Məhkəmə qərarları › İş №2(006)-6049/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6049/2025

22.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6049/2025 22.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “avtomobilin geri qaytarılması və s.” tələbinə dair ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “avtomobilin geri qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Toyota Prius (Hibrid)” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı geri qaytarılması və müqavilə üzrə ödənilməmiş 2000 (iki min) manat pul məbləğinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 11.000 (on bir min) manat pul vəsaitinin və 123 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir.

4. Məhkəmə hazırlıq iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəməyə ərizə təqdim edərək, mülki iş üzrə qarşılıqlı iddia ərizəsinin və əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını və ilkin iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh izahatını, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən təqdim edilmiş ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, qarşılıqlı iddia ərizəsi geri qaytarılmalıdır.

a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

6. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilə əlaqə saxlanılmış, o bildirmişdir ki, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməmiş, iddia ərizəsində qeyd olunan imza ona məxsus deyil. Ümumiyyətlə belə bir iddia tələbi yoxdur. Hazırkı iddia tələbi onun adından istifadə edilməklə saxta sənədlər əsasında başqa şəxs tərəfindən qaldırılmışdır.

7. Bundan sonra ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəməyə ərizə təqdim edərək, mülki iş üzrə qarşılıqlı iddia ərizəsinin və əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını və ilkin iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir.

b) Məhkəmənin mövqeyi:

8. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı “avtomobilin geri qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyindən və işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş ilkin iddia üzrə iddiaçı məhkəmənin birinci çağırışında gəlmədiyindən, ilkin iddia üzrə cavabdeh tərəfindən isə işə mahiyyəti üzrə baxılması tələb edilmədiyindən, ilkin iddia ərizəsi baxılmamış saxlanılmalı, eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsi geri qaytarılması barədə ərizə verildiyindən, qarşılıqlı iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları onlara geri qaytarılmalıdır.

Əsaslandırıcı hissə:

9. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011- ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda; 259.0.7. İşə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə;

Nəticə:

11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “avtomobilin geri qaytarılması və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh xx.xx.2026-ci il tarixli vəsatəti təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılsın. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə İddiaçı (Mədaxil qəbzi №: **********01), qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123 (bir yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu Cavabdeh geri qaytarılsın (qəbz №: **********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar