Məhkəmə qərarları › İş №2(006)-5868/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5868/2025

11.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5868/2025 11.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Şirinov Əli Hafiz oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “X1 2” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh “X1 2” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 2” MMC-dən 2445 (iki dörd yüz qırx beş) manat borcun alınaraq İddiaçı qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Ödəniş qəbzlərindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 46,60 (qırx altı manat altmış qəpik) manat dövlət rüsumu ödənilmişdir.

3. İddiaçı (vəkili-nümayəndəsi Vəkil) ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsini nəzərə alaraq hazırkı işin baxılmamış saxlanılmasını xahiş etmişdir.

4. Ərizə belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə barışdığından, iddiaçıya dəymiş ziyan cavabdeh tərəfindən məhkəmədən kənar həll edilərək ödənildiyindən, iddia öz iddiasından imtina edir və iddiasını geri götürür.

5. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

a) Məhkəmə prosesi:

6. Məhkəmə baxış iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “X1 2” MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmiş və işin mahiyyəti üzrə həll olunması cavabdeh tərəfindən tələb edilməmişdir.

8. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, iddiaçının (vəkili-nümayəndəsinin) xx.xx.2026-cı il tarixli ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

Əsaslandırıcı hissə: a) Tətbiq edilən normalar:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 114.1, 114.1.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 259.0.11. İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır.

b) Məhkəmənin mövqeyi:

10. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyinə və cavabdeh tərəfindən işin mahiyyəti üzrə həll olunması tələb edilmədiyinə görə iddiaçının ərizəsi təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi baxılmamış saxlanıldığına görə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır.

Nəticə:

11. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Vəsatət təmin edilsin. İddiaçı cavabdeh “X1 2” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 46,60 (qırx altı manat altmış qəpik) manat məbləğində pul İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar