Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-604/2022 25.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi, X24, X25, X14, X15, X21, X16, X17, X5, X10 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə "tikinti şirkətinə çoxmənzilli yaşayış binasında qanunsuz demobntaj işlərinin aparılmasının dayandırılması və aparılan söküntü işlərinin öz hesabına bərpa etməsi vəzifəsi qoyulması" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi, X24, X25, X14, X15, X21, X16, X17, X5, X10 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə "tikinti şirkətinə çoxmənzilli yaşayış binasında qanunsuz demobntaj işlərinin aparılmasının dayandırılması və aparılan söküntü işlərinin öz hesabına bərpa etməsi vəzifəsi qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC şirkəti tərəfindən Bakı şəhəri Mirəsədulla Mirqasımov 4-20, Xan Şuşinski 33- 35, İmran Qasımov 19-35, Mustafa bəy Topçubaşov 14-16 ünvanlarında (ümumi kvartala daxil olan) çoxmənzilli yaşayış binalarında aparmış olduğu demontaj (söküntü) işlərinin qanunsuz hesab edilməsi, bu kimi demontaj (söküntü) işlərinin aparılmasının dayandırılması və aparılan söküntü işlərinin cavabdeh şirkətin üzrərinə öz hesabına bərpa etməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, uzun illəridir xüsusi mülkiyyəti olan ünvan 1 ünvanında yaşayır. Özü 63 yaşındadır və cavabdehin qanunsuz hərəkəti səhhətinin ağırlaşmasına gətirib çıxarmışdır. Cavabdeh "xxxx" MMC şirkəti Mirəsədulla Mirqasımov 4-20, Xan Şuşinski 33-35, İmran Qasımov 19-35, Mustafa bəy Topçubaşov 14-16 ünvanlannda yerləşən yaşayış binalarını kommersiya məqsədi ilə söküb yerində yeni göydələnlər tikmək niyyətinə düşmüşdür. Bu layihə həyata keçirmək üçün cavabdeh şirkət 1 (bir) ildən artıqdır ki, binada yaşayan sakinlərin rahatlığını pozmuş, inzibati icraat qaydasında çıxarılan məhkəmə qərarlarını heçə sayaraq, hər həftə sakinləri iclaslarla narahat etməkdədir. Bu layihənin həyata keçirilməsi ona görə qeyri mümkündür ki, burada çoxlu sayda əhali yaşayır, bundan başqa məhlələri “Yaşıl Vadi” olaraq Bakıya öz ekoloji töhfəsini verir, burada çoxlu sayda ekologiya Nazirliyinin aktında göstərildiyi kimi 174-dən çox hündür yaraşıqlı ağaclar mövcuddur. Cavabdeh şirkət ilk növbədə məhlədə uzun illər yaşamayan öz mənzil və qeyri yaşayış sahələrini icarəyə verən sakinlərə yeni tikiləcək mənzil və qeyri-yaşayış sahələrində onlara mövcud olandan daha artıq kv.m sahələr vəd edərək müqavilələr bağlanmış və bundan sui-istifadə edərək burada texniki normala zidd olan qeyri-qanuni hərəkətlər törətmişdir. Məhəllədə yeni qırmızı xəttə düşən binalar mövcud olsa da, cavabdeh şirkət öncə bu binanın sakinləri ilə danışmadan və tikinti şirkəti olaraq onlarla heç-bir razılıq əldə etmədən qoşmada göstərilmiş və şərti işarələrlə işarələnmiş, 1 və 2 saylı binanın sakinlərini aldadaraq, onlar, icarəyə köçürüb, bu mənzillərində dərhal söküntü işləri aparıbdır. Cavabdeh bundan sonrakı məqsədi qırmızı xətdə düşən binalarla danışıqlar aparmağa başlayacaqdır, yəni 3, 4 və 5 və s. nömrələrlə şərti işarələrlə işarələnmiş binaların sakinləri ilə danışıqlar aparacaqdır. Bundan sonra isə 3, 4 və 5 və sair binaların sakinləri ilə razılaşmadıqları halda bu sakinləri artıq evləri sökülmüş həyatlarından bezmiş 1 və 2 saylı binaların sakinləri ilə üz-üzə qoyacaqdırlar. Əminliklə bildirirəm ki, qırmızı xəttə düşən bina sakinləri bununla razılaşmayacaqdır. Bu isə üzün illər yaxın qonşuluq, dostluq və hətta qohumluq münasibətlərində olan vətəndaşları bir birlərinə qarşı nifrət, qəzəb və hətta qan tökülmə səviyyəsinə çatdıracaq cinayətlərə yol aça biləcəkdir. Bundan başqa tikinti şirkəti icarə müqaviləsi bağladığı bu sakinlərin mülkiyyət hüquqlarını pozaraq tələm-tələsik halda bu mənzillərin qapı və pəncərələrini sökməyə, binanın dayanıqlığını gələcəkdə sual altına qoyan, qanuna zidd əməllər törətmişlər. Belə ki, tikinti şirkətinin bu qanunsuz əməlləri, binanın əmtəə görünüşünü və dayanıqlığını pozmuş, bina və qurğuların konstruktiv yük daşıyan elementlərinin gələcəyini sual altına qoymuşdur, (ərazinin söküntü planı və foto şəkillər qoşmaya əlavə edilir) Bunnan başqa yuxarıda göstərildiyi kimi müxtəlif mənzillərin qapı və pəncərələrini sökülməsi, yanğın texniki təhlükəsizliyi və tikinti norma qaydalarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, hər an binanın qapıları sökülmüş mənzillərində qaz sızması, elektrik naqillərinin qısa qapanması nəticəsində yanmasına və sonda binanın partlamasına, kütləvi insan tələfatının baş verməsinə gətirib çıxaracaqdır. Eyni zamanda insanların bezikməsinə, onların gündəlik normal həyatlarından məhrum edilməsinə gətirib çıxarmışdır. Bütün bunlar pandemiya dövründə baş verir və eyni zamanda epidemioloji vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaqdır. Boş qalan (qapı və pəncərə çərçivələri sökülən) bu mənzillərdən cəmiyyətin həssas mövzusu olan narkomaniyadan əziyyət çəkən şəxslər tərəfinin istifadə mərkəzinə çevrilmişdir. Belə ki, onların xüsusi mülkiyyətləri pozulur və hər an səksəkə içində yaşayırlar, ailələri, uşaqları binada baş verəcək fəlakətlərlə üzləşib həyatlarını itirə bilərlər. Bu səbəbdən də, mülkiyyət hüququ və təhlükəsizliyi təmin edilməlidir. Bu qanunsuz demontaj işlərini həyata keçirən, qapı və pəncərə çərçivələri sökülmüş boş qalan mənzillərin cavabdeh şirkət trərəfındən bərpa edilməli və bu sakinlərin normal həyata qayıtmasına rəvac verəcəkdir. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ünvanlayaraq cavabdeh "xxxx" MMC şirkəti tərəfindən Bakı şəhəri Mirəsədulla Mirqasımov 4 ünvanlarında (ümumi kvartala daxil olan) çoxmənzilli yaşayış binalarında 2020 – 2022-ci illər ərzində 2 (iki) ildir aparılmış olduğu demontaj (söküntü) işlərinin qanunsuz hesab edilməsi, bu kimi demontaj (söküntü) işlərinin aparılmasının dayandırılması və artıq aparılan qanunsuz söküntü işləri nəticəsində binanın ümumi əmtəə gürünüşünün pozulmasının cavabdeh şirkətin üzərinə öz hesabına yenidən bərpa etməsi vəzifəsinin qoyulması, habelə çəkdiyim stres, əsəb gərginliyi və istirablar nəticəsində maddi və mənəvi zəzər olaraq xeyrinə 1.000.000 (bir milyon) manat kommpensasiya ödənilməsi barədə qətnamə çıxarılması; cavabdeh "xxxx" MMC şirkətinin rəhbərliyinin qanun çərcivəsində cəzalandırılması məqsədi ilə xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməsı barədə xüsusi qərardad çıxarılması; cavabdehlər Fövqaladə Hallar nazirliyinin X26 Xidmətinin, Fövqaladə Hallar nazirliyinin Yanğından Mühafizə Xidmətinin, Fövqaladə Hallar nazirliyinin Tikintidə X4 Ağentliyinin, Fövqaladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin, habelə cavadeh Səhiyyə Nazirliyi yanında Respublika Giqiyena - Epidemiologiya Mərkəzinin, ünvan 3 ünvanlarında 2 (iki) ilidir baş verən qanunsuzluqlara göz yummaları və qanunsuz hərəkət (hərəkətsizlik) göstərmələri nəticəsində keçirdikləri stres, iztirablar və mənəvi zəzərin əvəzi olaraq, hər iki dövlət orqanından xeyrinə müştərək qaydada 400.000 (dörd yüz min) manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarılsın; Bu dövlət orqanlarının aidiyyəti xidmət rəhbərlərinin vəzifə səhlənkarlığı törətdikləri səbəbindən onların cəzalandırılmaları üçün barələrində xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli ərazidə daim yanğın təhlükəsi olmasını nəzərə alaraq, proses zamanı tərəfindən ərazidə keşik çəkən yanğın maşını ayrılması üçün Fövqaladə Hallar nazirliyinin X26 Xidmətinin və X20 Xidmətinin, binanın qəzalı vəziyyətə salmasının qarşısının alınması üçün Fövqaladə Hallar nazirliyinin Tikintidə X4 Ağentliyinin, insan tələfatının qarşısının alınması üçün Fövqaladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin, eyni zamanda boş qalan, qapı və pəncərələri söküldüyündən magistral yoldan bu mənzillərdə zibil tullatılarının atılamasının, narkomaniyadan əziyyət çəkən insanların və çöl heyvanlarının bu mənzillərdə gecələməsinin qarşısının alınması, iri və xırda buynuzlu heyvanların leşlərinin tikinti şirkəti əməkdaşları tərəfindən bilirəkdən boş qalan mənzillərə atılmasının qarşısının alınması və ekoloji şəraiti nəzərtdə saxlamaq məqsədi ilə Səhiyyə Nazirliyinin Respublika Giqiyena - Epidemiologiya Mərkəzinin mülki iş üzrə çəlb olunması xahiş edilmişdir. Eyni zamanda bu boş qalan və əl çatan olan mənzillərdə qaz sızması və s. bədbəxt hadisələr üzrə təhlükəsizliyimizi təmin etmək məqsədi ilə X3, elektrik naqillərinin, işıqların qısa qapanması üzrə təhlükəsizliyimizi təmin etmək məqsədi ilə Azərişiq ASC-ni, eyni zamanda müvafiq rəylər alınması üçün hüququ mühafizə və dövlət orqanlarını mülki iş üzrə üçünci şəxs kimi işə cəlb olunmalarına dair vəsatət verilmiş və bu orqanlar üzərinə müəyyən vəzifələr qoyulması xahiş edilmişdir. Belə ki, bu dövlət orqanlarının tabeliklərində ərazi inspektorları olmasına baxmayaraq və bu məsələnin KİVdə (mətbuatda) daim işıqlandırılmasına, habelə məhkəmənin (söküntü işlərinin dayandırılması barədə) 03.11.2021-ci il tarixli MTT qərarı çıxarılmasına baxmayaraq, bu qurumların nümayəndələri 2 (iki) ildir qanunsuz hərəkətsizlik göstərərək, ərazi üzrə monitorinq və yoxlama aparmamamaqla "xxxx" MMC vəzifəli şəxsləri barəsində səlahiyyətləri çərcivəsində bilərəkdən qanunamüvafiq tədbirlər görmürlər. Yuxarıda göstərilən dövlət orqanlarının hərəkətsizliyi tikinti şirkətinin 170 ailə üçün daha ağır fəsadlar törətmə, kütləvi insan tələfati ile nəticələnən terror aktlarına, faciələrlə nəticələn hadisələrə şarait yatmışılar. Bundan başqa, Fövqaladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti bu xidmət adından göründüyü kimi xüsusi riskli obyektlərin təhlükəsizliyini təmin edir, habelə insanların həyatını xilas etmək onların vəzifə borcudur. Bu xidmət, baş verə biləcək faciələrin qarşısını almaqdansa əksinə təhlükənin daha da böyüməsi üçün bilərəkdən bu hadisələrə göz yumaraq köməklik göstərir. Belə ki, həmin vaxtda "xxxx" MMC-nin nümayəndələri 170 ailənin yaşadığı ünvan 4 ünvanında qanunsuz söküntü işlərin aparmaqda davam etməsinə, sökülmüş evlərə heyvan leşləri yerləşdirməsinə, ifunətə və s. qanunsuzliqlara dözməyimizə, biz vətəndaşları qorxu və stres içində yaşatmalarına göz yumaraq ərazidə ekoloji və sanitar gigiyenik tarazlığın ciddi şəkildə pozulmasına şərait yaratmışlar. Bu qanunsuzluğun baş verməsin təstiqi olaraq, iki ay ərzində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi əməkdaşları tərəfindən "xxxx" MMC əməkdaşlarının qanunsuz hərəkətlərə son qoyulması barədə 3 (üç) dəfə akt tərtib etməsini göstərmək olar. Dövlət büdcəsindən məliyəşən bu qurumların vəzifəli şəxslərinin biz vətəndaşların qulluğunda durmaları vəzifə borcudur. Bu vəzifəli şəxslər biz vergi ödəyicilərinin hesabına aylıq məvacib alırlar və vəzifə borclarını zamanında və qüsusuz şəkildə yerinə yetirməlidirlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-604/2022 saylı, 25.02.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, ərazidə 170 mənzil var. 70 nəfərdən çox mənzil sahibi ilə müqavilələr bağlanmışdır. Lakin bəzi sakinlər razı olmadığı üçün tikintiyə başlamaq olmur. Heç bir qanunsuz hərəkətə yol verilməmişdir. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 024665 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən İddiaçı ünvan 15in, 65,65 kv.m-lik yaşayış sahəsindən ibarət 4 otaqlı 145 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 354 saylı reyestr kitabında 30/51074 nömrə ilə 14.12.1999-cu il tarixində qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirlyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vətəndaş Ləzgiyev Fazil və başqalarına ünvanlanmış cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirqasımov 4 ünvanında yerləşən “Yaşıl Vadi” adlanan ərazidə "xxxx" MMC-nin bina tikintisi məqsədilə ağacları məhv etmək niyyətində olması və vətəndaşlara həmin ərazidə abadlıq işlərində köməklik göstərilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş kollektiv müraciət araşdırılmışdır. Araşdırma zamanı sözügedən ünvandakı 1.55 ha torpaq sahəsinin (Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topşubaşov küçələrinin kəsişməsi) Bakı Şəhər İcra Hakimiyyəti başçısının 18.12.2020-ci il tarixli 274 nömrəli sərəncamı ilə yaşayış binalarının tikintisi məqsədilə icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verildiyi, söküntü aparılması ilə bağlı şikayətdə qeyd olunanlarla əlaqədar əraziyə baxış zamanı bir neçə mənzilin qapı və pəncərələrinin sökülərək aparıldığı, ərazidə tikinti şirkəti tərəfindən hər hansı texnikadan istifadə olunmadığı və söküntü işlərinin aparılmadığı müəyyən olunmuşdur. Ərazidə mövcud olan müxtəlif diametrli köküstə yaş vəziyyətdə ümumilikdə 174 ədəd ağac və kol bitkisi, 2 ədəd isə qurumuş vəziyyətdə olan tut ağacı sayılaraq qeydiyyata alınmışdır. Araşdırma zamanı ərazidə ağac və kolların məhv edilməsi və yaxud zədələnməsi, məişət və inşaat tullantılarının qalaqlanması, çirkab suların əraziyə axıdılması faktı müəyyən olunmamışdır. Araşdırmanın nəticəsi barədə müvafiq qaydada akt tərtib edilərək sözügedən ərazidən ətraf mühit qanunvericiliyinin tələblərinə riayət olunması "xxxx" MMC-nin rəhbərliyinə tapşırılmış və ərazi nəzarətə götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16.05.2021-ci il tarixli 11 nömrəli Sərəncamından çıxarışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydalarının 3.2-ci bəndinə uyğun olaraq Bakı şəhəri. Nəsimi rayonu, M.Mİrqasımov, X.Şuşinskı. İ.Qasımov və M.B.Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8 (səkkiz), 2 ədəd 10 (on), 2 ədəd 14 (on dörd) mərtəbəli yaşayış binaları və 5 ədəd 1 (bir) mərtəbəli qeyri-yaşayış binalarına dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş qeyd edilən ərazinin tikinti layihəçisi "xxxx" MMC tərəfindən hazırlanmış Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə çoxmərtəbəli yaşayış binalarının şəhərsalma əsaslandırılmasının giriş hissəsinə əsasən ərazinin planlaşdırılması üzrə sənədlər – şəhərsalma əsaslandırması növbəti layihə sənədlərinin hazırlanması və tikintinin aparılması üçün əsas sayılır. Şəhərsalma əsaslandırmasınının “Layihələndirilən ərazinin mövcud vəziyyəti” başlıqlı hissəsinə əsasən şəhərsalma əsaslandırılması layihələndirilən ərazi Bakı şəhəri, Nəsimi rayonıı, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə yerləşir və 1,625 ha sahəni əhatə edir. Layihələndirilən ərazi şimaldan Mirəsədulla Mirqasımov küçəsi və 3 mərtəbəli yaşayış binaları ib, qərbdən Mustafa Bəy Topçubaşov küçəsi və 3-4 mərtəbəli yaşayış binaları ilə, şərqdən Xan Şuşinski küçəsi və 4 mərtəbəli İlqar Əbilhəsənov adma 42 saylı orta məktəb binası ilə və cənubdan isə İmran Qasımov küçəsi və 3-5 mərtəbəli yaşayış binaları ilə əhatələnmişdir. Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planında şəhərsalma əsaslandırılması layihələndirilən ərazi funksional istifadəsinə görə çoxmərtəbəli (9 və daha çox) yaşayış binaları olan ərazi kateqoriyasına aid edilmişdir. Planlaşdırılan ərazidə 2-3 mərtəbəli yaşayış binaları və müxtəlif təyinatlı qeyri-yaşayış tikililəri mövcuddur. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 274 nömrəli, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsəduila Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi, həmin Sərəncamın 2.6-cı bəndinə əsasən, sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasının təmin edilməsinin Sifarişçi "xxxx" MMC-yə tapşırılması qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti və "xxxx" MMC arasında bağlanmış 1635 nömrəli, 19.01.2021-ci il tarixli X13 3.2-ci bəndinə əsasən icarəyə götürülmüş torpaq sahələrinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək bu müqavilə üzrə “icarəçinin” vəzifələri olaraq müəyyən edilmişdir. X23 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 274 saylı, 18.12.2020-ci il tarixli Sərəncamı və azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17.09.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov, Xan Şuşinski, İ.Qasımov və M.Topçubaşov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsi barədə bağlanmışdır. Məhkəmə tərəfindən mülki işin hallarının araşdırılması və ərazinin yerində zamanı müəyyən edilmişdir ki, qeyd edilən ərazidə cavabdeh "xxxx" MMC tərəfindən söküntü aparılmış, söküntü aparılan mənzillərin sırasına İddiaçı xüsusi mülkiyyətində olan ünvan 15in, 65,65 kv.m-lik yaşayış sahəsindən ibarət 4 otaqlı 145 saylı mənzil də daxil edilmişdir. Bundan başqa, qeyd edilən ərazidə cavabdeh tərəfindən həyata keçirilən söküntü işləri ünvan 7 ünvanında yaşayan X18, ünvan 8 ünvanında yaşayan X19, Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi ev 4 ünvanında yaşayan X6, Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi ev 4 ünvanında yaşayan X7, ünvan 9 ünvanında yaşayan X11, ünvan 10 ünvanında yaşayan X8, ünvan 11 ünvanında yaşayan X9, ünvan 12 ünvanında yaşayan X1 və ünvan 13 ünvanında yaşayan X2 da hüquqlarına və qanunla qorunan mənafelərinə toxunduğundan həmin şəxslər cavabdeh şirkətlə müqavilə bağlamaqdan imtina edərək, mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Qeyd edilməlidir ki, İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri Mirəsədulla Mirqasımov 4-20, Xan Şuşinski 33-35, İmran Qasımov 19-35, Mustafa bəy Topçubaşov 14-16 ünvanlarında (ümumi kvartala daxil olan) çoxmənzilli yaşayış binalarında aparmış olduğu demontaj (söküntü) işlərinin qanunsuz hesab edilməsi, bu kimi demontaj (söküntü) işlərinin aparılmasının dayandırılması və aparılan söküntü işlərinin cavabdeh şirkətin üzrərinə öz hesabına bərpa etməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Söküntü aparılan ərazidəki mənzillər qəzalı vəziyyətdədir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 33-cü və Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 1) yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 2) yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa Qeyd edilməlidir ki, qanunun məzmununda göstərilən hər iki hal, həm iddiaçıya, həm də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə münasibətdə mövcuddur. Belə ki, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi həmin şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmuş, göstərilən mənzilləri qəzalı vəziyyəti salaraq onların həyat və sağlamlığına təhlükə yaratmışdır. Həmçinin, qanunda qeyd edilən istisna təşkil edən hal iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər tərəfindən cavabdeh şirkətlə yazılı razılıq – müqavilə imzalanmadığı üçün mövcud deyildir. Beləliklə, qeyd edilən şəxslərin yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinası qanuna uyğundur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlıvaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 35.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Həmin Məcəllənin 35.5-ci maddəsinə əsasən çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsi digər şəxslərin məhdud istifadə hüququ ilə yüklü edilə bilər. Bu Məcəllənin qüvvəyə mindiyi günədək mövcud olan obyektlərə digər şəxslərin gediş-gəlişinin təmin edilməsi üçün zəruri olan hallarda torpaq sahəsinin yüklülüyünə qadağa qoyulmasına yol verilmir. Torpaq sahəsinin məhdud istifadə hüququ ilə yenidən yüklü edilməsi torpaq sahəsinin belə yüklülüyünü tələb edən şəxslə çoxmənzilli binanın sahə mülkiyyətçiləri arasında olan razılaşma ilə müəyyən edilir. Torpaq sahəsinin ondan məhdud istifadə hüququ ilə yüklülüyünün müəyyən edilməsi və bu yüklülüyün şərtləri ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 35.6-cı maddəsinə əsasən çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnda payları çoxmənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır. Göstərilən mülkiyyətçilər mülki qanunvericiliyə uyğun olaraq bu maddədə nəzərdə tutulan əmlaka sahiblik edir, ondan istifadə edir və barəsində sərəncam verirlər. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunun 16-cı (Otaqların, binaların, qurğuların, avadanlığın, ərazinin, nəqliyyat vasitələrinin saxlanılması və istismarı sahəsində vəzifələr) maddəsinə əsasən ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar istehsalat və sanitariya-məişət otaqlarının, iş yerlərinin, ictimai binaların, komplekslərin və qurğuların, yaşayış evlərinin, texnoloji və başqa avadanlığın, ərazinin, nəqliyyat vasitələrinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, tikinti standartlarına, normalarına və qaydalarına, bu sahəyə aid digər sənədlərin tələblərinə müvafiq surətdə saxlanılmasını və istismar olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının: 4.5-ci bəndinə əsasən yanğına qarşı divarların, üst örtüklərinin və çəpərləmə konstruksiyalarının müxtəlif mühəndis və texnoloji kommunikasiyalarla kəsişdikləri yerlərdə əmələ gəlmiş dəlik və yarıqlar (aralar), tələb olunan odadavamlılığı, tüstü və qaz keçirməyən yanmayan tikinti qarışığı (məhlulu) və ya digər materiallarla tutulmalıdır. 4.6-cı bəndinə əsasən otaqlar yenidən planlaşdırmadıqda, onların təyinatı dəyişildikdə və ya yeni texnoloji avadanlıqlarla təmin edildikdə, qüvvədə olan tikinti və texnoloji layihələşdirmə normalarının yanğına qarşı tələblərinə riayət olunmalıdır. Otaqları icarəyə götürdükdə, həmin binanın təyinatı üçün yanğına qarşı tələblər icarədarlar tərəfindən yerinə yetirilməlidir. 4.11-ci bəndinə əsasən damın, texniki mərtəbələrin və zirzəmilərin pəncərələri şüşələnməlidir, qapıları isə bağlı vəziyyətdə olmalıdır. Qapıların üstündə açarın harada saxlanıldığı göstərilməlidir. Bina və tikililərin zirzəmi və yarımzirzəmilərinin xaricdən işıqlanması üçün nəzərdə tutulmuş qapı və pəncərə qarşısındakı oymaqlar, boşluqlar (çuxurlar) mütamadi olaraq yanar zibildən təmizlənməlidir. Həmin pəncərə oymaqlarının birdəfəlik bağlanmasına icazə verilmir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 274 nömrəli, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi, həmin Sərəncamın 2.6-cı bəndinə əsasən, sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasının təmin edilməsinin, habelə onun sanitar vəziyyətinə nəzarət edilməsinin Sifarişçi "xxxx" MMC-yə tapşırılması qərara alınmışdır. Sərəncamın məzmunundan göründüyü kimi ərazi sifarişçi "xxxx" MMC-yə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə qarşılıqlı razılıq əsasında istifadə edilməsi şərti ilə verilmiş, söküntü işlərinin aparılması ilə bağlı hər hansı müddəa qeyd edilməməklə, sanitar vəziyyətə nəzarət edilməsi tapşırılmışdır. Məhkəmə araşdırması, o cümlədən yerli baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən həyata keçirilən demontaj işləri əvəzləşdirmə müqaviləsi (cavabdeh tərəfindən bir çox mənzillər ilə bağlı belə müqavilələrin bağlanıldığı qeyd edilsə də surətləri məhkəməyə təqdim edilməmişdir) əsasında əldə edilmiş mənzillər ilə yanaşı, çoxmənzilli binanın ümumi əmlakını də əhatə etmiş, söküntü işləri sanitariya və yanğın təhlükəsizliyi ilə bağlı yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri pozulmaqla aparılmışdır. Göründüyü kimi cavabdeh "xxxx" MMC Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və bu hüquq münasibətlərini tənzimləyən digər qanunvericilik aktlarının tələblərini pozaraq, qanunsuz söküntü aparmaqla mənzil və ümumi əmlak mülkiyyətçilərinin hüquqları kobud surətdə pozmuşdur. Bu səbəbdən iddia qismən təmin edilərək cavabdeh "xxxx" Construction Şirkəti tərəfindən ünvan 14 ünvanında (ümumi kvartala daxil olan) çoxmənzilli yaşayış binalarında çoxmənzilli binanın ümumi əmlakına (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) münasibətdə aparmış olduğu demontaj (söküntü) işləri qanunsuz hesab edilməli, bu kimi demontaj (söküntü) işləri dayandırılmalı və bu qəbildən aparılmış söküntü işlərinin bərpa edilməsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə hesab edir ki, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı və üçüncü şəxslərin ünvan 15 ünvanına xüsusi mülkiyyət hüququ vardır. Buna görə də, onun məhkəmədə iddia tələbində göstərdiyi Bakı şəhəri Mirəsədulla Mirqasımov 20, Xan Şuşinski 33-35, İmran Qasımov 19-35, Mustafa bəy Topçubaşov 14-16 ünvanlarında (ümumi kvartala daxil olan) çoxmənzilli yaşayış binalarına deyil, sadəcə öz xüsusi mülkiyyətində olan mənzilə və həmin paya mütənasib olaraq ümumi əmlaka dair iddia irəli sürməyə subyektiv hüququ vardır. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı öz iddia tələbində cavabdeh "xxxx" MMC-nin qanun çərçivəsində cəzalandırılması məqsədi ilə xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Nəzərə alınmalıdır ki, mülki işin məhkəmə baxışı zamanı cavabdeh "xxxx" MMC-nin əməllərinə cinayət əlamətləri aşkar olunmamışdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Construction Şirkəti tərəfindən ünvan 14 ünvanında (ümumi kvartala daxil olan) çoxmənzilli yaşayış binalarında çoxmənzilli binanın ümumi əmlakına (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) münasibətdə aparmış olduğu demontaj (söküntü) işləri qanunsuz hesab edilsin, bu kimi demontaj (söküntü) işləri dayandırılsın və bu qəbildən aparılmış söküntü işlərinin bərpa edilməsi cavabdehin üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov İş № 2(006)-604/2022 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi QƏRARDAD (iddia ərizəsinin baxılmamış saxlanılmasına dair) 25.02.2022-ci il Bakı şəhəri Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi, X24, X25, X14, X15, X21, X16, X17, X5, X10 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə "tikinti şirkətinə çoxmənzilli yaşayış binasında qanunsuz demobntaj işlərinin aparılmasının dayandırılması və aparılan söküntü işlərinin öz hesabına bərpa etməsi vəzifəsi qoyulması" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi, X24, X25, X14, X15, X21, X16, X17, X5, X10 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə "tikinti şirkətinə çoxmənzilli yaşayış binasında qanunsuz demobntaj işlərinin aparılmasının dayandırılması və aparılan söküntü işlərinin öz hesabına bərpa etməsi vəzifəsi qoyulması" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ünvanlayaraq cavabdeh "xxxx" MMC şirkəti tərəfindən Bakı şəhəri Mirəsədulla Mirqasımov 4 ünvanlarında (ümumi kvartala daxil olan) çoxmənzilli yaşayış binalarında 2020 – 2022-ci illər ərzində 2 (iki) ildir aparılmış olduğu demontaj (söküntü) işlərinin qanunsuz hesab edilməsi, bu kimi demontaj (söküntü) işlərinin aparılmasının dayandırılması və artıq aparılan qanunsuz söküntü işləri nəticəsində binanın ümumi əmtəə gürünüşünün pozulmasının cavabdeh şirkətin üzərinə öz hesabına yenidən bərpa etməsi vəzifəsinin qoyulması, habelə çəkdiyim stres, əsəb gərginliyi və istirablar nəticəsində maddi və mənəvi zəzər olaraq xeyrinə 1.000.000 (bir milyon) manat kommpensasiya ödənilməsi barədə qətnamə çıxarılması; cavabdeh "xxxx" MMC şirkətinin rəhbərliyinin qanun çərcivəsində cəzalandırılması məqsədi ilə xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməsı barədə xüsusi qərardad çıxarılması; cavabdehlər Fövqaladə Hallar nazirliyinin X26 Xidmətinin, Fövqaladə Hallar nazirliyinin Yanğından Mühafizə Xidmətinin, Fövqaladə Hallar nazirliyinin Tikintidə X4 Ağentliyinin, Fövqaladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin, habelə cavadeh Səhiyyə Nazirliyi yanında Respublika Giqiyena - Epidemiologiya Mərkəzinin, ünvan 3 ünvanlarında 2 (iki) ilidir baş verən qanunsuzluqlara göz yummaları və qanunsuz hərəkət (hərəkətsizlik) göstərmələri nəticəsində keçirdikləri stres, iztirablar və mənəvi zəzərin əvəzi olaraq, hər iki dövlət orqanından xeyrinə müştərək qaydada 400.000 (dörd yüz min) manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarılsın; Bu dövlət orqanlarının aidiyyəti xidmət rəhbərlərinin vəzifə səhlənkarlığı törətdikləri səbəbindən onların cəzalandırılmaları üçün barələrində xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəyə baxılması zamanı müəyyən olunmuşdur ki, ərizəyə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda Məhkəmə ərizəni baxılmamış saxlayır. Belə ki, məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, 1.400.000 (bir milyon dörd yüz min) manat məbləğində pul tələb etmiş, lakin müvafiq məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir.. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi, X24, X25, X14, X15, X21, X16, X17, X5, X10 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə "tikinti şirkətinə çoxmənzilli yaşayış binasında qanunsuz demobntaj işlərinin aparılmasının dayandırılması və aparılan söküntü işlərinin öz hesabına bərpa etməsi vəzifəsi qoyulması" iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-604/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-604/2022
25.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver