaq payının sənədləşməsi, rəsmiləşməsı, bu payın əks olunduğu onlara məxsus 12 kv.m-lik tikilinin və bu tikiliyə bitişik olub onlara məxsus digər tikililərin adlarına qeydiyyatının aparılması ilə bağlı tələb olunan bütün müvafiq sənədlərin (razılıq ərizəsinin verilməsi, bölgü sxeminin təsdiqi, yaxud bu işlərin görülməsi üçün müvafiq səlahiyyətlərlə etibarnamənin verilməsi) tərtibinə, təsdiqinə və aidiyyəti orqanlara təqdim olunmasına etiraz etməyəcək, buna razılıq verəcəklər. İddiaçılar cavabdehlərin ünvan 3 ünvanında yerləşən mənzilin hazırki məhkəmə mübahisəsinə qədər verilmiş çıxarışında əks olunmuş tikililəri üzərində hüquqlarının olmasını qəbul edir, buna gələcəkdə etiraz etməyəcəkiərini öhdələrinə götürürlər. İddiaçılar razıladırlar ki, notariat orqanında 4 hissədə vərəsəlik hüquqları tanındıqdan sonra və eləcə də həmin hissədə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra cavabdehlərə qarşı 12 kv.m və ona bitişik olan faktiki sahibliklərindəki istifadələrindəki digər tikililərdən əlavə, hər hansı əmlak tələbi ilə çıxış etməyəcəklər. Tərəflər razılaşırlar ki, bu sazişlə bərabər, yaxud iddiaçıların ¼ hissədə vərəsəlik hüququ tanındıqdan, qeydiyyata alındıqdan, daha sonra daşınmaz əmlakın dövlət kadastrı və reyestri orqanlarında qeydiyyata alındıqdan sonra, eləcə də Nəsimi RİH başçısının "Qeyri-yaşayış sahəsinin təsərrüfat ehtivadan üçün istifadə edilməsi barədə xx.xx.1996-cı il tarixli 2391 nömrəli sərəncamı ilə sənədləşdirilmiş 12 kv.m-lik yaşayış təsərrüfatı məqsədli tikilinin qeydiyyatından sonra öz aralarında bölgü aparacaq, 12 kv.m-lik tikili və bu tikiliyə bitişik olub iddiaçıların istifadəsindəki dövlət qeydiyyatından keçməmiş tikililərin bölgü sxemində iddiaçıların adına, digər tikililərin isə mərhum Qədir Qafarovdan miras qalmış dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmiş miras kütləsinə daxil olan yaşayış sahələrinin cavabdehlərin yaşayış sahələrinin (Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1) mülkiyyətində olmalarını qəbul edib, bu barədə heç vaxt mübahisə açmayacaqlannı öhdələrinə götürürlər. Barışıq sazişinin prosessual nəticələri bizə aydındır. Tərəflər bu saziş imzalandıqdan və bu sazişlə müəyyən edilmiş şərtlərə əməl olunduqdan sonra aralarındakı bütün mübahisələrə son qoyulmasına, bir-birlərinə qarşı iddialarından imtina edəcəklərinə razılıq verir, bundan sonra bir-birlərinə qarşı heç bir tələb, iddia irəli sürməyəcəklərini bildirir, mübahisəli əmlakla bağlı gələcəkdə bir-birindən heç bir şikayətləri olmayacağını bəyan edirlər.” Barışıq sazişini iddiaçılar aldadılma yolu ilə bağlayıblar. İxtisaslı hüquqi yardım almaqlarına baxmayaraq cavabdehlər öz xeyirlərinə barışıq sazişi hazırlayıb və iddiaçıların qanunu bilməməsindən istifadə ediblər. Çünki sazişdə vərəsəliyin yenidən açılması ilə bağlı müddəa əlavə etməyərək özlərini sığortalayıb və iddiaçılarının vərəslikdən kənarda qalmasına səbəb olmuşlar. Çünki faktiki olaraq bütün vərəsələr iştirak etmədiyi halda vərəsəlik yenidən müəyyən edilə bilmir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili Vəkil əlavə olaraq bildirdi ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi 2(006)-4508/2023 xx.xx.2023-cü il qərardadı ilə barışıq sazişini təsdiq etmişdir. Barışıq sazişini iddiaçılar aldadılma yolu ilə bağlayıblar. İxtisaslı hüquqi yardım almaqlarına baxmayaraq cavabdehlər öz xeyirlərinə barışıq sazişi hazırlayıb və iddiaçıların qanunu bilməməsindən istifadə ediblər. Çünki sazişdə vərəsəliyin yenidən açılması ilə bağlı müddəa əlavə etməyərək özlərini sığortalayıb və iddiaçıların vərəsəlikdən kənarda qalmasına səbəb olmuşlar. Çünki faktiki olaraq bütün vərəsələr iştirak etmədiyi halda vərəsəlik yenidən müəyyən edilə bilmir. Belə ki, mirasın açılması üçün tərəflər eyni anda Notariat ofisinə müraciət etməlidirlər. Burda əsas məsələ 12 kv. metrlə bağlıdır. Miras açılsa, 12 kv. metrə açılsın. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, habelə digər Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək, rədd olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə əlavə olaraq bildirdi ki, doğrudan da iddiaçı miras qoyanın nəvəsidir. O evdə yaşayır. Mirasın kütləsinə daxil olan hissədə nə bu insanlar yaşayırlar, nə də mirası qəbul ediblər. 2013-cü ildə miras açılmışdır. İddiaçının valideyni bunu bilmişdir. O vaxtki qanuna əsasən, 3 ay ərzində müraciət etməli idilər. Amma müraciət etməyiblər. Buraxılmış nüddətin bərpası ilə bağlı məhkəməyə müraciət yoxdur. Barışıq sazişini iddiaçı və vəkili özü tərtib edib, onlara göndərmişdi. Onlara əks olan bəndi çıxarıb, barışıq sazişini imzalamışlar. Aralarında razılaşma belə olub ki, sazişi imzalayırlar, amma iddiaçı bununla bağlı məhkəməyə müraciət etməyəcəkdi. İndi sazişi iddiaçı özü pozur. İddiaçının yaşadığı ev cavabdehlərin hamısına düşən paydan çoxdur. İndi ailə böyüyüb. Bu gün vərəsəlik işi açılsa, paylar artıq azalacaq. Bu da cavabdehlərin hüququnu pozur. 12 kv.metri miras qoyan özü rəhmətə getməmişdən əvvəl tikmişdi. O, miras kütləsinə aid deyil. İddiaçının özünün tikdiyi özbaşına tikililəri və 12 kv. metri özəlləşdirməsinə etiraz etmirlər. Tərəf əgər narazı idisə, qərardaddan şikayət verə bilərdi. Cavabdehlər iddiaçını aldadıb nə əldə etmişlər ki. Barışıq sazişini imzalamaqdan ötrü iddiaçı vəkili ilə birlikdə dəfələrlə yanına gəlmişdilər. Təklif edirlər ki, iddiaçı getsin notariusa, barışıq sazişinin 5-ci bəndi barədə nə sənədlər lazımdırsa, özü həll etsin, cavabdehlər də gedib imzalasınlar. Cavabdehlər hamısı işləyir. Vaxtları yoxdur ki, gedib notariusda növbə gözləsinlər. Barışıq sazişinin təsdiq olunması barədə qərardad nə qədər ki, qüvvədədir ləğv oluna bilməz. Digər İddiaçı2, cavabdeh Bakı şəhəri 29 Saylı Dövlət Notariat Kontoruna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi yanında 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Nəsimi Rayon VVADQ Şöbəsinin AZ-İ seriyalı 676920 saylı doğum haqqında şəhadətnamənin surətindən görnür ki, İddiaçı2 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4 və anası X23 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon VVADQ Şöbəsinin XV seriyalı 262053 saylı doğum haqqında şəhadtnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4 və anası X23 anadan olmuşdur. 381270 nömrəli doğum haqqında şəhadtnamənin surətindən görünür ki, X22 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. X5 və anası X7 qeyd olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı 305661 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2008-ci il tarixdə miokard infarktdan vəfat etmişdir. Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı 820942 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2013-cü il tarixdə Kəskin koronar çatışmazlığından vəfat etmişdir. Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı 820964 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2003-cü il tarixdə xərçəng indoksikasiyadan vəfat etmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH serialı 047873 saylı qeydiyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Mirəli Qaşqay küçəsi, 34 saylı evdə yerləşən 57 nömrəli mənzilin mülkiyyətçisi X21 olmuşdur. Bakı şəhəri Nəsimi rayonu MKTB-nin 16 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, İddiaçı1 Bakı şəhəri, Mirəli Qaşqay küçəsi, 34 saylı evdə uzun illərdir yaşayır və kommunal xərcləri o ödəyir. Bakı şəhəri Nəsimi rayonu MKTB-nin 16 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli 510 saylı arayışının surətindən görnür ki, İddiaçı1 və bacısı İddiaçı2 Bakı şəhəri, Mirəli Qaşqay küçəsi, 34 saylı evdə yerləşən 57 nömrəli mənzildə qeydiyatdadırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Mirəli Qaşqay küçəsi, 34 saylı evdə yerləşən 57 nömrəli mənzildə İddiaçı1, Cavabdeh1, Cavabdeh3, X3 Yusif Natiq oğlu, X1 Vəfa Pənah qızı, X18, X24, X16, Cavabdeh2, X17, X25 və X19 qeydiyyatdadarlar. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Mirəli Qaşqay küçəsi, 34 saylı evdə yerləşən 57 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh1dur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4508/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı1 ilə cavabdehlər X26, Cavabdeh2. Cavabdeh3, Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü i tarixli barışıq sazişi təsdiq olunmuş və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; Maddə 339.3.Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Maddə 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 23 fevral 2024-cü il tarixli qərardadına əsasən, məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması barədə iddiaya əqdin etibarsızlığına dair qanunda nəzərdə tutulan ümumi əsaslarla baxıla bilər. 49.Bəzi hallarda məhkəmə barışıq sazişini təsdiq edərkən əqdin tərəflərinin iradəsinin təşəkkül tapmasına səbəb olan (məhkəmədən kənar) halları prosessual baxımdan yoxlamaq imkanında olmur. Bu vəziyyət müxtəlif səbəblərdən irəli gələ bilər: əqdin tərəfinin aldadıldığını, yaxud vacib əhəmiyyətli yanılmaya düşdüyünü özünün də bilməməsi, yaxud onu saziş bağlamağa məcbur edən hədənin hələ davam etməsi səbəbindən bu barədə məhkəməyə məlumat verməməsi və s. . Bu kimi halların mövcudluğuna baxmayaraq, görünən və yoxlanılan şərtlər əsasında sazişin imzalanması və təsdiqi, eləcə də razılaşma mətninin məhkəmə aktına daxil edilməsi, tərəfin qüsurlu davranışı, hakimin prosessual pozuntuya yol verməsi və səhv qərardad çıxarması kimi qiymətləndirilə bilməz. Belə olan halda, məhkəmə aktının ləğv edilməsi üçün prosessual hüquqi əsas mövcud olmur.
50. Digər tərəfdən, qeyd olunan prosessual hərəkətlər hüququ pozulmuş şəxsi iradəsinin zədələnməsi ilə bağlanmış əqdə bağlı qalmağa məcbur edə bilməz. Bu hallar mülki qanunvericiliyə uyğun qaydada araşdırılmalı və məsələyə hüquqi qiymət verilməlidir. Həmin araşdırmanın predmetini isə məhkəmə qərardadı (onun prosessual qanunvericiliyə zidd olaraq çıxarılması) deyil, barışıq razılaşmasını əmələ gətirən iradənin zədəli olubolmaması kimi maddi hüquqi əsaslar təşkil edəcəkdi
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli qərarında oxşar məsələ ilə bağlı göstərilmişdir ki, “məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. ...mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsinin, ödəniş qəbzinin iddiaçı tərəfindən imzalanıb-imzalanmadığının, ümumiyyətlə, mübahisə predmeti olmaması, mülki iş üzrə iddia tələbinin isə məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsi nəzərə alınmamışdır. ...Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər”
55. Barışıq razılaşması tərəflərin anlaşması ilə bağlanır və məhkəmənin bu barədə, yəni barışığın daxili tərəfinə dair verilmiş bir qərarı olmur. Barışığın daxili tərəfini təşkil edən razılaşma (saziş) ancaq maddi hüquq əsasında yoxlanıla bilər. Ona görə də iradəsi zədələnmiş, yaxud digər əsasla barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ayrıca iddia qaldırmaq hüququna malikdir. Belə iddiaya məhkəmə tərəfindən ümumi qaydada baxılmaqla barışıq razılaşmasının etibarsız sayılıbsayılmamasına hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllə Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Maddə 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Maddə 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4508/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı1 ilə cavabdehlər X26, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında aşağıdakı məzmunda xx.xx.2023-cü i tarixli barışıq sazişi təsdiq olunmuş və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən, digər tərəfdən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ünvan 4 ünvanında yerləşən mənzil tikilisinə əlavə olunmuş 12 kv.m-lik yaşayış təsərrüfatı məqsədli tikili və bu tikiliyə oitişik olan digər tikililər (bundan sonra mübahisəli əmlaklar) ilə bağlı aralarında Nəsimi Rayon məhkəməsində baxılmaqda olan mülki mübahisə ilə bağlı aşağıdakılara dair barışır və razılığa gəlirlər:
1. Cavabdehlər, ünvan 1 ünvanında yerləşən mənzil tikilisinə əlavə olunmuş, Nəsimi RİH başçısının "Qeyri- yaşayış sahəsinin təsərrüfat ehtiyacları üçün istifadə edilməsi barədə xx.xx.1996-cı il tarixli, 2391 nömrəli sərəncamı sənədlədirilmiş 12 kv.m-lik yaşayış təsərrüfatı məqsədli tikilinin (sənədlə qeyri-yaşayış sahəsi, faktiki olaraq yaşayış sahəsi) və bu tikiliyə bitişik olan iddiaçılara məxsus olub onların valideynləri tərəfindən qaçqınçılıq həyat şəraiti zərurətindən yaşayış üçün inşa edilmiş digər tikililərin iddiaçıların adlarına sənədləşdirilməsinə və rəsmiləşdirilməsinə razıdırlar, buna etiraz etmirlər, bundan sonra da heç vaxt etməyəcəklər.
2. Cavabdehlər, İddiaçı1 və İddiaçı2 irsi transmissiya üzrə ataları mərhum X12 varisləri kimi tanınmalarına etiraz etmirlər.
3. Cavabdehlər, mərhum X12 miras qoyan X13 vərəsəsi (dörd vərəsəsindən biri) olmasını qəbul edir və tanıyırlar. Qafarov Pənah Qadır oğlunun, X5nun ölümü ilə bağlı Bakı şəhəri 29 saylı Notariat Ofisində açılmış vərəsəlik işi üzrə vərəsə kimi, eləcə də, hazırkı işdə iddiaçılar olan İddiaçı1 və İddiaçı2, ataları mərhum X12 irsi transmissiya üzrə vərəsələri kimi tanınmalarını qəbul edirlər, bununla bağlı həmin notariat orqanında müvafiq sənədləşmə və rəsmiləşmə işlərinin aparılmasına, İddiaçı1 və İddiaçı2 ¼ hissəyə miras ortaqları kimi vərəsəlik hüquqlarının tanınmasına, onlara müvafiq şəhadətnamə verilməsinə etiraz etmirlər. Bu şərtlə ki, hazırda cavadehlərin X9 miras qalmış yaşayış sahəsindən müəyyən olunmuş vərəsəlik paylarının (vərəsəlik hüququ haqqında şəhadətnamələrinin və reyestrdən adlarına verilmiş mülkiyyət sənədinin - çıxarışın) mövcudluğunu qəbul etsinlər, həmin payların barəsində heç zaman heç bir halda nə notariat orqanlarına, nə də məhkəməyə müraciət etməyəcəkiərini öhdələrinə götürsünlər, yəni hazırda yaşadıqları mərhum ataları tərəfindən inşa edilmiş 12 kv.m-lik yaşayış təsərrüfatı məqsədli tikilini və buna bitişik olan yaşadıqları digər tikililəri (bölgü sxemində göstəriləcək) mirasdan onlara düşən pay kimi qəbul edib həmin tikililkərlə kifayətlənsinlər.
4. Cavabdehlər, notariat orqanında müvafiq rəsmiləşmə aparılmasından sonra mübahisəli əmlak üzərində İddiaçı1 və İddiaçı2 vərəsəlik hüququnun daşınmaz əmlakın kadastrı və reyestri orqanlarında qeydiyyata alınmasına, həmin mübahisəli əmlakla bağlı bölgü aparılmasına, bölgü sənədinin tərtib və təsdiqlənməsinə, daşınmaz əmlakın dövlət reyestrində adlarına rəsmiləşdirilməsinə, bu əmlakı istədikləri şəkildə və istədikləri şəxsin xeyrinə özgəninkiləşdirmələrinə (salmasına, bağışlamasına və s.), bu əmlaka görə əvəz, kompensasiya almasına etiraz etməyəcəyinə söz verirlər. Eləcə də, iddiaçılar cavabdehlərə məxsus tikili hissələrinin öz adlarına qeydiyyata alınmasına, əmlakla bağlı bölgü aparılmasına, bölgü sənədinin tərtib və təsdiqlənməsinə. daşınmaz əmlakın dövlət reyestrində öz adlarına rəsmiləşdirilməsinə, öz əmlaklarını (əmlak payı hissələrini) istədikləri şəkildə və istədikləri şəxsin xeyrinə özgəninkiləşdirmələrinə (satmasına, bağışlamasına və s.), bu əmlaka görə əvəz, kompensasiya almasına etiraz etməyəcəyinə söz verirlər.
5. Cavabdehlər üzərilərinə götürürlər ki, İddiaçı1 və İddiaçı2 ¼ hissədə ortaq payının sənədləşməsi, rəsmiləşməsı, bu payın əks olunduğu onlara məxsus 12 kv.m-lik tikilinin və bu tikiliyə bitişik olub onlara məxsus digər tikililərin adlarına qeydiyyatının aparılması ilə bağlı tələb olunan bütün müvafiq sənədlərin (razılıq ərizəsinin verilməsi, bölgü sxeminin təsdiqi, yaxud bu işlərin görülməsi üçün müvafiq səlahiyyətlərlə etibarnamənin verilməsi) tərtibinə, təsdiqinə və aidiyyəti orqanlara təqdim olunmasına etiraz etməyəcək, buna razılıq verəcəklər.
6. İddiaçılar cavabdehlərin ünvan 3 ünvanında yerləşən mənzilin hazırki məhkəmə mübahisəsinə qədər verilmiş çıxarışında əks olunmuş tikililəri üzərində hüquqlarının olmasını qəbul edir, buna gələcəkdə etiraz etməyəcəkiərini öhdələrinə götürürlər.
7. İddiaçılar razılaşırlar ki, notariat orqanında 4 hissədə vərəsəlik hüquqları tanındıqdan sonra və eləcə də, həmin hissədə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra cavabdehlərə qarşı 12 kv.m. və ona bitişik olan faktiki sahibliklərindəki / istifadələrindəkı digər tikililərdən əlavə, hər hansı əmlak tələbi ilə çıxış etməyəcəklər.
8. Tərəflər razılaşırlar ki, bu sazişlə bərabər, yaxud iddiaçıların ¼ hissədə vərəsəlik hüququ tanındıqdan, qeydiyyata alındıqdan, daha sonra daşınmaz əmlakın dövlət kadastrı və reyestri orqanlarında qeydiyyata alındıqdan sonra, eləcə də Nəsimi RİH başçısının "Qeyri-yaşayış sahəsinin təsərrüfat ehtiyaclan üçün istifadə edilməsi barədə xx.xx.1996-cı il tarixli, 2391 nömrəli sərəncamı ilə sənədləşdirilmiş 12 kv.m-lik yaşayış təsərrüfatı məqsədli tikilinin qeydiyyatından sonra öz aralarında bölgü aparacaq, 12 kv.m-lik tikili və bu tikiliyə bitişik olub iddiaçıların istifadəsindəki dövlət qeydiyyatından keçməmiş tikililərin bölgü sxemində iddiaçıların adına, digər tikililərin isə mərhum Qədir Qafarovdan miras qalmış dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmiş miras kütləsinə daxil olan yaşayış sahələrinin cavabdehlərin yaşayış sahələrinin (Cavabdeh3b qızının, Cavabdeh2 və Cavabdeh1) mülkiyyətində olmalarını qəbul edib, bu barədə heç vaxt mübahisə açmayacaqlarını öhdələrinə götürürlər. 9.Barışıq sazişinin prosessual nəticələri bizə aydındır. Tərəflər bu saziş imzalandıqdan və bu sazişlə müəyyən edilmiş şərtlərə əməl olunduqdan sonra aralarındakı bütün mübahisələrə son qoyulmasına, bir-birlərinə qarşı iddialarıdan imtina edəcəklərinə razılıq verir, bundan sonra bir-birlərinə qarşı heç bir tələb, iddia irəli sürməyəcəklərini bildirir, mübahisəli əmlakla bağlı gələcəkdə bir-birindən heç bir şikayətləri olmayacağını bəyan edirlər. Hazırda iddiaçılar sözügedən barışıq sazişinin etibarsız hesab olunmasını və Bakı şəhəri, Mirəli Qaşqay küçəsi, 34 saylı evdə yerləşən 57 nömrəli mənzil ilə bağlı vərəsəlik hüquqlarının tanınması və 1/4 hissədə miras paylarının müəyyən edilməsi, həmin mənzillə bağlı cavabdehlərə verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilməsini xahiş edirlər və iddialarını Barışıq sazişinin aldadılma yolu ilə bağlandığını, onların qanunu bilməməsindən istifadə edərək sazişdə vərəsəliyin yenidən açılması ilə bağlı müddəanı əlavə etməyərək cavabdehlərin özlərini sığortalamaları və nəticədə iddiaçılarının vərəslikdən kənarda qalmalarına səbəb olması ilə əsaslandırırlar. Cavabdeh tərəf isə iddiaya etiraz edərək Barışıq sazişinin iddiaçı və vəkili tərəfindən tərtib olunaraq, onlara təqdim olunmasını, hazırda vərəsəlik işinin yenidən açılmasının ailə üzvlərinin sayı artdığından onların mənafeyinə zidd olduğunu, mirasdakı paylarının azalması ehtimalının olması, iddiaçının özünün tikdiyi özbaşına tikililəri və 12 kv. metri özəlləşdirməsinə dair sazişdə üzərlərinə götürdükləri öhdəliklərin icrasından yayınmadıqlarını, yəni, barışıq sazişinin 5-ci bəndində nəzərdə tutulan sənədləri təqdim edilməsinə etiraz etmədiklərini bildirərək iddianın rədd olunmasını xahiş edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2) aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; 3) müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. O da qeyd olunmalıdır ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə görə, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə, müqavilə etibarsız hesab edilə bilər. Qeyd edilməlidir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsinin vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən barışıq sazişinin etibarlı sayılması, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin yaranması üçün digər əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Lakin, xx.xx.2023-cü il tarixli “Barışıq sazişinin” onların aldadılması yolu ilə bağlanmasını bildirən və buna görə bu sazişi etibarsız hesab edilməsini tələb edən iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə və təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, barışıq sazişi iddiaçılar tərəfindən vəkillərinin iştirakı ilə tərtib olunaraq imzalamışdır. Saziş imzalanarkən vərəsəliyin açılması ilə bağlı müvafiq bəndi əlavə etmək imkanının olmasına baxmayaraq peşəkar hüquqi yardım almış iddiaçılar bunu etməmiş, hazırda öz iradələrinə uyğun olan həmin müddəanın əlavə olunmamasına istinad etməklə sazişin etibarlılığını mübahisələndirir. Halbuki müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Başqa sözlə, şəxslər ifadə etdikləri iradələri ilə özlərinin mülki hüquq və vəzifələrini əmələ gətirir, dəyişdirir və ya xitam edirlər. Bunları nəzərə alan məhkəmə, hesab edir ki, “Barışıq sazişinin” etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur, iddiaçıların iddiası əsassızdır. Görünən odur ki, sazişin 5-ci bəndində göstərilən 12 kv.m tikilinin iddiaçıların adına rəsmiləşdirilməsindən ötrü notarius tərəfindən vərəsəlik işinin açılması üçün bütün vərəsələrin iştirakı tələb olunmuş, bunun üçün bütün vərəsələrin (cavabdehlər daxil olmaqla) eyni anda notariat ofisinə müraciət etməsi zərurəti yaramış, iddiaçılar sazişin icrası zamanı yaranmış çətinliyin aradan qaldırılması üçün bir növ təsir vasitəsi kimi bütövlükdə sazişin özünün etibarlılığını mübahisələndirərək, onun nəticəsində verilmiş şəhadətnamələrin və çıxarışların ləğvini irəli sürmüşdür. Halbuki “Barışıq sazişinin” yuxarıda qeyd olunan 5-ci maddəsindən də aydın şəkildə görünür ki, hazırda faktiki olaraq mübahisəsi gedən iddiaçılara məxsus 12 kv.m-lik tikilinin və bu tikiliyə bitişik olub onlara məxsus digər tikililərin adlarına qeydiyyatının aparılması ilə bağlı rəsmiləşdirmə işlərinə dair münasibətlər tərəflər arasında bağlanmış “Barışıq sazişi” ilə tam şəkildə tənzimlənmişdir. Sazişin həmin şərtinin icrası üzrə hərəkətsizlik göstərilməsi sazişin etibarsızlığı üçün əsas deyildir. Həmin sazişin icra edilməsindən yayınma halı mövcuddursa, həmin qərardad üzrə icra sənədinin verilməsi ilə bağlı barışıq sazişini təsdiq etmiş məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Bakı şəhəri 29 Saylı Dövlət Notariat Kontoruna (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi yanında 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı barışıq sazişin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras payların müəyyən edilməsi, cavabdehlərə verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların silinməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva