Məhkəmə qərarları › İş №2(006)-599/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-599/2021

18.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-599/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Azadlıq küçəsi, ev 28, mənzil 9-un sahibidir. 17 sentyabr 2019-cu il və 16 iyun 2020-ci il tarixdə iddiaçının mənzilinə bir mərtəbə yuxarıda yerləşən mənzildən suyun axması nəticəsində ziyan dəymişdir. Cavabdehin mənzilinin su təchizatının vəziyyətinə nəzarət etməməsi nəticəsində həmin mənzilin düz altında yerləşən üçüncü mərtəbədəki iddiaçının mənzilini su basmışdır. Nəticədə 20,3 kv. metr yaşayış sahəsi bir neçə saat ərzində su ilə dolmuşdur. İddiaçının mənzilini su basması nəticəsində otaqdakı, hamamdakı və girişdəki divarlar tavan və elektrik kabel xətləri və elektrik avadanlıqlar, o cümlədən soyuducu, televizor, kondisioner, həmçinin buradakı kamera videomüşahidə sistemi də yararsız hala gəlmişdir. Bu səbəbdən hətta qonaq otağında tavanda qısaqapanma nəticəsində kiçik yanğın da baş verib və xoşbəxtlikdən həmin an evdə adam olduğu üçün yanğının qarşısı vaxtında alınıb. Evin tavanı beton deyil, taxta olduğundan yanğın bütün binanı bürüyə bilər və beləliklə həm küllü miqdarda mal, həm də insan itkisi ilə nəticələnə bilər. Buna görə də iddiaçı öz hesabına 1600 manat xərc çəkib təcili olaraq evin bütün elektrik naqillərini dəyişdirməli oldu. Amma qonşu yenə də su axıdır. Belə ki, 16 iyun 2020-ci il tarixdə cavabdehin mənzilindən suyun axması nəticəsində iddiaçının mənzilini yenidən su basmışdır. İddiaçının 16 iyun 2020-ci il, 17 iyun 2020-ci il və 19 iyun 2020- ci il tarixdə "xxxx" ASC-yə müraciət etməyinə baxmayaraq, onlar tərəfindən heç bir ölçü götürülməyib. 16 iyul 2020-ci il tarixində cavabdeh mənzilinin su təchizatının vəziyyətinə baxmaq hüququ olan "xxxx" işçilərinə öz vəzifələrinin icrası üçün zəruri şəraiti yaratmaqdan imtina etmişdir və su təchizatında olan problemi bu günə kimi aradan qaldırmamışdır. İddiaçı 30 iyul 2020- ci il tarixdə yenidən "xxxx" MMC-yə şikayət etdikdən sonra onun mənzilinə yerində baxış keçirilmiş, su axıntısının qarşısını heç olmasa cavabdeh gələnə kimi almaq niyyəti ilə cavabdehin su təchizatı borusu ayrılmışdır. Lakin bir gün keçmədən cavabdeh fərdi qaydada ayrılmış su borusunu özbaşına yenidən bərpa edib və yenə suyu evə axıtmaqda davam etmişdir. İddiaçının mənzilindən yuxarıda 19 №-li mənzildə X2 yaşayır. Mənzilə su axmasının səbəbi su təmini sisteminin bütövlüyünün pozulması, bağlama qurğularının sıradan çıxması, cavabdehin və digər şəxslərin hərəkətləridir. Cavabdehin təqsiri üzündən iddiaçıya məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu 10.03.2020-ci il tarixli aktla təsdiqlənmişdir. Sözügedən akt 4 nəfər məsul şəxsin iştirakı ilə Nəsimi rayonu, Azadlıq prospekti ev 28, mənzil 9-da yerləşən mənzilə baxış keçirilməsi nəticəsində tərtib və təsdiq olunmuşdur. Göstərilənlərə əsasən cavabdeh tərəfindən iddiaçının mənzilinə su axıdılmasının qarşısının alınması, iddiaçının mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 2470 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdeh tərəfindən məhkəmə xərclərinin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 23.12.2006-cı il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 1 İddiaçı adına qeydiyyata alınmışdır və hazırda adınadır. İş materiallarında olan 17 saylı MKİS-in rəisi E.Xeyrullayev, mühəndisi A.İ.Allahverdiyev, sahə nəzarətçisi H.Hacıyev tərəfindən 10 mart 2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, tərəflərindən ünvan 1 ünvanına baxış keçirən zaman məlum olmuşdur ki, İddiaçı mənzilinin üstündəki 4-cü mərtəbədə yerləşən 19 saylı mənzilin (sahib Məmmədtağı Qəniyev) su və kanalizasiya xəttində yaranmış nazaslıq səbəbindən çirkab sular Bəkir Əliyevin mənzilinə axmış və ona maddi ziyan vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC Nəsimi Rayon Sukanal İdarəsinin 23.09.2020-ci il tarixli məktubundan görünür ki, idarənin qəza-bərpa birqadaları dərhal hadisə yerində olmuş, mənzilə suyun yuxarı mərtəbədən, yəni 19 saylı mənzildən axdığı müəyyən olunmuşdur. Həmin mənzilə evdə adam olmaması səbəbindən evə girmək mümkün olmamışdır. Azadlıq prospekti, ev 28 ünvanında məhəllədaxili su və kanalizasiya xətlərində heç bir nasazlıq və axıntı mövcud deyil. Mənzildaxili su və kanalizasiya axıntıları səbəbindən antisanitar vəziyyətin yaranmasının araşdırılması, onların aradan qaldırılması və təmir işlərinin aparılması məqsədi ilə binanı və mənzili istismar edən aidiyyatı orqan və ya vətəndaş tərəfindən müvafiq tədbirlər həyata keçirilməlidir. Məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/3476 nömrəli, 26 may 2021-ci il tarixli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilin yaşayış otaqlarında, dəhliz və sanitar qovşağı kimi istifadə olunan yardımçı tikilisinin divar və tavanında yaranmış qüsurları və yerləşmə vəziyyəti nəzərə alınaraq 9 saylı mənzilin yaşayış otaqlarına, dəhliz və sanitar qovşağı kimi istifadə olunan yardımçı tikililərinə yuxarı mərtəbədə yerləşən 19 saylı mənzildən suyun sızılması xarakterikdir və nəticədə 9 saylı mənzilin tikililərinə ziyan dəyməsi müəyyən olunmuşdur. 9 saylı mənzilin yaşayış otaqlarında, dəhliz və sanitar qovşağı kimi istifadə olunan yardımçı tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 2385 manat məbləğində olduğu müəyyən edilir. Həmin ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan ünvan 1-a Cavabdeh yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 28, mənzil 19-dan su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 2385 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən ona vurulmuş maddi zərərin məhz 2470 manat miqdarında olmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı mənzilinə su axıdılmasının qarşısının alınması üçün tədbir görülməli, Cavabdeh maddi zərərin əvəzi kimi 2385 (iki min üç yüz səksən beş) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2415 (iki min dörd yüz on beş) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı mənzilinə su axıdılmasının qarşısının alınması üçün tədbir görülsün. Cavabdeh maddi zərərin əvəzi kimi 2385 (iki min üç yüz səksən beş) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2415 (iki min dörd yüz on beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov İş № 2(006)-599/2021 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi QƏRARDAD 18 iyun 2021-ci il Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh vəsatət təqdim edərək, iş üzrə əlavə ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə vəsatətin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən vəsatəti əsaslandıran sənədlər iş materiallarına əlavə edilməmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 97.1-ci mаddəsində deyilir ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə nə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş “ekspertiza təyin edilməsi” barədə vəsatət təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar