Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-601/2022 03.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X8 qarşı (X24 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «əmlakın geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X8 qarşı (X24 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «əmlakın geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «VAZ-2106» markalı ** OM *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh X3 alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2007-ci il tarixdə «VAZ-2106» markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini almaq məqsədi ilə "xxxx" ASC-yə müraciət olunmuşdur. Həmin müraciətə əsasən bank tərəfindən ona 4.700 manat kredit verilmişdir. Kreditin təminatı olaraq ona məxsus olan «VAZ-2106» markalı **- OM-*** dövlət qeydiyyat nişanlı avtomobil girov goyulmuşdur. Bundan sonra həmin avtonəqliyat vasitəsini etibarnamə əsasında X14 etibar etmiş və Natiq Dadaşov həmin avtonəqliyat vasitəsinin kredit borcunun ödənişlərini icra edəcəyi barədə öhdəlik götürmüşdür. X10 üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədiyi üçün ona məxsus olan avtonəqliyat vasitəsi etibarnamə əsasında cavabdeh X1. Beləliklə, cavabdeh X11 ona məxsus olan avtonəqliyat vasitəsini istifadə etmiş, lakin kredit borcunun ödənişləri təmin edilməmişdir. Bundan sonra kreditor "xxxx" ASC ona qarşı kredit borcu və hesablanmış faizlərin tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 avqust 2008-ci il tarixli qətnaməsinə əsasən ondan 4.714 manat məbləğində pulun tutularaq kreditor "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. O, özünə məxsus olan avtonəqliyat vasitəsinin qeri qaytarılması məqsədi ilə 11.01.2021-ci il taixdə DİN-in 102 xidmətinə və Xətai RPİ-nin 36-cı PB-yə ərizə ilə müraciət etmişdir. Həmin müraciət 36-cı PB-nin HK-1 kitabında 35 sayla qeydiyyata alınaraq təhqiqatçı Vüsal Əliyevə həvalə olunmuşdur. Bakı şəhəri Xətai RPİ 36-cı PB-nin təhqiqatçısı tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, cavabdeh X15 ona məxsus olan avtonəqliyat vasitəsini X24 adlı şəxsə etibarnamə əsasında satmış və ona məxsus olan avtonəqliyat vasitəsi müəyyən müddət sonuncunun istifadəsində olmuş, sonuncu tərəfindən cavabdehə müyyən miqdarda hər ay pul ödənilmişdir, lakin ödənilən pul kreditor "xxxx" ASC-yə ödənilməmişdir. Bir müddət X24 tərəfindən həmin avtonəqliyyat vasitəsinə görə ödənişlər edilsə də, sonra isə maddi vəziyyəti çətinləşdiyi səbəbindən ona məxsus olan avtonəqliyyat vasitəsini cavabdeh X9 geri qaytarmışdır. Beləliklə, qeyd olunanlara və Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısının araşdırmasına əsasən müəyyən edilmişdir ki, ona məxsus olan «VAZ-2106» markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi cavabdeh X2r, lakin bu günə kimi həmin avtonəqliyyat vasitəsinə görə ödənilməli olan kredit borcu kreditora ödənilməmişdir. Buna görə də, cavabdehdən ona məxsus olan avtonəqliyyat vasitəsini geri tələb etsə də, cavabdeh tərəfindən həmin avtomobil ona geri qaytarılmamışdır. Bu əsasla da, öz hüquqlarının qorunması məqsədi ilə və tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilən X24 əvvəlki məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, iddiaçı əvvəllər ona qarşı oxşar tələblə iddia qaldırmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, lakin onun tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmədən hazirki işə baxılarkən qeyd olunanları nəzərə almağı xahiş etmişdir. Cavabdeh X8 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh X5 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası DİN BDYPİ-nin 10 sentyabr 2018-ci il tarixli 016- 94996/218 saylı məktubundan və kompüter bazasından çıxarışdan görünür ki, «VAZ- 2106» markalı ** OM *** dövlət qeydiyyat nişanlı avtomobil 26.12.2007-ci il tarixdən ünvan 1 ünvanda yaşayan xx.xx.1974-cü il təvəllüdlü İddiaçı adına qeydiyyatdadır. - Azərbaycan Respublikası DİN BDYPİ-nin 31 yanvar 2012-ci il tarixli 016- 11714/222 saylı məktubundan və kompüter bazasından çıxarışdan görünür ki, «VAZ- 2106» markalı ** OM *** dövlət qeydiyyat nişanlı avtomobil 26.12.2007-ci il tarixdən ünvan 1 ünvanda yaşayan xx.xx.1974-cü il təvəllüdlü İddiaçı adına qeydiyyatdadır. “AZEMİS” electron axtarış sistemindən göründüyü kimi «VAZ-2106» markalı ** OM *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyatdadır. Kompüter bazasından çıxarışdan həmçinin görünür ki, avtomobilə dair müxtəlif tarixlərdə X6, X16 və X4 adına etibarnamələr verilmiş, etibarnamələrə xitam verilmişdir. Avtomobil 07 fevral 2020-ci il tarixdən axtarışdadır. - "xxxx" ASC-nin 8 saylı filialının 08.10.2008-ci il tarixli 5/848 saylı arayışından görünür ki, "xxxx" ASC-nin 8 saylı filialı ilə bağlanmış ipoteka və kredit müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş «VAZ-2106» markalı və **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin etibarnamə ilə idarə etməsi üçün X18 etibar etməsinə etiraz olunmamışdır. - 12 fevral 2008-ci il tarixli AR-İ seriyalı 043174 saylı etibarnamədən görünür ki, İddiaçı əvəzindən X23 yuxarıda qeyd olunan avtomobillə bağlı X12 baş etibarnamə vermişdir. Etibarnamə 23.01.2013-cü il tarixədək verilmişdir. - 26 noyabr 2008-ci il tarixli ƏN-İ seriyalı 809026 saylı etibarnamədən görünür ki, İddiaçı mübahisəli avtomobilin idarə edilməsinə dair X16 adına 23 oktyabr 2014-cü il tarixədək etibarlı olan etibarnamə vermişdir. - Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 avqust 2008-ci il tarixli 2(011)- 1622/2008 saylı qətnaməsindən görünür ki, "xxxx" ASC-nin İddiaçı qarşı «kredit borcu və ona hesablanmış faiz və cərimənin ödənilməsi» tələbinə dair iddiası təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə İddiaçı 4.233 manat əsas borc və 481 manat faiz, cəmi 4.714 manat pul vəsaiti və 19 manat 80 qəpik dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2020-ci il tarixli 2(102)-2328/2020 saylı qərarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı X18 qarşı «avtomobilin qaytarılması» tələbinə dair iddiası təmin edilmiş; həmin iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş; Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - LPO "xxxx" ASC-nin 07 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında 26 dekabr 2007-ci il tarixdə bağlanmış 772E8 saylı kredit müqaviləsi üzrə bank əməliyyat sistemində 28.12.2021-ci il tarixə 3.359 manat 64 qəpik əsas borc və 1.209 manat 07 qəpik faiz mövcuddur. - Bakı şəhəri Xətai RPİ 36-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X7 15 fevral 2021-ci il tarixli HK-1/55 saylı material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, 11.01.2021-ci il tarixdə İddiaçı DİN-in 102 xidmətinə və Xətai RPİ 36-cı PB-yə ərizə ilə müraciət edərək tanışları X24 və X13 ona avtomobil satacaqları ilə onun etibarından sui-istifadə etdiklərini və onun 4.700 manat pulunun dələduzluqla mənimsənildiyini bildirmişdir. Qeyd olunan müraciətlə bağlı HK-1/55 saylı material toplanmış, araşdırılmış və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (avtomobilin cavabdehdə olmasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh X8 qarşı «əmlakın geri qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı tələblə bağlı iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X8 qarşı (X24 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «əmlakın geri qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-601/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-601/2022
03.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver