Məhkəmə qərarları › İş №2(006)-616/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-616/2021

09.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-616/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil2, cavabdehin nümayəndəsi (vəkil) Vəkil1 iştirakları ilə, iddiaçı Haddad Alirezanın Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Haddad Alireza iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 64000 manat məbləğində əsas pul vəsaiti, 27680 manat məbləğində faydalanmağa görə faiz məbləği, mənəvi zərərin əvəzi olaraq 10.000 manatın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 101710 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh tekstil işi ilə məşğul olmaq adı ilə ondan cəmi 640000 (altmış dörd min) manat məbləğində pul götürmüşdür. Belə ki, cavabdeh ondan bir neçə dəfəyə 45000 manat, 5000 manat və 10000 manat, 3000 manat, 1000 manat alaraq tekstil işinə ytırmaq üçün almışdır. Belə ki, həmin pul məbləğlərini ona yazılı sənədlər əsasında 2017-ci ilin sentyabr ayında vermişdir. Bildirir ki, tekstil işi adı ilə ondan 5000 manat almış və bu pulun alınmasını Arzu Haçıyevanın özünün və onun şahidlərinin təsdiqi ilə yazılmış yazılı sənəd ilə təsdiq olunur. Elə həmin günün səhəri ikinci dəfə xx.xx.2017-ci il tarixdə ondan 5000 manat aldı, həmin məbləğin alınmasına dair aralarında xx.xx.2017-ci il tarixli notariat qaydada təsdiqlənmiş borc müqaviləsi də bağlandı. Bundan sonra isə elə həmin tarixdə yazılı olaraq imzaladığı xx.xx.2017-ci il tarixli onunla şəriklik fəaliyyəti ilə bağlı müqavilə imzalandı. Həmin müqavilədə də etiraf etmişdir ki, həqiqətən ondan cəmi 50.000 manat tekstil işinə şərikliklə bağlı pul almışdlr. Bundan sonra Arzu Hacıyeva Yasamal rayonu ərazisində beşmərtəbə deyilən ərazidə tekstil sexi icarəyə götürmək adı ilə icarə haqqının ödənilməsi adı ilə ondan 3000 manat, 1000 manat pulu və həmçinin həmin sexin əlavə olaraq yenə avadanlıqlarla təhciz olunması üçün 10000 manat pulu aldı. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Bununla bağlı tərəfindən cəmi 64000 manat pulun etibarından sui-istifadə edilərək ələ keçirilməsi ilə bağlı Yasamal rayon Polis İarəsinə müraciət edildi. Uzun br müddət araşdırılma aparılır, araşdırma zamanı cavabdeh Polis İdarəsinin Təhqiqat və İstintaq Şöbəsində yazılı izahat və iltizamı ilə ondan 64000 manat pul almasını təsdiq edərək, 2 polis oramnda ona borcun ödənilməsiilə bağlı möhlət verilməsi barədə yazılı iltizam imzaladı. Lakin cavabdeh tərəfindən təhqiqat dövründə də, vədinə əməl etmədi. Bakı şəhəri Yasamal rayon Təhqiqat Şöbəsi tərəfindən təhqiqat materialı üçün İstintaq Şöbəsinə göndərildi. İstintaq şöbəsi tərəfindən bir cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar edilsə də, həmin qərar müvafiq prokuror tərəfindən ləğv edilmiş, araşdırma aparılmış və yenidən mübahisənin mülki xarakterli öhdəlik münasibətləri olması əsası ilə cinayət işinin başlanması haqqında qərar qəbul edilmişdir. Sonda iddia tələbini təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbini qəbul etməyərək iddia tələbini təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib, aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 5.000 manat məbləğində pulu şahidlər X1 və X2 yanında Cavabdeh borc olaraq vermişdir. Borcun verilməsi məqsədi borc verən və borc alan arasında ilkin razılaşmaya əsasən tekstil fəaliyyətində şərikliklə bağlıdır. 5000 manat məbləğində borc pulu İddiaçı Cavabdeh verdi və həmin pulu Cavabdeh qəbul etdi. İş materiallarında olan borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli şərik fəaliyyətinin təşkilinə dair müqaviləsindən görünür ki, bu müqavilənin predmetini tekstil fəaliyyətinin həyata keçirilməsi təşkil edir. Sifarişçi tekstil fəaliyyətinin həyata keçirilməsi üçün icraçıya 50.000 manat məbləğində borc pulı verir. İcraçı isə həmin pulla tekstil fəaliyyətinin inkişafı etdirməklə yanaşı əldə edilmiş gəlirin yarıyarıya bölünməsini öhdəsinə götürür. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Orxan Süleymanlı xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardaddan görünür ki, Haddad Alırzenın şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti şikayətçi İddiaçı göndərilməklə, qərarla razılaşmadığı halda Yasamal rayon prokurorluğuna və rayon məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni novlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 64.000 (altmış dörd min) manat məbləğində əsas pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı Haddad Alirezanın xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 64.000 (altmış dörd min) manat məbləğində əsas pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı Haddad Alirezanın xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Nülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar