Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5821/2025 03.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı “subsidiar məsuliyyətə cəlb olunma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı “subsidiar məsuliyyətə cəlb olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 qətnamə üzrə (2(103)-6653/2022 və 2(103)-305/2023) olan 171.477,5 manat borcun köhnə və yeni təsisçilərdən subsidiar qaydada tutularaq iddiaçıya ödənilməsi, hal-hazırda indeksasiya ilə bağlı Nəsimi Rayon Məhkəməsində icraatda olan 8(006)-137/2025 saylı işin qərarına qədər təsisçilərin daşınar və daşınmaz əmlakına həbs qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 2017-ci ildə qanunsuz olaraq sökülmüşdür. Qanunsuz əməli Nazirlərə Kabinetinin 86 saylı qərarına əsasən, "xxxx" MTK həyata keçirmişdir. İddiaçı qanunsuz əməllərə məruz qalaraq, məhkəməyə müraciət etmişdir. 2(103)-3809/2020 saylı qətnamə ilə evinin qanunsuz söküldüyünə görə 283.000 manat, 2(103)-305/2023 saylı qətnamə ilə həyətyanı torpaq sahəsinin qanunsuz söküldüynə görə 165.332,5 manat və 2(103)-6653/2022 saylı qətnaməsinə əsasən, 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək iddiaçıya ödənilməyən kirayə haqqının əvəzi olaraq aylıq 500 manat olmaqla, ümumilikdə 5500 manat və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməli, 2021-ci ilin avqust ayından başlayaraq aylıq 500 manat kirayə haqqı Bakı Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(103)-3809/2020 saylı qətnaməsi ilə qət edilən kompensasiya məbləği iddiaçıya ödənilənədək davam etdirilməlidir. Lakin bu üç qətnamədən yalnız biri (2(103)-3809/2020), icra üsulu şirkət tərəfindən özbaşına dəyişdirilərək, 2022-ci ildən başlayaraq 2024-cü ilə qədər hissəhissə (ayda 10.000 manat) ödənilmişdir. 2(103)-305/2023 saylı qətnamədə yalnız 10.000 manat (Avqust 2025) və 2(103)-6653/2022 saylı qətnamə əsasında 22.000 manatdan yalnız 5855 manat ödənilib. Bu ödənişlərin hamısı 2024-cü ilin İyun ayına qədər həyata keçirilmişdir və ondan sonra heç bir məbləğ ödənilməmişdir. Bu müddət ərzində (2020-2025) icra zamanı şirkət rəhbəri və kooperativin sədri Cavabdeh3 dəfələrlə inzibati məsuliyyətə cəlb olunaraq 1500, 1500 və 2000 manat məbləğində cərimə olunub. Əlavə olaraq, 2022-ci ildə Cavabdeh3 qarşı 2(103)-3809/2020 saylı qətnaməsini icra etmədiyinə görə Ədliyyə Nazirliyinin İstintaq idarəsində CM-nin 306.2-ci maddəsi ilə cinayət işi başlanmışdır, lakin ödəniş etməyə başladığına görə, iddiaçının ərizəsinə əsasən işə xitam verilmişdir. Digər iki qətnamələrin ödənişləri ilə bağlı dəfələrlə şirkət rəhbərinə, məhkəmə qərarlarının icrasına nəzarət edən icra məmuru Cəlaləddin Əliyevə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi yoxdur, Cavabdeh3 tərəfindən verildiyi rəsmi ərizə və izahatdan göründüyü kimi, şirkətin heç bir maddi aktivi və ya pul vəsaiti hal-hazırda yoxdur, inşa etdiyi binada bütün yaşayış və qeyri-yaşayış obyektləri satıldığına görə qərarların icrasını əmlaka yönəldmək mümkün olmamışdır. Bu isə onu göstərir ki, şirkət rəhbəri borcun olduğunu bilərək (borc 2020-ci ildə yaranıb, şirkət isə inşanı yalnız 2021-ci ildə yekunlaşdırıb) satılmamış əmlakları, və satılmış əmlaklardan gəliri bilərəkdən gizlətmişdir. Belə olan halda, şirkətin əmlakı, və şirkət rəhbərinin şəxsi əmlakı olmadıqda, Mülki Məcəllənin 110, 453, 456-cı maddəsinə əsasən borc şirkət təsisçilərindən subsidiar qaydada alına bilər ona görə ki, S.Vurğun-Ş.Əzizbəyov-Mərdanov qardaşları-S.Əskərova küçələrinin kəsişməsində inşa edilən 13-15 mərtəbəli (+2 mərtəbə qeyriyaşayış obyektləri, 3 mərtəbə zirzəmi avto dayancaq) binada satılmış daşınmaz əmlakların mənfəəti sırf təsisçilər tərəfdən əldə edilib. Pilot İnşaat-A MTK 2025-ci ildə Nizamnamədə müəyyən dəyişiklik edərək, bəzi üzvləri üzvlükdən çıxarmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O, bildirdi ki, "xxxx" MTK-ya məxsus 4 ədəd parkinq yerləri hər biri 45 000 manat olmaqla ümumilikdə 180 000 manat məbləğində qiymətləndirilmiş və hazırda açıq hərrac yolu ilə satışa çıxarılmalıdır. Həbs olunmuş əmlakın mövcudluğu icranın faktiki başa çatması demək deyildir. Həbs tədbirlərinin görülməsi və əmlakın qiymətləndirilməsi məhkəmə qərarlarının icra olunduğunu göstərmir, çünki iddiaçıya pul vəsaiti faktiki olaraq ödənilməmişdir; icra icraatı yekunlaşdırılmamışdır; əmlakın açıq hərrac yolu ilə satışı başa çatmamışdır və real icra nəticəsi mövcud deyildir. Əmlakın hərracda satılması ehtimal xarakteri daşıyır və qiymətin azalması riski mövcuddur. Hərrac yolu ilə satış təminatlı və qəti nəticə deyil. Əgər əmlak ilk hərracda satılmazsa, növbəti hərraclarda onun başlanğıc satış qiyməti əvvəlki hərracla müqayisədə azaldılır. Bu hal isə borclunun əmlakından əldə olunacaq vəsaitin məhkəmə qərarlarının tam icrası üçün yetərsiz olması riskini daha da artırır. Borclunun qanunla müəyyən edilmiş əlavə pul öhdəlikləri mövcuddur. "xxxx" MTK-nın yalnız əsas borc deyil, həm də qanunvericilikdən birbaşa irəli gələn əlavə pul öhdəlikləri mövcuddur. Belə ki, Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 78.1-ci maddəsinə əsasən “İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir.” Məhz bu normaya əsasən, 2020 və 2023-cü illərdə çıxarılmış məhkəmə qərarlarının könüllü qaydada icra edilməməsi nəticəsində borclu 7% həcmində icra ödənişi ödəmək öhdəliyi daşıyır və bu öhdəlik qanunun tələbi ilə avtomatik yaranır, məhkəmənin və ya tərəflərin iradəsindən asılı deyildir. Borclunun digər kreditorlar qarşısında da böyük məbləğdə öhdəlikləri mövcuddur. Eyni zamanda, borclunun digər iddiaçı qarşısında təxminən 560.000 manat məbləğində borc öhdəliyi vardır ki, bu da borclunun çoxsaylı kreditorlar qarşısında öhdəliklərini yerinə yetirmək qabiliyyətində olmadığını açıq şəkildə göstərir. Bundan əlavə, iddiaçı tərəfindən tələb olunan və birinci instansiya məhkəməsi tərəfindən tanınmış indeksasiya məbləği də mövcuddur (hazırda apellyasiya instansiyasında yalnız məbləğin həcmi mübahisəlidir). Beləliklə, borclunun ümumi pul öhdəliklərinin həcmi, çoxsaylı kreditorlar qarşısında borcluluğu, icra ödənişi üzrə qanuni öhdəlikləri, həmçinin hərrac nəticəsində əmlakın tam satılmaması və ya aşağı qiymətə satılması riski nəzərə alındıqda, yalnız həbs olunmuş əmlakın mövcudluğu borclunun məhkəmə qərarlarını faktiki icra etməyə qadir olduğunu göstərmir. Bu səbəbdən, həbs edilmiş əmlakla bağlı görülən tədbirlər nə faktiki icranı təsdiq edir, nə də borclunun nəzarətində olan şəxslərin subsidiar məsuliyyətə cəlb edilməsi üçün mövcud əsasları aradan qaldırır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, buna baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 03 noyabr 2016-cı il tarixli, 208 nömrəli Sərəncamı ilə Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov Qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli binaların və qeyri yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-380/2018 saylı qətnaməsi ilə İddiaçı "xxxx" MTK-yə qarşı “maddi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə 288000 manat məbləğində pulun cavabdeh "xxxx" MTK-dan alınaraq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2018-cı il tarixli qətnaməsi dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmalı olan maddi ziyanın məbləğinin 229000 (iki yüz iyirmi doqquz min) manat müəyyən edilməsi, qətnamənin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(103)-3809/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-380/2018 saylı iş üzrə 13 iyun 2018-ci il tarixli qətnaməsi İddiaçı “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 490000 manatın, mənəvi zərərin əvəzi qismində 50000 manatın ödənilməsi” tələblərinin təmin olunmaması hissəsində ləğv olunması, həmin iddia tələblərinin qismən təmin edilməsi, istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165322,5 (yüz altmış beş min üç yüz iyirmi iki manat 50 qəpik) manat, mənəvi zərərin əvəzi qismində 500 (beş yüz) manatın "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi, qeyd olunan iddia tələbinin qalan hissədə təmin olunmaması, "xxxx" MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin “vurulmuş maddi ziyana görə 288 000 (iki yüz səksən səkkiz min) manatın "xxxx" MMC-dən alınaraq İddiaçı verilməsi” hissəsində dəyişdirilməsi, "xxxx" MMC-dən 283200 (iki yüz səksən üç min iki yüz) manatın alınaraq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-1676/2021 saylı qərarı ilə İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 3809/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsinin kassasiya şikayətləri ilə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. "xxxx" MMC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanlmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 fevral 2022-ci il tarixli qərarı ilə İddiaçı "xxxx" MMC-yə qarşı mülkiyyətində olan evindən və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, habelə xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarı “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165322,05 manatın "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsinə dair” hissədə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmayan hesab edilməsi, müvafiq məhkəmə aktının həmin hissədə icra edilməməsi və işə həmin hissədə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 aprel 2022-ci il tarixli 13(102)- 3(k)/2022 saylı qərarı ilə İddiaçı "xxxx" MMC-yə qarşı “mülkiyyətində olan evindən və istifadəsinə olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, habelə xərclərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli 2(102)-1676/2021 nömrəli qərarının və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli 2(103)-3809/2020 nömrəli qətnaməsinin “İstifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165322,5 manatın "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsinə dair” hissədə ləğv edilməsi, işin həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-305/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-380/2018 nömrəli, 13 iyun 2018-ci il tarixli qətnaməsi İddiaçı “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 490.000 manatın ödənilməsi” tələbinin təmin olunmaması hissəsində ləğv olunmuş, həmin iddia tələbi qismən təmin edilmiş, istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 (bir yüz altmış beş min üç yüz iyirmi iki manat, əlli qəpik) manatın cavabdeh "xxxx" MTK-dan alınaraq İddiaçı ödənilməsi, qeyd olunan iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)- 2463/2023 saylı qərarı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 305/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6653/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4475/2021 saylı qətnaməsi mübahisələndirilən- ilkin iddianın təmin edilməməsinə dair hissədə ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbi təmin olunmuş, ilkin iddia üzrə cavabdeh "xxxx" MTK-dan 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək iddiaçıya ödənilməyən kirayə haqqının əvəzi olaraq aylıq 500 (beş yüz) manat olmaqla, ümumilikdə 5500 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi və 2021-ci ilin avqust ayından başlayaraq aylar üzrə ayda 500 (beş yüz) manat kirayə haqqının "xxxx" MTK tərəfindən İddiaçı ödənilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(103)-3809/2020 nömrəli qətnaməsi ilə qət edilən kompensasiyanın iddiaçıya ödənilənədək davam etdirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1139/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh "xxxx" MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6653/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-21/25 saylı qərardadı ilə borclu "xxxx" Mənzil Tikinti Kooperativinin Bakı Apellyasiya Məhkəməsinin 2(102)-6653/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(102)- 6653/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi 2 ay müddətində hissə-hissə icra edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-216/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 7/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına izah verilmiş, qərardadın nəticə hissəsində göstərilmiş "Bakı Apellyasiya Məhkəməsinin 2(103)-305/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi borclu "xxxx" MMC tərəfindən 03 (üç) ay ərzində ödənilməklə hissə-hissə icra edilsin" ifadəsinə müvafiq olaraq "Bakı Apellyasiya Məhkəməsinin 2(103)-305/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi borclu "xxxx" MMC tərəfindən 03 (üç) ay ərzində hər ay 55000 manat ödənilməklə hissə-hissə icra edilsin" kimi izah verilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-509/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6653/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2(103) 305/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamələrinin icrası ilə bağlı icra işi üzrə borclu "xxxx" MTK-ya məxsus qeyri-yaşayış sahələrinin Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 162,164, qaraj 83 Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, giriş 162B, Mərtəbəlilik növü Zirzəmi, M3Z, m018; Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 162,164, qaraj 84 Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, giriş 162B, Mərtəbəlilik növü Zirzəmi, M3Z, m017; Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 162,164, 106 saylı qaraj Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, giriş 162B, Mərtəbəlilik növü Zirzəmi, M3Z, m103; Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 162,164, qaraj 105 Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, giriş 162B, Mərtəbəlilik növü Zirzəmi, M3Z, m104 -üzərinə həbs qoyulması, qərardadın icrasının Nəsimi rayon İcra şöbəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-137/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(103)-3809/2020 saylı qətnaməsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci ilədək olan dövr üçün 283.000 manat indeksasiya edilməklə 96.503 manatın “Pilot İnşaat-A" MTK-dan tutularaq İddiaçı ödənilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 6653/2022 saylı qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci ilədək olan dövr üçün 22 000 manat indeksasiya edilməklə 1232 manatın “Pilot İnşaat-A" MTK-dan tutularaq İddiaçı ödənilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-305/2023 saylı qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci ilədək olan dövr üçün 165.322.5 manat indeksasiya edilməklə 10.911.25 manatın “Pilot İnşaat-A" MTK-dan tutularaq İddiaçı ödənilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, dövlət reyestr məlumatlarına əsasən, "xxxx" Mənzil-Tikinti Kooperativinin (VÖEN **********) təsisçiləri Cavabdeh3, Cavabdeh1, X2, Cavabdeh4 və Cavabdeh5dur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən, "xxxx" Mənzil-Tikinti Kooperativinin adına: ünvan 3 ünvanında yerləşən 0,0464 ha torpaq sahəsi; ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (qaraj 105); ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (qaraj 106); ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (qaraj 83); ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (qaraj 84) qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin sistemindən çıxarışdan görünür ki, dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil-Tikinti Kooperativinin təsisçiləri və onların nizamnamə kapitalında mayalarının miqdarı belədir: Cavabdeh3 10%, Cavabdeh1 10%, Cavabdeh2 10%, X1 20% və Cavabdeh4 50%. "xxxx" MTK-nın sədri Cavabdeh3 tərəfindən Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru C.Əliyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 92 nömrəli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3809/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarla İddiaçı "xxxx" MTK-dan vurulmuş maddi ziyanın tələbi barədə icra işi vardır. "xxxx" MTK-dan 283.730,40 manat tutularaq tələbkar İddiaçı verilməlidir. Qərarın icrası ilə bağlı MTK bildirmişdir ki, qərarın icrasından yayınmırlar, hazırda "xxxx" MTK yaşayış kompleksi tam tikib MTK üzvlərinə təhvil verdiyi üçün, həmin vəsaiti birdəfəyə icra etmək imkanlarının xaricindədir. Qərarın icrasını təmin etmək məqsədi ilə tələbkar İddiaçı "xxxx" MTK-nın təsisçiləri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində inşa edilən, istismara təhvil verilmiş, çıxarışlı “REGAL Rezindence” yaşayış kompleksinin 1-ci binasının, “A” girişinin, 4-cü mərtəbəsində 136 kv.m. (ölçüləri Şəhərsalma normalarına uyğun hesablanmaqla) mənzil və hissə-hissə ödənməklə əlavə 40.000 manat pul vəsaiti təklif edilmişdir. İddiaçı tərəfindən hazırki iddia tələbi ilə bağlı 461 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi qismən təmin edilərək İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı “subsidiar məsuliyyətə cəlb olunma” tələbinə dair mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Cavabdeh5 məxsus “Changan Qiyuan Q05” markalı **-QA-*** dövlət qeydiyyat nişanlı, Cavabdeh1 məxsus “X5 LC150” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı, Cavabdeh1 məxsus “Kia Cerato” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı və Cavabdeh4 məxsus “Toyota Avalon” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilmiş, ərizə həmin şəxslərin daşınmaz əmlakı üzərinə həbs qoyulması hissəsində təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 46-cı maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. 110-3.1-ci maddəsinə əsasən kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. 110-3.2-ci maddəsinə əsasən kooperativ öz üzvlərinin kooperativin fəaliyyəti ilə əlaqədar götürdükləri öhdəliklərinə və bu Məcəllənin 112.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla başqa öhdəliklərinə (borclarına) görə məsuliyyət daşımır. 110-3.4-cü maddəsinə görə kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. 453.1-ci maddəsinə görə kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı, "xxxx" MTK-nın maddi vəziyyətinin yaxşı olmamasına və qətnamələrin icra edilməsi üçün şirkətin vəsaitinin mövcud olmamasına istinad edərək kooperativin təsisçilərinin subsidiar məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, tərəflər İddiaçı ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında gedən məhkəmə mübahisəsi nəticəsində qəbul edilmiş məhkəmə qətnamələrinə əsasən "xxxx" MTK-dan 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək iddiaçıya ödənilməyən kirayə haqqının əvəzi olaraq aylıq 500 (beş yüz) manat olmaqla, ümumilikdə 5500 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli və 2021-ci ilin avqust ayından başlayaraq aylar üzrə ayda 500 (beş yüz) manat kirayə haqqı "xxxx" MTK tərəfindən İddiaçı ödənilməli, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(103)- 3809/2020 nömrəli qətnaməsi ilə qət edilən kompensasiya iddiaçıya ödənilənədək davam etdirilməlidir. Eyni zamanda İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 (bir yüz altmış beş min üç yüz iyirmi iki manat, əlli qəpik) manat "xxxx" MTK-dan alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə tərəfindən sözügedən qətnamələrə dair toplanmış icra işinin materialları tələb edilmiş və məhkəmə iclasında tədqiq edilmişdir. İcra işi materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, həmin qətnamələr hazırda icra mərhələsindədir. Belə ki, borclu olan kooperativin mülkiyyətində əmlakların olması müəyyən edilmiş və tələbin icrasını təmin etmək məqsədilə məhkəmə qərardadına əsasən sözügedən əmlakların üzərinə həbs qoyulmuşdur. İcra tədbiri olaraq həmin əmlaklar açıq hərrac vasitəsi ilə satıldıqdan sonra əldə edilmiş vəsait tələbin icrası üçün sərf olunacaqdır. Nə qədər ki, qətnamələrin icrası mərhələsi hələ yekunlaşmamış və icra tədbirləri davam etməkdədir, belə olan halda "xxxx" MTK-nın maddi vəsaitinin sözügedən qətnamələrin icrasını təmin etmək üçün yetərli olub-olmaması barədə mütləq qənaətə gəlmək də mümkün deyildir. Bu səbəbdən "xxxx" MTK-nın təsisçiləri olan cavabdehlər subsidiar məsuliyyətə cəlb edilə bilməzlər. İddiaçının dəlilləri MTK-nın onun və habelə digər tələbkarların tələblərini təmin edəcək həddə olmaması, ona ödənilməli məbləğin indeksasiya olunması ilə əlaqədar məbləğin daha da artacağı, habelə MTK təsisçilərinin digər bir MTK-da təsisçi olmaları əsası ilə ona həmin yerdə əmlak tələb etmələrindən ibarət olmuşdur. Məhkəmə qeyd edilən dəlillərlə bağlı bildirir ki, hər bir şəxs məhz özünə münasibətdə pozulmuş hüquqlarının bərpası barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Digər tələbkarların ehtimal edilən tələb hüquqlarının təmin edilməməsi hazırki iddianın əsaslılığına dəlalət etmir. Habelə indeksasiya ilə məbləğin artması və məhz bundan sonra da icra tədbirlərinin davam etməsi də təsisçilərin subsidiar məsuliyyətinin müəyyən edilməsini mütləq müəyyən etmir. Son olaraq isə təsisçilərin digər bir MTK-da hazırki iddiaçının tələbkar olduğu icra sənədi üzrə əmlak təklif etmələri heç də hazırki iş üzrə "xxxx" MTK-nın təsisçilərinin “REGAL Rezindence” yaşayış kompleksinin (ehtimal edilən hüquqi şəxsin) təsisçiləri olmas anlamına gəlmir. Məhkəmə iddiaçının istinad etdiyi bu məktubu yalnız borclu şəxsin tələbkarla barışığa gəlməsi üçün təklif olaraq qiymətləndirə bilər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı “subsidiar məsuliyyətə cəlb olunma” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “hal-hazırda indeksasiya ilə bağlı Nəsimi Rayon Məhkəməsində icraatda olan 8(006)-137/2025 saylı işin qərarına qədər təsisçilərin daşınar və daşınmaz əmlakına həbs qoyulması” hissəsi ilə bağlı bildirir ki, qeyd edilən tələb iddia icraatının predmeti ola bilməz, bu və ya digər qərarın icrası qaydasında əmlak üzərinə həbs qoyulması məhkəmə qərarlarının icrası qaydasında həll edilməli məsələdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının hazırki icraat çərçivəsində təqdim etdiyi müvəqqəti təminat tədbiri barədə ərizəsinə əsasən təsisçilərin mülkiyyətində olan daşınar əmlak üzərində məhdudiyyətlər tətbiq edilmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı “subsidiar məsuliyyətə cəlb olunma” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5821/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5821/2025
03.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver