Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-594/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) - X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X6 və Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 10.000 manat və Cavabdeh 1.850 manat pulun, vəkilə ödədiyi 300 manat və 130 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2(006)-4595/2022 saylı qərardadı ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh qarşı "pul" tələbinə dair 2(006)-4595/2022 saylı mülki iş üzrə İddiaçı Cavabdeh qarşı “pul" tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən 1830 manat pulun və ödənilmiş 38,30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2019-cu ilin sentyabr ayından ünvan 1 ünvanında yerləşən “Hasy” restoranında ofisiant işləyir. 2020-ci ilin noyabr ayında işlədiyi restorana tez-tez gələn cavabdeh ilə münasibətləri yaxşı olmuşdur. Cavabdeh 2020-ci ilin noyabr ayında ondan yeni açdığı mağazaya “meyvə almaq ” adı ilə 600 manat pul almışdır. İki gün sonra cavabdeh ona zəng edərək lombarda qoyduğu qiymətli saatın çıxartmaq üçün ondan 1000 manat pul istəmişdir və cavabdehin mağazasının qarşısında olarkan ona 1000 manat pul vermişdir. Həmin vaxtı cavabdeh ona bildirmişdir ki, bütün pulları bir həftəyə qaytaracaqdır. Lakin səhəri günü Erkin ona zəng edərək təcili mağazaya təzə meyvə gətirdiyi üçün 250 manat pul lazım olduğunu bildirmiş və bütün borcları və əlavə ödənişləri 2 günə ödəyəcəyni bildirmişdir. Bir neçə gündən sonra cavabdehə zəng edərək pulunu istəmişdir. O zaman cavabdeh pulu qaytaracağını bildirsədə, qaytarmamışdır. Sonradan cavabdeh onun telefonlarını açmamışdır. Ona görə də məcbur olub Polis orqanlarına müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 1-NK-133 saylı təhqiqat materialı üzrə dəfələrlə araşdırmalar aparılmış və Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərar qəbul olunmuşdur. Polis əməkdaşlara tərəfindən izahatı alınmış və iş materiallarına əlavə edilmiş şahid X4 izahatında bildirmişdir ki, cavabdehə ümumilikdə 1850 manat pul verdiyinin şahidi olmuşdur. Həmin pulları ona verməkdə İddiaçı məqsədi birlikdə qazanc əldə etmək olmuşdur. Whatsapp yazışmaları və əlyazma qeydləri onu göstərir ki, cavabdehin məqsədi onu aldadaraq pulunu əlindən almaq olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X2 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2021-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, vətəndaş X4 izahatında bildirmişdir ki, iddiaçı cavabdehə ümumilikdə 1850 manat pul verdiyinin şahidi olmuşdur. Həmin pulları sonunculara verməkdə iddiaçının məqsədi birlikdə qazanc əldə etmək olmuşdur. Eyni zamanda həmin qərardan müəyyən olunur ki, təhqiqat zamanı Cavabdeh (iş üzrə cavabdeh) Nəsimi RPİ-nin təhqiqat şöbəsinə dəvət edib izahatını almaq məqsədilə dəfələrlə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılmışdır, lakin E.X5 borcu olduğunu, hal-hazırda imkanı olmadığını, lakin onun borcunu qaytaracağını, özü isə hazırda Bakı şəhərində olmadığını, lakin qısa müddət ərzində təhqiqata gəlib bu barədə izahat verəcəyini bildirsə də, sonradan gəlmədiyindən onun izahatını almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri olmuş, iddiaçı tərəfindən cavabdehə 1850 manat borc verilmiş, lakin cavabdeh tərəfindən həmin borc məbləği iddiaçıya qaytarılmamışdır. Məhkəmə qeyd edir ki, borc (kredit) müqaviləsinə əsasən bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında şifahi borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən şifahi müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə tədqiqatı zamanı cavabdehin iddiaçıya borcu olması iş materialları ilə təsdiq olunduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddia təmin edildiyindən ödənilmiş 38,30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1830 manat pul və ödənilmiş 38,30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-594/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-594/2023
08.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver