Məhkəmə qərarları › İş №2(006)-585/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-585/2024

30.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-585/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 olğunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı əsassız varlanmaya əsasən əldə olunmuş pul məbləğinin geri qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əsassız varlanmaya əsasən əldə olunmuş pul məbləğinin geri qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin məhkəməyə təqdim etdikləri xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən: 1.İlkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı “əsassız varlanmaya əsasən əldə edilmiş pul məbləğinin geri qaytarılması, vurulmuş maddi və mənəvi ziyan tələbinə dair” Nəsimi rayon Məhkəməsinin hakimi Nail Abbasovun icraatında olan iddia ərizəsindən imtina edir və gələcəkdə də həmin iddia ərizəsi ilə məhkəməyə müraciət etməməyi öhdəsinə götürür. 2. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” Nəsimi rayon Məhkəməsinin hakimi Nail Abbasovun icraatında olan iddia ərizəsindən imtina edir və gələcəkdə də həmin iddia ərizəsi ilə məhkəməyə müraciət etməməyi öhdəsinə götürür. 3. Barışıq sazişi üzrə İddiaçı öhdəsinə götürür ki, xx.xx.2024-cü il tarixə kimi 250.000 (iki yüz əlli min) manat pul vəsaitini Cavabdeh ödəyəcək. 4.Bu müqavilənin 3-cü bəndində qeyd olunan şərt yerinə yetirildiyi gün Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı mülkiyyətinə keçirmək üçün notarial qaydada alqı-satqı edəcək. Əgər Müqavilənin 3-cü bəndində qeyd olunan pul vəsaitini İddiaçı xx.xx.2024-cü il tarixə kimi Cavabdeh ödəməzsə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin götürülməsinə etiraz etmir və Cavabdeh həmin fərdi yaşayış evini digər üçüncü şəxsə satmaqda sərbəstdir. 5. Müqavilənin 4-cü bəndində qeyd edilən alqı-satqı zamanı yaranacaq notariat rüsumlar, vergi və digər xərclər İddiaçı tərəfindən ödənilir. 6.Bundan başqa, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün Cavabdeh ödənilməsi məqsədilə X1 ödədiyi beh məbləğindən də imtina edir və bununla bağlı heç bir şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. 7.Bu saziş 3 nüsxədə tərtib olunmuşdur. İki nüsxəsi tərəflərə, bir nüsxəsi isə sazişi təsdiq edən Nəsimi rayon Məhkəməsinə təqdim olunur. 8. Tərəflərdən hər hansı biri sazişin tələblərini pozarsa digər tərəfin məhkəmədən tərəflərin razılığı ilə imzalanmış hazırki sazişin şərtlərinin məcburi icra olunması üçün icra vərəqəsinin verilməsi hüququ yaranır. 9. Saziş təsdiq edildikdən sonra ilkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı “əsassız varlanmaya əsasən əldə edilmiş pul məbləğinin geri qaytarılması, vurulmuş maddi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi üzrə və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə üzrə icraata xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, onlar arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 191, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı əsassız varlanmaya əsasən əldə olunmuş pul məbləğinin geri qaytarılması, vurulmuş 30.xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: Barışıq sazişinin şərtləri: 1.İlkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı “əsassız varlanmaya əsasən əldə edilmiş pul məbləğinin geri qaytarılması, vurulmuş maddi və mənəvi ziyan tələbinə dair” Nəsimi rayon Məhkəməsinin hakimi Nail Abbasovun icraatında olan iddia ərizəsindən imtina edir və gələcəkdə də həmin iddia ərizəsi ilə məhkəməyə müraciət etməməyi öhdəsinə götürür.

2. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” Nəsimi rayon Məhkəməsinin hakimi Nail Abbasovun icraatında olan iddia ərizəsindən imtina edir və gələcəkdə də həmin iddia ərizəsi ilə məhkəməyə müraciət etməməyi öhdəsinə götürür.

3. Barışıq sazişi üzrə İddiaçı öhdəsinə götürür ki, xx.xx.2024-cü il tarixə kimi 250.000 (iki yüz əlli min) manat pul vəsaitini Cavabdeh ödəyəcək. 4.Bu müqavilənin 3-cü bəndində qeyd olunan şərt yerinə yetirildiyi gün Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı mülkiyyətinə keçirmək üçün notarial qaydada alqı-satqı edəcək. Əgər Müqavilənin 3-cü bəndində qeyd olunan pul vəsaitini İddiaçı xx.xx.2024-cü il tarixə kimi Cavabdeh ödəməzsə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin götürülməsinə etiraz etmir və Cavabdeh həmin fərdi yaşayış evini digər üçüncü şəxsə satmaqda sərbəstdir.

5. Müqavilənin 4-cü bəndində qeyd edilən alqı-satqı zamanı yaranacaq notariat rüsumlar, vergi və digər xərclər İddiaçı tərəfindən ödənilir. 6.Bundan başqa, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün Cavabdeh ödənilməsi məqsədilə X1 ödədiyi beh məbləğindən də imtina edir və bununla bağlı heç bir şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. 7.Bu saziş 3 nüsxədə tərtib olunmuşdur. İki nüsxəsi tərəflərə, bir nüsxəsi isə sazişi təsdiq edən Nəsimi rayon Məhkəməsinə təqdim olunur.

8. Tərəflərdən hər hansı biri sazişin tələblərini pozarsa digər tərəfin məhkəmədən tərəflərin razılığı ilə imzalanmış hazırki sazişin şərtlərinin məcburi icra olunması üçün icra vərəqəsinin verilməsi hüququ yaranır.

9. Saziş təsdiq edildikdən sonra ilkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı “əsassız varlanmaya əsasən əldə edilmiş pul məbləğinin geri qaytarılması, vurulmuş maddi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi üzrə və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə üzrə icraata xitam verilməsinə etiraz etmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar