Məhkəmə qərarları › İş №2(006)-5927/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5927/2021

18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5927/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçı (İddiaçı1 nümayəndəsi) İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müstəntiqi X7 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada onlara dəymiş mənəvi ziyana görə 150000 manat, maddi ziyana görə 150000 manat, həmin məbləğlərdən 200000 manatı Ulu Öndərin adını daşıyan “X11”, 50000 manatını Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “X1” və 50000 manatın onlara verilməsi barədə qətnamə, K.Xələfovun və digər vəzifəli şəxslərin əməllərində Azərbaycan CM-nin 178 (dələduzluq), 290 (təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə), 292 (qanunsuz olaraq tutma, həbsə alma və ya həbs yerində saxlama), 294 (sübutların saxtalaşdırma), 295 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma), 296 (bilə-bilə yalan xəbərçilik etmə), 297 (ilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə), 308 (vəzifəli səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı)naddələrinin tərkibi mövcud olduğunundan xüsui qərardad qəbul edilərək Respublika Baş Prokurorluğuna qanuni tədbiq görülməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının DİN-nin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin keçmiş komandiri X2 şər-böhtanla, hədə-qorxu ilə öz ailə problemini və keçmiş vəzifəli şəxslərin sifarişi əsasında DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin keçmiş əməkdaşları, Kərim Xələfovla əlbir olaraq, axırıncılar öz vəzifə səlahiyyətlərindən sui-istifadı etməklə, vəzifə səlahiyyətlərini aşmaqla və vəzifə saxtakarlığı ilə bilə-bilə qanunsuz olaraq vətəndaşı həbs etdirərək ittiham aktının əsassız olaraq Baş Prokurorluqda təsdiq edilməsinə nail olmalarına baxmayaraq, İddiaçı1 barəsində 11 noyabr 2017-ci il tarixli Ali Məhkəmənin göstərişli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2018-ci il tarixli qərarı ilə bəraət verilməsi və həmin qərar hal-hazırda qanuni qüvvəsini almışdır. İddiaçı1 2014-cü ildə Azərbaycan İqtisad Universitetinin Maliyyə fakultəsini əla başa vuraraq, həqiqi hərbi xidməti (DİN-nin Daxili Qoşunlarında) müvəffəqiyyətlə 2015-ci ildə başa vurmaqla, ATEF Şirkətlər Qrupunda təchizatçı vəzifəsində işləməyə bağlamışdır və istintaq dövründə olduğu üçün işdən azad edilmişdir və hal-hazırda heç yerdə işləmir. Bakı şəhəri Xətai rayon prokuroru Yusif İldırımzadənin 17 avqust 2015-ci il tarixli Azərbaycan Respulikasının CM-nin 221.3-cü maddəsi ilə qanunsuz və Mirzə Fərəcovun şərlə-böhtanla İddiaçı1 qarşı başlanmış cinayət işi nəticəsində o, həm işlədiyi şirkətdə nüfuzdan düşməklə, gələcəyi heçə endirilərək və 18 aprel 2018-ci il tarixli bəraət hökmü qəbul edilərkən, onun yaşı 25-i ötmüşdür və onun polisə və digər hüquq-mühafizə orqanlarına işə düzəlmək arzusu puça endirilərək, yaş həddinə görə ona işə qəbuldan imtina edilmişdir. Uzun müddət istintaq dövrü Respublika Prokurorluğu mövqeyi qeyri-obyektiv, qanuna zidd olaraq DİN-in Baş İstintaq və Tədqiqat İdarəsinin rəis müavini Teymur Hacıyevin qanunsuz təqdimatı əsasında sifarişli cinayət işi yuxarıda qeyd edilən idarəyə götürülmüşdür, cinayət işi üzrə tam şəkildə saxtakarlığa yol verilərək, Respublika Prokurorunun birinci müavini ittihama imza etsə də, məhkəmə qərarlarından və nəhayət bəraət hökmündən Respublika prokurorluğunun protest verməməsi bir daha onu sübut etmişdir ki, cinayət işi DİN-in İstintaq İdarəsinin keçmiş rəhbərliyinin ona qarşı qərəzli mövqeyi açıq-aşkar büruzə verilməsi prokurorluğa cinayət işinin başlanma günündən məlum olmuşdur. Əsas səbəb ondan ibarət olmuşdur ki, İddiaçı1 uzun müddət DİN-də müstəntiq vəzifəsində çalışarkən “adam oğurluqları” əlaqədar cinaət işinin istintaqının aparılması və cinayətkar qrupların ifşa edilməsi İddiaçı1 tərəfindən aşkarlanmışdır. Azərbaycan Respublikasının DİN-nin Baş İstintaq və Tədqiqat İdarəsinin keçmiş rəis müavini X3 31 avqust 2015-ci il tarixli qanunsuz vəsatəti əsasında cinayət işinin qeyd edilən idarəyə götürülməsinin əsas səbəbi ondan ibarətdir ki, saxta zərərçəkmişlə əlbir olaraq, onunla barışmaq adı altında, dələduzluq yolu ilə İddiaçı1 xeyli miqdarda müstəntiq Kərim Xələfovla pul vəsaiti almaq məqsədi olmuşdur və onlar müxtəlif üsullarla, yəni Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşı Kənan Əliyev 800 manat, Mirzə Fərəcov 16000 manat və Kərim Xələfov 7000 manat alınmasına nail olmuşlar. “Zərərçəkmiş” Fərəcov Mirzəözü Azərbaycan Respublikası CM-nin 127-ci maddəsi ilə cəlb edilərək, keçmiş həyat yoldaşının mütəmadi olaraq təqiblərə məruz qoyulması, 2008-ci ildən məhkəmələrdə və polis orqanlarında müxtəlif aspektli materialların olması bir daha cinayət işinin materiallarında tam şəkildə sübuta yetirilsə də, sadəcə olaraq zərərçəkmişi qondarma cinayət işi üzrə qəsdən saxta ifadə verməyə və hansısa yolla saxta rəy alınmasına və nəticədə İddiaçı1, yuxarıda qeyd etdiyi kimi xeyli miqdarda dələduzluq yolu ilə pul vəsaitinin alınması ona dəlalət edir ki, o,kimlər tərəfindənsə məcbur edilmişdir və bu fakt bəraət hökmündə öz əksini tam şəkildə tapmışdır. İstintaq dövrü yüzlərlə vəsatətlər və ərizələr verilərək Baş Prokurorluğun vəzifəli şəxslərin (Kənan Əliyevin, Nurəli Məmmədovun, Müşfüq Səfərovun, Kamal Qılıcovun, Rüstəm Usubovun) nəzərlərinə cinayət işinin düzgün aparılmaması sübuta yetirilsə də, onlar tərəfindən 2015-ci ilin oktyabrından 2016-cı ilin mart ayınadək mənasız, cinayət-prosessual qanunvericiliyə uyğun olmayan vəsatətlətin rədd edilməsinə dair qərarlar qəbul edilməklə, bir daha DİN-nin sifarişinin yerinə yetirilməsinə fəal iştirak etmişlər. Cinayət işinin gedişində, yəni 20 fevral 2016-cı il tarixdə İddiaçı1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən baş evi qəsdən yandırılaraq, illər boyu halal zəhməti ilə toplanmış əmlakını məhv etməklə bir daha İddiaçı1 sübut etmişlər ki, əgər dinc oturmasa bundan da pis olacaqdır. İndiyə qədər cinayət işi üzrə konkret şəxslər tərəfindən cinayətin törədilməsi sübuta yetirilsə də, cinayət işi qanunsuz olaraq dayandırılmışdır. 05 il müddət keçməsinə baxmayaraq, onun ailəsi DİN-nin yüksək rütbəli sahiblərinin girovuna çevrilərək, Fərəcov Mirzədən istifadə edilərək, onu təqib altında saxlayaraq, şantajla və böhtanla, hədə-qorxu ilə, onun ailəsi həbs edilmə ehtimalının yüksək olmasını göstərməklə qorxudan ailəsi müxtəlif xəstəliklərə tutularaq iflic vəziyyətə düşüb və ağır durumda yaşayır. Nəhayət böhtanın-şərin davam edilməsi Mirzə Fərəcov 05 il müddətindən sonra Binəqədi Rayon Polis İdarəsibə rəziə təqdim edərək bildirmişdir ki, İddiaçı1 onun sürücüsü olan zaman yəni 05 il bundan öncə onun Bank Kartından 200 manat pul çıxarmış və həmin məbləğ onun qeyriyaşadığı qadınlarla xərcləmişdir. Növbəti böhtan sübut olunmadığı üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində “rədd qərar” qəbul edilməsinə baxmayaraq bu insanın siması gözqabağında olaraq bu günə qədər ondan ayrılmış-qaçmış qadınları qaytarmaq məqsədi ilə müxtəlif instansiyalara şərli ərizələr yazmaqdan davam edir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iclasında şahid qismində dindirilmiş ekspert X6 ifadəsindən məlum olmuşdur ki, o, nəinsə naminə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarətlərin növlərinin siyahısının” təlimatını düzgün əməl etməyərək X8 barəsində 04 gün sonra saxta rəy verilməsi açıqaşkar məhkəmədə təsdiq edilmişdir və digər dindirilmiş X4 həkimi X9 da ekspertin saxtakarlığa yol verməsini sənədlərlə və arayışla öz ifadəsində vurğulamışdır. İstintaq gedişində qanun pozuntularına Baş Prokurorluq tərəfindən göz yumulması və heç bir tədbir görülməməsi Xətai Rayon Məhkəməsi 13 iyun 2016-cı il tarixli və 10 mart 2017-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmləri ilə tamamlanaraq qanunsuz və əsassız olaraq 08 ay islah işlərinə məhkum edilərək Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə xeyli miqdarda pul vəsaiti ödənilmişdir. Yuxarıda qeyd edilən vəzifəli şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 178 (dələduzluq), 290 (təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə), 292 (qanunsuz olaraq tutma, həbsə alma və ya həbs yerində saxlama), 294 (sübutların saxtalaşdırma), 295 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma), 296 (bilə-bilə yalan xəbərçilik etmə), 297 (ilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış trcimə etmə), 308 (vəzifəli səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı)naddələrinin tərkibi mövcuddur və onların yuxarıda qeyd edilən maddələri ilə cəlb edilməsi labüddur. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçı (İddiaçı1 nümayəndəsi) İddiaçı2 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səbail Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli 4(009)-1105/2015 saylı qərarından görünür ki,DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinin müstəntiqi Kərim Xələfovun İddiaçı1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən vəsatəti təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2015-ci il tarixli 4(103)-636/2015 saylı qərarı ilə Səbail Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli 4(009)-1105/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli hökmü ilə İddiaçı1 əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilərək o, qazancının 15 faiz dövlət nəfinə tutulmaqla 07 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2018-ci il tarixli 1(103)-148/2018 saylı hökmü ilə Xətai Rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli hökmü ləğv edilmiş və İddiaçı1 bəraət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”a görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsində qeyd olunur ki, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli qərarının 14-cü bəndinə görə mənəvi ziyanın tutulması bir qayda olaraq vətəndaşın şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində tətbiq edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qeyd edilir ki, Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsində qeyd edilir ki, Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndində qeyd edilir ki, Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra — Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. İddiaçı, K.Xələfovun və digər vəzifəli şəxslərin əməllərində Azərbaycan CM-nin 178 (dələduzluq), 290 (təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə), 292 (qanunsuz olaraq tutma, həbsə alma və ya həbs yerində saxlama), 294 (sübutların saxtalaşdırma), 295 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma), 296 (bilə-bilə yalan xəbərçilik etmə), 297 (ilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış trcimə etmə), 308 (vəzifəli səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı)maddələrinin tərkibi mövcud olduğunundan xüsui qərardad qəbul edilərək Respublika Baş Prokurorluğuna qanuni tədbiq görülməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən, “məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir”. Hazırki iş üzrə K.Xələfovun və digər vəzifəli şəxslərin hərəkətlərində hər hansı cinayətin əlamətləri aşkar edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Odur ki, məhkəmə iddia tələbini əsaslı sayır və işin hallarını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada onlara dəymiş mənəvi ziyana görə 150000 manat, maddi ziyana görə 150000 manat, həmin məbləğlərdən 200000 manatı Ulu Öndərin adını daşıyan “X11”, 50000 manatını Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “X1” və 50000 manatın onlara verilməsi barədə tələbi qismən təmin edilməlidir. İddia məbləği qalan hissədə sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçılar İddiaçı2 və İddiaçı1 oğlunun xeyrinə 1000 (bir min) manat maddi və mənəvi ziyan məbləğində kompensasiya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçılar İddiaçı2 və İddiaçı1 oğlunun xeyrinə 1000 (bir min) manat maddi və mənəvi ziyan məbləğində kompensasiya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar