Məhkəmə qərarları › İş №2(006)-608/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-608/2022

07.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-608/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh "İcbari Tibbi Sığorta X4" X6 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "İcbari Tibbi Sığorta X4" X3rşı «icbari tibbi sığorta şəhadətnaməsinin ləğv edilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "İcbari Tibbi Sığorta X4" X3rşı «icbari tibbi sığorta şəhadətnaməsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2021-ci il tarixli, 10909584 nömrəli icbari tibbi sığorta şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, o, 2-ci Qarabağ Vətən müharibəsində iştirak etmiş və müharibə zamanı yaxınlığında partlayan düşmən mərmilərinin parlamasından barotravma almış, bunun nəticəsində isə səhhətində Tinnitus xəstəliyi yaranmışdır. Bundan başqa, burun çəpər əyriliyi və Septoplastika cərrahi əməliyyatı uğursuz nəticə verməsinə görə sol burun borusunda sinexiya və burun üzərində şişlər, döyənəklər yaranmışdır. Göstərilən xəstəliklərinin müayinə və müalicəsi üçün dəfələrlə cavabdehə ünvanlanmış müraciətləri müsbət həll olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli sonuncu cavab məktubunda müalicəsi üçün “YAŞAT” fonduna müraciət etməsini tövsiyyə etmişdir. Lakin həmin tövsiyyə əhəmiyyətsiz olmuşdur. Belə ki, cavabdehə müraciət etmədən əvvəl eyni məzmunda Müdafiə Nazirliyinə və “YAŞAT” fonduna müraicət etmiş, həmin qurumlar da cavabdehə müraciət etməli olduğunu bildirmişlər. Lakin bu məsələnin hazırki iddia ərizəsinə və məhkəmə işinə aidiyyəti yoxdur. Hazırki məhkəmə işinə aidiyyəti olan məsələ budur ki, cavabdeh iddiaçının müalicə və müayinə olunması üçün başqa bir orqana yönləndirirsə, demək onun icbari tibbi siğortaya ehtiyacı yoxdur. İcbari tibbi siğorta şəhadətnaməsinin ləğv edilməsi üçün cavabdehə ünvanlanmış müraciətinə baxılmamışdır. 01 yanvar 2021-ci il tarixli, 10909584 nömrəli icbari tibbi siğorta şəhadətnaməsinin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 01 yanvar 2021-ci il tarixli, 10909584 nömrəli icbari tibbi sığorta şəhadətnaməsindən görünür ki, cavabdeh tərəfindən iddiaçı sığortalanmış və sığorta Azərbaycan Respublikasında qüvvədədir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 822 saylı arayışından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissənin tərkibində 2-ci Qarabağ Vətən müharibəsində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-1.1-ci maddəsinə əsasən tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir. Həmin Qanunun 1-1.3-cü maddəsinə əsasən icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir. Həmin Qanunun 15-1.0-cı maddəsinə əsasən icbari tibbi sığortanın əsas prinsipləri aşağıdakılardır: 15-1.0.1. əhalinin tibbi xidmət almaq hüququna, habelə tibbi xidmətlərin əlçatanlığına və keyfiyyətinin artırılmasına dövlət tərəfindən təminat verilməsi; 15-1.0.2. sığortalıların icbari tibbi sığorta münasibətlərində həmrəylik prinsipinə əsaslanaraq iştirakının təmin edilməsi; 15-1.0.3. sığorta hadisəsi baş verdikdə, sığortaolunana xidmətlər zərfi çərçivəsində icbari tibbi sığortanın maliyyə mənbələri hesabına tibbi xidmətlərin göstərilməsi; 15-1.0.4. sığorta ödənişlərinin sığorta haqlarına mütənasibliyinin təmin edilməsi yolu ilə icbari tibbi sığortanın maliyyə sabitliyinin qorunması; 15-1.0.5. sığorta haqlarının müntəzəm ödənilməsinin məcburiliyi; 15-1.0.6. icbari tibbi sığortanın iştirakçılarının hüquqi bərabərliyi. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı icbari tibbi sığorta şəhadətnaməsinin ləğv edilməsi üçün əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçı şəhadətnamənin ləğv edilməsi üçün hər hansı əsas olan sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələblərindən göründüyü kimi icbari tibbi sığorta sağlamlığın qorunması sahəsində sosial müdafiə forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir ki, bu da konstitusion hüquqlardan olan tibbi yardım almaq hüququndan irəli gəlir. Buna görə də məhkəmə hesab edir ki, icbari tibbi sığorta şəhadətnaməsinin ləğv edilməsi iddiaçının göstərilən hüquqlardan məhrum edilməsi ilə nəticələnə bilər ki, bu halda iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar