Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5961/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Tağıyeva Natavan Tağı qızı İddiaçı Behdud oğlunun cavabdeh “X1 Azərbaijan” MMC-yə qarşı “29.07.2021-ci il tarixli A- İ/0657 saylı qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Behdud oğlu cavabdeh “X1 Azərbaijan” MMC-yə qarşı “29.07.2021-ci il tarixli A- İ/0657 saylı qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 35.1-ci maddəsinə əsasən “qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Belə ki, vergi ödəyicilərinin məlumatları arayışından görünür ki, “X1 Azərbaijan” MMC-nin hüquqi ünvanı ünvan 1lənlərə əsasən hesab edirəm ki, iş üzrə cavabdeh Nəsimi rayonunda rəsmi qeydiyyatda olmadığından iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırkı iddia tələbi ilə bağlı cavabdehin qeydiyyatda olduğu ərazi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149- 152-ci maddələrini rəhbər tutaraq, qərara aldı : İddiaçı Behdud oğlunun cavabdeh “X1 Azərbaijan” MMC-yə qarşı “29.07.2021-ci il tarixli A- İ/0657 saylı qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5961/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5961/2021
31.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver