Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5993/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiya ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.1987-ci ildə Masallı rayonunun Təklə kəndində anadan olmuşdur. Anadan olarkən həkimlər və valideynlərin cinsini qız kimi müəyyən etmiş, onu Masallı rayonda olarkən həkimlər və valideynlərin cinsini qız kimi müəyyən etmiş, onu Masallı rayon Təklə kənd nümayəndəliyinin doğum akt qeydlərində X2 qeydə aldırblar. 1987-1989-cu illər arasında o hazır ki 01 saylı Kliniki xəstəxanada əməliyyat olunmuş, əməliyyat zamanı onun yumurtalığından biri götürülmüşdür. Uzun illər o qadın kimi böyüdülmüşdür. Lakin o böyüdükcə onda kişi orqanizminə aid qarmonlar inkişaf etmişdir. Bu onun ailəsilə, ətrafı ilə münasibətlərini ciddi problem yaşadırdı. Hətta o dərəcədə rayondan Bakıya köçməli olmuşdur. O düşünürdü ki, o germofraditdir. O hazırda kişi kimi həyatını davam etdirirdi. Bu yaxınlarda məhkəməyə yeni cinsiyyətini təsdiq etmək üçün müraciət etdikdə, məhkəmə tərəfindən təyin edilmiş tibbi ekspertiza meydana çıxartdı ki, o ümumiyyətlə əvvəldən qadın deyil, kişi olmuşdur. Lakin Səhiyyənin əməkdaşları nə onun doğuşu zamanı, nə də onu körpəlikdə əməliyyat edərkən onun cinsini müəyyən edə bilməmişlər. Bu səbəbdən ömrünün 30 ilini cinsin haqqında yalnış təsəvvürlərlə yaşamışdır. Sənədlərilə görünüşü arasında fərqlər onu daim pis vəziyyətdə qoymuşdur. Dəfələrlə ciddi sarsıntılar keçirib, intihar barədə düşünmüşdür. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci madəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və tədris Birliyinin 345 saylı ekspert rəyindən görünür ki, 1987-ci il təvəllüdlü X4 məhkəmə-tibb ekspertizasına, tibbi sənədlərə əsaslanaraq, ilkin məlumatı nəzərə almış və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlirik: X3 cinsinə mənsubdur. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.10.2017-ci il tarixli qətnaməsindən görünür ki, 20 avqust 1987-ci il tarixdə Masallı rayonunun Təklə kəndində anadan olmuş X1 cinsindən olması faktı müəyyən edilmiş və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında düzəliş edilməsi, X4 doğum haqqında akt qeydində soyadı, adı, atasının adı qrafasında “İddiaçı”, cinsi qrafasında “kişi” qeyd olunması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir; 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçı iddia tələbində məhkəmə baxışı zamanı cavabdehlər tərəfindən iddiaçıya mənəvi zərərin vurulmasını qeyd etsə də, yuxarıda göstərilən hallarla əlaqədar (iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri) hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə ijlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5993/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5993/2021
11.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver